Header

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (14 dekabr 2012, saat 13:00)

Aa4a

ŞEYTAN DEYİLƏN BİR MƏNFİ GÜC VAR, AMMA TƏSİRİ ZƏİFDİR. ƏGƏR BİZ VİCDANIMIZI İSTİFADƏ ETSƏK, AĞLIMIZI İSTİFADƏ ETSƏK ALLAH BİZƏ, VİCDANIMIZA VƏHY EDƏR. MƏSƏLƏN, BİZ BİR ŞEY EDƏRKƏN ƏGƏR O SƏHVDİRSƏ, BİZƏ O MƏLUMAT OLARAQ GƏLƏR. İLHAM EDİLƏR, ÜRƏYİMİZƏ İLHAM OLAR. O MƏLUMATA MÜQAVİMƏT GÖSTƏRSƏK VİCDANSIZLIQ ETMİŞ OLARIQ. ƏGƏR MÜQAVİMƏT GÖSTƏRMƏZ DƏ TƏTBİQ ETSƏK VİCDANIMIZA UYMUŞ OLARIQ.

Sizə nə olub ki, Allah yolunda : “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi,75)


Sizə nə olub ki, Allah yolunda : “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart”
dəccala tabe olmuş ölkədir. “bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla” yəni, Sahibüzzamanı göndər. Quranda xalqın Mehdi (ə.s)-ı istəmələri Allah tərəfindən izah edilir. “öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla” Sahibüzzamanı, Mehdi (ə.s)-ı göndər. “deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” Bu ayə Mehdi (ə.s)-ı izah edən bir ayədir və insanların Mehdi (ə.s)-ı tələb etməyin lazım olduğunu Quran bizə ifadə edir. Mehdi (ə.s)-ı istəmənin Quranda necə olduğunu görmüş oluruq. Müsəlman nə deməlidir? “Ya rəbbim bizə Qatından bir vəli, qoruyucu sahib göndər” Sahibüzzamanı göndər, “Bizə Qatından bir kömək edən göndər.”.

Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır. (Bəqərə surəsi, 246)


“
onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki,” Bir Mehdi (ə.s), bir imam. “Allah yolunda vuruşaq dedilər O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır. Mehdi (ə.s) çıxdığında da çoxları kömək olmaq istəməzlər.

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatə edəndir, Biləndir”. (Bəqərə surəsi, 247)

“Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” İmam olaraq. Deməli, cəmiyyət imamsız olmaz. “Onlar: “biz hökmdarlığa ondan daha çox layiqik”. Yəni, bu mehdiliyə biz daha çox haqq sahibiyik. Biz daha alimik, daha zənginik, daha şöhrətliyik və ona bir mal (sərvət) bolluğu verilməmişdir. “və ona heç böyük var-dövlət də verilməmişdir” Yəni, necə imam olacaq? Necə bizə lider olacaq? Necə mehdilik vəzifəsi edəcək?” -dedilər. “O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi,” Allah seçir. Yəni insanlar öz-özünə seçmirlər. “elm və bədəncə onun gücünü artırdı.” Sizdən daha alim, daha hikmətli və bədən gücü də daha çoxdur. “Allah Öz mülkünü istədiyi kəsə verir.” Allah sizə soruşmaz kimin Mehdi (ə.s) olacağını. “Allah hər şeyi Əhatə edəndir, Biləndir”

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313