Hörmətli Adnan Oktarın yeni şərhləri (27 dekabr 2012; 21:30)
Ali İmran surəsi, 134-cü ayə:
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanlardakı haqqlarından bağışlama ilə vaz keçənlərdir. Allah yaxşı iş görənləri sevir.
“O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir…”―pulu az da olsa Allah üçün xidmət edir. “Qəzəblərini boğur”. İnsan hirslənə bilər, bu zaman iradəsini istifadə edib kinini boğmalıdır, sakitləşməlidir. “Və insanlardakı haqqlarından bağışlama ilə vaz keçənlərdir”. Özü haqlı olsa belə intiqam hissi bəsləmədən “yaxşı, qardaşım” deyib haqqından imtina etmək lazımdır. Fərz edək, bir yerdə pulu var, amma biri o pulu haqqı olmadığı halda götürmüşdür. Bu halda müttəqilər: “Buyur sənin olsun, halal olsun” deyər. “Allah yaxşı iş görənləri sevər”. Mühüm olan da Allahın sevməsidir.
Ali İmran surəsi, 139-cu ayə:
Kədərlənməyin, üzülməyin, əgər (həqiqətən) iman etmişsinizsə ən üstün olan sizlərsiniz.
“… əgər (həqiqətən) iman etmişsinizsə ən üstün olan sizlərsiniz”. Mehdiyyətə işarə edən bir ayədir, əbcədi 2016 – cı il tarixini verir. “Ən üstün sizlərsiniz” Yəni dünya hakimi olanlar sizsiniz. İnsan ən üstün olduğu halda siyasi, ictimai istiqamətdən üstün olar.
Ali İmran surəsi, 140-cı ayə:
Əgər siz Uhud döyüşündə bir yara aldınızsa, o qövmə də bənzəri bir yara dəymişdir. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.
“Əgər bir yara aldınızsa, o qövmə də bənzəri bir yara dəymişdir. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk”. Bir dəfə onlar məğlub ola bilər, bir dəfə də siz məğlub ola bilərsiniz. Allah burada bir mübarizədən bəhs edir. Məsələn, Darvinizm əvvəl qalib gəldi, amma hal-hazırda məğlub oldu. Allah möminləri vəsilə etdi.
Ali İmran surəsi, 146-cı ayə:
“Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir”.
“…nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər…”. Biz də Darvinizmə qarşı nə zəiflik göstərdik, nə boyun əydik. Elmi olaraq mübarizə apardıq və Allah sonunda zəfər verdi.