O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik: (Ta ha surəsi, 38)
Ayədə atana deyil, anana deyir Allah. İsa (ə.s)-ın anası var. Mehdi (ə.s)-ın anası var. Atası Mehdi (ə.s) kiçik ikən vəfat edəcək. O da yetimdir. Quran onun üçün həmişə anaya diqqət çəkir. Bu mehdiyyətə istiqamətli bir işarədir. İsa (ə.s)-ın anasına, Mehdi (ə.s)-ın anasına diqqət çəkən, işarə edən bir ayədir.
“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım. (Ta ha surəsi, 39)
“Onu bir sandığa qoyub” burada keçən hər söz mütləq bir işarə, bir şifrə, bir izahat ehtiva edir. Yəni Allah gərəksiz yerə heç bir şəkildə təfərrüat verməz. Deməli, bu sandıq axırzamandakı sandığa işarə edir. Yəni hz. Musa (ə.s)-ın müqəddəs sandığı, onsuz da bu sandıq o sandıqdır. Hz. Musa (ə.s) körpəykən bu sandığın içinə qoyulmuşdur, sonra o sandıq saxlanmışdır, mühafizə edilmişdir. Sonra o sandıq qızılla örtülmüş, sonra müqəddəs sandıq olaraq bu günə qədər saxlanılmışdır. Hal-hazırda o sandıq saxlanılır. Axırzamanda tapılacaq inşaAllah. Deməli, müqəddəs olan şey o sandığın içinə qoyulur. Hz. Musa (ə.s) müqəddəs, onun içinə qoyulub.
Müqəddəs əmanətlər o müqəddəs sandığın içinə qoyulur. “çaya burax ki,” Deməli, mehdiyyət, Mehdi (ə.s) da, İsa Məsih də suya yaxın yerdə yaşayacaqlar. Hz. İsa (ə.s) dağda doğulduğunda belə orada su qaynağı olur. Anası onun doğumunda bir su qaynağının kənarına gəlir. Su qaynağının yanında doğum edir. “çaya burax ki,” Eyni zamanda, qədərə təslim ol mənasını da verir. Yəni Allaha təslim ol, özünü burax. Suya buraxmaq, Allaha təvəkkül edib özünü buraxmaq, suya buraxar kimi deməkdir. Sahilə, su hara aparsa suya burax, yəni Allaha burax. Mehdi (ə.s) da özünü Allaha buraxar, İsa Məsih də özünü Allaha buraxar. Allah onu hara aparsa tam təslim olar. Bu tam təslimiyyətin ifadəsi olan bir ayədir.
“çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün.” Dəccal, yəni o dövrün dəccalı. Amma axırzamana işarə edən dəccaldır. Mehdi (ə.s)-ın düşməni olan Allahın da düşmənidir. İsa Məsihin düşməni olan Allahın da düşmənidir. Quran ona işarə edir. O sandığı götürəcək, fərqinə varmayacaq. Dəccaliyyət deməli, Allahın tələsinə düşərkən fərqinə varmır, bilmir. Yəni uzaqgörənliyi olmadığı üçün təxmin edə bilmir. Bu ilk nüvə mərhələsində mehdiyyətin hiss edilməyəcəyinin dəlilidir. Firon kimi şeytani xarakterə sahib biri, dövrün Mehdisini hiss edə bilmir. Ən kiçik ikən belə, yeni doğulmuşkən belə hiss edə bilmir. Gəncliyində də hiss edə bilmir.
Bu Mehdi (ə.s)-ın, İsa (ə.s)-ın hiss edilə bilməməsinə də işarədir. Hz. Yusif (ə.s) da bilirsiniz quyudan çıxarıldığında hiss edilmir. Qardaşları da hiss edə bilmirlər. Yəni bu ayələr Mehdilərin hiss edilə bilməyəcəyinə dair Quran ayələridir. Yusif (ə.s)-ı nə qardaşları hiss edə bilir, nə də onu quyudan çıxaranlar, nə də evində qaldığı insanlar hiss edə bilmirlər. Amma son zamanlara doğru qadınlar bir fövqəladəlik olduğunu anlayırlar. Şeytandan Allaha sığınaram. “Allahı tənzih edirik” deyirlər, “Bu ancaq bir mələk ola bilər hər halda” deyirlər. Üstündə bir fövqəladəlik olduğu aydın olur, amma tam mənasını çıxara bilmirlər. Yəni vəzifəsini tam anlaya bilmirlər. Yusif (ə.s) da olduğu kimi, Mehdi (ə.s) da da xalq bir fövqəladəlik olduğunu anlayacaq, amma tam anlaya bilməyəcək. Yəni bir fövqəladəlik var deyəcək.
“Gözlərim önündə boya-başa çatdırılasan deyə,”. Mehdi (ə.s)-ın hər hərəkəti, İsa (ə.s)-ın hər hərəkəti Mənim gözümün önündədir. Rahat olun, narahat olmayın. “Mehdi (ə.s), İsa (ə.s) görəsən müvəffəqiyyətli ola bilərmi? deməyin. Allah “Gözlərim önündə”-deyir. Allah “Şəxsən Mən izləyirəm” -deyir. “Mən yaradıram, Mənə güvənin” deyir. Siz də güvənin, o da güvənsin, hamınız güvənin. O mənadadır. “Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım.” İsa (ə.s) da, hz. Mehdi (ə.s) da seviləcək insanlardır. Mehdi (ə.s)-a qarşı, İsa Məsihə qarşı küfrün nifrət etdiyi, möminlərin isə sevdikləridir. Möminlərin ürəklərində hz. Mehdi (ə.s)-a, hz. İsa (ə.s)-a qarşı tərif edə bilmədikləri şiddətdə bir sevgi olur. Tanımasalar da sevirlər. Mömində dəccallara qarşı bir nifrət olur. Allah ona ilham edir. İnsanlara Mehdi (ə.s)-ı da ilham edər. İnsanlar hiss edər Mehdi (ə.s)-ı, amma adını qoya bilməz ki, bu Mehdidir. Dəccalı da hiss edər, adını qoya bilməz. Mömin içində onlara qarşı təbii bir itələyicilik hiss edər.
O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa! (Ta ha surəsi, 40)
“O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?”” Deməli, hz. İsa (ə.s)-a qarşı da, Mehdi (ə.s)-a qarşı da maraq göstəriləcək. Əlaqə göstəriləcək. Köməkçi olacaq, hər cür işində onlara dəstək olacaq. Ətraflarında sanki onları uşaq baxan kimi yetişdirən, onlara dəstək olan, uşağına şəfqət göstərən kimi sevən insanlar olacaq. Ona işarə edir bu ayə. “Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq.” Deməli, Mehdi (ə.s)-ın anası uzun ömürlü olacaq. Deməli, anasından ayrılacaq. Ayrılma, sonra da yenidən birləşmə var. Deməli, Mehdi (ə.s) ailəsinin yanından ayrılacaq, buna aid hədis də var. “Mehdi (ə.s) ailəsindən ayrılacaq” anasından ayrılıb sonra yenidən birləşəcəyi, qovuşacaqları aydın olur.
“gözü aydın olsun və qəm yeməsin deyə,“.“ Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik.” Deməli, İsa Məsih də, Mehdi (ə.s) da əsaslı bir sınaqdan keçiriləcək. Bəlkə də o mübarək insanları öldürməyə, həbs etməyə qalxacaqlar. Çünki burada ölümdən bəhs edilir, onları da öldürməyə çalışacaqlar. İsa Məsihi də, Mehdi (ə.s)-ı da şəhid etməyə çalışacaqlar. Ona işarə var. “Sən illərlə Mədyən əhli içində qaldın.“ Deməli, Mehdi (ə.s) illərlə xalq arasında olacaq, amma xalq onu tanımayacaq. Allah “Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa!“-deyir. Deməli, bir şəhərdən o biri şəhərə gələcək. Hədislərdə də bunu görürük. Mehdi (ə.s) bir şəhərdən o biri şəhərə gəlir. Allah, qədəri (tale, alın yazısı) olduğunu, yəni bu şeylər təsadüf nəticəsində olmadığını-deyir. Qədərlə (tale, alın yazısı) gəlirsən, deyir.
Mən səni Özümə peyğəmbər seçdim! (Ta ha surəsi, 41)
Deməli, yetkinlik dövrü olan 41 yaşında əsl Mehdilik halları üzərində meydana çıxmağa başlayır, inşaAllah. “Mən səni Özümə peyğəmbər seçdim!” Yəni, insan istəyərək peyğəmbər ola bilməz. Çalışmaqla peyğəmbər olunmur. Çalışmaqla Mehdi də olunmaz. Cəhd göstərməklə, məsələn, biz məktəblər açsaq, təbliğ etsək, dərgahlar açsaq, məşğul olsaq Mehdi olmaq istəsək də Mehdi ola bilmərik. Dünya səviyyəsində, məsələn, böyük şirkətlər qursaq, mədrəsələr açsaq, kurslar açsaq, Quran kursları açsaq Mehdi olmarıq. Allahın seçməsi lazımdır.
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Ta ha surəsi, 42)
“Sən və qardaşın möcüzələrimlə gedin“. Burada mən ayələrin işari mənalarını söyləyirəm. Yoxsa bu ayənin düz mənası açıqdır. Hz. Musa (ə.s)-a xitab edir, onsuz da dərhal aydın olur. Hz. Mehdi (ə.s) və “qardaşı” İsa Məsih, gedin “və Məni zikr etməkdə zəiflik göstərməyin.“ Davamlı olaraq Məndən bəhs edin. Davamlı Məni anın radiolardan, televiziyalardan, qəzetlərdən, internetdən hər yerdən Məni anın. Məndən bəhs edin. Yəni o qədər çox zikr edin ki, bu zikr gecəli-gündüzlü olsun. Yəni Allah fasiləli təbliğ istəmirəm-deyir. Həftədə bir yığıncaqlar, ayda bir yığıncaqlar olmasın. Allah arada olan zikr etməyi, arada edilən təbliği zəif davranma olaraq götürür. Zəif davranmağı da qəbul etmir. Allah çox sıx olmasını istəyir. Çox sıx, ola biləcək ən sıx dərəcədə olmalıdır.
Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. (Taha surəsi, 43)
“Fironun yanına gedin.” Yəni ikiniz də dəccala qarşı mübarizə aparın. Hz. Mehdi (ə.s) və İsa Məsih. “Çünki o, həddini aşmışdır.” Axırzamanda anarxiya, terror, haqsızlıq, qan tökmək, insanları bədbəxt etmək, Allah inancını insanlardan söküb götürməyə cəhd göstərmək kimi əzmə fəaliyyətləri var.
Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Ta ha surəsi, 44)
“Onunla yumşaq danışın.” Terrora terrorla cavab verməyin. Anarxiyaya anarxiyayla cavab verməyin. Silaha silahla cavab verməyin. Sevgiylə, şəfqətlə, mərhəmətlə, elmlə, mədəniyyətlə, razı salaraq danışın. “Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”Yəni o halda öyüd alıb düşünməsi mümkündür. Çünki əgər qürurunu qırsan, silahla, nifrətlə, hirslə cavab versən heç düşünməz. Amma mülayimcəsinə, sevgiylə, nəzakətlə davransan o zaman “Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” Yəni düşündükdən sonra da Allahdan qorxub içi titrəyər, iman edər. Yəni Mehdi (ə.s)-ın qan axıtmayacağına işarə edir bu ayə. Mülayim təbliğ, həlim təbliğ olmalıdır. Hədisdə “Mehdi (ə.s) qan axıtmayacaq”-deyir. Bu ayə də mehdiyyətin o qismini izah etmiş olur, buna işarə edir.
Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. (Ta ha surəsi, 45)
“Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından”. Terror, anarxiya içində olduğu üçün təcavüzkar, qan tökücü bir rəftar etməsindən, yaxud ‘azğınlaşaraq həddini aşmasından’ təhqir, küfr, böhtan, həbs kimi çirkin hərəkətlərindən “qorxuruq” çəkinirik deyirlər. Ayədə dəccaliyyətin azğın rəftarına, terror, anarxiya, küfr, böhtan kimi çirkin hərəkətlərinə diqqət çəkilir.
Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Ta ha surəsi, 46)
“Qorxmayın,” Allah qorxmağın haram olduğunu buyurur. Mehdi (ə.s) qorxmayacaq. Məsələn, Bədiüzzaman qorxmurdu. Mehdi (ə.s) da qorxmaz. Bədiüzzamanı da qorxaqlığa təşviq edirdilər, Məkkəyə, Mədinəyə, Hicaza get deyirdilər. Qorx deyirlər, yaxud Amerikaya get orada sevgi görərsən, hörmət görərsən deyirdilər. Bədiüzzaman nə Amerika təklifini qəbul edib, nə də Hicaz təklifini qəbul edib. Orada da olsam İstanbula gələrdim deyir. Yer buradır. Çünki mehdiyyətin mübarizə etdiyi yer İstanbuldur.
Yəni darvinizmin, materializmin… İstanbul mədəniyyət paytaxtıdır. Mədəniyyətlərin qarşılıqlı mübarizə etdiyi yer burasıdır. Darvinist, materialist zehniyyətə qarşı necə təbliğ ediləcək, ayədə nə işarə edir? Mülayimliklə, sevgiylə, barışla, demokratik yanaşmayla, hörmətlə, gözəl rəftarla yaxınlaş və elə təbliğ et. “Mən sizinlə birlikdəyəm”. Birlikdəyəm nə deməkdir? Allah, “Mən hər yerdəyəm”-deyir. Məsələn, bu anda da Allah buradadır. Bizi görür və eşidir. Allah ayədə də “eşidirəm və görürəm!”-deyir.
Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun! (Ta ha surəsi, 47)
Allah “Onun yanına gedib deyin:“ deyir. “Biz sənin Rəbbinin elçiləriyik.” Təbliğ üçün gəldik deyin. “İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə.“ Yəni, müsəlmanlara artıq əzab vermə, onlar artıq azad olsunlar, üstlərindəki təzyiqi qaldır. “Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!” Yəni qurtuluş, fərahlıq, sağlamlıq, Allahın salamı hidayətə tabe olan, yəni iman edən Allahın Hadi isminin təcəllisi olan insanların üzərinə olsun.
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər. (Rad surəsi, 42)
“…Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.” Bu yurdun sonu kimindir. Yəni bu yurd kimə aiddir, kimlərin idarəsindədir, Allah kimlərə vermişdir, bunu biləcəklər deyir. Nə vaxt? Çox yaxın vaxtda deyir. Allah üçün 1400 il, 1500 il uzun bir vaxt deyil. Bu ayənin ifadəsi qabaqki illərdə reallaşacaq.
Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər. (Şuəra surəsi, 227)
Allah “Zalımlar” –deyir. Yəni dəccallar. “qayıdacaqları yeri mütləq biləcəklər.” Yəni, yıxılacaqlarını, yox olacaqlarını, təsirsiz hala gələcəklərini “mütləq biləcəklər.” İndi bunu da görəcək insanlar. “mütləq biləcəklər.” Bax, Allah buna da çox yaxında deyir. 1430-1440-cı il Allah üçün uzun vaxt deyil. Hicri 1440-cı il çox əhəmiyyətli bir tarixdir.
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)
“De: “Haqq gəldi, batil puç olub getdi.” Mehdiyyət gəldiyi anda dəccaliyyət məhv olub gedər. “Həqiqətən də, batil puçluğa məhkumdur!” Batil mütləq, darvinizm, materializm mütləq puç olar. Yüz il, yüz əlli il müqavimət göstərməsi əhəmiyyətli deyil. Mütləq puç olar.
Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik. (Əraf surəsi, 137)
“Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik.” Türkiyə də bu yerə aiddir. Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail daxil, Misirə qədər olan yerlər. “şərq və qərb bölgələrinə varislər təyin etdik.” Mehdi (ə.s) və tələbələri, Mehdi tələbələri və Mehdi (ə.s) da qınanacaqlar. Təhqirlərlə, böhtanlarla, sui-qəsdlərə məruz qalıb zəif buraxılacaqlar. Kimi məsələn, məhkəməyə verəcək, kimi həbs etməyə çalışacaq, əzməyə çalışacaqlar. “varislər təyin etdik.” Onların (yəni Bəni İsrail, hz. Davud (ə.s)-ın soyu, yəni Mehdi (ə.s) və tələbələrinin) hakim olacaqlarını deyir Allah. Biz Bəni İsrailik. Bizlər Mehdi tələbəsiyik. Mehdi tələbələri Bəni İsraildir.
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə surəsi, 32)
“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər.” Danışaraq. Məsələn, internetdə səsi yazılır, kitablara səsləri yazılır. Ağzıyla deyərkən, ağzından çıxan sözlərlə Allahın nurunu söndürməyə çalışırlar. Hal-hazırda da dünyanın hər tərəfində bildirişlərlə, danışmaqla, radio, televiziya proqramlarıyla bunu etməyə çalışırlar. “Mehdi (ə.s) gəlməyəcək. İsa (ə.s) gəlməyəcək.” deyirlər. Allahın nurunu, Mehdi (ə.s)-ı öz sözləriylə söndürmək istəyirlər. Halbuki kafirlər istəsə də, istəməsə də Allah, Öz nurunu tamamlayar. Allah Mehdiyyəti hakim edər. Axırzamana işarəsi var bu ayədə. Mehdiyə qarşı olanlar küfr içərisində olduqlarını demirəm, amma məlumatsızlıq içərisindədirlər. Səhv içindədirlər.
Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)
Onlar, Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Televiziya proqramlarına baxın. “Mehdi əlamətləri çıxmadı, Mehdi (ə.s) da çıxmayacaq. İsa (ə.s) da çıxmayacaq. İslam Birliyi heç bir zaman olmayacaq” kimi sözlər danışırlar. Halbuki “Allah Öz nurunu tamamlayıcıdır.” Allah edəcəyəm deyir, tamamladım demir. Allah tamamlayıcıdır. Necə tamamlayır? Mehdi (ə.s) ilə tamamlayır. İsa Məsihlə tamamlayır. “kafirlərin xoşuna gəlməsə də”. Yəni Allah söyənlər, İslama qarşı olanlar təbii ki, bundan xoşları gəlməyəcəyini–deyir. Onlar xoş görməsə də İslam Birliyi olacaq, terror, anarxiya qalmayacaq, silahlar susacaq.
Sizdən öncə də neçə-neçə əhvalatlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə olmuşdur. (Ali İmran surəsi, 137)
Ruhdan düşməyin nə deməkdir? Depressiyaya düşməkdən, sıxılmaqdan, zəif olmaqdan uzaqlaşmaq. Allah çox güclü olun, kədərlənməyin-deyir. Allah haram buyurmuş. Allah bütün müsəlmanlara kədərlənməyi haram buyurmuşdur. Allah “Əgər möminsinizsə, üstün olan sizlərsiniz!”-deyir. Allah: “Sizə söz verirəm, zəmanət verirəm”-deyir . Bu ayə mehdiyyətin başqa bir şərhidir.
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)
“Əgər onlara” yəni Mehdi tələbələri. “yer üzündə hökmranlıq versək,” yəni, dünyada yerləşdirsək, iqtidar sahibi etsək, dünyanın iqtidarına, dünya dövlətinə başçılıq etsəniz “onlar namaz qılar”. Mehdi (ə.s) və tələbələri namazı tam təsvir edildiyi kimi qılarlar. “zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər.” Anarxiyadan, terrordan, döyüşdən uzaq durmağı, qardaşlığı, barışı, yaxşılığı, gözəlliyi əmr edərlər. Pislikdən çəkindirərlər. Qan tökməkdən, şiddətdən, döyüşdən çəkindirərlər. “Bütün işlərin aqibəti Allaha aiddir.” Allah, ayədə hamısını Özü etdiyini deyir.
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus surəsi, 82)
“Günahkarlar istəməsələr də” yəni haqqı istəməsələr. Haqq nədir? Əlbəttə ki, İslamdır. “Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.” Quranın hökmüylə, Quranın sözləriylə Mehdi (ə.s)-ın, İsa Məsihin dilindən çıxan sözlərlə, Quran hökmləriylə reallaşdıracaq. Hədislər reallaşacaq. Allah onların (inkar edənlərin) müqavimət göstərəcəklərini deyir. “haqqı bərqərar edəcək.” Allah haqqın hər yerə hakim olacağını deyir.
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər.” Yəni fikirlə, elmlə, ağılla fikir quruluşunu, beynini darmadağın edər, partladar, parça-parça edər-deyir. “Bir anda batilin yox olub getdiyini görərsiniz.” Allah baxacaqsınız, yox olub getdiyini görəcəksiniz–deyir. “Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!”. Darvinistlər təsadüfən oldu, öz-özünə oldu deyirlər. Axirətdə cəhənnəm əhli, cəhənnəmə getdiyində, məsələn, adam darvinistdir, Allaha inanmır. Torpaq dümdüz hala gəlib. Maqma kimi qaynayır. Şeytan başı kimi çox ürpədici görünüşdə meyvələri olan ağaclar vardır.
Meyvəsi şeytan başı kimidir və murdar qoxusu vardır. İrin dənizləri var. İrin gölləri var. Zülal qaynağı, bir də qaynar su olacaq. Hal-hazırda bunların təsadüfən yarandığını deyir? Allah onlara: Təsadüf belə olmurmu-deyir. Xoş ətirli iy verən qovun, qarpızlar təsadüfən yarandığını deyirdiniz. Təsadüf elə olmaz, belə olar–deyir. Allah indi bunu yeyin, için deyir. Oranın (cəhənnəmin) suyu leş kimi kükürd iy verir.
Qaynar maqmanı bir çox yerdə görmüsünüz. Allah su olaraq bunu için-deyir. Darvinist orada da öz fikrinin doğru olduğuna inad edib, təkamüllə olduğunu deyir. Cəhənnəm əhlinin başları arxaya dönük vəziyyətdədir. Sinəsi düz, başı kürək tərəfini görür, yəni arxaya çevrilmiş vəziyyətdədir. Dünya həyatında canlıların mutasiyaya uğradıqlarını deyirdin. Burada mutasiyaya uğramısan. Gözü görmür. Mutasiya demirsən? Budur gözü görmür, qolları tutmur. Yerdə sürünürlər. Necə ki, dünya həyatında, bəzi canlılar sürünən idilər sonra yavaş-yavaş ayağa qalxdıqlarını deyirdiniz. Allah budur iddia etdiyiniz ilk atalarınız kimi oldunuz-deyir. Rədd edəcəyi bir vəziyyət varmı? Xeyr. Buradakı halları, vəziyyətləri dünyadakı inanclarına görədir. Öz inancını yaşamış olur. Heç bir şəkildə imtina etmirlər. Cəhənnəm əhli cəhənnəm mələklərinə: “Rəbbinizə söyləyin, o nemətlərdən bizə də versin” deyərlər. Mələklərin vasitəçi olmasını istəyirlər. Öz fikirlərində inad edirlər.
Cəhənnəm təbəqə-təbəqədir. Bəzi insanlar vardır ki, Allahı inkar edər, amma heç bir kimsəyə pislik etməz, amma təkamülçüdür. Dünyada yaşayarkən nemətləri Allah yaratdı demirdi. Ona görə də Allah onları pis, soyuq yerdə, nemətlərin olmadığı bir mühitdə yaşadır. Onun inancına uyğun bir həyat yaşadır. Amma atəşdə yandırmır. Tək tənha yalnız, pis, soyuq yerdə dayanır. Allah onları sıxılmaqla böhrana salır. Biz necə televiziyada xəbərləri seyr edərkən gözəl bir yer gördüyümüzdə qibtə edirik, pis bir yer gördüyümüzdə də Allaha sığınırıq. Onlar da davamlı televiziyadan baxar kimi cənnət əhlini görüb, cəhənnəmlə müqayisə edib onun çətinliyini çəkəcəklər, böhrana düşəcəklər. Bəzi kəslər, Allaha, dinə inanır amma, İslamın hökmlərini yerinə yetirmir. Davakar, dedi-qoduçudurlar. Cəhənnəmdə də bunlar bir – birləriylə döyüşür. Günahı ağır olmayanlar atəşdə yanmaz. Hər kəs cəhənnəmdə yanmaz. Cəhənnəm təbəqə-təbəqə olduğuna görə insan günahının dərəcəsinə görə əzab çəkər.
Məsələn, münafiqlər cəhənnəmin ən aşağı təbəqəsindədirlər. Onlara çox şiddətli əzab edilir. Dedi-qodu edib oturur. Cəhənnəmdə daimi olaraq bu əziyyəti çəkir, böhrana düşür. Çətinlikdən havalanacaq hala düşür. Çünki Allaha, dinə, İslama əhəmiyyət verməmiş, gərəksiz görmüşdü. Müsəlmanlara lağ etmişdi.
Cəhənnəmdə bir-birləriylə dalaşırlar. O özünü cəhənnəmə kimin saldığını axtarır. Bir-birlərini döyürlər, bir-birlərini qovurlar, cəhənnəm məhəllələrində onların məşğuliyyəti bunlardır. Allahı qəbul et deyildiyində, etmirdi. Bir qismi, “Ya rəbbim bizi geri göndər çox mükəmməl olacağıq -deyir. O zənn edir ki, geri getdiyində imtahandakı o mühit aradan qalxacaq. O şərtlərdə gedəcəyini zənn edir. Halbuki geri göndərilsə axirətdəki halı, sözü unutdurulub göndərilər. Allah, onların dünya həyatına geri göndərilsələr yenə eyni şeyi edəcəklərini deyir. Çünki o axirətə getsə, təkrar dünya həyatına göndərilsə bunların bir yuxusunda gördüyünü zənn edib: “Nə qədər qorxunc bir kabus gördüm”–deyər. Azğınlığına davam edər.