Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)
“Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” – deyirlər?” Şübhələnmək insanların əskik, səhv xüsusiyyətidir. Məsələn, xurafatçılar (haqq dəlili inkar edənlər) çox şübhəçi olurlar. Heç bir şeyi xeyirə yozmazlar. Həmişə şübhəçidirlər. Arvadından şübhələnər, uşağından şübhələnər. Manyaklıq dərəcəsində bir şübhə anlayışı vardır. Allah küfrün bu istiqamətinə diqqət çəkmiş. Halbuki peyğəmbərimiz (s.ə.v) dürüst, həyatında heç yalan danışmamış bir insan olub. Allah: “Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar.”-deyir. Cənabı Allah peyğəmbərin belə ürəyini möhürləyərəm-deyir. Peyğəmbər belə zəmanətdə deyil. Allah istəsə sonra zəmanət verir. “Allah batili silib yox edər”.
Deyir ki, adam: “Mən qaldıracağam.” Sən qaldıra bilməzsən. Allah qaldırır. Axırzamanda haqsızlığı, ədalətsizliyi, anarxiyanı Mehdi (ə.s)-ın qaldırdığını zənn edəcəklər amma, qaldıran Allahdır. Allah batilin məhv olmasında Mehdi (ə.s)-ı vəsilə edir. Bu ayənin əbcədi 2014-cü il tarixini verir. Cənabı Allah bu müvəffəqiyyəti Mehdi (ə.s)-ı vəsilə edərək verəcək, inşaAllah. “və haqqı Öz sözləri ilə bərqərar edər.” Yəni, Quranın hökmüylə, haqqı haqq olaraq gücləndirər (reallaşdırar), yıxılmaz, sarsılmaz hala gətirər. Məsələn, biz danışdıqca, izah etdikcə güc artır. Kitab payladıqca, təbliğ etdikcə güc artır.Yoxsa iki gün, bir həftə izah edərsənsə, güc olmaz. Güclənmək üçün israrlı izahat, israrlı möhkəmlətmə lazımdır. “Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.” Yəni küfrün də nə düşündüyünü bilər, müsəlmanların da nə düşündüyünü bilər. Çünki bunları yaradan Odur.
Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura surəsi, 25)
“Qullarının tövbəsini qəbul edən,” Allah tövbəni sevir. “Tövbə edin” -deyir. Tövbə etmək möminin ürəyində fərahlıq yaradar. Allaha qarşı sevgisini artırar. Səhv etdiyi üçün, günahlarına görə peşman olub tövbə edəndə içində fərahlıq duyğusu yaranır, rahatlanır. Məsələn, adam bir dəfə pislik edəndə bir daha müsəlman ola bilməyəcəyini düşünür. Allah pislikdə sərhəd qoymayıb. Allah, insan tövbə etdikdən sonra hər cür pisliyi bağışlayaram deyir və işlədiklərinizi bilən Odur. Sizin nə etdiyinizi Mən bilirəm. Onu da yaradan Mənəm deyir. Tövbəni ilham edən də Allahdır. Təbii ki, burada bir sirr var.
O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. (Şura surəsi, 26)
“O, iman gətirib“. Bax, iman gətirən, deməli, insanlarda ilk öncə nəyə ehtiyac var? İman ehtiyacı var. Biz nəyi izah edirik? İman həqiqətlərini izah edirik. Quran möcüzələrini izah edirik. Elə deyilmi? Canlılardakı möcüzələri izah edirik. Darvinizmin etibarsızlığını izah edirik. Əsas olan imandır. “O, iman gətirib yaxşı əməllər edənlərin”. Allah səmimi olmalısınız-deyir. Madam iman etdi, səmimi olmalıdır. Səmimi əməllər, səmimi tətbiqlər etməlidir. “duasını qəbul edər”. Yəni, onların sözünü, tələbini dinləyər, dualarını qəbul edər. “və Öz lütfünü onlara artırar.” Məsələn, sağlamlıq verdisə artırır. Mal verdisə artırır. Güc verdisə artırır. “Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır.”
İndi Allah Quranda əzabın növlərini izah edir. Müsəlman yalnız məlumatlanır və yalnız uzaqdan görər. Məsələn: bəzən qəddar, əxlaqsız adamlar var. Dövlət bir cəza verir. Biz heç bir mərhələsini görmürük. Elə deyilmi? Bizə yalnız məlumatı gəlir. Adamın cəza çəkdiyinə dair bir məlumat gəlir. Amma biz nə o mühiti görürük, nə də adamın nə çəkdiyini görürük. Heç bir məlumatımız olmur. Allah Quranda da əzabdan bəhs edir. Bizə yalnız əzabın məlumatı gəlir və uzaqdan görərik. Allahın kafir və zalımlara, mərhəmətsizlərə, qəddarlara qarşı tətbiqi, əzabı çox şiddətlidir. Onların çəkdiyi əzablar çox şiddətlidir. Lakin müsəlman onu bilmir. Yalnız məmnuniyyət hiss edər. Müsəlman, Allahın zalımlardan intiqam almasından qaynaqlanan məmnuniyyəti hiss edər. Ancaq kafir olan kəs əzabın bütün çətinliyini yaşayaraq bilər. Mömin isə yalnız məlumat olaraq bilər. Müsəlmanın içində, Allahın zalımlardan intiqam almasından ötəri bir fərahlıq meydana gəlir.
Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir. (Şura surəsi, 27)
“Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar.” Yəni, iqtisadi çətinlik olmasaydı hədlərini aşardılar. Həqiqətən, Avropada filan iqtisadi fərahlıq dövrlərində həmişə gənclik azmışdı. Rüsvayçılıq çıxartmışlar. İqtisadi böhran dövrlərində də həmişə dindar olmuş, azğınlıqdan yığışmış, daha məqbul hərəkət edər hala gəlmişlər. Onun üçün dünyanın hər yerində hər vaxt iqtisadi çətinlik vardır. Dünyada tarix boyunca iqtisadi fərahlıq heç bir zaman olmamışdır. İqtisadi fərahlıq təkcə hz. Süleyman (ə.s) zamanında və Zülqərneyn zamanında olmuşdur.
Onun xaricində Firon dövründə də, Nəmrut dövrü daxil bütün dövrlərdə həmişə xalq çətinlik içərisində yaşamışdır. Allaha dönsünlər deyə Allah bunu xüsusi olaraq belə edir. İnsanların əksəriyyətində zənginlikdə həm eqoizm, həm qürur, həm böyüklənmə meydana gəlir. Kasıblıqda da təvazökarlıq, mehribançılıq, Allaha yaxınlıq, istilik, az bir şeydə xoşbəxt olma inkişaf edir. Zəngin olana kilo ilə qızıl gətirirlər yenə də xoşbəxt olmur. Amma kasıb adama bir dənə gümüş kiçik bir şey versən, kiçik bir hədiyyə, dünyalar onun olar. Nisbi olduğu üçün çox zövq alır. Ancaq cənnətdəki insanlar zənginliyi qaldıra biləcək ruhda olur. Dünyada isə zənginliyi qaldıra bilmir. Yolundan azır, azğınlıq edirlər.
Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)
“Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir.” Bax, Allah həmişə yaradılışdan bəhs edir. Əvvəl bunu həll edin, bunu izah edin-deyir Allah. İnsanlarda iman zəifliyini həll edin. Əvvəl iman həqiqətlərindən başla, imanını gücləndir. Onsuz da güclü imanda sevgi olar. “Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir.” Nə edəcəyik göy astronomiyadan, yer, yerin yaradılmasından, yerdəki hər cür araşdırmadan bəhs etməliyik. “və onlarda yaydığı canlıları”. Hər canlı zoologiya, botanika hamısı, biologiya. “Onun dəlillərindəndir.” Allah Quran ayəsi kimi ayə olduğunu deyir. Bunlar Allahın ayələri, dəlilləridir. Onları oxuyub araşdırın. Necə Quran ayələrini oxuyuruqsa, o ayələri də oxuyacağıq. Onları da araşdıracağıq. “dəlil” -deyir Allah, “Onun dəlillərindəndir.” deyir. “Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir.” Bax, Allah nə qədər canlı varsa hamısını deyir. Yığıb ortaya çıxarandır.
Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. (Şura surəsi, 30)
Müsəlmanların halala, harama diqqət yetirməsi, Allahı çox sevməsi, Allahı çox xatırlaması, davamlı ürəyinin Allah ilə birgə olması lazımdır. Burada bir sirr vardır. Allah, xeyli rahatlayarsınız-deyir. Məni çox sevsəniz, Məndən qorxsanız, Qurana uysanız, səmimi olsanız, davamlı ağlınız, ürəyiniz Məndə olsa rahat olarsınız. Davamlı dua etmək, hər şeyi Allahdan istəmək lazımdır.
Allah: “tövbə etsəniz, Allaha həmd etsəniz, Allahın böyüklüyünü söyləsəniz ‘Allahu əkbər’, Məni tənzih etsəniz, ‘SübhanAllah’ “Əskik, nöqsan sifətlərdən münəzzəhsən Ya Rəbbim, mükəmməlsən” şəklində Məni tərifləsəniz, Mənim şanımı təqdir etməyə var gücünüzlə cəhd göstərsəniz, sizə müsibət vermərəm”–deyir. Burada bir sirr var. Bax, “Allah günahların çoxunu bağışlayır.”-deyir. Yəni Allah “günahların çoxunu” bağışlayaram-deyir. Yoxsa əks halda, etdiklərinizə qarşılıq sizə davamlı müsibət yağdıraram-deyir. Hər etdiyinizə, hər səmimiyyətsizliyinizə, hər səhv hərəkətinizə, hər üsyankar hərəkətinizə, Qurana uyğun olmayan hərəkətinizə cəza yağdıraram, fəlakət verərəm, müsibət verərəm. Amma Allah çoxunu bağışlayaram-deyir. Yəni günahların çoxunu bağışlayaram, yerdə qalan qisminə günahlarınıza görə müsibət verərəm-deyir.
Siz yer üzündə Allahdan yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz. (Şura surəsi, 31)
“Siz yer üzündə Allahdan yaxa qurtara bilməzsiniz.” İstədiyiniz qədər darvinizm və materializmi izah edin. İstədiyiniz qədər kommunizmi izah edin. Suriyada, orada-burada, istədiyiniz yerdə dəccal rejimləri qurun. “Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz.” Ayədə Allah, sizə hakim olacaq yalnız Mənəm-deyir.
Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır. (Rahmən surəsi, 54)
“Onlar orada astarları atlazdan olan”. Biz atlasların fabriklərdə düzəldiyini zənn edirik. Əslində atlasları düzəldən Allahdır. Cənnətdə atlasları kim düzəldir? Dünyada da, axirətdə də edən Allahdır. Bütün paltarları Allah düzəldir. “döşəklərə dirsəklənəcəklər.” Cənnətdə yorğunluq yoxdur. “Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.” Yataqda yatdığı, uzandığı halda ağacdan meyvəni asanlıqla yığa bilir. İndi evlərdə uzanmış halda meyvə dərmək mümkündürmü? Xeyr, mümkün deyil. Cənnətdə isə mümkündür. Əlini ağaca uzatdığında budaq ona doğru əyilir. Meyvəni dərdiyi yerdən dərhal həmin yerdə meyvə meydana gələr. Allah meyvəni yığması yaxın və asan olduğunu-deyir. Dünya həyatında meyvə ağaclarına baxıb, biz çıxıb meyvə dərə bilmərik deyib uzaqdan baxarıq. Cənnətdə isə elə deyil, budaqlar şüurludur. Budaq yaxınlaşar meyvədən götürüb yeyərsən, doymazsan. Yenə götürər yeyərsən, yenə doymazsan. Dünya meyvəsi kimi deyil. Çox ləzzətlidir və təsir gücü çox yüksəkdir.
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır. (Rahmən surəsi, 55- 56)
“Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.” Allah qadın baxışına diqqət çəkir. Yoldaşlarına, yalnız yoldaşına baxarlar. Cənnətdə bir çox insan var. Amma o qadınlar israrla öz yoldaşına (ərinə) baxır. Allah elə yaradıb. Allah, yalnız ondan (ərindən) təsirlənəcək şəkildə yaradıb. Allah baxışın nə qədər gözəl olduğunu, ruhun gücünün nə qədər əhəmiyyətli olduğunu, imanla, sevgiylə baxmanın verəcəyi həzzin nə qədər yüksək olduğunu göstərir. “onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.” Allah Quranda qadınlardakı iffətin nə qədər gözəl olduğunu vurğulayır. Allah əsirgəsin, iffətsiz bir qadın insana təsir etməz. Yəni müsəlmana təsir etməz. İffət, qadını çox cazibədar edən, çox təsir edici edən mühüm bir psixoloji səbəbdir.
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?Onlar sanki yaqut və mərcandırlar. (Rahmən surəsi, 57-58)
Yəni göz oxşayan, parlaq, rəngli, xoş görünüşlü paltarlarında yaqutun, mərcanın gözəlliyi var. Allah bunları bizim qavramamız üçün belə təsvir edir. Əslində yaqutdan da, mərcandan da gözəl və üstündürlər. Quranda cənnət paltarları bəzi ayələrdə yaqut və mərcan, bəzi ayələrdə inci, bəzi yerdə qızıl deyə keçir. Cənnət qızılı ayrıdır. Göz oxşayandır. Olduqca çox təsiredicidir. Cənnət qadınlarının paltarlarının, gözəlliklərinin, təsir etmə istiqamətlərinin necə həyəcanverici olduğunun bir şərhidir.