Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz. (Zumər surəsi, 36)
Dindən ayrılan insan artıq dəccal olar.
Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi? (Zumər surəsi, 37)
“Allahın doğru yola yönəltdiyi kimsəni də” Yəni kimi Mehdi etsə, kim Mehdi olsa. “azdıran olmaz.” Dəccallar ona təsir etməz. Dəccal onun üçün təsirli ola bilməz. “Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi?” Allah hamısından intiqam alacağam-deyir.
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)
“Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” Bax, Allah dərhal yaradılışdan bəhs edir. Yaradılış Atlasının çıxma səbəbi budur. Əvvəl yaradılışdan bəhs etmək lazımdır. “deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər.” Kimdən soruşsan Allah deyir.
De: “Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki, (Zumər surəsi, 39)
“De: “Ey qövmüm”. Ey xurafatçı (haqq dəlilləri inkar edənlər) qrupu. “Əlinizdən gələni edin,” Yəni, inandığınız xurafat inancına görə istədiyinizi “edin” əlinizdən nə gəlirsə edin. “mən də edəcəyəm.” Mən də lazımlı işi görəcəyəm. “Siz tezliklə biləcəksiniz ki,” Yəni, kimin qalib gələcəyini, kimin güclü olduğunu yaxın vaxtda öyrənəcəksiniz.
kimə rüsvayedici əzab gələcək, kim də davamlı əzaba düçar olacaqdır”. (Zumər surəsi, 40)
“kimə rüsvayedici əzab gələcək” Bax, rüsvayçı deyir, öldürən demir Allah, rüsvay edən, alçaldan-deyir. “kim də davamlı əzaba düçar olacaqdır” Bunu görəcəksiniz, deyir.
Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən. (Zumər surəsi, 41)
“Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik.” Allah Quranı Biz endirdik-deyir. Başqa bir hökm deyil, yalnız Quranı. “Kim doğru yolla getsə,” Yəni, Qurana tabe olsa “xeyri onun özünə olar, kim azğınlığa düşsə,” Quranın xaricinə çıxarsa “ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.” Cənabı Allah, havalanırsa qoy havalansın. Onu özünə dərd etmə -deyir.
Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər. (Furqan surəsi, 63)
“Mərhəmətli Allahın qulları o kəslərdir ki,” Həqiqi müsəlmanlar, “onlar yer üzündə təvazökarlıqla gəzər,” Təvazökardırlar. Rahatdırlar. Səmimidirlər. Artistlik etməzlər. Qürur etməzlər. Ağır müəllim, molla havasına girməzlər. Övliya havalarına girməzlər. Normal rəftarı, mehriban. “cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər.” Böhtan atacaqlar, çirkin sözlər söyləyəcəklər, təhqir edəcəklər. Müsəlman nə deyəcək? Salam sizə deyib uzaqlaşar. Həmsöhbət olmaz.
Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər. (Furqan surəsi, 64)
Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. (Furqan surəsi, 65)
“Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə.” Normalda cəhənnəm əzabına düçar ola bilərlər. Amma Allah geri çevirir. “Doğrusu, onun əzabı həmişəlikdir.” Yəni, müsəlman əgər günaha girsəm qarşılığı cəhənnəmdir deyə bilir.
Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!” (Furqan surəsi, 66)
Müsəlman ondan çəkinir.
Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar. (Furqan surəsi, 67)
“Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər,” Allah yolunda ürəkdən xərcləyərlər. Boş yerə xərcləmir. İsraf etmir. Amma xəsislik də etmir. Allah yolunda müsəlmana xərclədiyi pulu, İslam yoluna xərclədiyi pulu zibil kimi xərcləyir. Xəsislik etmir. Boş işlərə xərcləmir. “bunların arasında orta bir yol tutarlar.”
ŞƏHİDLƏR, CƏNNƏT ƏHLİ QİYAMƏTİ SEYR EDİRLƏR. QİYAMƏTİ NECƏ SEYR EDİRLƏR, BİLİRSƏNMİ? GÖZƏL DÖŞƏYƏ UZANIB, BƏZƏKLİ CƏNNƏT YASTIQLARINA UZANIB SEYR EDİRLƏR. QARŞISINDA TELEVİZİYA EKRANI KİMİ BİR EKRAN AÇILIR VƏ EKRANDA DÜNYA TOZ DUMAN OLUR. “OH” DEYİR, “ƏLHƏMDÜLİLLAH” DEYİR, “YA RƏBBİM, ŞANIN NƏ UCADIR” DEYİR. ALLAH HİSSƏ-HİSSƏ GÖSTƏRİR. AMERİKANI AYRI GÖSTƏRİR, ALMANİYANI AYRI GÖSTƏRİR. MƏHƏLLƏLƏRƏ, KÜÇƏLƏRƏ HƏR YERƏ ZOOM EDİLİR AXİRƏTDƏ. TƏK-TƏK HAMISINI GÖRÜR İNSANLAR. ALLAHA HƏMD EDİRLƏR. SEYR EDİLƏN BUDUR. ONDAN SONRA BİTİR. ONSUZ DA QİYAMƏT ÇOX QISA ÇƏKƏR. BUDUR, HAMINIZ GÖRƏCƏKSİNİZ.
Cənabı Allah möminləri cənnətə salacaq. Möminə cəhənnəm haramdır. Möminlər cəhənnəmi televiziya ekranı kimi seyr edir. Necə biz televiziyada istədiyimizdə istədiyimiz kanalı açırıq, istədiyimiz görünüşü izləyirik inşaAllah, o şəkildə görərik. Amma qiyaməti bütün mələklər, bütün insanlar, cənnət əhli hamısı görərlər.
Dünyanın başına gələn bəlaların səbəbi sevgisizlikdir. Sevgisizliyi normal qarşılayırlar. Sevgisizlik cəhənnəmdir. Sevgisizlik çox qorxunc bir şeydir. Bir çox insanın ürəyində nifrət oturmuşdur. Nifrət əhli çox çirkindir. Özləri də cəhənnəm həyatı kimi həyat yaşayırlar, çox böyük ağılsızlıq edirlər. Bir də keyfiyyətsizlik. Sevgisizlik hörmətsizlik gətirir. Hörmətsizlik də sevgisizlik gətirir. Hörmət olmayan yerdə sevgisizlik tez inkişaf edir. Sevgisiz həyatda da hörmətsizlik inkişaf edir. Sevgiylə hörmət iç-içədir. Bir- biriylə bağlıdır.