(Yeşaya 41: 25-28.) “Şimaldan birini hərəkətə keçirdim”.
Allah Kral Məsih üçün söyləyir. Baxın, İsraildə demir, şimalda deyir. İsrailin şimalında Türkiyədir. Allah “Şimaldan birini hərəkətə keçirdim, gəlir” deyir. Azadlıq qəzeti nə deyirdi? “Mehdi (ə.s) gəlir”. Baxın, gəlir.“Gün doğuşunda Məni addımla çağıran biri. Səhər namazında Mənə dua edən biri deyir.“Qüdsə müjdəçi göndərdim” deyir, yəni Mehdi (ə.s)-ı.“Şimalda olan Kral Moşiyah çıxdığında”― baxın, yer də söyləyir. Onsuz da onlar İstanbulda, Romada deyirlər.İsrailli qaynaqlarda yenə, “Məsihi axtaracaqsınızsa, Romanın qapılarında axtarın” deyir.“Qüdsdə axtarın” deyir. Roma haradır? İstanbuldur. İstanbul o dövrdə Romanın paytaxtı idi. İstanbula Roma deyilirdi. “Şimalda olan Kral Moşiyah çıxdığında gələcək və cənubdakı Süleyman Məscidini tikəcək”. (Mişna Midos 2:1, Qüds Talmudu Megillah 1:11)
Tövratda hər yerdə musiqidən, əyləncədən bəhs edir. Baxın, nə deyir: “Gücümüz olan Allaha sevincinizi dilə gətirin, sevinc sözləri söyləyin. Sevinc qışqırıqları atın Yaqubun Allahına! İsrailin Allahına. Çalğıya başlayın, dəf çalın, şirin səsli lir və çənk zingildədin. Eşqdir baxın. ”(Mezmurlar 81:1)
“Mən də Səni, Sənin sədaqətini çənklə (çənk musiqi alətidir) tərifləyəcəyəm, ey Allahım, lir çalaraq səni ilahilərlə tərifləyəcəyəm, Səni ilahilərlə tərifləyərkən dodaqlarımla, varlığımla sevincimi dilə gətirəcəyəm. Çünki Sən məni qurtardın. Dilim gün boyu sənin zəfərindən danışacaq”. (Mezmurlar 71:22-24)
“Ey bütün dünya, Rəbbə sevinc səslərinizi yüksəldin! Ona sevinclə qulluq edin, Sevinc melodiyaları ilə hüzuruna çıxın! Bilin ki, Rəbb Allahdır. Bizi yaradan Odur, biz də Onunuq. Qapılarına təşəkkürlə, Həyətlərinə təriflə girin! Şükür edərək, təriflə, “Allaha həmd olsun” deyərək, “Allahu Əkbər” deyərək. Ona şükür edin, adına təriflər deyin!”. (Mezmurlar 100:1-4)
“Lir çalaraq Rəbbə şükür edin”, On telli çənk uddan daha mükəmməl və udun tel sayından daha çoxdur. Onu ilahilərlə öyün. (Mezmurlar 33:2)
“Ya Rəbb, sənə şükür etmək, Ey Ucalar Ucası, adını ilahilərlə tərifləmək, Səhər sevgini, Gecə sədaqətini, On telli sazla, çənk və lirlə eşitdirmək nə gözəldir!” Baxın, onlarda da səhər və axşam ibadət var, inşaAllah. (Mezmurlar 92:1-3)
“Boru çalaraq Ona təriflər edin!” Boru, yəni klarnet, zurna, bu tipli musiqi alətləri. “Çənklə və lirlə Ona təriflər təqdim edin!” (Mezmurlar 150:3)
(Samuel 6:20)
Davud ailəsini müqəddəs hesab etmək üçün evə döndüyündə, Saulun qızı Mikal onu qarşılamağa çıxdı. Onu alçatmağa çalışır.
Baxın, Mikal deyir:“Dəyərsiz biri olaraq, qullarının cariyələri qarşısında soyundun” . Mikal qürurlanır. Peyğəmbərlərdə qürur olmaz, inşaAllah.
GÖZƏL, YAXŞI İNSANLARA HEÇ VAXT FƏLAKƏT GƏLMƏZ. ALLAH ÇƏTİN ANLAR YAŞADAR VƏ HEÇ KİM QORXMASIN, MÜTLƏQ BUNDA BİR XEYİR VARDIR. Hətta Allah:“Mömin dəccalla qarşılaşdığında gözünü yumsun, heç təsirinin olmayacağını görəcək” deyir. Yəni Allaha təvəkkül etsin deyir.“Bir də baxar ki, dəccal yox olub” deyir. Dəccal hücum edər, söyər. Onu da Allah yaradar. Sırf müsəlmanları sınamaq üçün nemət olaraq xüsusi olaraq yaradar. İnsanlar zənn edirlər ki, bu bir bəla olaraq gəlir. Xeyr, Allah tərəfindən xüsusi olaraq yaradılır. Çaşdırıcıdır, bəzi insanlar göz görə-görə dəccala tabe olurlar. Allah Quranda ifadə edir, “Biz istəməsəydik edə bilməzdilər”.Yəni “Mən yaradıram” deyir. Onun üçün hər imtahanı sevinclə, xeyirlə qarşılayıb onun haqqını tam vermək lazımdır. İMTAHAN GƏLDİSƏ, NUR GƏLDİ DEMƏKDİR. YAĞIŞ KİMİ SƏNƏ SAVAB GƏLƏR. YƏNİ SAHİLƏ GƏMİ İLƏ QIZIL GƏLDİ DEMƏKDİR. Qızıl dolu gəmi gəlir, insanlar isə bundan qaçırlar. Şeytandan Allaha sığınaram, Allah ayədə buyurur: “Hər çətinliklə birlikdə asanlıq vardır”.