Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır.
Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır. (Əhzab surəsi, 53)
“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin“ Evinə deyil, evlərinə deyilir. Peyğəmbərimiz (s.ə.v)-in kiçik-kiçik bir çox evi var. Analarımızın qaldığı evlər. “Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın.” Deməli, orada xeyli tez-tez yemək yeyilirmiş maşaAllah. Kim bilir necə gözəl yeməklər vardır. Bir də peyğəmbərimiz (s.ə.v)-in o dövrdə ac olduğunu söyləyirlər. Halbuki peyğəmbərimiz (s.ə.v) doyduğu kimi, ümməti-Məhəmmədi də doyururdu. Onlara da ziyafət verirdi. Peyğəmbərimiz (s.ə.v)-in evi eyni zamanda plov paylanan ev idi. Yemək yeyilən bir ev idi. Bol-bol yemək yeyilirdi.
Bax, “və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın.” Yəni boş, uzun və boş danışıb söhbətlərə dalmayın. Həqiqətən insanların çətinliklərindən biri də budur. Boş sözə dalarlar. Halbuki o, qiymətli olan həyatın qiymətli vaxtlarını xərcləmək deməkdir. Belə etmək olmaz. “Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir” Niyə? Çünki peyğəmbərimiz (s.ə.v) üçün vaxt qiymətlidir. Hər anı qiymətlidir, ümmətin faydası üçün, ümmətin mənfəəti üçün dəqiqəni, saniyəni belə diqqətli istifadə edirdi. Elə boş zaman keçirənlər, boş vaxt xərcləyənlər peyğəmbərimiz (s.ə.v)-i narahat edir. “və o sizdən utanır.” O da, onların oturub yemək yemələri üçün gözləmələrini söyləyə bilmir, elə deyilmi?
Məsələn, get, gəziş, məşğul ol, işlər gör. Yemək vaxtı gəldiyində gələ bilərsən. Amma yeməyini yediyində sözə dalma, dərhal fəaliyyətə keç. Çünki vaxt dardır. Müsəlmanlar təhlükə altındadır. “və o sizdən utanır.” Buradan da anlayırıq ki, peyğəmbərimiz (s.ə.v) utancaq idi. Xarakterini Allah vurğulamış olur. “Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır.“ Allah bir şey olduğu halda rahatca söyləyər, inşaAllah. Əslində Allahın rahatlığa ehtiyacı yoxdur, anlamanız üçün söyləyirəm. Peyğəmbərimiz (s.ə.v)-in xanımlarından, “Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin.“
Yəni, qalın, böyük bir pərdə, peyğəmbərimiz (s.ə.v)-in xanımları o pərdənin arxa tərəfində, danışacaq kəslər də pərdənin o biri arxasından onlarla danışırlar. “Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər.“ Yəni vəsvəsə olmaz, ürəyinə hər hansı bir çətinlik gəlməz. Rahatdır. “ Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir.“ Yəni Allah qətiliklə olmaz-deyir. “Onlar sizin analarınızdır”-deyir.
Qətiliklə vəfatından sonra və yaxud hər hansı bir şəkildə boşanmasından sonra ola bilər. Cənabı Allah yoldaşlarıyla evlənməyi hədəfləməyin -deyir. “Həqiqətən, bu, Allah yanında böyük günahdır.“ Bu təbii ümmət üçün böyük fərahlıqdır. Yəni vəsvəsəni ürəklərindən tamamilə aradan qaldırıb atmış olur. Cənabı Allah beləcə müsəlmanların ürəklərini təmizləmiş olur.
“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin“ Deməli, ziyarətin bir ədəbi vardır. İnsanların evdəki fəaliyyətləri, evdəki dincliyi əhəmiyyətlidir. Fövqəladə bir şey olmadıqdan sonra gərəksiz ziyarətlər yaraşmaz. Ona işarə edir. Amma baxın, peyğəmbərimiz (s.ə.v)-in evində hər kəsə yemək paylanır. Adamlar nə deyir? “Aclıqdan peyğəmbər qarınına daş bağlayırdı”-deyir. Allah da peyğəmbərimiz (s.ə.v)-in evində “Yemək paylanırdı” -deyir.
Qənimətlərin beşdə biri peyğəmbər (s.ə.v)-in idi. Allahın ayəsidir bu. Bunu da heç sayırlar. Şeytandan Allaha sığınıram. Allah deyir ki: “Səni kasıb tapıb zəngin etmədimi?”. Bunu da heç sayırlar. Quranı kənara qoyma məntiqi. Allah əsirgəsin. Haşa bir mənada Quranı heçə sayırlar. Həmişə öz başlarında inkişaf etdirdikləri bir inanc forması var. Peyğəmbər (s.ə.v)-i kasıb görmək istəyirlər. “Qadınlardan uzaq dayanar, ancaq yaşlı, xəstə qadınlarla evlənər, həyatla əlaqəsi yoxdur, gülməz, sevinməz, yeməz, içməz, kasıbdır, həmişə pərişandır.” Haşa. Belə bir görünüş vermək istəyirlər. Bunu da bütün İslam aləminə əks etdirmək istəyirlər. Hələ də də əks etdirirlər. Özbaşlarına xeyli müvəffəqiyyətli də oldular. Ancaq bu çirkin bir müvəffəqiyyətdir.
Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın. (Əhzab surəsi, 56)
Peyğəmbərimiz (s.ə.v)-ə tam bir təslimiyyət, tam bir sevgi, tam bir güvən, tam bir hörmət olmalıdır.
Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır. (Əhzab surəsi, 57)
Necə əziyyət edir? Məsələn, peyğəmbərimiz (s.ə.v)-i yalanlayır, yaxud möcüzələrini ört-basdır etmək istəyir. Yəni bu hərəkəti işgəncə mənasında deyil. Çünki heç kəs Allaha onsuz da əziyyət edə bilməz. Əziyyət etmək yəni, Allahın hökmlərinə qarşı vəziyyət almaq, Allahın möcüzələrini anlamazlıqdan gəlmək, onları ört-basdır etmək deməkdir. Peyğəmbərimiz (s.ə.v) axırzamanda möcüzə göstərir. Axırzamanın, mehdiyyətin bütün əlamətləri tək-tək zühur edir. Lakin bəzi kəslər var gücləriylə:“Aman oxumayın, aman düşünməyin, aman araşdırmayın, aman mehdiyyətdən bəhs etməyin. Axırzaman əlamətlərini əsla sizə kimsə izah etməsin, siz də dinləməyin.”–deyirlər.
Beləcə, peyğəmbərimiz (s.ə.v)-in yüzlərlə möcüzəsini ört-basdır etməyə, söndürməyə çalışaraq hər yerə yayırlar. Cənabı Allah bunu Allaha və elçisinə əziyyət vermək kimi görür. Yəni peyğəmbərimiz (s.ə.v)-ə o dövrdə edilən təzyiq də əziyyət idi. Məsələn, peyğəmbərimiz (s.ə.v)-lə danışmamaq, ona mal satmamaq yaxud yoluna tikan atmaq, və yaxud təhqir edib, böhtan atmaq kimi əziyyət edirdilər. Bu da əziyyətdir. Peyğəmbərimiz (s.ə.v)-in Mehdisinə edilən hücumlar da eynilə peyğəmbər (s.ə.v)-ə edilən əziyyətlərdəndir. Peyğəmbər (s.ə.v)-ə edilən əziyyət Allaha edilən əziyyət sayılır. “həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.”–deyir Allah.
Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Əhzab surəsi, 45)
“Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid,” peyğəmbərimiz (s.ə.v)-in şahidlik vəzifəsi var idi. Hadisələrə şahid olur, hər şeyi görürdü. “Müjdəçi” peyğəmbərimiz (s.ə.v) həm cənnət müjdəsi, ayrıca Mehdi (ə.s)-ı müjdələyir. İsa Məsihi müjdələyir. İslam Birliyini müjdələyir. “və xəbərdar edən olaraq göndərdik.” Yəni halala harama diqqət yetirin, səhv bir şey etməyin. Əbcədi hicri 1417-ci il tarixini verir, miladi 1997-ci il.
Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi göndərdik. (Əhzab surəsi, 46)
“Ona tərəf çağıran və nur saçan bir çıraq kimi göndərdik.” Yəni İslama, Qurana çağıran. Nur saçan bir işıq qaynağı. Peyğəmbərimiz (s.ə.v) çox nurlu idi, sanki ətrafa işıq saçırdı. Mehdi (ə.s) da elədir, nurludur. Onun izah etdiyi həqiqətlər məsələn, darvinizmi, materializmi çökdürməsi, Quran möcüzələrini izah etməsi, iman həqiqətlərini izah etməsi, onlar nur saçmaqdır.
Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır. (Əhzab surəsi, 47)
Bu ayə 2005-ci il tarixini verir. Nə deməliyik? “İslam birliyi yaxındır, Mehdi (ə.s) zühur etdi, müjdə İsa Məsih vəzifədədir. İnşaAllah möminlər cənnətə gedəcək.
Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir. (Əhzab surəsi, 48)
“Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə” Böhtan ata bilərlər. Səni məhkəməyə verə bilərlər. İddia aça bilərlər. Oyun oynaya bilərlər. Facebookda, orada-burada çirkin sözlər deyə bilərlər. “Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et.” Cənabı Allah, özünü burax Allaha, hər şeyi Allah edir-deyir.
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir. (Əhzab surəsi, 43)
“Sizi zülmətlərdən nura çıxartmaq”. Zülmətdən nura, yəni dəccaliyətdən, materializm, darvinizmdən nura çıxartmaq üçün “Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir.” Allah möminlərə xüsusi olaraq rəhm edir.
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)
“Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular.” Bunlar peyğəmbərlərə məxsus bir xüsusiyyətdir, hamısı igid olur. Peyğəmbərlər qorxmazlar. Möminlər də bu şəkildə olmalıdırlar. Allahdan başqa heç kimdən qorxmamalıdırlar.
“Allah kafirləri qəzəbli olduqları halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!”
Bu ayə 2000-ci il tarixini verir.
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)
“Biz hər kəsi” Bu çox böyük bir sirrdir. “yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.” Halbuki dünya güc çatdıracağından çoxunu yüklənəcəyi böyük bir yerdir. Çox rahat ola bilər belə bir şey. Çox rahat. Elə hadisələr olar ki, adam güc çatdıra bilməz. Allah möcüzə olaraq dünyada belə bir şeyi heç etmir. Məsələn, mən 56 yaşdayam, güc çatdıra bilməyəcəyim bir şeylə heç qarşılaşmadım, belə bir şey heç olmayıb. Elə bir şey olmur, əlhəmdülillah.
Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 43)
Allah, “Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq.”-deyir. Kin yoxdur. Nə gözəl, kin saxlaya bilmir. Heç bir şey ona təsir etmir. Kinlənmir. Xüsusi verilən bir duyğu, imtahan üçün verilir. İmtahan bitdiyi üçün və kinin bir mənası qalmadığı üçün kin də qaldırılır. Bax, imtahan bitir. Kin imtahan üçün verilmiş xüsusi bir vəziyyətdir. Xüsusi olaraq verilir. İmtahanın bitdiyi an onun səbəbi qalxdığı üçün o da qaldırılır. “altından çaylar axacaq.” İnsan axar suyu çox sevir. İnsan kiçik belə olsa suyu sevir. Məhz cənnətə olan istəyimizdən irəli gəlir. Bu dünyadakı suya olan sevgimiz cənnətə olan sevgimizdən olur.
Allah instinkt olaraq vermiş. Suyu sevirik. Bir məntiqi varmı? Bu qədər insan suyu sevərmi? Qorxa bilərdi insan, Allah qorxuda bilərdi. Məsələn, suyu gördüyündə qaçardı. “Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun!” Əlhəmdülillah Ya Rəbbim deyirlər, həmd olsun Sənə. “Əgər Allah bizə hidayət etməsəydi,” Hadi ismi ilə təcəlli etməsəydi “biz özümüz doğru yola yönələ bilməzdik.” “Allah bizi imansız da edə bilər”-deyir. “Əlhəmdülillah imanlı etdi”. “Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər.” Mehdilər, peyğəmbərlər var. “Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!”-deyə səsləniləcək. Gəldiklərində bax, Allah vəd etmişdi qapıdan girdiyində o cənnət bu cənnət deyirlər. Bir baxır, ucsuz-bucaqsız yamyaşıl cənnət. Oh, əlhəmdülillah deyir. Ucu bucağı yox, maşaAllah.
Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!” – deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara! (Əraf surəsi, 44)
“Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” – deyə soruşacaq.” Televiziya kimi ekrandan danışırlar. “Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!” Möminlər bütün dəccalları, fironları cəhənnəmdə görürlər. Mömin heç bir zaman bəlanın içinə girməz. Məsələn, cəhənnəm ərazisinə girir. Amma nə əzabını görür, nə çətinliyini görür. Yalnız yeri görməsi üçün Allah gətirir. Cəhənnəmi niyə görmədim? Çünki cəhənnəm ifadə edilən bir yerdir. Yerini gördüyü halda cənnətlə müqayisə edəcəyi üçün çox xoşuna gəlir. Amma cəhənnəmin içinə girmirlər. Ərazisinə girirlər.
O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”. (Əraf surəsi, 45)
Küfrün xüsusiyyətlərini söyləyir. Allahın yolundan döndərər, namaz qıldırmır, oruc tutdurmur. “onu əyri göstərməyə çalışır” Yobazlar (haqq dəlilləri inkar edənlər) bu ayəyə yaxşı diqqət yetirsinlər, bax, “Allah yolundan sapdırır,” Məsələn: qadınlara namaz qıldırmır. Əyrilik axtarır. Din doğru ikən əyri bir din anlayışı meydana gətirir. Pozğun bir din anlayışı meydana gətirir. Əlavələr, çıxartmalar edərək azdırır. Quranda Allah elə bir hökmün olmadığını deyir.
Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər. (Əraf surəsi, 46)
“Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki,” Cənnətlə cəhənnəm arasında bir maneə var. Bu bəlkə bizim bilmədiyimiz elektro maqnetik bir maneə də ola bilər. Təxmin etmədiyimiz bir ölçü maneəsi ola bilər. “hər kəsi simasından tanıyan insanlar olacaqdır ki,” Mələklər hamısını üzlərindən tanıyır. Məsələn, neçə milyon insan varsa hamısını tanıyırlar.
Allahın verdiyi ağla bax, maşaAllah. Hamısını su kimi bilir. Məsələn, Hüseyn oğlu Əhməd. Nə etdiyini ondan daha yaxşı bilir. Çox gözəl tanıyır. Fərz edək ki, adam Çindən gəlmiş yaxud Malayziyanın kəndindən gəlmiş. Mələklər onu ən incə təfərrüatlarına qədər çox gözəl tanıyır. “onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər.” Hər girənə salam, salam, salam, salam, salam. “Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.” Girmək üçün gözləyirlər, çox şiddətlə istəyirlər.
Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (Əraf surəsi, 47)
Yəni çox çəkinirlər “Ey Rəbbimiz” deyirlər. Cənnətə girəcəklər, amma yenə də içlərinə bir qorxu gəlir. “Ey Rəbbimiz ” deyirlər, “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” deyirlər. Uzaqdan onlara baxırlar, amma artıq yerləri təyin olunmuş. Məlumdur ki, cənnətə girəcəklər çünki önlərində və sağlarında nurları var. Onları daşıyanlar var. Onsuz da deyir ayədə bax, “Şiddətlə arzu edib ümid edənlərdir”. Amma dəqiqləşmədiyi üçün insani bir hisslə həyəcan hiss edərlər təbii haldır, inşaAllah.
Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”. (Əraf surəsi, 48)
Məsələn, deyir; qazancın nəyə yaradı. Milyarder oldun nə bilim nə etdin. Filan yerdə bunu etdin, fırıldaqçılıq etdin. Nə qazandın? Adama xatırladır. Başına qaxır. Adam orada onsuz da yerin dibinə girir.
“Allah onlara mərhəmət nəsib etməyəcəkdir” – deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?” Sədd əhlinə deyiləcəkdir: “Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”. (Əraf surəsi, 49)
“Allah onlara mərhəmət nəsib etməyəcəkdir” – deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?” Bəzi xurafatçı dəstəsi (haqqı inkar edənlər) müsəlmanlara deyirlər “Bunlar pozğun müsəlmandırlar” filan. “Səhv yoldadırlar”, “Səhv şeylər danışırlar, yalnış adamlardır. Allah bu kəslərə rəhmət də verməz.” “Bunlar kafir” Buna bənzər sözlər işlədərlər. “Allah onları Öz mərhəmətinə nail etməyəcək” Bir də and içirlər.
“Batmısan sən. Çox pissən” deyirlər. “kəslər bunlardırmı?” Oradakı mələklər adamlardan soruşurlar. Müsəlmanları göstərərək soruşurlar. Bu kəslərəmi demişdiniz? Deyirlər. İki tərəfi də bilirlər hamısını. Cənnətdəkilərə deyirlər ki: “Cənnətə girin!” deyirlər, oradakı məmur mələklər onlara arxasından: “ Sizə heç bir qorxu yoxdur” Artıq sizdən qorxu qaldırıldı, deyirlər. “sizin üçün qorxu yoxdur və qəmli olmayacaqsınız”. “ və siz kədərlənməyəcəksiniz” Kədərlənməyəcəksiniz, qəmli olmayacaqsınız deyirlər.
Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”. (Əraf surəsi, 50)
“Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”.” Girən kimi dərhal su və yemək istəyirlər. Təkamül ilə oldu deyirdin. Orada sənə təkamül ilə olduğuna inandığın suyu onsuz da verirlər. Təkamül ilə olduğuna inandığın ruzi də verirlər. Niyə yemirsən? Budur cəhənnəm zəqqumu var. Meyvələri “Şeytan başı kimidir”. Xeyli iyrənc. Leş kimi iy verən şeylər. Deyərlər ki: “Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”. “Mələklər müsəlmanlara deyirlər ki, “Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.”
O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq. (Əraf surəsi, 51)
“O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı.” Filan bəy, filan qrupun başçısı. Onlardan təsirlənib “dünya həyatı onları aldatmışdı”-deyir. Pullar, imkan, xalqın dəstəyi, mətbuatın dəstəyi, “Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi,”. Quranı əsas hesab etmir, xurafatı əsas götürür. “Biz də onları bu gün unudarıq.” Cənabı Allah “Bəlalarını verəcəyəm”-deyir.
Hədisdə deyir: “Suriyada çıxacaq Süfyan”, “Bəni Haşimidən” yəni peyğəmbərimiz (s.ə.v)-in soyundan “kimi tapsanız, öldürün” əmrini verir. Dəccalın bir xüsusiyyətidir ki, Ərəb müsəlmanlarını, Haşimi müsəlmanlarını həmişə gecə-gündüz şəhid edir. Peyğəmbərimiz (s.ə.v) deyir ki: Süfyan Suriyada hücum etməyə başlayınca “Müsəlmanlar da Mehdi zahir olub çıxana qədər dağlara qaçırlar.” Yəni, digər ölkələrə, digər yerlərə sığınaraq gəlirlər, yaxud gələcəklərini söyləyir. Müsəlmanlar Süfyanın şərindən qaçarlar.
“Hər yerdə yayılmış və sona çatması mümkün görünməyən terror və anarxiya başlayacaq”-deyir.“Bu fitnə, səmadan 3 dəfə “Əmr, Mehdidir, həqiqət odur” şəklindəki səsə qədər bu hadisələr davam edəcək”. Deməli, anarxiya və terrorun tək həlli hz. Mehdi (ə.s) olacaq. Hədislərdən bunu anlayırıq.“Səmadan bir münadi çıxacaq və “Haqq, ali-Məhəmmədindir” deyəcək. “Əli-Məhəmməddən Məhəmməd Mehdi (ə.s)-ı müjdələyəcəklər”-deyir. Səmadan bir münadi, “Səmadan zühur edən bir əl və “Əmriniz Mehdidir” şəklində bir səs eşidilənə qədər ayrılıq və ixtilaflar, terror, anarxiya davam edəcək”-deyir.
Səmadan zühur edən bir əl, yəni televiziyalardan görülən bir əl ki, mənim fikrimə görə seyidimiz Şeyx Nazim Kıbrısi həzrətlərinin mübarək əlidir. Bilirsiniz əli ilə danışar inşaAllah. Hal-hazırda Suriyada mehdiyyətlə Süfyan mübarizə edir. “Hz. Mehdi ilə Süfyan qarşı-qarşıya gəldiyində, Allahın dostları Mehdinin yoldaşlarıdır” deyəcək bir münadi, yəni Suriyadakı insanların hz. Mehdi (ə.s)-ı dəstəkləyəcəyi hədislərdə ifadə edilmiş olur.
“O günün əlaməti: Səmadan bir əl uzanacaq və insanlar ona baxacaq və görəcəklər”. Bir insan görünüşü nəzərdə tutulan, hərçənd ki, kosmosdakı bir ələ işarə etməklə birlikdə kosmosda həqiqətən bir insan əli görünüşü meydana çıxdı. Böyük bir görünüş oldu bilirsiniz. Onu nəşr etdik. “Səmadan bir səs, onu adıyla çağıracaq və Şərqdə Qərbdə, hətta yuxuda olan belə bu səsi eşidəcək və oyanacaq”. Təbii ki, radio və televiziyadan eşidiləcək.