Ənfal surəsi, 9-cu ayə
“O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Şübhəsiz ki, Mən, sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi.”
“O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz”, yəni çətin vəziyyətdə idiniz, kömək tələb edirdiniz. O da: “Şübhəsiz ki, Mən, sizə bir-biri ardınca gələn min mələk ilə yardım edəcəyəm” deyə duanızı qəbul etmişdi. Bir-birinin ardınca 1000 mələk, onun ardından min mələk daha iki min. Görəsən 2000-ci illərə işarəmi var? Bir də 9-cu ayədir.
Görəsən 2009-cu iləmi işarə edir?
Yusif surəsi, 111-ci ayə
“And olsun onların (peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!”
“And olsun, onların hekayələrində təmiz ağıl sahibləri üçün ibrətlər vardır.” Əbcədi 2015-ci ili verir. Bu qissələri, hekayətləri axırzamanda araşdırın. Bu hekayətlərdə təmiz ağıl sahibləri üçün, dərin düşünən, ağıllı insanlar üçün ibrətlər vardır. İşarələr, istiqamətlər, axırzamanı izah edən həqiqətlər, əlamətlər vardır. O mənanı verir.
Rad surəsi, 7-ci ayə
“Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən, yalnız bir xəbərdarlıq edənsən və hər qövm üçün bir hidayət öndərisən.”
…Sən, yalnız bir xəbərdarlıq edənsən və hər qövm üçün bir hidayət öndərisən.” Yəni, Allah Peyğəmbərimiz (s.ə.v)-ə: “Bir Mehdisən” deyir. Əbcədi 1982-ci ili verir. Bu tarix, hz.Mehdi (ə.s)-ın yavaş-yavaş inkişaf etdiyi tarixə, həm axırzamana, həm də mehdiyyətə açıq-aşkar işarə edir. Rad surəsi, 7, Allah təkrarlanan yeddilərə də diqqət çəkmişdir.
Rad surəsi, 8-ci ayə
“Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını Allah bilir. Onun qatında hər şeyin müəyyən ölçüsü vardır.”
“Onun qatında hər şeyin müəyyən ölçüsü vardır.” Ayələrin də bir ölçüsü vardır. Hər şeydə bir ölçü vardır. Ayələrin içində ölçülərə baxdığımızda əbcədlər çıxır. Hər şeyin, atomda, hərflərdə, rəqəmlərdə, hər şeydə bir ölçü vardır.
Rad surəsi, 42-ci ayə
“ Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər, axirət yurdunun kimin olacağını tezliklə biləcəklərdir.”
“Kafirlər, axirət yurdunun kimin olacağını tezliklə biləcəkdirlər.” Şəddəsiz 1990-cı il, şəddəli 2074-cü il tarixini verir. Mehdiyyətin ən çox, ən güclü inkişaf etdiyi dövrləridir. Ayə nə qədər də mənalıdır. Dünyanın sonu kimindir? Mehdi (ə.s)-ındır. “ Kafirlər, axirət yurdunun kimin olacağını tezliklə biləcəkdirlər.” Dəccal tərəfdarları, tağut tərəfdarları, inanmayanlar, müşriklər hər cür birlik tezliklə biləcəkdir.
İbrahim surəsi, 15-ci ayə
“Elçilər qələbə (fəth) istədilər. (Sonda) hər bir inadkar dikbaş da ziyana uğradı.”
“Qələbə (fəth) istədilər.”İbrahim surəsi, 15-ci ayə, hicri 15-ci əsrə də işarə edir. Hal-hazırda biz fəth istəmirikmi? İslam dünyaya hakim olsun, mənəvi cəhətdən fəth edilsin, amma elmlə, mədəniyyətlə fəth olsun istəyirik. “(Sonda) hər bir inadkar dikbaş da ziyana uğradı” Allah: “Yıxıldılar, çökdülər.” deyir. Bir dənə əbcədi var, o da 1993-cü il. 1993-cü il, mehdiyyətin hücum illəridir.
Muminun surəsi, 40-cı ayə
Allah dedi: “Onlar tezliklə peşman olacaqlar!”
Nə qədər gözləyəcəyik? Ən çox on il. İslam hər yerə hakim olacaq. Hər yerdə sevgi, sülh, gözəllik olacaq, o gözəlliyi də, sevinc içində qeyd edəcəyik inşaAllah.
Muminun surəsi, 73-cü ayə
“Sən, həqiqətən də, onları doğru yola çağırırsan.”
2082-ci il. İsa Məsihin, mehdiyyətin ən təsirli, ən gözəl illəridir inşaAllah.
Muminun surəsi, 96-cı ayə
“Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.”
“Sən pisliyi yaxşılıqla dəf et.” Məsələn, biri təhqir etdiyi halda onu ən gözəl olanla uzaqlaşdırmaq lazımdır. Hücum edirsə, bağışla; söyürsə bağışla; pis söz söyləyirsə, ona sevgiylə, məhəbbətlə, demokratiyayla, ağılla, elmlə cavab ver. “Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.” Allah: “Hər şey, onların nə etdikləri Mənim məlumatım daxilindədir. Pislik etdiklərində ən gözəl olanla, yəni şəfqətlə, mərhəmətlə, ağılla, sevgiylə uzaqlaşdırın.” deyir.
Qəsəs surəsi, 5-ci ayə
“Biz isə, yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərmək, onları öndə gedənlər və varislər etmək istəyirik.”
“ yer üzündə zəif düşüb əzilənlərə ” Həbs olunan, təhqirə, təzyiqə uğrayanlara, müsəlmanlara, “mərhəmət göstərmək”, yəni gözəllik, hakimiyyət, bərəkət, təzyiqin aradan qalxması, gözəlliyin, dincliyin hər yerə yayılması, “onları öndə gedənlər və varislər etmək istəyirik “, yəni dünya hakimləri etmək, dünyanı idarə edənlər etmək və varislər etmək istəyirik. Bütün dünyaya, hər yerə hakim etmək istəyirik. Əbcədi bir dənədir, 2021-ci il tarixini verir. Yalnız, ” yer üzündə zəif düşüb əzilənlərə .” Əbcədi 1996-cı ili verir. Deməli, o dövrdə mehdiyyətə şiddətli bir hücum olacaq. Allah müəyyən bir bölgədə, ərazi demir, dünyanın hamısına deyir. Açıq-aşkar Mehdi (ə.s)-a və tələbələrinə işarə edir.
Muminun surəsi, 70-ci ayə
“Yaxud: “O cinlidir?” – deyirlər. Xeyr, o elçi onlara haqq ilə gəlmişdir. Lakin onların çoxu haqqı çirkin qarşılayırlar.”
“Yaxud: “O cinlidir?” – deyirlər.” Allah: “onun üçün dəlimi deyirlər” deyir. Peyğəmbərimiz (s.ə.v)-ə divanə, dəli söyləyirdilər. Bədiüzzamana da: “Bunda dəlilik var” deyirdilər, Mehdi (ə.s)-a da bu cür deyəcəklər. Ayələrdən görürük. Deməli, mehdilik əlaməti dəlilik iddiasıdır. “Xeyr, o elçi onlara haqq ilə gəlmişdir ” Yəni Quranla, haqqla gəlmişdir. “onların çoxu haqqı çirkin qarşılayırlar.” Mehdiyyəti , gözəlliyi, barışı, sevgini qəbul etmirlər, deyir. Bir dənə əbcədi var, 2022-ci il. Baxın bir dənə, iki dənə ayə deyil, ayələrin hamısında mehdiyyətin tarixini verməsi fövqəladə deyilmi?
Nur surəsi, 46-cı ayə
“Biz açıq-aydın ayələr nazil etdik. Allah istədiyini doğru yola yönəldər.”
“Allah istədiyini doğru yola yönəldər.” Bir dənə əbcəd tarixi var, 1980-cı il. Mehdi (ə.s)-ın çıxış tarixini verir. “Allah istədiyini doğru yola yönəldər.” Yəni Allah istədiyi kimsəyə hidayət verər, mehdilik vəzifəsi verər. Hidayətə səbəb olan da Mehdidir, hidayət tapan da Mehdidir, inşaAllah.
Nur surəsi, 55-ci ayə
“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini (islamı) möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.”
Allah: “Mən vəd etdim və bu qəti olacaq” deyir. “Özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da”, yəni hz. Süleyman (ə.s)-ı, Zülqərneyni necə hakim etdimsə, onları da “yer üzünün varisləri edəcək” Əbcədi 2013-cü il tarixini verir. Kim bilir necə gözəlliklər olacaqdır. “onların Özünün bəyəndiyi dinini (islamı) möhkəmləndirəcək”. Yəni hakim, təhlükələrdən təmizlənmiş olaraq “möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir.” İnsanlar artıq heç bir şeydən, nə terrordan, nə anarxiyadan, nə təzyiqdən, nə oyundan qorxmayacaqlar. Bu da, 2050-ci il tarixini verir.
Tövbə surəsi, 91-ci ayə
“Allaha və Onun Peyğəmbərinə sadiq qalıb xeyirə çağıranlar olmaları (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!”
Yaxşılıq edənlərə heç bir şey olmaz. Yaxşılıq edənlər həmişə yaxşılıq taparlar.
Maidə surəsi, 114-cü ayə
Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan! ”
Əbcədi 2014-cü ili verir. Görəsən, İsa Məsih (ə.s) 2014-cü ildə tələbələrinə belə bir möcüzə göstərəcəkmi? Tələbələri desə edər. Dua edər və olar inşaAllah.
Ənam surəsi, 5-ci ayə
“Onlara haqq gəldikdə onu yalan saydılar. Məsxərəyə qoyduqlarının xəbərləri tezliklə onlara gəlib çatacaq!.”
1992-ci il tarixini verir, mehdiyyətin tarixini verir. Deməli, Mehdi (ə.s) və tələbələri inkarçılar tərəfindən məsxərəyə qoyulacaq, lağ ediləcək. Ona da işarə edir. “. Məsxərəyə qoyduqlarının xəbərləri tezliklə onlara gəlib çatacaq!.” Xəbərləri necə gələcək? Yəni, elmlə, mədəniyyətlə, sevgiylə olan hakimiyyət xəbərləri, inşaAllah. Ona işarə edir. Ayə hər dövrə olduğu kimi, axırzamana da işarə edir, inşaAllah.
Nisa surəsi, 159-cu ayə
“And olsun, Kitab əhlindən elə kimsə yoxdur ki, (İsa Məsih İbni Məryəm) ölmədən əvvəl ona iman gətirməsin. Qiyamət günü o da (İsa) onların əleyhinə şahid olacaqdır.”
“And olsun, Kitab əhlindən “, yəni xristian və yəhudilərdən “elə kimsə yoxdur ki, (İsa Məsih İbni Məryəm) ölmədən əvvəl ona iman gətirməsin. Əbcədi 2019-cu il tarixini verir. İsa Məsihin fəaliyyətlərini ən sıxlaşdırdığı tarixdir, inşaAllah. “Qiyamət günü o da (İsa) onların əleyhinə şahid olacaqdır”. Dünya hakimiyyəti ilə əlaqədar ayədir. Allah, bütün xristian və yəhudilərin hamısınının hz.İsa (ə.s)-a iman edəcəklərini deyir.
Nisa surəsi, 170-ci ayə
“Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən gələn haqqı çatdırdı. Elə isə iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Biləndir, Müdrikdir.”
“Şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur.”
Göylərdə mələklər və İsa Məsih var, yerdə də insanlar, mələklər və Mehdi var. Mehdi (ə.s) da, İsa Məsih də Allahındır. Əbcədi bir dənədir, 2014-cü il tarixini verir.
Ali İmran surəsi, 194-cü ayə
“Ey Rəbbimiz! Elçilərinə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən Öz vədinə xilaf çıxmazsan!”
“Rəbbimiz! Elçilərinə vəd etdiklərini bizə ver,” Yəni dünya hakimiyyəti, rahatlıq, dinclik, barış, qardaşlıq, yaxşılıq, gözəllik ver. Bu duanı kim edər? Mehdi (ə.s), İsa Məsih edər. Əbcədi 2023-cü ili verir. Dövlətin verdiyi tarixdir. Bu tarixi (2023) dövlət verir. Baş nazir açıq-aşkar deyir. Hər kəs deyir, 2023-cü il dövlətin rəsmi ideologiyasıdır, rəsmi hədəfidir. Dünya hakimiyyəti ilidir, inşaAllah.
Ali İmran surəsi, 64-cü ayə
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
De : “Ey Kitab əhli!, yəni xristian və yəhudilər”. “Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin”, yəni: “Allah birdir” deyək. Bunu kim deyəcək? Mehdi (ə.s) deyəcək. Kimlərə deyəcək? Xristianlara deyəcək. “Allah birdir deyin” deyəcək. Müsəlmanlara da deyəcək, amma Mehdi (ə.s)-ın vəzifəsi, xüsusilə tövhidə dəvətdir. Bir dənə əbcədi var, 1979-cu il (hicri 1400-cü il) tarixini verir. Mehdi (ə.s)-ın çıxış tarixini verir. Deməli, Mehdi (ə.s) xristianlarla və yəhudilərlə ittifaq quracaq. Ayə ona işarə edir və “Allah birdir” deyərək Mehdi ( ə.s) ilə razılaşacaqlar. Əbcədi də 1979-cu il tarixini, Mehdi (ə.s)-ın çıxış tarixini verir. Bunları görməməzlikdən gələnlər sonra çox utanacaqlar.
Nəhl surəsi, 121-ci ayə
“O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəldmişdi.”
“Allah onu seçmiş və doğru yola yönəldmişdi”. 2002-ci il tarixini verir. Eyni zamanda 2002-ci il, İsa Məsihin yer üzünə endiyinə inandığımız tarixdir. Mehdi (ə.s)-ın xüsusiyyətləri; 1) Allah tərəfindən seçilməsi. 2) Hidayət olunması (Allah tərəfindən doğru yola yönəldilməsi.)