Tövbə surəsi, 91-ci ayə:

“Allaha və Onun elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və infaq etmək üçün imkanları olmayanlara heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir”.

Yaxşılıq edənlərin əleyhinə heç bir şey olmaz. Allah zəmanət verir.

 

Tövbə surəsi, 88-ci ayə:

“Lakin Allahın elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır”.

Onunla birlikdə olan möminlər, “malları ilə”, yəni kitab paylayaraq, CD paylayaraq, konfranslar keçirərək və “canları ilə”, canlarını ortaya qoyaraq cəhd göstərdilər, bax bütün xeyirlər onlarındır. Allah “onların üzərinə xeyir yağdıracağam, dünyada və axirətdə nicat tapanlar məhz onlardır” deyir.

 

 Kəhf surəsi, 24-cü ayə:

Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah” edəcəyəm de!) Unutduğun zaman Rəbbini zikr edib: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de.

Ancaq: “Allah diləsə” (inşaAllah edəcəyəm de). Unutduğun zaman Rəbbini zikr et”. Burada görüləcək bir iş üçün inşaAllah deyilməsinin fərz olduğunu anlayırıq. Bir şeyi unutduğu zaman Allahı zikr etməlidir: sübhanAllah, əlhəmdülillah, əstağfirullah deməlidir. “Unutduğun zaman Rəbbini zikr et”―bu da bir hökmdür. Ancaq bir çox insan buna əhəmiyyət vermir. Və “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” de. Yəni ən qısa müddətdə hakimiyyət, güc, gözəllik, yaxşılıq olar, İslam Birliyinin olması mənasındadır.

 

 Kəhf surəsi, 25-ci ayə:

“Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar”.

Onlar mağaralarında üç yüz il qaldılar. Qalınan müddət 300 ildir. 400-də də qurtuluşdur. Hicri 1400-cü ilə işarə edir. “Üstəlik doqquz il də qaldılar”―doqquz  mehdiyyətdə əhəmiyyət kəsb edir.

 

Kəhf surəsi, 27-ci ayə:

“Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən”.

 

“Sənə Rəbbinin Kitabından vəhy ediləni oxu. ”Peyğəmbərimiz (s.ə.v) nəyi oxuyurdu? Qurandan oxuyurdu, öz başından bir şey söyləməzdi. Quranda vəhy ediləni oxuya bilir. “Onun sözlərini dəyişdirən yoxdur. ”Yəni Qurana yeni əlavələr edə bilməzsən, halallar, haramlar gətirə bilməzsən. Mövcud halalları haram, haramları halal etmək qadağandır. Peyğəmbər də olsa, edə bilməz. Allahın kitabında buyurduğu nə varsa o olacaq. Bəziləri peyğəmbər dəyişdirər deyir. Məsələn, fərz edək donuz əti haramdır. Allah Quranda bunu bildirir, bütün müsəlmanlar bilir. Allah müsəlmanlardan niyə saxlasın, niyə gizli qalsın? Deyirlər ki, peyğəmbər (s.ə.v)-ə ayrıca vəhy edilir. Vəhy etdisə onsuz da Qurana keçər. Quranda keçdiyi və vəhy qəti olduğu üçün Allahın hökmüdür.

Ta ha surəsi, 41-ci ayə:

“Mən səni Özümə peyğəmbər seçdim!”.

 

Cənab Allah hz.Musa (ə.s)-a deyir. Peyğəmbərlərin əksəriyyətinə peyğəmbərlik 40 yaşda gəlib. “Mən səni Özümə peyğəmbər seçdim!”. Mehdi (ə.s)-ı Allah seçəcək, ona işarə edir.

 images (5)

Ta ha surəsi, 44-cü ayə:

“Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”.

Allah Dəccala və Firona yumşaq söz söyləyin, deyir. Mülayim söylə, yəni gözəl söylə, mehriban, ağıllı danış. “Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” Əgər alçaldaraq, hirsləndirərək  söyləsən qarşı tərəf inadkarlıq edər. Amma şəfqətlə, səmimi söyləsən öyüd alıb düşünər. Qışqırıb-çığırmaqla bir şey olmaz, adamı yalnız inadkar edərsən, Allah əsirgəsin.

 

Ta ha surəsi, 25-ci ayə:

“Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!”

Hz.Musa (ə.s) həyəcanlıdır.

 

Ta ha surəsi, 26, 27-ci ayələr:

“İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!”.

Rəvayətlərə görə Mehdi (ə.s)-ın dilinin arada tutulacaq. Dil tutulması, kəkələmək demək deyil, danışmaqda, nitqində çətinlik çəkmək mənasını verir.  Nitqində, danışığında çətinlik yaranması deməkdir.

 

 

Ta ha surəsi 29-cu ayə:

 “Mənə öz ailəmdən bir köməkçi ver”.

 

Hz.Mehdi (ə.s)-ın ailəsindən ona köməkçi olan kimdir? Hz.İsa Məsihdir. Hz.İsaya da işarə edir.

 

Ta ha surəsi, 30-cu ayə:

“Qardaşım Harunu”

Orada da Haruna işarə var, inşaAllah.

 

Ta ha surəsi, 33-cü ayə:

“Beləcə Səni çoxlu təsbit edək ”

Camaatda bərəkət var. Çünki tək başına olduqda Allahı təsbih daha az ola bilər. İki adam olduqda isə təsbih ən az iki mislinə çıxar. Təsbeh qat-qat artar. Onun üçün müsəlman tək olmamalıdır, yanında ən az bir yoldaşı olmalıdır. Quran camaatın əhəmiyyətinə diqqət çəkir.

 

Ta ha surəsi, 35-ci ayə:

“Şübhəsiz ki, Sən bizi görürsən!”

Müsəlmanlar hər zaman, hər an Allah tərəfindən izlənildiyini bilməlidirlər. İnsan “Əfsuslar olsun mən nə edəcəyəm?” deyir. Allah səni izləmirmi, izləyir. Əfsus dediyi şeyi kim yaratdı? Allah yaratdı. Əfsus sözünü sənə kim dedirtdi? Allah dedirtdi. Səni kim qurtaracaq? Yenə Allah qurtaracaq.

 

Ta ha surəsi, 36, 37-ci ayələr:

Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa! Sənə bir dəfə də mərhəmət göstərmişdik”.

Allah Quranda, verdiyi nemətləri xatırlamağın əhəmiyyətinə diqqət çəkir.  Nemətləri unutmamaq lazımdır.

 

 Ta ha surəsi, 38, 39-ci ayələr:

 

“O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik: “Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılmağın üçün Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım”.

 

“O vaxt ki, anana vəhy olunan şeyi vəhy etmişdik, (belə ki:) “Onu sandığın içinə qoy”. Bu müqəddəs sandıq axırzamanda tapılacaq. Yaxın bir zamanda müqəddəs sandıq tapılacaq. Bu dünyaya böyük təsir edəcək. Mətbuatda, televiziyada, radiolarda yer yerindən oynayacaq. Hz.Musa (ə.s)-ın müqəddəs sandığı tapılacaq. İçindəki müqəddəs əmanətlər tapılacaq. Buna görə bir çox xristian müsəlman olacaq, bir çox yəhudi müsəlman olacaq. Çox böyük təsiri olacaq. Müsəlmanların ürəyinə rahatlıq gələcək, şərh gələcək, imanları  güclənəcək. Çünki Allah Quranda buyurmuş və eynisiylə çıxmışdır. “Onu sandığın içinə qoy, suya burax”. Sandıq uşaq üçün nədir? Beşik. Hz.İsa (ə.s) nəyin içində idi? Beşiyin içində idi.

Beşiyin ərəbcə adı Mehdidir. Buradakı sandıq da Mehdidir. “Beləcə su onu sahilə aparsın”.  Deməli, mehdiyyət sahil kənarında olan bir yerdə olacaq. Deməli, mehdiyyət sandıqla əlaqəlidir. “Onu Mənim də düşmənim, onun da düşməni olan biri götürəcək”. Yəni Allahın da düşməni, Mehdi (ə.s)-ın da düşməni dəccaldır. Deməli, Mehdi (ə.s)-a dəccaliyət əhəmiyyət vermədiyi üçün mühit hazırlayacaq. Dəccal fərqində belə olmayacaq. Onların bütün sistemini, bütün quruluşunu fikirlə yıxacağını bilməyəcəklər. “Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım”. Deməli, Mehdi (ə.s) həm sevəcək, həm seviləcək. Həm sevgini təşviq edəcək, həm sevgidən xoşu gələcək. Sevən və sevilən bir varlıq olacaq.

 

 sqr05eft0

Ta ha surəsi, 40-cı ayə:

 

“O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa!”

 

“O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?”―deməli, Mehdi (ə.s)-ın ətrafında xanımlar olacaq. Mehdi (ə.s)-ı sanki uşaqlarıymış kimi qoruyacaqlar. Hz.İsa (ə.s)-ın da ətrafında xanımlar çox idi. İncildə bu açıq-aşkar keçir. Deməli, Mehdi (ə.s)-ın yanındakı xanımlar, onun bacısı kimi onlara sevgi duyacaq, yəni qohum kimi bir-birlərini sevəcəklər və dost olacaqlar, həmsöhbət olacaqlar. Quran ona işarə edir. “Səni anana qaytardıq”, atana deyil, anana. Çünki Mehdi (ə.s) da, İsa Məsih də yetimdir. Lakin analarının olacağına işarə edir. “Gözü aydın olsun və kədərlənməsin”.

Deməli, Mehdi (ə.s)-ın anasının kədərlənəcəyi hadisələr olacaq, amma Allah onun gözünü aydın edəcək və kədərlənməməsi üçün ona ilham edəcək. Amma gözü qaraldacaq, kədərlənməyə səbəb olan şeylər olacaq. Lakin buna qarşılıq göz işıqlığı və kədərlənməmək olacaq. “Biz səni çətin sınaqlardan keçirtdik”. Deməli, Mehdi (ə.s) da çətin sınaqlardan keçiriləcək. “Mədyən xalqı arasında da illərlə qalmışdın” . Allah Mədyəni boş yerə söyləməz. Deməli, hz.Mehdi (ə.s)-ın gəncliyi bir şəhərdə keçəcək. Hədisdə elə keçir. “Sonra da müəyyən olunmuş (məqama) gəlib çatdın, ey Musa!”. Deməli, Allah Mehdi (ə.s)-ı bir qədər üzərinə başqa bir şəhərə aparacaq.

 

Ta ha surəsi, 42-ci ayə:

 “Sən və qardaşın ayələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin”.

 

“Sən və qardaşın möcüzələrimlə gedin” . Yəni İsa və Mehdi (ə.s) Quranla gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. Deməli, çox möhkəm hərəkət edəcəklər, çox təmiz olacaqlar. Heç zəiflik olmayacaq.

 

Ta ha surəsi, 43-cü ayə:

“Fironun yanına gedin. Çünki o, həddini aşmışdır”.

 

“İkiniz Fironun yanına gedin”. Yəni Mehdi (ə.s) və İsa Məsih dəccalı yox edəcəklər. “Çünki o, həddini aşmışdır”. Deməli, axırzamanda terrorist, anarxistlər azalacaq, quduracaqlar, hücum edəcəklər, oranı-buranı yandırıb yıxacaqlar. Gözü dönmüş bir quruluş olacaq.

 

Ta ha surəsi, 44-cü ayə:

“Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”

Onunla yumşaq danışın şəfqətli, sevgi dolu söz söyləyin. “Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”. Allah dəccaliyətə qarşı sərt davranmamağı buyurur. Şəfqətlə, elmlə, mədəniyyətlə, razı salaraq danışın.

 

Ta ha surəsi, 45-ci ayə:

“Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.

Yəni vurub yıxması, dağıtmasından qorxuruq. Məsələn, hal-hazırda dəccaliyət nə edir? Vurub-yıxır, öldürməyə çalışır, asır, kəsir.

 

 Ta ha surəsi, 46-cı ayə:

“Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!”.

Allah buyurdu: “Qorxmayın” Mehdi (ə.s) tələbələri Allahdan başqa heç bir şeydən qorxmayacaq. Cavan və igid olacaqlar. Deməli, insanlardan bəziləri onları hədə qorxu gələrək qorxutmağa çalışacaqlar, amma onlar igid, cavan və cəsur olacaqlar. “…Çünki Mən sizinləyəm…”―“hadisələri yaradan Mənəm. Dəccalın hücumunu yaradan da Mənəm. Hər şeyi Mən yaradıram, onun üçün rahat olun” deyir Allah. “…Eşidirəm və görürəm”.  Yəni Allah: “sizin qəzetdən, oradan-buradan gördüyünüzü Mən daha mükəmməl şəkildə görürəm” deyir. Çünki “Mən yaradıram, qəzetdəki xəbəri də, televiziyadakı xəbəri də, təcavüzkarı da Mən yaradıram. Hamısı Mənim əlimdədir” deyir.

 

Ta ha surəsi, 47-ci ayə:

“Haydı onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən ayə ilə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!”.

“Haydı onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər”, deməli, mehdiyyət İsrail oğullarını da qurtaracaq. “Onlara əziyyət vermə”. Deməli, Mehdi (ə.s) dövründə İsrail milləti də artıq ağrı-acı, əzab çəkməyəcək. “Sənə Rəbbindən bir ayə ilə gəldik”. Yəni Quranla gəldik. “Doğru yolla gedənlərə salam olsun!”. Salam nə deməkdir? Salamatlıq, sülh, qardaşlıq, güvən deməkdir. Hidayət nə deməkdir? “Hadi” adı mehdiyyətə işarə edir. Çünki hidayətə tabe olan da, vəsilə olan da Mehdi (ə.s)-dır

 

Ta ha surəsi, 48-ci ayə

“Bizə vəhy olundu ki, əzab haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!”

Deməli, Allah, Allahsız, Kitabsız, dinsiz, imansızlara bəla verəcək. Onlara dünyada bir bəla, əzab verəcək. Hal-hazırda bunun şahidi oluruq.

 54tv8

Ta ha surəsi, 49-cu ayə:

Firon dedi: “Rəbbiniz kimdir, ey Musa?” (Taha Surəsi, 49)

Yenə də araşdırır, maraqlanır, soruşur.

 

Ta ha surəsi, 50-ci ayə:

Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”

Hz.Musa (ə.s) əvvəlcə yaradılışdan bəhs edir. Çünki o dövrdə də Darvinizm var idi. Əvvəl yaradılışı isbat edir, izah edir. “Doğru yolu”, doğru yol nədir? Quran, Allahın Kitabıdır.

 

Ta ha surəsi, 51-ci ayə:

Firon dedi: “Bəs elə isə, ilk çağlardakı nəsillərin halı nədir?”.

“O zaman insanlar necə yaradılıb?” deyir. Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. O zaman da insanlar elə inanırdı.

 

Ta ha surəsi, 52-ci ayə:

Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim xəta etməz, unutmaz!”.

“Rəbbim xəta etməz, unutmaz”. Yəni səhv edərək bir varlıq yaratmaz. Materialist və darvinistlər isə: “Genlər, mutasiyalar təsadüfən, qarışıqlıq nəticəsində meydana gəldi” deyirlər. Keçmiş nəsillərin, gələcək nəsillərin hamısını Allah bilir. Hamısını yaradan Allahdır.

 

Ta ha surəsi, 53-cü ayə:

“O (böyük Allah) ki, yer üzünü sizin üçün beşik qılmış, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik”.

 

“O (böyük Allah) ki, yer üzünü sizin üçün bir beşik qılmış…”, yəni Mehdi etdi. Quran Mehdi (ə.s)-a diqqət çəkir. Bu ayə mehdiyyətin bütün yer üzünə hakim olacağına işarə edir. Eyni zamanda da mehdiyyət mənasını verir. Allah beşik içində sizi qoruyur. Yenə hər vəziyyətdə mehdiyyətə baxır. “Orada sizin üçün yollar salmış”. Yəni Allah: “yolları mən düzəldirəm” deyir. “Göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik”. Allah biologiyadakı, canlılardakı yaradılışı da izah edir.

 

 Ta ha surəsi, 54-cü ayə:

“(Onlardan nuşluqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün əlamətlər vardır!”.

Elmi olaraq araşdırsanız Allahın bu ayələrini görərsiniz. Bizim kitablarımızda yazdıqlarımız möcüzələr ayələrdir.

 

Ta ha surəsi, 55-ci ayə:

“Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxaracağıq.”

“Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxaracağıq”. İnsanın torpaqla əlaqəsi vardır. Allah insanı yaradılışında, ölümündə və təkrar dirildiyində torpaqdan yenə çıxaracağıq, deyir.

 1b5809352ac16e052c710c0eecd654d3

Ta ha surəsi, 56-cı ayə:

“Biz dəlillərimizin hamısını Firona göstərdik. O isə bu dəlilləri yalan sayıb qəbul etmədi”.

“Biz dəlillərimizin hamısını Firona göstərdik”. Biz də hal-hazırda dəccaliyyətə bütün dəlilləri göstəririk, lakin o, inanmadı və dirəşdi. Hal-hazırda da onlar dəlilləri, ayələri yalanlayıb dirəşirlər. Bir qismi bilərək, bir qismi də bilməyərək dəccala uyur. Bilmədən dəccala uyanlar çoxdur.

 

Ta ha surəsi, 57-ci ayə:

Firon dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa?

Yəni vətən xainisən, həm cadugər, həm yurddan qovub çıxarmağa gələn adamdır.

 

Ta ha surəsi, 58-ci ayə:

“Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu hamımız üçün münasib bir yerdə olsun”.

“Biz də sənə buna bənzər bir sehrlə göstərə bilərik. ”Durduq yerə iş çıxarırlar. Dinsiz, ateist və kommunistlərin bir çoxunda bu əxlaq, davranış görülür. “Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq.” O dövrün dəccal tərəfdarları bu cür mübahisə etməkdən qaçınmırdılar. Amma əsrimizin dəccalları mübahisə etməkdən şiddətlə qaçınırlar. Onlara bilmədən uyanlar da şiddətlə qaçınırlar.