İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” (Hicr surəsi, 56)
Ümidini Allahın rəhmətindən kəsən bir çox adamlar vardır. Allah, Allahın rəhmətindən ümid kəsənlərin azğın olduğunu deyir. Ümid kəsmək haramdır.
Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik. (Hicr surəsi / 87)
87-nin yeddisinə diqqət çəkək. Məsələn: 2007-ci ildə iqtisadi böhran başladı. 2014-cü ilə qədər iqtisadi böhran bərpa olunmağa başlayacaq, rahatlayacaq inşaAllah.
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)
Mehdi (ə.s)-a işarə edən bir ayədir. Dünya hakimiyyətini izah edən bir ayədir.
Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir. (Zəriyət surəsi, 23)
“Göyün və yerin Rəbbinə and olsun ki,” Allah and içir. “bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.” Bizə vəd edilən nədir? İsa Məsihin enişi, hz. Mehdi (ə.s)-ın çıxışı, Dabbətül ərz, Duhanın (duman) zühuru və qiyamət. Allah bunların mütləq olacağını deyir.
Məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar? (Muhəmməd surəsi, 18)
“Məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir.”
Yəni, qiyamətin əlamətləri, hz. Mehdi (ə.s)-ın zühuru ilk əlamətdir. Qiyamətin ən böyük əlaməti hz. Mehdi (ə.s)-ın zühurudur. İkincisi: hz. İsa Məsihin zühuru, dəccalın çıxması, yəcüc-məcüc, dabbətül ərz və duhanın (duman) zühuru. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar? Qiyamət qopduqdan sonra artıq bir faydası olmaz, amma əlamətlərinə diqqət yetirib, işarələrini gördüklərində, insanların özlərini yığışdırmaları lazımdır.
Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər. (Cinn surəsi, 24)
Hədisdə bu ayənin Mehdi (ə.s)-a işarə etdiyi deyilir. Yəni Mehdi (ə.s)-ın zühurunu gördüklərində, İsa Məsihin zühur etdiyini gördükləri zaman, hz. Mehdi (ə.s) tələbələrinin az olduğunu gördükdə zəif olduqlarını zənn edəcəklər. Bunlar sayca da 300 nəfərdirlər. Nə edə bilər deyəcəklər. Allah, az olmaları heç əhəmiyyətli deyil-deyir. Mənim köməyimlə hakim olacaqlar-deyir. Allah, siz onları az görüb zəif zənn etdiniz, halbuki güc Mənimdir-deyir. Az sayda olmalarına baxmayaraq Allah hakim edəcəyəm-deyir. Ayənin mənası budur.
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Maidə surəsi, 54)
Allah yolunda cihad edən və qınayıcının qınamasından qorxmayan bir birlik gətirər. İnternetdə qınayar, radiolarda qınayar, televiziyalarda qınayarlar, dedi-qodu edərlər, facebookda danışarlar. Mehdi tələbələri bu qınayıcının qınamasından qorxarmı? Qorxmaz. Bunu kim deyir? Allah deyir. Allah qorxmayan bir birliyi ortaya gətirəcəm-deyir. Bu, Allahın bir fəzlidir, onu dilədiyinə verər. Allah rəhmətiylə geniş olandır, biləndir.
Hədis:
Mehdi tələbələri üçün; Məmləkət işlərinin ağırlıqlarını onunla paylaşacaqlar. (Qiyamət Əlamətləri, səh. 187)
And olsun işləri paylaşdıranlara! (Zəriyət surəsi, 4)
Öz aralarında paylaşanlara, əmək bölgüsü edənlərə Allah and olsun-deyir, and içir. Hz. Mehdi (ə.s) çox intizamlı olacaq, işi çox möhkəm tutacaq və əmək bölgüsü edəcək, deyir.
Hədis:
Onlar gündüz aslan, gecə də abiddirlər. (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Ahir zaman, səh. 57-68)
Abid: təbliğ edən, danışan, Allahı anan. Aslan: Mehdi (ə.s)-a bənzədikləri üçün aslan kimidirlər. Çünki Mehdi (ə.s) aslan kimidir. Peyğəmbərimiz (s.ə.v)-in tələbələri də aslandır-deyir. Hz. Əli (r.ə)-dan gələn “Aslan” ləqəbi Mehdi (ə.s)-a da verilmiş, tələbələrinə də verilmiş ləqəbdir.
Onlar gecələr ibadət edib az yatırdılar. Sübh çağı isə bağışlanma diləyirdilər. (Zəriyət surəsi, 17-18)
Gecə-boyunca da çox az yatarlar. Çünki təbliğ edirlər, iş görürlər.
Onlar, səhər vaxtlarında tövbə edirlər. Səhər erkən vaxtlarda, Allaha dua edərlər, tövbə edərlər.