Qaf surəsi, 36-cı ayə:

“Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Şəhərlərdə (yerin üstünü altına çevirib, saysız qazıntı, inşaat və araşdırmalar apararaq hər yanı) dəlik-deşik etmişdilər. Məgər əzabdan qaçıb qurtarmaq üçün bir yer varmı?”

“Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik”. Əsəd gücləri hal-hazırda keçmiş iblisdən daha üstündürlər. Müsəlmanları mənzillərdə sıxışdırırlar. Sifətlərinə güllə sıxıb onları şəhid edirlər. Cənab Allah deyir ki: “dəlik-deşik etmişdilər”. Əsəd gücləri də güllələrlə, top güllələri ilə hər yeri dəlik-deşik edirlər, elə deyilmi? Hər yer, bütün binalar dəlik-deşikdir. Bu ayənin mənası müxtəlifdir. Tikintiyə də işarə edir, güllə ilə, top güllələri ilə dəlik-deşik etməsinə də işarə edir. “Məgər əzabdan qaçıb qurtarmaq üçün bir yer varmı?” İnsanlar hal-hazırda qaçacaq yer axtarırlar, elə deyilmi? Bəziləri Türkiyəyə qaçır, bəziləri İordaniyaya qaçır. Ayənin işarəsi açıq şəkildədir.

 

Qaf surəsi, 37-ci ayə:

Həqiqətən, bunda qəlbi olan və ya şahid olaraq diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.

Allah qəlbi olan, qəlbi varsa, vicdanı ilə gözəl qərarlar verir. Amma Cənab Allah deyir ki, “Və ya şahid olaraq diqqətlə qulaq asan”, yəni hər hansı bir insan diqqətlə qulaq asır. “O da məntiqlə bunu anlayar” deyir. Diqqətlə qulaq asan üçün, əlbəttə, bir öyüd (zikr) vardır. Qəlbi açıq olan onsuz da görür. Amma düzgün məntiqlə baxan da bunu anlayar. Allah belə deyir.

 

Qaf surəsi, 38-ci ayə:

And olsun Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.

 

Əhli Kitab: “Allah yoruldu, istirahət etdi” deyirlər. Allah: “Mənə heç bir yorğunluq üz vermədi” deyir. Allah niyə yorulmalıdır ki? Allah deyirsən, yorğunluqdan bəhs edirsən. Allah yorularmı? Yorulursa o zaman Allah olmaz, haşa. Allah yorulmaz, aciz sifətlərdən tamamilə uzaqdır.

 

Qaf surəsi, 39-cu ayə:

Sən onların dediklərinə səbir et! Gün doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd ilə təsbih et!

“Sən onların dediklərinə səbir et!”. Biz də xurafatçıların (azğınların) üslubuna, yersizliyinə, yersiz danışıqlarına qarşı səbir edirik. “Gün doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!”. Baxın, günəşin doğuşundan əvvəl səhər namazının vaxtıdır. “Batmamışdan əvvəl Rəbbini həmd ilə təsbih et”.

Bu da əsr vaxtındakı namaz. İki namaz fərz olur. Adamlar Quranın bu hökmünə əhəmiyyət də vermirlər, haşa. Allah açıq şəkildə deyir.”Günəşin doğuşundan əvvəl”. Günəş doğulmadan əvvəl nə etmək lazımdır? Həmd ilə tərif edəcəyik. Batışından əvvəl əsr vaxtında nə edəcəyik? Həmd ilə tərif edəcəyik. Namaz kimi fərzdir. Bu, Quranda bir çox insanın əhəmiyyət vermədiyi Allahın hökmlərindən, fərz ibadətlərindən biridir. Bu Allahın hökmüdür.

 sqr05eft0

Qaf surəsi, 40-cı ayə:

Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!

Namaz qıldıqdan sonra onu tərif et. Namaz təsbihatına “sünnə” deyilir. Bu səhf fikirdir. Allah Quranda namazdan sonrakı təsbihatı sünnə olaraq deyil, fərz olaraq buyurur. “Gecənin bir vaxtında” bu axşam namazıdır və “səcdələrdən sonra” namaz qıldıqdan sonra “Onun şəninə tərif de”. Namaz qıldıqdan sonrakı təsbihat fərzdir. Bəziləri deyir ki, “Bu sünnədir. İstəsən edərsən, istəsən etməzsən”. Allah isə bunu etməyi fərz buyurur.

 

 Qaf surəsi, 41-ci ayə:

Çağırıcının yaxın bir yerdən çağıracağı günə qulaq ver.

Çağırıcı, eyni zamanda Mehdi (ə.s)-a da işarə edir. Mehdi (ə.s) nəyə çağıracaq? İslama, Qurana, İslam Birliyinə çağıracaq. “Yaxın bir yerdən”, haradan? Məsələn, hər kəs evində televiziyadan, ən yaxın yerdən eşidir. İnsanlar çağırıcı olan Mehdi (ə.s)-ın səsini də hər yerdən eşidəcəklər. Yaxın bir yerdən. Mən işarəvi mənasını söyləyirəm. Axırzamanda, qiyamət zamanında bir çağırıcı var. Mehdi (ə.s)-a işarə edən tərəflərini söyləyirəm.

 

Qaf surəsi, 42-ci ayə:

O gün onlar bu səsi həqiqətən eşidəcəklər. Bu, (qəbirlərdən dirilib) çıxma günüdür.

“O gün onlar bu səsi həqiqətən eşidəcəklər”. Yəni Mehdi (ə.s)-ın gətirəcəyi təkbir, Mehdi (ə.s)-ın gətirəcəyi gözəl təsbihlər, “Allahu Əkbər” deməsini eşidəcəklər. “Bu, (qəbirlərdən dirilib) çıxma günüdür”. Yəni Mehdi (ə.s)-ın, İsa Məsihin çıxış günüdür. Müsəlmanlıq ortaya çıxacaq, İslam Birliyi olacaq.

 

Qaf surəsi, 43-cü ayə:

Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.

“Şübhəsiz ki, dirildən də, öldürən də Bizik”. Allah ayədə öldürən və dirildən demir. Burada İsa Məsihə əhəmiyyətli bir işarə kimi görünür. Çünki İsa Məsih yuxu halında ikən göyə alındı. Bu da bir cür ölümdür. Biz yuxudan hər gün dirilirik, elə deyilmi? Hər gün ölürük, hər gün dirilirik. İsa Məsih də dünyaya gəldiyində Cənab Allah tərəfindən dirildiləcək, sonra Cənab Allah öldürəcək. Yəni İslam Birliyi meydana gətirdikdən, İslamı dünyaya hakim etdikdən sonra canını alacaq. “Şübhəsiz ki, dirildən də, öldürən də Bizik”. Allah “Biz” deyir, bir daha vurğulayır. “Dönüşü də yalnız Bizədir”. Hər kəsin dönüşü Allahadır.

 

Qaf surəsi, 44-cü ayə:

O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.

“O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar” İnsanlar ayədəki “yer yarılacaq” ifadəsini məzarların yarılması zənn edirlər. Halbuki, qiyamətdə o məzarlar onsuz da toz–duman olur. O məzar deyil. O çatlayıb yarılma, aləmin dəyişməsi də ola bilər. Allah ona yer deyir. O aləmdən “Sürətlə qaçarlar” deyir. Bu aləmdən təmamilə ayrılırlar. Birdən-birə özlərini ayaqüstə görüncə nə edirlər? Sürətlə qaçarlar. “Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır”.

Yəni siz öz gözünüzdə çox çətin kimi görürsünüz,  amma Allah “Mənim üçün çox asandır” deyir. “Təxmin edə bilməyəcəyiniz qədər asandır” deyir. “Aləminizi Mən dəyişərəm, ayaqda qalarsınız, qaçaraq müəyyən bir nöqtəyə doğru gələcəksiniz” deyir. Çağırıcı onsuz da bir nöqtəyə doğru çağırır. Onun üçün də anlaya bilmirlər. Haradayıq? Dünyadayıqmı, axirətdəyikmi? Anlamırlar. Öldüklərini sonra anlayırlar və o zaman: “eyvahlar bizə vəd edilən din günü bu gün imiş” deyirlər. Çox əcaib, öldüyünü anlamır. Yaşadığını zənn edir. Hələ yuxudan qalxdığını zənn edir. Adam aləmdən çıxarılmış, başqa bir aləmə keçmiş, amma hiss etmir. “Bizi yuxumuzdan kim qaldırdı?” deyirlər. “Yatdığımız yerdə nə gözəl  yatırdıq” deyir.

 

Qaf surəsi, 45-ci ayə:

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən”. Yəni təzyiq göstərən deyilsən. Sən sevgi dolusan, mərhəmət dolusan. Bu ayə hz.Mehdi (ə.s)-a da işarə edir. Hz.Mehdi (ə.s)-ın peşəsi sevgi, şəfqət, mərhəmət, bağışlayıcı olmaq, həlimlikdir. Xurafatlarınkı (haqq yoldan azanların) isə, nifrət, əsəb, kin, intiqam, öldürmək, asmaq, kəsməkdir. “Biz onların nə dediklərini yaxşı bilirik”. Yəni Allah “Mən yaradıram, müsəlmanların əleyhlərinə etdikləri danışıqları da Mən yaradıram. Hamısını bilirəm” deyir. “Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!”. Bax, yalnız Quranla, yəni hər hansı alimin kitabı, əsərlər, kitablar deyil. Allah nəyi qəbul edir bilirsinizmi? “Yalnız Quranla öyüd verirsinizsə qəbul edərəm, ondan başqasını qəbul etmirəm” deyir.

 1b5809352ac16e052c710c0eecd654d3

Fələq surəsi, 1-ci ayə:

De ki: “Sığınıram sübhün Rəbbinə!”

1934-cü ili verir, o dövrdəki mühüm hadisələrə işarə edir.

 

Fələq surəsi, 2-ci ayə:

Yaratdığı şeylərin şərindən,

1941-ci ili verir. İkinci Dünya Müharibəsinin o azğın dövrləri, başlanğıc dövrünə işarə edir.

 

Fələq surəsi, 3-cü ayə:

Qaranlıq düşərkən gecənin şərindən,

1971-ci ili verir. Türkiyədə anarxiyanın başladığı tarixdir. Bədiüzzaman bunu xüsusilə ifadə edir.

 

Fələq surəsi, 4-cü ayə:

Düyünlərə üfürən cadugər qadınların şərindən,

1938-ci ili  verir. O dövrdə azğın bəzi qadın təşəkkülləri İslama və Qurana hücum etməyə başlamışdılar.

 

Fələq surəsi, 5-ci ayə:

və həsəd apardığı zaman paxılın şərindən!”

Əbcədi 2020-ci il tarixini verir. 2020-ci il həsəd aparanların sonu olacaq. Hamısı mənalıdır.

 images (5)