Müsəlmanın sevdikləri çoxdur. Kafirin sevdiyi isə az olar. MÜSƏLMANLARIN BİR YERƏ GƏLİB BİR-BİRLƏRİNƏ NƏZƏR ETMƏLƏRİ BELƏ BİR RAHATLIQDIR. ÇÜNKİ OLDUQLARI YERƏ, YIĞINCAĞA MƏLƏKLƏR GƏLƏR. ORADA RAHATLIQ, ÜRƏK AÇIQLIĞI VƏ ASANLIQ OLAR. MÖMİNLƏRİN NƏZƏRLƏRİ BİR-BİRİNƏ ŞƏFADIR. MÖMİN MÖMİNİ GÖRDÜYÜNDƏ ŞƏFA ALAR, ÜRƏYİNƏ RAHATLIQ GƏLƏR. KAFİR NƏZƏRİ İSƏ ZƏHƏRDİR. Buna görə də qadınlar özlərini, əxlaqsız insanların, zalımların, Allah əleyhdarlarının nəzərlərindən qorusunlar. Onların nəzərləri çirkləndiricidir, murdardır. Əxlaqsız insanların baxışı insanın üstünə ləkə gətirər.
Bir insanın ateist, kommunist, Darvinist olması problem deyil, səmimi olmaması problemdir. Səmimiyyətsiz, vicdansız və əxlaqsızdan uzaq olmaq lazımdır, nəzərləriylə insanı çirkləndirər, gücünə zərər verə bilər. Buna görə də Allah ayədə nə deyir? “Üzünüzü çevirin” deyir. Bax, ayənin şərhi çox mənalıdır. “Üzünüzü onlardan çevirin, baxmayın” deyir. Əlbəttə ki, həmişə sevgiylə, barışa çağıraraq, qardaşlıqla həll edəcəyik inşaAllah, heç kimə düşmən olmaq olmaz. Çünki, Allah da ayədə buyurur ki; şeytandan Allaha sığınıram: “ Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! ” (Fussilət surəsi, 34).
Mən hz. Mehdinin qoxusunu alıram. İsa Məsihin də duası dünyada hiss edilir. Mübarək bir dua edir, yer yerindən oynayır. Bilirsiniz ki, peyğəmbərin duaları qəbul edilən dualardır. Hz. Nuhda, Peyğəmbərimiz (s.ə.v)-də, hz. Musada, bütün peyğəmbərlərdə vardır. Məsələn, İsa Məsihə deyirlər ki: “Rəbbinə dua et, bizə süfrə endirsin”. Dua edir, duası qəbul olur. İSA MƏSİH ALLAHIN İLHAMIYLA DUA ETSƏ, QASIRĞA OLAR, ZƏLZƏLƏ OLAR. BU, İSA MƏSİHİN XÜSUSİYYƏTİDİR. BİLİNMƏYƏN BİR XÜSUSİYYƏTİDİR. DUASI QƏBUL OLAR. DUA EDƏR-ETMƏZ DUASI QƏBUL OLAR. ALLAH ELƏ YARATMIŞ, MÖCÜZƏDİR.
Bəqərə surəsi, 247-ci ayə
Peyğəmbərləri onlara dedi: “Allah sizə Talutu (məlik olaraq) göndərdi.” Onlar: “Biz hökmdarlığa, ona görə daha çox layiq ikən və ona bir mal (sərvət) dövlət verilmədiyi halda, necə bizi (idarə etmək üzrə) hökmdarlıq (mülk) onun ola bilər?” dedilər. O (belə) demişdi: “Həqiqətən, Allah sizə onu seçdi və onun elm və bədəni gücünü artırdı. Allah, mülkünü istədiyinə verər; Allah (rəhməti və kərəmi ilə) genişdir, biləndir”.
“…Allah sizə Talutu (məlik olaraq) göndərdi.” Yəni, kral, lider, Mehdi olaraq göndərdi. Mehdi (ə.s)-a işarə edir. Bir dənə əbcədi var,1979-cu il (hicri 1400) tarixini verir. Çox qeyri-adidir. Yalnız Mehdi (ə.s)-ın tarixini verir. Talut hekayəsi bir dənədir. Bir kraldan, bir liderdən bəhs edilərək, Mehdi (ə.s) izah edilir, inşaAllah. Bax, xurafatçılar onun liderliyinə dözə bilmirlər: Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik” Yəni, biz daha çox elmə sahibik. Bizdə daha çox müəllimlər, alimlər var. “ ona bir mal (sərvət) dövlət verilmədiyi halda,” Yəni: “O kimdir ki?
Biz isə mal, mülk , imkan sahibiykən, siyasi gücümüz, imkanımız varkən, o niyə məlik seçilir? ” deyirlər. “necə bizi (idarə etmək üzrə) hökmdarlıq (mülk) onun ola bilər?” dedilər. O (belə) demişdi: “Həqiqətən, Allah sizə onu seçdi.” 1996-cı il tarixini verir. Heyrətlidir. Bir dənə tarix var. 1996-cı il, Mehdiyyətin ən ağır, çətin illəridir. Şəddəli 2027-ci il tarixini verir. 2027-ci il də, dünya hakimiyyəti ilidir. ” Allah, mülkünü istədiyinə verər; ” Yəni, dünya mülkünü. Kimə verəcəkdir? Mehdi (ə.s)-a, inşaAllah. “Mülk” həm siyasi güc, həm mal mənasını verir, inşaAllah. Talut o dövrün Mehdisi, Calut o dövrün dəccalı idi. “və onun elm və bədəni gücünü artırdı. ” Allah, mülkünü istədiyinə verər;” Əbcədi 1989-cu il. “Allah (rəhməti və kərəmi ilə) genişdir, biləndir”. Əbcədi 2036-cı il. Quran sanki mehdiyyətin tarixini verir, əbcədlər dalbadal.
Və Allah burada, Tabutun, Müqəddəs Sandığın tapılmasından bəhs edir. Bilirsiniz ki, bunları da Mehdi (ə.s) çıxaracaq.
Bəqərə surəsi, 248-ci ayə
“Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının dəlili sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir güvən hissi və dinclik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcəkdir. Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır”.
“Onun hökmdarlığının dəlili,” Yəni mehdiliyinin sübutu, dəlili ” sizə bir sandığın gəlməsidir ” Allah Quranda, Tabutu Səkinəni, Müqəddəs Sandığı, hz Musa (ə.s)-ın sandığını deyir. “Onun içərisində Rəbbinizdən bir güvən hissi və dinclik ”Yəni, ürəyinizə bir rahatlıq və dinclik, iman gələcəkdir. Mehdi (ə.s) sandığı gətirib Məscidi Əqsanın önünə qoyandan sonra, bütün xristian və yəhudi kütlə olduğu kimi müsəlman olarlar. Peyğəmbərimiz (s.ə.v): “ Mehdi (ə.s) dövründə, xristian və yəhudilərin böyük bir kütləsi sandığı görməklə müsəlman olarlar” deyir. “ Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır.” Çox mənalıdır. Allah: “Sandığın içində əşyalar var” deyir. “Onu mələklər gətirəcəkdir”. Yəni, mələklər qoruyur. Hal-hazırda bu sandıq, mühafizə olunur. ” Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır”.
Nəyə dəlil var? Mehdi (ə.s)-ın, İsa Məsihin haqq olduğuna, inşaAllah. Allah sandığı (Tabutu Səkinəni) o dövrdə də dəlil olaraq göstərir. “ Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır.” İçi doludur. Bir kasa orijinal manna , o dövrün mannası. Hz. Musa (ə.s)-a gələn o həblərdən bir parçası, hz. Süleyman (ə.s)-ın əsası, köynəkləri, paltarlar, çoxlu müqəddəs əmanətlər var. O sandığın bir xüsusiyyəti də, xarab olub məhv olmasının qarşısını alır. Allah elə bir möcüzə meydana gətirmişdir, maşaAllah, içindəki maddələr xarab olmur, pozulmur. Onsuz da xarab olacaq, çürüyəcək vəsait də deyillər.
Çünki manna xarab olan şey deyil. Açıq-aşkar mehdiyyət izah edilir. “Onun hökmdarlığının dəlili sizə bir sandığın gəlməsidir”. Çox dəqiq ifadədir. Allah,Tabutu gördüyünüzdə odur deyir. Allah: “Və bu zaman, Rəbbinizdən ‘bir güvən hissi və dincliklə rahatlayacaqsınız” deyir. Yəni,qəlbinizə bir güvən hissi gələcək, ürəyinizə bir rahatlıq gələcəkdir. Üzərinizdəki ağırlıq, çətinlik, şübhələr gedəcək. “Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır.” Rəsulullah (s.ə.v) hədislərində, sandığın içindəki əmanətlərin (müqəddəs əmanətlərin nələr olduqlarına dair) siyahısını tək-tək saymışdır. Allah: “onu mələklər gətirər” deyir. İstədiyiniz qədər axtarın. Bax, İsrail hal-hazırda axtarır, fəaliyyət davam edir. Massonlar axtarır, Tampliyerlər axtarır. İsrail hökuməti Müqəddəs Sandığı tapa bilmək üçün böyük bir büdcə ayırdı.
Allah, mələklərlə qoruyuram deyir. Yəni, baxsan da görə bilməzsən. Mağaranın içinə girərsən, gözünün önündədir, üstünü toz örtmüşdür, qaya zənn edərsən, görə bilməzsən. “ Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır.” O dəlili heç kimsə görməməzlikdən gələ bilməz. O dövrdən üç min il sonra Müqəddəs Sandıq tapılacaqdır. Yəni eyni orijinal halıyla tapılacaqdır. Qulpları akasiya budağından və qızıl örtükdən ibarət böyük bir sandıqdır. Hz.Musa o sandığın içində idi. Anasının hz. Musanı içinə qoyduğu sandıqdır. Akasiya ağacından hazırlanan möhkəm bir sandıqdır. O sandığı, onun uşaqlığının xatirəsi olsun deyə Firon saxlamış. Budur o sandıq sonra Müqəddəs Sandıq oldu.
Üstü qızılla örtüldü, qulpları akasiya budağından düzəldilmiş, üstündə qanadlı uşaq motivləri var. Xüsusi bir quruluşu var. İçində xüsusi bir daş, yaşıl bir daş. Onu da görəcəyik. Maraqlı və qeyri-adi bir sandıqdır. Onu da qeyd edim ki, bu sandığı sahibi açmazsa adamı yandırar. Mütləq sahibi açacaqdır. Onun açılışı üçün də Allahdan xüsusi icazə lazımdır, inşaAllah. Əgər icazəsiz biri açsa sandıqda olan elektrik o insanı təsirsiz hala gətirər. Sandığın elə bir qurğusu var, sıradan bir sandıq deyil. Bu sandıq hz. Musa (ə.s) tərəfindən aparılmışdır. Fironun ən çox hirsləndiyi də bu olmuşdur. Çünki Firon o sandığa çox əhəmiyyət verirdi.
Sandıq rahatlıq verir. Bu böyük bir möcüzədir. Onun yanına gələn, yaxınlaşan insanlarda əsəb gərginliyi, ağırlıq varsa, sakitləşər, rahatlaşar. Buna görə də bu sandığa, Tabutu Səkinə deyilir. Yəni, sükunət sandığı. Bu bir möcüzədir. Quranda da keçir, Allah açıq-aşkar deyir: şeytandan Allaha sığınıram: ” Onun içərisində Rəbbinizdən bir güvən hissi və dinclik var “. Sandığın yanına gəlməklə insanda güvən hissi, dinclik, fərahlıq hissi yaranır.
Əvvəllər sandığı fələstinlilər ələ keçərmişdilər, lakin üzərilərinə əcaib fəlakət və bəla yağmışdır. Fələstinlilər o zaman bütpərəstlər idi. Ona görə də, fələstinlilərin Fələstin adını alması doğru deyil. Fələstin, bütpərəst bir qövmün adıdır. Məsələn, biz bir müsəlmana Nəmrudi, Fironu deyərikmi? İsmayılıdır onlar. Yəni hz. İsmayıl (ə.s)-ın soyundandırlar.
Bəqərə surəsi, 249-cu ayə
“ Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcəkdir. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və ordusuna gücümüz çatmayacaqdır”. (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir”.
“bəziləri dedilər: “Bu gün bizim Caluta və ordusuna gücümüz çatmayacaq” dedilər. Ayədə bəzilərinin çətin vəziyyətdə göstərdikləri zəiflilik izah edilir. Bunun əbcədi 1942-ci ili verir. 2-ci Dünya Müharibəsinin dövrünü. 1942-ci il, dəccaliyyətin həm başlanğıc, həm də ən azğın illəridir.
Bəqərə surəsi, 251-ci ayə
“Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona mülk və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.”
“ Möminlər Allahın izni ilə onları darmadağın etdilər.” Əbcədi 2029-cu il tarixini verir. Bu möcüzədir. Çünki niyə 3418 deyil, niyə 1515 deyil, niyə 4758 deyil, məhz 2029-cu il tarixini verir? “Davud Calutu öldürdü.” Dəccaliyyəti mənəvi cəhətdən yox edir, yerlə bir edir, inşaAllah. “Allah ona mülk və hikmət verdi;” Yəni hakimiyyət və hikmət, gözəl danışıq qabiliyyəti verdi. “ona istədiyini öyrətdi.” “Allah, aləmlərə qarşı lütfkardır.” Əbcədi 2024-cü ili verir.
Bəqərə surəsi, 252-ci ayə
“Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.”
“Bunlar, Allahın ayələridir. Biz onları sənə bir haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən. ”Yəni, Allah peyğəmbərimiz (s.ə.v)-ə: “Mehdilərdənsən” deyir.
Bəqərə surəsi, 253-cü ayə
“Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruhul-Qüdüslə dəstəklədik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilafa düşdülər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir”.
“Məryəm oğulu İsaya açıq-aşkar dəlillər verdik” Əbcədi 2017-ci il tarixini verir. “və Onu Ruhul-Qudüslə dəstəklədik.”
Bəqərə surəsi, 256-cı ayə
“Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”
“Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. ” Hablullah-il mətin, uhrətul vusqa, Allahın qopmaz, qoparılmaz ipi, siratul müstəqim. ” o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur”. Allah: “Qopmaz” deyir. Allahın kitabına bağlandığı halda qopmaq, yıxılmaq yoxdur. “Allah, eşidəndir, biləndir.”