Hörmətli Adnan Oktarın yeni şərhləri (25 Dekabr 2012; 22:00)
SEVGİ ÜÇÜN İRADƏ İSTİFADƏ ETMƏYİMİZƏ EHTİYAC YOXDUR. ALLAH FİTRƏTİMİZDƏ BİZƏ SEVGİNİ VERMİŞDİR. İNSAN YALNIZ SƏMİMİ OLMALIDIR, VİCDANLI OLMALIDIR. Biz bir pişiyi gördükdə sevmək üçün iradə sərf etmirik, şirinliyindən insanın içi xoş olur. Məsələn, bir dovşan insana baxdığında sevmək üçün iradə sərf etmirik. Allah onu şiddətli təsiredici olaraq yaratmışdır. Məsələn, qadınlar, uşaqlar çox gözəldirlər. Çiçəyə baxdığımızda sevmək üçün iradəmizdən istifadə etmirik. Çiçək özünü dərhal sevdirir. Gül qoxusunu sevmək üçün iradəmizdən istifadə etmirik, gül qoxusu özünü sevdirir. İnsan yalnız vicdanlı və səmimi olmalıdır.
Ənam surəsi, 70-ci ayə:
Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla (Quranla) xatırlat ki, bir nəfs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir şəfaət edəni olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar sular və ağrılı-acılı bir əzab hazırlanmışdır.
“Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et”. Məsələn, təriqəti ilə eqoistlik edir, kimisə adam yerinə qoymur. Yəni özbaşına dini şəkilləndirir. Və yaxud dinlə əlaqədar zarafat edir, əylənir. “Bununla (Quranla) xatırlat ki, bir nəfs qazandıqlarına görə özünü məhvə məhkum etməsin”. Yəni Allah “bəlanızı axtarmayın, Qurana görə hərəkət edin, Qurana uyun” deyir. “Allahdan başqa onun nə bir hamisi, nə də bir şəfaət edəni olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar sular və ağrılı-acılı bir əzab hazırlanmışdır”. Bax onlar qazandıqları günahlara görə həlaka uğrayanlardır. Allah hər zaman Qurana diqqət çəkir.