Header

Hörmətli Adnan Oktarın yeni izahları (30 Dekabr 2012; 22:30)

Aa4a

Hörmətli Adnan Oktarın yeni şərhləri (30 Dekabr 2012; 22:30)

İsra surəsi, 45-ci ayə:

“Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına gözə görünməz pərdə çəkdik”.

Buradakı ifadə çox dəqiqdir. Yəni imansız insanlar Quranı anlaya, qavraya bilmir. Qeyri-kafi görür.

İsra surəsi, 46-cı ayə:

“(Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər”.

“(Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq”. Adam var ki, “mən Quranı başa düşə bilmirəm, anlaya bilmirəm” deyir. 40 il keçir yenə də anlaya bilmirəm, deyir. “Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman”. Yalnız Allah, Quran deyirsən. Bu zaman inkarçılar nə edir? “Onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər”. “Aman-aman bu havalanıb, bizə icazə verin biz gedək” deyərlər.

İsra surəsi, 47, 48-ci ayələr:

Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz” dediklərini Biz çox yaxşı bilirik. Sənə necə misallar verərək azdıqlarına bir bax. Onlar azdılar və artıq doğru yolu tapa bilməyəcəklər.

“Sənə necə misallar verərək azdıqlarına bir bax”. Bəziləri Quranın kafi olmadığını deyirlər. Quranın kafi olduğunu dedikdə, “sən dindən çıxarsan” deyir. “Sənə necə misallar verərək azdıqlarına bir bax. Onlar azdılar və artıq doğru yolu tapa bilməyəcəklər”. Yəni batır, heç bir qurtuluş yolu tapa bilmir. Əzilir, döyülür, söyülür, yox edilir. İslam aləminin bir çox hissəsi məhz bu cür anlayış üzündən məhv edilir. Bir çıxış yolu da tapa bilmirlər. Nə Suriyada, nə İraqda, nə Misirdə, nə Liviyada bir çıxış yolu tapa bilir. Çünki Qurana tabe olmur. Doğru söyləyənə də deyirlər ki: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”, “Bu adam ağlını itirib, Quran yetərlidir deyir, siz nə deyirsiniz?” deyir.

images (6)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313