Ənam surəsi, 111-ci ayə:
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir.
“Əgər Biz onlara mələkləri göndərsəydik…”. Bəziləri deyirlər ki, “Mehdi gəlsə inanmarıq, mələk gəlsə inanarıq”. Halbuki, inanmaz, mələk də gəlsə inanmaz. “Ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər”. Yəni küfr o qədər azğın olur ki, ölü danışması, möcüzə olması heç fərq etmir. Yenə inanmır. “Lakin onların çoxu bunu bilmir”.
Ənam surəsi, 112-ci ayə:
Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər qıldıq. Onlardan bəzisi bəzisini aldatmaq üçün təmtəraqlı sözlər pıçıldayarlar. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.
“Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik”. Mehdi (ə.s)-da da elədir, Mehdi (ə.s) ilə də otuzdan bir az çox yaşı olandan dəccal onunla məşğul olar. “Onlardan bəzisi bəzisini aldatmaq üçün təmtəraqlı sözlər pıçıldayarlar”. Yəni müsəlmanların əleyhinə axmaq böhtanlar atırlar, bir-birləri ilə dedi-qodu edirlər. Mehdi (ə.s)-ın əleyhinə gizli-gizli danışırlar. “Rəbbin istəsəydi, onlar bunu etməzdilər”. Yəni “Onu da Mən yaradıram” deyir.“Onları uydurduqları şeylərlə birlikdə tərk et”. Yəni istədiklərini danışsınlar, istədikləri qədər böhtan atsınlar. Mehdi (ə.s)-a da böhtan atacaqlar. Allah deyir ki, “Mən yaradıram, heç əhəmiyyət verməyin”, inşaAllah.
Ənam surəsi, 113-cü ayə:
Bu ona görədir ki, axirətə inanmayanların ürəkləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri pis işləri bir daha görsünlər.
“Bu ona görədir ki, axirətə inanmayanların ürəkləri təmtəraqlı sözlərə meyl etsin…”. Yəni əxlaqsızlardan, fırıldaq dəstəsindən, imansızlardan, din əleyhdarlarından, onların fitnəkar, fücur dəstəsindən (bu təmtəraqlı və yalan sözlərdən) xoşlansınlar, necə ki bəziləri müsəlmanların əleyhinə bir şey deyildiyi zaman çox maraqlanırlar. Allah bundan xoşlansınlar, bunları xüsusilə yaradıram, deyir. “Bundan razı qalsınlar və gördükləri pis işləri bir daha görsünlər”. Yəni getdikcə günahları artsın. Müsəlmanlarında savabı artsın.
Ənam surəsi, 114-cü ayə:
De: “Allah bu Kitabı sizə açıqlanmış olaraq nazil etdiyi halda mən Ondan başqa bir hakimmi axtarmalıyam?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.
“Allahdan başqa bir hakimmi axtarım?”. Bunu peyğəmbərimiz (s.ə.v) söyləyir. Yəni Qurandan başqa dayaqmı var? İnsan var ki, Qurandan kənarda nə varsa onu eşitmək istəyir, Qurandan eşitmək istəmir. “Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir”. Yəni xristian və yəhudilər Quranın əslində haqq olduğunu bilərlər. Hər kəs bilər. “Odur ki, şübhə edənlərdən olma”. Bəzən insanlar “xristianlar, yəhudilər niyə iman etmirlər” deyir, Allah da onların inandıqlarını deyir. “Odur ki, şübhə edənlərdən olma” deyir.
Ənam surəsi, 115-ci ayə:
Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir.
“Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır”. Allah düzgünlük baxımından, ədalət baxımından tamamlandığını deyir. “Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir”. Buradan da, Quranın dəyişməyəcəyini anlayırıq.
Ənam surəsi, 116-cı ayə:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.
“Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar”. Ona görə yalnız Qurana uymaq lazımdır. “Onlar səni Allah yolundan azdırarlar”. Bəziləri “bu qədər adam yalan söyləyər?” deyə təəccüb edir. Allah da söyləyə biləcəklərini deyir. Ona görə yalnız və yalnız Qurana uymaq lazımdır. “Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar”. Yəni uydurma xurafatlara inanarlar. Bu xurafatçıları (haqqı inkar edən, haqq yoldan azanları) izah edən bir şərhdir.
Ənam surəsi, 123-cü ayə:
Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki, onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər.
“Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər”. Hər ölkədə deyir Allah. “Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər. Etdiyi yaramazlığı müsəlmanın əleyhinə olduğunu zənn edir. Halbuki, yaramazlığı özünə etmiş olur bundan heç xəbəri də yoxdur. Etdiyi yaramazlığa görə Allah müsəlmanın gücünü, şanını artırır.
Ənam surəsi, 124-cü ayə:
Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik” dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər.
“Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər”. Allah hiylə quranları hörmətdən salacağam, alçaldacağam, cəza verəcəyəm deyir. Həqiqətən, də diqqət yetirsək Allah həmişə zalımları alçaldır.
Ənam surəsi, 133-cü ayə:
Rəbbin heç bir şeyə ehtiyacı olmayan, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün soyundan yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər.
“Rəbbin, heç bir şeyə ehtiyacı olmayan rəhmət sahibidir”. Nə gözəl, insanın hər şeyə ehtiyacı var, ancaq Allahın heç bir şeyə ehtiyacı yoxdur. “İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər”. Məsələn, dəccal dəstəsi getdi, Allah onları məhv etdi. Yerinə Türk qövmündən Mehdi (ə.s) və tələbələrini gətirdi. İnşaAllah. Ayə mənalıdır, davamına baxın.
Ənam surəsi, 134-cü ayə:
Həqiqətən, sizə vəd olunan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bilməyəcəksiniz.
“Həqiqətən, sizə vəd olunan əzab gələcəkdir”. Kim vəd edilir? İsa Məsih mütləq gələcək. Kim vəd edilir? Yəcüc-məcüc, duman zühuru, dabbətül ərz və qiyamət. “Siz ondan yaxa qurtara bilməyəcəksiniz”. Yəni nə Mehdi (ə.s)-ın qarşısını ala bilərsiniz, nə də İsa Məsihə maneə törədə bilərsiniz.
Ənam surəsi, 135-ci ayə:
De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”.
De ki: “Ey qövmüm…”. Ey qövmüm deyərkən o qövmün içindəki fırıldaqçılar, zalımlar, o dövrün hakim gücləri, yəni zülm edə biləcək hər kəs nəzərdə tutulur. “Əlinizdən gələni edin”. Buradan müsəlmanın qarşı tərəfin nə edəcəyinə əhəmiyyət verməyəcəyini anlayırıq. Əsla bir şey etməyin, demir. Əlinizdən gələni edin. Çünki qədərdəkini edə bilər, başqa bir şey edə bilməz. Yəni küfr zənn etdiyin kimi azad deyil. Münafiq azad deyil. Münafiq azad olduğunu zənn edir, halbuki, nə edəcəyi Allah qatında müəyyəndir. “Mən də edəcəyəm”. Yəni qədərdəkini edəcəyəm. “Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz”. Əbcədi 1993-cü ili verir. Deməli, o illər mehdiyyətin çətin dövrüdür. Yəni 1993-cü il mehdiyyətə qarşı zülm siyasətinin ilidir. “Şübhəsiz ki, zalımlar nicat tapmazlar”. Zülmkarlar qurtuluşa çatmazlar.
Maidə surəsi, 57-ci ayə:
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən (xristian və yəhudilərdən) dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.
“Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən (xristian və yəhudilərdən) dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri”. Dinimizi ələ salıb oyun-oyuncaq hesab etməyənlərlə dostluq edirik, əks halda dostluq etmirik. “…Və kafirləri özünüzə dost etməyin”. Yəni onların hakimiyyəti altına girməyin, onlara itaət etməyin. “Əgər möminsinizsə, Allahdan qorxun”.
Maidə surəsi, 64-cü ayə:
Yəhudilər dedilər: “Allahın əli möhkəmdir (xəsisdir)!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki əli açıqdır və O, Öz lütfündən istədiyi kimi infaq edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən Kitab onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq etməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!
“Yəhudilər: “Allahın əli möhkəmdir” dedilər. Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər”. İnsanların əksəriyyəti elə zənn edirlər ki, bu ayə bütün yəhudilərə xitab edir. Xeyr. Allah “Allahın əli möhkəmdir, xəsisdir” deyənlərə xitab edir. Söylədikləri bu sözlərə görə həm lənətə gəldilər, həm də əlləri bağlandı. “Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir.Əlbəttə, Rəbbindən sənə nazil edilən Kitab onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır”. Yəni vəhy eşitdikcə daha da qudurub, daha da tərsləşirlər. “Quran kifayətdir” söylədiyimizdə xurafatçılar (haqqa göz yuman, haqqı inkar edən) havalanırlar.
“Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq”. Həqiqətən də xurafatçılar, fanatiklər çox kinli və nifrət dolu insanlardır. “Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər”. Yəni onlar fitnə çıxarmağa cəhd etsələr, terror, anarxiya çıxartmağa çalışsalar, bölgələr arası müharibə yaratmağa çalışsalar, Allah onu söndürər. “Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!”. Təbii ki, Allah ayədə yəhudilərin içində belə tiplərin olduğuna işarə edir. Həqiqətən, belə tiplər həmişə olar. Döyüş, anarxiya, terror çıxarmağa çalışırlar. Amma döyüşə qarşı olan yəhudilər daha çoxdur. Yəhudilərin içərisində Məsih tərəfdarları daha çoxdur. Dəccal tərəfdarı olan yəhudilər də vardır.