Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu. (Şuəra surəsi, 45)
Darvinizmin çöküşü budur. Ayə bunu izah edir. Allah yaratmağı göstərir. Ani yaratmanın necə olduğunu göstərir. Musa (ə.s) zamanında, Firon dövründə darvinizm etibarlı idi. O dövrdən, Şumerlərdən qalma bir inancdır. Hz. Musa (ə.s) əvvəlcə ilk olaraq onu yıxır. Allah “Dərhal” deyir. Səmimi bir müsəlman haqqı gördüyündə heç uzatmaz. Bəzi tiplər var ki, bir az daha araşdıracağam, deyir. Yüksək səmimi vicdanda dərhal qərar olar. Dərhal cadugərlər Allaha təslim olub səcdəyə qapandılar. İmanın ən gözəl hərəkəti, ifadə şəkli “Səcdədir.”
və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə – (Şuəra surəsi, 47)
Yəni, insanlar da eşitsin deyirlər, iman gizlənmir. İmanı gizləməyə ehtiyac yoxdur. İmanın insanlar tərəfindən eşidilməsi bir bərəkətdir, gözəllikdir. Çünki imanı zəif olan başqa birisi varsa, belə bir şey gördüyündə o da şövqlənər, imana gələr.
Məsələn, o dövrdə bir çox iman, inanc növləri var idi. İslamdan kənar olan iman növləri var idi. Onun üçün o iman növünün nə olduğunu, doğru olan imanı vurğulamaq üçün; “Musanın və Harunun Rəbbinə!” (Şuəra surəsi, 48) iman etdik deyirlər. Şərh edirlər, açıqlıq gətirirlər. O zaman həqiqi iman olduğu aydın olmuş olur. Çünki bir başqa adam özbaşına bir iman növü inkişaf etdirmiş ola bilər. Amma, “Musanın və Harunun Rəbbinə” iman etdik dedikdə yəni, Onun izah etdiyi şəriətə görə, o dövrdəki haqq olan şəriətə görə iman etdik –deyirlər.
Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”. (Şuəra surəsi, 49)
“Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz?” Bütün diktatorluqlarda xalqın inancını dövlət təyin edər. Rəsmi ideologiya olar. Xalq nəyə inanacağını dövlətdən öyrənər. Dövlət “Doğrusu budur” deyər. Xalqın öz səmimi inancı dövlət üçün əhəmiyyətli deyil. Dəccal rejimlərində belədir. Bizim dediyimiz kimi inanacaqsınız deyərlər. Məsələn faşizmdə elədir. İkinci bir inanc yoxdur. Adam, “Doğru inanc budur” deyir. “Qəbul etməzsəm nə olar?” deyirsən. “Öldürərəm” deyir. Kommunizmdə ikinci bir inanc şəkli qəbul etməz. “Ancaq mən icazə verdiyim qədəriylə, mənim istiqamətləndirdiyim qədər iman edə bilərsiniz” deyir. “Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür.” Dəccal rejimləri həmişə müsəlmanlarla mübarizə edərkən əxlaqsız olaraq və namərdcə üsullara əl atarlar.
Hörmətdən salıcı üsullar tapar. Budur, “Cadugər, dəli, fırıldaqçı, saxtakar, cinsi mənfəətləri var” kimi hörmətdən salıcı, xalqın gözündə əhəmiyyətli olan mövzularda psixoloji hərb üsullarını istifadə edər. Bu alçaq da orada onu edir. “Həqiqət budur” deyir. Bir də sanki həqiqətmiş kimi, həqiqətləri söyləyirmiş kimi danışır. Xalqı aldatmaq üçün həqiqətmiş kimi göstərməyə əhəmiyyət verdiklərini də göstərir bu. Yəni yalan olduğunu hiss etməmələri üçün, “Həqiqət budur” deyir. Çünki yalançı olduğu üçün başlanğıcda təlqin edir ki, yalançı olduğu başa düşülməsin. “Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür.“ Yəni sizin də azğın yola girmənizin səbəbi kimi qələmə verir. O sizə cadunu öyrətdi, siz də cadunu öyrəndiyiniz üçün günahkarsınız.
Sizin günahınız ikinci dərəcəlidir. Birinci dərəcədən cadunu edən odur. Məsələn, müsəlmanlarda da, “Əsl başında duran odur” deyərlər. O başı əzsən o biriləri onsuz da düzələr deyərlər. Müsəlmanlarla mübarizələr həmişə belə olmuşdur. “Tezliklə biləcəksiniz!” Bax, dərhal təhdid də edir. Dəccal rejimlərinin məşhur üsulu təhdiddir. Alçaqcasına təhdid edərlər. “Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.Öz fikrini irəli sürmək üçün adamların əlini və ayağını çarpazlama kəsdirir və “hamınızı çarmıxa çəkdirəcəyəm.” Bir də edam edəcəyini deyir. Allah burada dəccal rejimlərində işgəncə və şiddətin ölçüsünü göstərir. Yəni öz fikrinə əgər inanmazlarsa, öz inancını qəbul etməzlərsə, dəccal rejimləri şiddətli, mərhəmətsiz işgəncə və cinayət edirlər. Allah bu ayədə dəccal rejimlərinin xüsusiyyətini izah edir.
Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq. (Şuəra surəsi, 50)
“Zərər yox” dedilər. Bu tərz ifadə dəccal rejimlərini çox sarsıdan bir ifadə şəklidir. Müsəlmanlarda. “Heç zərəri yoxdur” Adam xeyli təbliğat aparır, qorxudacağını zənn edir. Onların qorxudan iflic olduqlarını zənn edərkən, təsirləri altına aldıqlarını zənn edərkən, onlar: “Zərər yox” deyirlər. Yəni onlarla lağ edirlər. “biz onsuz da öz Rəbbimizə qayıdacağıq.” Bizi onsuz da şəhid etdiyində Rəbbimizin yanına gedəcəyik. Onsuz da sən bizə zərər vermiş olmursan, deyirlər. Boşuna məşğul olursan, deyirlər. Heç zərəri yoxdur deyirlər. Elə deyincə adamın təsiredici gücü qalmır.
Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”. (Şuəra surəsi, 51)
Quran, ilk iman edənlərdən olmağın məqbul olduğunu göstərir. Məsələn, Mehdi (ə.s)-ın ilk tələbələri daha üstündürlər. Ən əziyyətli və çətin dövrləri onlar keçirdiyi üçün sonradan gələnlərdən daha üstün olarlar. Məsələn, səhabələr daha üstündürlər. Çünki ən şiddətli əziyyəti onlar çəkiblər. Yəni, əziyyətin dərəcəsinə görə axirət savabı artar və insanların da imani dəyəri artar. “Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”. Bax, əmin deyillər. “Ümid edirik.” deyirlər. Amma ilk müsəlmanlardan olmaq əlbəttə ki, çox savablı olduğu üçün ümidi daha da artır, inşaAllah.
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik. (Şuəra surəsi, 52)
“Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx.” Allah ayədə gecə deyir, çünki gecə qaranlıq olur. Görmə səviyyəsi zəif olur. Gecələr, müsəlmanlar üçün qoruyucu bir örtüdür. Gecə olduğunda sezilmə çox çətin olur. Bax, Allah deyir ki: “Çünki siz təqib olunacaqsınız”. Deməli, müsəlman xalis bir müsəlman olduğunda, imanlı olduğunda düşmənlər tərəfindən izlənirmiş. İzlənilmək müsəlmanın xüsusiyyətidir. Bədiüzzaman ömrü boyunca izlənildimi? İzlənildi. Hz. Musa (ə.s) izlənildimi? İzlənildi. Peyğəmbərimiz (s.ə.v) izlənildimi? İzlənildi. Bütün peyğəmbərlər hamısı izlənilmişdir. Mehdi (ə.s) da izləniləcək. Hədisdə də var ki, “Dəccalın silahlı adamları Mehdini izləyər, və ona işgəncə edərlər” deyir. Mehdi (ə.s) hər işgəncə etdiklərində onlara: “Sənin dəccal olduğunu daha yaxşı anladım”-deyir.
Firon şəhərlərə əsgər toplayanlar göndərdi. O dedi: “Bunlar kiçik bir dəstədir. (Şuəra surəsi, 53-54)
Xalis müsəlmanlar, ümumiyyətlə, dəccal rejimlərində az olurlar. Səmimi müsəlmanlar, Mehdi camaatları həmişə dəccal rejimlərində kiçik birlik olarlar və əlbəttə ki, bizə qarşı da böyük bir kin bəsləyirlər. Biz isə gözü açıq bir qrupuq. Özlərini çevik, gözü açıq zənn edirlər. Müsəlmanları isə çevik, gözü açıq olmayan zənn edirlər. Dəccallar xalqa həmişə yuxarıdan baxarlar. Onların xarakteri budur.
Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; (Şuəra surəsi, 57)
Allah elə bir taktika tətbiq edir ki, onlar o yerlərdə yaşamırlar. Onları elə bir bəlaya salır ki, oralardan çıxmaq məcburiyyətində qalırlar. Yəni kef, zövq, əyləncə içində qala bilmirlər. Məcburiyyət qarşısında qalıb oraları tərk edirlər.
xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik. (Şuəra surəsi, 58-59)
“(xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.” Yəni, Firon və dəccalın məkanlarına İsrail oğullarını varis etdik. Onların olacaq. Axırzamanda İsrailoğulları kimdir? Mehdi (ə.s) və tələbələridir. Çünki Mehdi (ə.s) onsuz da İsrail soyundandır. Hz. İsrailin soyundandır. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) üçün hədisdə, “Bəni İsrail görünüşündəndir”–deyir. Cismi İsrail, İsrail görünüşündədir. Yəni onların (bəni İsrailin) tipik bir görünüşü vardır. Kəllə quruluşu olaraq, bədən quruluşu olaraq, əda olaraq, rəftar olaraq, heybətlilik xüsusiyyətləri vardır. O nəzərdə tutulur. “xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.” Axırzamanda, firon və dəccalın hakim olduğu hər yerə Mehdi (ə.s) və tələbələri hakim olacaq.
Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar. (Şuəra surəsi, 60)
Yəni, Mehdiliyin günəşi doğularkən dəccaliyyət də azmış olacaq. Ona işarə edir.
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər. (Şuəra surəsi, 61)
“İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər.”
Deməli dəccaliyyət elə fəlakətli hücumlar edəcək ki, bəzi zəif müsəlmanlar: “Biz yaxalanacağıq!” Hər-halda bu səfər qurtula bilməyəcəyik, adamlar bizi bitirdi”-deyəcəklər. Deməli, belə hadisələr olacaq. Quran buna işarə edir. Mehdi (ə.s) tələbələri də eləcə çox böyük hadisələrlə qarşılaşacaqlar. Onların tələbələrindən bunu deyənlər olacaq. Amma Mehdi (ə.s) nə deyəcək? “Əsla” deyəcək. Hz. Musa (ə.s) kimi “Rəbbim bizimlə birlikdə” deyəcək.
Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” (Şuəra surəsi, 62)
“Musa dedi: Xeyr”. Dərhal başdan kəsə olaraq bir dəfə onların fikrini rədd edir. Uzun-uzun danışmır. Kəsə və dəqiq. “Xeyr.” Bu nə deməkdir, nə mənaya gəlir? Adamların hazırladıqları bütün fitnəni tək sözlə bitirir. “Xeyr, Rəbbim mənimlədir” Baxın, hər şeyi Allaha bağlayır. Mən edəcəyəm, demir. “Rəbbim mənimlədir” Yəni Allahın hər yerdə olduğunu deyir. “O mənə doğru yol göstərəcəkdir!”
Yəni nə etməli olduğumu mənə göstərəcək. Çünki bir şey edərkən necə edəcəyini, necə xilas olacağını Allah insana ilham edər. Cənabı Allah qurtuluş yollarını ən çətin anda belə hiss etdirər. Allahın ilhamını izləmək lazımdır. Məsələn, çox çətin vəziyyətdəsən. Allah orada sənə mütləq yol göstərəcək. Allaha güvənsən sənə ilham edər. Güvənməzsənsə onsuz da bəlanın içindəsən deməkdir. Güvənsən şəhidlik də daxil sənə bir yol göstərər. Çünki şəhidlik də bir yoldur. Qazilik də bir yoldur. Qurtuluş da bir yoldur.
Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. (Şuəra surəsi, 63)
“Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı,” Dərhal deyincə təbii ki, bir neçə saniyə mənasında deyil. Bəlkə on beş dəqiqə davam etmişdir, bəlkə yarım saat davam etmişdir. Amma Allah dərhal deyir, dərhal demək saniyə mənasını verməz. Su tamamilə çəkildi. “on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.” Nəhəng dalğalar şəklində dəniz geri çəkilir. Məsələn, sunamidə də elədir. Dənizdə 6-7 metrlik dalğa olar. Amma dənizin o biri tərəfi tamamilə quruyar. Yəni su çəkildiyi halda balıqlar, başqa canlılar, daşlar, qum hamısı görülər. Dənizin altında nə varsa görülər.
Amma dəniz sonuna qədər çəkildiyi yerdə böyük bir həcm meydana gətirir. 7, 8, 10, 15 metrə qədər yüksələr. Çox böyük bir həcmə qovuşar. Amma sonra boşalmış yay kimi bu səfər geri dönür. Məhz müsəlmanlar keçərkən gərilmə anı olur. Dəccal ordusu keçərkən də boşalma anında gəlirlər. Onlar da zənn edir ki, biz rahat-rahat keçərik. Çünki dəccal axmaqlığı, ağılsızlığı var. İnsan düşünməzmi ki, dəniz açıldığına görə bağlanar. Allah onların nə qədər axmaq olduqlarını, nə qədər riskdən qaçınmadıqlarını və nə qədər axmaq olduqlarını göstərir. Amma Allah o azğınlığı onlara cəza verməklə cəzalandırır.
O birilərini də ora yaxınlaşdırdıq. (Şuəra surəsi, 64)
“O birilərini də ora yaxınlaşdırdıq.”
Dəccal ordusunu oraya yaxınlaşdıran Mənəm, deyir.
Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. (Şuəra surəsi, 65-66)
Su böyük bir sürətlə və şiddətlə gəlir. O, Misir papiruslarında keçir. “Bu əzablı hadisədir” –deyir. Yəhudi alimi deyir, “Cadugər” deyir. “Cadugər edəcəyini etdi” deyir. “Şahzadəmizi” deyir. “Soylu mövqelərindən çıxartdı” deyir. “Dənizin ortasında onları fəlakət ağuşuna aldı, əhatə etdi” deyir. Misir tarixində bu tip yazılar daş üzərinə yazılmır. Ancaq zəfərləri yazırlar. Onun üçün bunlar ancaq papiruslara yazılmışdır.
Onlara İbrahimin əhvalatını da oxu. (Şuəra surəsi, 69)
Cənabı Allah, peyğəmbərimiz (s.ə.v)-ə əmr edir. Fərzdir.
Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi. (Şuəra surəsi, 70)
“Bir zaman o öz atasına və tayfasına:” Bax, ən yaxınlardan başlayır. Atasına və qövmünə. Ailəsini tərk edib başqa bir ölkəyə getmir. Əvvəl yaxınlarından başlayır. Ayədə də var ki, “Əvvəl yaxınlardan başla”. “Nəyə ibadət edirsiniz?”demişdi.” Əvvəl soruşur. Sorğulama edir. “Nəyə ibadət edirsiniz?” İlk olaraq nəyə ibadət etdiklərini bilməlidir ki, ona görə cavab versin.
Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. (Şuəra surəsi, 71)
“Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. Onlar da nalayiq olduğu üçün birbaşa söyləyirlər. Stalinin qarşısında bel bükürlər. Şimali Koreyanın keçmiş başçısı var idi, axmaq adam idi. Öldü, insanlar onun qarşısında ikiqat əyilirdilər. Bir də pulla adamları ağladırlar. “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.-deyirlər.
O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? (Şuəra surəsi / 72)
“O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?”
Bax, onların yersizliyini onlara yavaş-yavaş hiss etdirir. Yəni onlara cavab verdirmə metodudur. Bir insan nalayiqlik etdiyində ona cavab verdirmək daha təsirli metoddur. Allah Quranda bu təsirli metoda, psixoloji istiqamətdən insanlara fayda verəcək metoda diqqət çəkir.
Yaxud sizə xeyir və ya zərər verirlərmi? (Şuəra surəsi, 73)
Bunu öyrənmək istəyirəm, deyir.
Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. (Şuəra surəsi, 74)
“Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. Yəni, biz atalarımızın dininə, ənənəsinə uyuruq, deyirlər. Birindən soruşduğunuz zaman, “Biz alimlərdən daha mı yaxşı biləcəyik? Atalarımız elə söyləmiş” –deyir. Qurana görəmi hərəkət edirsən? Sən Qurana uyğun olduğunu söyləyirsən. Allah axirətdə, “Qurandan sorğulayacağam” deyir. Sən “Mənim atalarım belə dedi” deyirsən. Şeytandan Allaha sığınaram. Allah deyir ki; “Əgər ataları bir şey bilməyən cahil insanlardırsa yenəmi onlara tabe olacaqlar?” Onlar da, “Bəli, tabe olacağıq” deyirlər. Allah bu çirkin cəsarətin cavabını axirətdə verəcək.
O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – (Şuəra surəsi, 75)
“Görürsünüzmü”-deyir. Özünüz verdiyiniz cavabdan vəziyyətinizi anladınızmı -deyir.
həm siz, həm də ulu babalarınız? (Şuəra surəsi, 76)
Təkcə sizlər deyil, ulu babalarınız da azmışlar -deyir. Sən ulu babalarına güvənirsən. Onların doğru olduğuna inanırsan. Amma onlar da haqq yoldan azmışdırlar.
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. (Şuəra surəsi, 77)
Yəni, “Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.“ Mən bu insanlara qarşıyam deyir. Qövmün hamısı dinsizdir. Allah verməsin. Bir dənə dindar yoxdur. Bir tək hz. İbrahim (ə.s) var. Ayədə nə deyir: “onların hamısı mənim düşmənimdir.” Yəni bunlar mənim əleyhdarımdırlar. “Aləmlərin Rəbbindən başqa”.
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; (Şuəra surəsi, 78)
Mənə imanı verən Odur deyir.
O Rəbb ki, məni yedirdir və içirdir; (Şuəra surəsi, 79)
Yemək yediyimizdə, məsələn, bir şey içdiyimizdə Allah içirər. “Mən içdim” demək olmaz. Bu şirk olar. Allah içirdi demək lazımdır. Bax, “məni yedirdir və içirdir;“ Suyu içirən də, yeməyi yedirən də Allahdır.
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; (Şuəra surəsi, 80)
Nə həkim, nə də dərman şəfa verə bilər. Şəfanı Allah verər. Çünki xəstəliyi yaradan da, dərmanı yaradan da Allahdır. Dərmanın, həkimin şəfa verməsinə inanan Allaha ortaq, şərik qoşmuş olur. İnsanlar zənn edir ki, şərik qoşmaq yalnız bütə tapınmaqdır. Elə deyil. Hər şeyi Allahın etdiyini bilməlidir. Əksinə şərik qoşmuş olar. Amma hər şeyi, ağlına gələn hər şeyi Allahın etdiyini bilməlidir.
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Bunu Allah deyir. Allah “Əgər hər şeyi mənim etdiyimi qəbul etsəniz, ağla gələn hər şeyi mənim yaratdığıma səmimi olaraq inansanız, o zaman söz verirəm sayınız az olsa da, sizi dünyaya hakimi edəcəyəm”–deyir. Allah, sayınız az olsa da, on nəfər adam olsanız belə, sizləri dünya hakimi edəcəyəm-deyir. Tövratda da buna diqqət çəkilmişdir.
O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; (Şuəra surəsi, 81)
Adam var deyir ki, “Filankəs öldürdü”. Xeyr, öldürən də, dirildən də Allahdır.
O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 82)
Bax, zəmanət vermir, ümid etdiyim deyir. Hz. İbrahim (ə.s) bunu bildirir. Bəziləri nə deyir, “Adam öldü, “Cənnətə getdi mübarək, hal-hazırda cənnətdədir” “O Övliyadır, cənnətə getdi”-deyir. Hz. İbrahim (ə.s) deyir: “O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.” Əmin deyiləm deyir. “Ondan umuram.” Təbii ki, Allah sonra hz. İbrahim (ə.s)-a cənnətlik olduğunu vəhylə bildirilir. Allah Quranda İbrahim (ə.s)-a “Xəlilim” deyir və buradan cənnətlik olduğunu anlayırıq.
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!(Şuəra surəsi, 83)
“Ey Rəbbim! Mənə hikmət ver” Yəni gözəl hökm ver. Məsələn, bunu buraya qoyun. Bunu bura aparın. Bunu belə edin. Hökm və hikmət, gözəl danışmaq, köklü, qısa, dəqiq danışmaq deməkdir. “və məni əməlisalehlərə qovuşdur!” Səmimi olanlara qovuşdur. Səmimi olmaq nə deməkdir? Var gücüylə vicdanıyla hökm verən insan.
Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!(Şuəra surəsi, 84)
“Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!”
Namazların sonunda hz. İbrahim (ə.s)-a dua edilir. “və əla əli İbrahim..” Allah hz. İbrahim (ə.s)-ın bu duasını qəbul etdi inşaAllah.
Məni Nəim bağının varislərindən et! (Şuəra surəsi, 85)
Allah bunu da qəbul etdi. Allahdan Cənnət istədi, onu da verdi.
Atamı bağışla! Çünki o, azanlardandır. (Şuəra surəsi, 86)
“Atamı bağışla!” Bax, atası dinsiz, imansız, Allahsız, kitabsızdır. Nə deyir? “Atamı bağışla!” Şəfqətlə yaxınlaşır, kin və nifrətlə, təcavüzkar bir üslubla deyil. “Çünki o, azanlardandır.” Çaşdı, azdı deyir.
Onların dirildiləcəyi gün məni rüsvay etmə! (Şuəra surəsi, 87)
“məni rüsvay etmə!“-deyir. Bunu da Allah qəbul etdi.
O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. (Şuəra surəsi, 88)
Bəziləri var ki, malıyla, uşaqlarıyla öyünürlər. Allah isə ayədə: “nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.”–deyir.
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” (Şuəra surəsi, 89)
Yəni, səlim bir ürək, təmiz, dürüst bir ürəklə gələnlərdən başqa.
Cənnət müttəqilərə yaxınlaşdırılar. Cəhənnəm də azğınlara göstərilər. (Şuəra surəsi, 90-91)
Allah onlara cəhənnəmi bir anda göstərir, hamısı görürlər.
Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz – Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?” (Şuəra surəsi, 92-93)
Allah soruşur, özlərinə cavab verdirir. Hz. İbrahim (ə.s) da onların özlərinə cavab verdirir. Öz nalayiqliklərini, öz anormallıqlarını özlərinə dedirdir. Yəni təsdiq etdirir.