Hörmətli Adnan Oktarın yeni şərhləri (17 Dekabr 2012; 20:30)
AXIRZAMANDA GƏLMƏLİ OLAN HZ.MEHDİ (Ə.S), HEÇ KİMİN O DÖVRDƏ ETMƏDİYİ LEDÜN ELMİNİ TƏTBİQ EDƏCƏK. Ona görə bir çox insanlar hz.Mehdi (ə.s)-a müxalif olacaq. Bir çox adam hz.Mehdi (ə.s)-a, “Rəftarı İslama ziddir” deyəcəklər. Eynilə hz.Musa (ə.s)-ın Xızır (ə.s)-a qarşı çıxması kimi, bilmədən qarşı çıxacaqlar. HZ.MEHDİ (Ə.S) LEDÜN ELMİNİN AXIRZAMANDAKI SULTANIDIR. Batin elmi, Ledün elmi axırzamandakı bu elmin adı, “Qərib bir elmdir”. HZ.MEHDİ (Ə.S) LEDÜN ELMİ İLƏ MÜVƏFFƏQİYYƏTLİ OLACAQ. Müvəffəqiyyətində mühüm vəsilələrdən biri də ledün elmidir.
LEDÜN ELMİ OLMADAN AXIRZAMANDA MÜBARİZƏ APARILMASI, DƏCCALIN MƏĞLUB EDİLMƏSİ MÜMKÜN DEYİL. BU ELMİ QARİBİN, BU LEDÜN ELMİNİN TƏTBİQ OLUNMASI LAZIMDIR. LEDÜN ELMİNƏ DƏCCAL ÇARƏ TAPA BİLMƏZ. YƏNİ LEDÜN ELMİ ONU DUZUN SUDA ƏRİTMƏSİ KİMİ ƏRİDƏR. ÇÜNKİ DƏCCAL ZAHİR ELM İLƏ MÜBARİZƏ APARAR. ELMİ QARİB İLƏ MÜBARİZƏ APARA BİLMƏZ. BATİN ELMİ HZ.MEHDİ (Ə.S)-DADIR. HZ.MEHDİ (Ə.S)-IN BATİN ELMİ ONUN (DƏCCALIN) ZAHİR ELMİNİ YOX EDƏR.
ONA GÖRƏ DƏ HZ.MEHDİ (Ə.S), DƏCCALIN BÜTÜN QAPILARINI, BÜTÜN PƏNCƏRƏLƏRİNİ AÇAR, ONUN GİZLİ QALALARINA GİRƏR. ƏN GİRİLMƏZ ZƏNN EDİLƏN NÖQTƏLƏRİNƏ HZ.MEHDİ (Ə.S) GİRƏR. Onun üçün bu elmi-qəribi bilməyən cahillər hz.Mehdi (ə.s)-a “rəftarı İslama ziddir” deyəcəklər. Hədislərdə də bu əhatəli izah edilmişdir. Bir müddət keçdikdən sonra o pərdə aradan qalxınca, hz.Mehdi (ə.s) elmin hikmətlərini açıqladığında cahillərin ağzı açıq qalacaq. BU ELMİ QARİBƏ (LEDÜN ELMİNƏ) DƏCCALIN DAVAM GƏTİRMƏSİ MÜMKÜN DEYİL.
AĞLI BAŞINDA OLAN BİR İNSANIN RƏHBƏRİ QURANDIR. QURANDAN UZAQLAŞANIN AĞLI İTƏR, ALLAH ƏSİRGƏSİN. QURANLA HƏRƏKƏT ETDİYİN HALDA MÜVƏFFƏQİYYƏT QƏTİDİR. Allah ayədə onu dəfələrlə açıqlayır.Səbirli, əzmli olaraq Qurana tabe olmaq lazımdır. Allah yalnız bu halda müvəffəqiyyət əldə edərsiniz deyir.
Allah heç kimə zülm etməz. MÖMİNLƏR DƏ HEÇ BİR ŞƏKİLDƏ CƏHƏNNƏMƏ GETMƏZ. Amma mömin cəhənnəmdən qorxmalıdır, cəhənnəm əzabından çəkinməlidir. TƏKRARƏN SÖYLƏYİRƏM: BİR MÖMİN ƏSLA VƏ QƏTİ ŞƏKİLDƏ CƏHƏNNƏMƏ GETMƏZ. ALLAHA SƏMİMİ İMAN EDƏN BİR MÖMİN CƏHƏNNƏMƏ GETMƏZ. CƏHƏNNƏMİ SEYR EDƏR, BU BAŞQA, GÖRƏR, EŞİDƏR, XƏBƏRLƏRİNİ ALAR, AMMA CƏHƏNNƏMƏ GETMƏZ. ƏRAZİSİNƏ GEDƏR, GÖRƏR AMMA AĞRI ÇƏKMƏZ.
Zuxruf surəsi, 57-ci ayə:
Məryəm oğlu (İsa) misal çəkilincə sənin xalqın qəh-qəhə çəkərək güldü.
Hal-hazırda da elədir. Gələcək deyirsən, qəh-qəhə çəkərək gülür. “Elə şey olar? Baş tutan deyil” deyirlər. 2000 il sonra yer üzünə gələcək deyirik, yenə də “Olacaq iş deyil” deyirlər.
Səba surəsi, 3-cü ayə:
Kafirlər: “O Saat (qiyamət saatı) bizə gəlməyəcəkdir!” dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o şübhəsiz sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın”.
İnkar edənlər, dedilər ki: “O saat bizə gəlməyəcəkdir!”. Yəni nə qiyamət əlamətləri meydana çıxar, nə Mehdi (ə.s) çıxar, nə İsa Məsih gələr, nə də qiyamət gələr. De ki: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o şübhəsiz sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın”. Yəni qədərdə (taleydə) hamısının çıxışı müəyyəndir, Mehdi (ə.s)-ın zühuru nə vaxt olacaq, İsa Məsih nə vaxt enəcək hamısı müəyyəndir.
Əhzab surəsi, 70-ci ayə:
Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin.
Yalan danışmaq haramdır. Bəzi qardaşlarımız haqqında düz danışmırlar. Baxın, Allah haram olduğunu buyurur, sözü doğru söyləyin deyir. Bədiüzzamanın ifadələrini orijinal halı ilə, doğru olaraq söyləmələri lazımdır.
Furqan surəsi, 77-ci ayə:
De: “Sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”.
Dua hər gün edilməlidir. Cənab Allaha dua etmək çox zövqlüdür. Dua sevinc, rahatlıq bəxş edər. Böyük nemətlərdən biridir.
Bəqərə surəsi, 62-ci ayə:
“İman gətirənlərdən (müsəlmanlardan), musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər”.
Əsl yəhudilər, yəni təhrif edilməmiş Tövrata uyursa bu halda cənnətə gedər. Əsl xristian da ilk öncə peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etməlidir, inşaAllah. Hal-hazırda sabiilərin sayı çox azdır. Hz.İbrahim (ə.s)-ın dininə uyanlar sabiilərdir. Dinləri İslamiyyətə çox bənzəyir. Öz kitabları var. Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etməmək çox böyük zülmdür.