Xurafatçıların səhv din anlayışı və bunun verdiyi zərərlər
Xurafatçıların insanların İslam dinindən çəkinmələrinə səbəb olan səhv din anlayışlarının qaynağı nədir?
Həqiqi İslam inancı ilə xurafatçıların xurafatlarla dolu inancları arasındakı fərqlər nələrdir?
Xurafat, Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı İslamdan çox fərqli bir din anlayışı kimi göstərməyə çalışan bir sistemdir. İndiki vaxtda xurafatçılar İslam anlayışını İslamdan kənar tam fərqli bir inanca çevirmişdir. Çünki xurafatçılıqda, Quran və sünnə deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edərlər. Peyğəmbərimiz (s.ə.v) də Axırzamanda xuraftçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox əhəmiyyətli bir təhlükə olduğunu hədisi şəriflərində xəbər vermişdir:
“ELM, ALİMLƏRİN QALDIRILMASI (VƏFAT ETMƏLƏRİ, ALLAHIN QATINA ALINMALARI) İLƏ ORTADAN QALXAR. ORTALIQDA HEÇ BİR ALİM QALMAZ. NƏHAYƏT İNSANLAR CAHİLLƏRİ RƏHBƏR VƏ ÖNDƏR EDƏRLƏR; MƏSƏLƏLƏRİNİ ONLARDAN SORUŞARLAR. ONLAR ELMƏ ƏSASLANMADAN XALQA FƏTVA VERƏR; HƏM ÖZÜ AZAR, HƏM DƏ XALQI AZDIRAR.” (Buxari, nr. 100, 7307; Müslim, Elm 13 (nr. 2673); Tırmizi, Elm 5 (nr. 2652))
Xurafatçılar İslam dininin təməli olan sevgi və barışa düşməndirlər
Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxarlar. Çiçəkdən, uşaqdan, heyvanlardan qısası Allahın yaratdığı hər gözəllikdən nifrət edərlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbiylə qatı dinçi və anlayışsızdırlar. Bu səbəblə də, hər cür gözəlliyə, estetikaya, sənətə, elmə, sevincə, xoşbəxtliyə hətta, həyata düşməndirlər.
Sevginin olmadığı, nifrətin və kinin hakim olduğu, təmizliyə, sənətə və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan edildiyi, qadınlara və uşaqlara amansız bir kin duyan bu sistem, əslində şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bir bəladır. Bu səbəbdən, bu zehniyyətin hakim olduğu bir dünya sanki cəhənnəm kimi darıxdırıcı və qaranlıqdır. İnsanlar xurafatçılığın bu şəklindən çəkinirlər. Halbuki həqiqi İslam dini sevgini, dostluğu, qardaşlığı, köməkləşməyi, bağışlayıcı olmağı qısası gözəl olan hər əxlaq xüsusiyyətini əmr edir. Uca Allah bir ayədə İslam dininin sevgi və köməkləşmə xüsusiyyətini belə xəbər verir:
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Xurafatçılar həqiqi sevgidən uzaq bir həyat yaşayarlar.
Xurafatçı, sevmədiyi üçün özü də sevilməz. Çünki hər kəs xurafat məntiqindən və həyat tərzindən, düşüncə tərzindən nifrət edir. Xurafatçılardan xurafatçılar belə nifrət edirlər. Bu səbəblə, öz aralarında həmişə ayrılıq və ədavət vardır. Heç bir zaman birlik içində, rahat və xoşbəxt şəkildə yaşaya bilməzlər. Həqiqi İslamı yaşayan müsəlmanlar isə şən, sevgi, şəfqət, dostluq və qardaşlıq üzərinə qurulur, demokratiya və azadlığı müdafiə edən, müasir fikirlidirlər. Ətrafları tərəfindən üstün əxlaqları səbəbiylə çox sevildiklərindən ötəri xurafatçılardan tamamilə fərqli olaraq möminlərin canlı bir ictimai həyatları vardır. Xurafatçılar sənət və estetika anlayışından məhrumdurlar.
Xurafatçılar, Quranda olmayan əmrləri İslam dininə daxil etməyə çalışarlar.
Quranda öz xurafatlarına uyğun gəlməyən hökmləri və əmrləri də rədd edərlər. Onlar üçün, Quranda bütün gözəlliklərin təriflənməsi, sənətin, elmin təşviq edilməsi (Allahı tənzih edirik) böyük bir kin səbəbidir. Halbuki, gözəlliklərdən və estetikadan zövq almaq dərin imana sahib insanlara aid bir xüsusiyyətdir. Allah insanın ruhunda gözəlliyə qarşı bir həssaslıq hissi yaratmışdır. Ancaq, bu estetika anlayışının ortaya çıxması və inkişafı, insanın imanı və ağlı ilə düz mütənasibdir. Möminlər qarşılaşdıqları bütün gözəllikləri yaradanın Allah olduğunu bildikləri üçün, bu gözəlliklər qarşısında həyəcan hiss edərlər. Özlərinə bunların hamısını təqdim edən Allahın gücünü və sənətini lazımı kimi təqdir edə bilməyə çalışarlar. Cənnətə qarşı duyduqları həsrət də, gözəlliklərdən zövq alma qabiliyyətlərini artırar. Allahın Quranda xəbər verdiyi cəhənnəm mühitini düşünüb müqayisə etdiklərində isə, ruha zövq verən estetikanın dəyərini daha yaxşı qavrayarlar.
www.kolaylikdiniislam.beyazsiteler.com
Xurafatçılar qadın düşmənidirlər
Xurafatçılar insana və canlı heç bir varlığa əhəmiyyət verməzlər. Ruhlarında heç bir incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçı, qadından da nifrət edər. Xurafatçıların başlıca xüsusiyyətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına üçüncü sinif rəftarı etmək xurafatçılığın əsas xüsusiyyətidir.
Allah Quranda qadınların cəmiyyət içərisində qorunub gözlənilmələri, ayrıca layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınması lazım olan tədbirləri bildirmişdir. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in Quran ayələrini həyata keçirərək tətbiq etdiyi bütün davranışlar, qadınların lehinədir və qadınların zərərə uğramalarının, əzilmələrinin qarşısını alma məqsədi daşıyır. Peyğəmbərimiz (s.ə.v)-in yoldaşlarına və səhabələrindəki xanımlara göstərdiyi gözəl davranış şəkli bütün müsəlmanların qadınlara olan dünya görüşlərini təyin edəcək ən gözəl nümunədir. Quranda qadınlara verilən dəyər bir ayədə belə bildirilir:
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21)
Xurafatçılar səmimiyyət və dürüstlükdən uzaqdırlar
“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.” (Nəhl surəsi, 116) ayəsində bildirildiyi kimi xurafatçıların saxtakarlıqlarını örtə bilmək üçün ən çox müraciət etdikləri yollardan biri də, Allah adına yalan danışmaqdır. Əslində xurafatçılar hər mövzuda yalan danışmağı bir vərdiş halına gətirmişlər. Dini olduğundan daha çətin göstərmək üçün dində olmayan mövzuları mövcud kimi göstərərlər və yaxud dində olanları dində yoxmuş kimi tanıdarlar. Özlərini daha təqvalı göstərmək üçün halal olan şeyləri özlərinə və ətraflarına haram edərlər.
Halbuki Allah halal və haram etdiyi hər mövzunu Quranda bildirmiş, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində də bu mövzular açıqlanmışdır. Bu səbəblə, həqiqi İslam əxlaqını yaşayan kəslər yalnız Qurandakı haram və halallara və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğunlaşdırar. Bu yanaşmaları və Allahın sərhədlərini qoruma mövzusundakı diqqətli olmaları onları dürüst və səmimi edər. Bu kəslər xurafatçıların əksinə doğru sözlü olduqlarını sübut etmək və ətraflarındakı insanları səmimiyyətlərinə razı salmaq üçün xüsusi bir səy göstərməyə ehtiyac hiss etməzlər. Yaşadıqları səmimiyyətin, Allahın icazəsiylə hal və rəftarlarına da əks olunacağını bilirlər. Necə ki, həqiqi İslam anlayışına sahib olan bir adamın baxışlarından, üz ifadəsindən, səs tonundan, üslubundan, hadisələri izahat şəklindən bu səmimiyyəti açıq şəkildə aydın olar.
www.munafiklarintemelozellikleri.beyazsiteler.com
Xurafatçılıq tarix boyunca islamiyyətə zərər vermişdir
Dünyada İslam adına ortaya çıxan, sevgidən, mərhəmətdən uzaq, elm, sənət, gözəllik və estetikaya qarşı olan, döyüşlər çıxaran, zülm edən, öldürmə və qan tökməyə dəstək olan müsəlman modeli, bir qisim insanların İslam dini haqqında səhv bir qənaət sahibi olmalarına səbəb olur. Onlar, müsəlmanlıq adına ortaya çıxarılan xurafatçı zehniyyəti İslam zənn edirlər. Bu qan tökücü vəhşi sistemin, həqiqətdə İslam ilə əlaqəsinin olmadığını, hətta İslama tamamilə müxalif bir həyat şəkli olduğunu bilməməkdə, xüurafatçıların izah etdikləri və yaşadıqları bu modeli İslam dini zənn edərək bundan ürpənməkdədirlər. Həqiqi İslam və müsəlmanlıq isə, Allahın Quranda bildirdiyi, Peyğəmbərimiz (s.ə.v)-in təfsir etdiyi İslamdır. Bu səbəblə, çox şəfqətli, sevgi dolu, qoruyucu, zadəgan, sənətə, estetikaya, gözəlliyə, təmizliyə, nəzakətə çox dəyər verən İslam anlayışının ən ideal həyat şəkli olduğunun bilinməsi çox əhəmiyyətlidir.
İnsanların həqiqi İslam əxlaqını tanımaları İslam əxlaqının yer üzünə yayılmasına vəsilə olacaq
Xurafatçılıq yanılması təlqin edildiyi üçün üstün İslam əxlaqının bir cəmiyyətə gətirəcəyi gözəlliklər bəzi ətraflar tərəfindən lazımi kimi fərq edilə bilmir. Halbuki bu səhv düşüncənin əksinə, Uca Rəbbimizin Quranda bildirdiyi əxlaq, təzyiqdən və məcburiyyətdən uzaq; sevgiyə, hörmətə, xoş görüşə, ədalətə söykənən üstün bir əxlaqdır. Bu üstün fəzilətlərin yaşanmasıyla Allahın icazəsiylə yaxın bir vaxtda demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh tarixdə misli görünməmiş bir şəkildə bütün dünyaya hakim olacaq. İnsanlar imanın sevincini, bərəkətini doya-doya yaşayacaqlar.
Ayələrin işarələrindən, Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıqca görüldüyü kimi, yaşadığımız dövr Axırzamandır. Axırzamanın əziyyətli, çətin günləri hz. İsa (ə. s)-ın və hz. Mehdi (ə. s)-ın vəsiləsiylə bu əsrdə sona çatacaq. Dünya yeni işıqlı bir dövrə girəcək. Allahın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə izah etmək və insanlara Qurandakı və Əsri səadət dövründəki İslamı tanıtmaq isə, yaxın gələcəkdə qovuşacağımız parlaq günlər üçün çox əhəmiyyətli bir zəmin hazırlamaqdır. Xahişimiz Allahın bu yazını da bəhs edilən gözəlliklərə vəsilə etməsi və “insanların Allahın dininə dəstə-dəstə girdiklərini” gördüyümüz günlərin tezliklə gəlməsidir. Nurun yeganə sahibi olan Allahın bu müjdəsi Quranda belə xəbər verilir:
Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)