Hörmətli Adnan Oktarın yeni şərhləri (28 Dekabr 2012; 22:00)
Hz.Davud (ə.s) çox gözəl mahnılar söyləyirmiş. (Tövratda, Samuel 6. Hissə. Andlaşma Sandığının Yeruşalim). Yəni Qüdsə gətirilməsi. “Bu vaxt Davudla bütün İsrail xalqı da Rəbbin qarşısında lir, çəng, dəf, zınqırov və zəng çalırdılar”. “Var gücləri ilə melodiyalar oxuyaraq rəqs edirdilər”. “Var gücləri ilə” maşaAllah, canlı bir rəqs ediblər. (Şərh: Hörmətli Adnan Oktarın soyu Hz.Əli tərəfindən.)
“Rəbbin qarşısında”. Allah insanları olduğu hər yerdə gördüyü üçün hər yerdə Allahı fikirləşmək, zikr etmək lazımdır. Tövratın üslubu budur. “Rəbbin qarşısında var gücü ilə rəqs edirdi”. “Hz.Davudla bütün İsrail xalqı sevinc sözləri, sevinc qışqırıqları ilə boru (klarnet) çalaraq rəqs edirdilər”. O dövrdə də klarnet, zurna kimi çalğı alətləri var idi. “Rəbbin sandığını gətirirdilər”―Müqəddəs sandıq Mehdi (ə.s)-ın açacağı sandıqdır. “Rəbbin Sandığı Davudun şəhərinə Saulun qızı Mikal pəncərədən baxdı. Rəbbin qarşısında oynayıb rəqs edən Davudu görüncə”―Kral Davud, maşaAllah. “Onu özündən aşağı hesab edərək, alim insan oynayarmı? Mahnı oxuyarmı? Peyğəmbər olan insan bunu edərmi” deyərək onu özündən alçaq hesab etdi. “Hz.Davud (ə.s) qadın, kişi, hər kəsə, bütün İsrail birliyinə bir qara çörək, bir xurma və üzüm paylayırdı”.
O zamanın çörəkləri kvadrat şəklində bol kəpəkli, minerallı idi, yəni tək çörəyi yesən ət yeməyinə ehtiyac qalmazdı. “Sonra hər kəs evinə döndü. Davud ailəsini müqəddəs hesab etmək üçün evə döndüyündə Saulun qızı Mikal onu qarşılamağa çıxdı. Davuda lağ edərək belə dedi:” İsrail kralı bu gün özünə nə gözəl hörmət qazandırdı“. “Davud: Atan və bütün soyu yerinə məni seçən və İsrail xalqına öndər təyin edən Rəbbin qarşısında oynadım”. Bax, hz.Davud cavab olaraq deyir ki: “Atan və bütün soyu yerinə məni seçən”―sənin atanın soyunu seçmədi, məni seçdi, Allah seçir. “Və İsrail xalqına öndər təyin edən Rəbbin qarşısında oynadım“.
”Allahın qarşısında oynadım mən, sənin qarşısında oynamadım” deyir. “Atanı da seçmədi, atanın bütün soyunu da seçmədi, amma məni seçdi” deyir. “Atanı da seçə bilərdi, soyundan birini də seçə bilərdi Allah, amma Allah məni seçdi və İsrail xalqına öndər təyin edən”. Mehdi təyin edən “Rəbbin qarşısında oynadım” deyə cavab verdi. “Rəbbin qarşısında oynayacağam. Üstəlik özümü bundan daha da hörmətdən salacağam, heç sayacağam” deyir. “Mən heçəm, böyüklük göstərmirəm” deyir. Peyğəmbər təvazökarlığını görürsünüzmü? “Yoxluğam mən, tək Allah var” deyir.
“Saulun qızı Mikalın ölənə qədər uşağı olmadı”. Cənab Allahdan bir bəla olaraq gəldi, Tövrat bunu açıqlayır. Saulun qızı Mikal hz.Davudun yoldaşlarından biri idi, özünə görə soylu bir qadın idi, hz.Davudu hörmətdən salmağa çalışır. Bəzi tiplər vardır ki, oynamağı, mahnı oxumağı qəbul etmirlər.
DƏCCAL İNSANLARI SEVGİDƏN, MƏRHƏMƏTDƏN VƏ ŞƏFQƏTDƏN UZAQLAŞDIRIB. İNSANLARIN ƏSL RUHUNU RAHATLAŞDIRAN, GÖZƏLLƏŞDİRƏN İSTİQAMƏTLƏRİ ƏLLƏRİNDƏN ALIB. İNSANLARIN RUHLARINI VƏ SİMALARINI QARALDIB. MEHDİ (Ə.S) QISA MÜDDƏTDƏ DƏCCALIN BU BƏLASINI RƏHMƏT YAĞIŞI KİMİ DÜZƏLDƏCƏK, İNŞAALLAH. MÜSƏLMANLARIN MƏNƏVİ LİDERİ OLARAQ ORTAYA ÇIXDIĞINDA, HƏR SÖZÜ HƏR GÜN DÜNYAYA NUR YAĞDIRACAQ. SÖZÜN ƏN GÖZƏLİ, SƏNƏTİN ƏN GÖZƏLİ İNSANLARIN QARŞISINDA OLACAQ, İNŞAALLAH.