“Allahın Kitabı utanılacaq şey, islam yöndəmsiz bir hala gəlmədikcə qiyamət qopmaz.”
İbni Əbi Dünya və Tabərinin rəvayət etdiyi bir hədisdən. “Allahın Kitabı”, məsələn, adam Quranı göstərməyə çəkinir. Hədisdə: “Allahın Kitabı utanılacaq şey halına gəlmədikcə,” deyir. Məsələn, Quranı evində görünməyən bir yerdə saxlayır, kitabxanasında və yaxud iş yerində, lüks bir restoranda, lüks bir yerdə Quranın görünməməsinə diqqət göstərir. Haşa, onu hörmətdən salan bir şey olaraq görür. “Allahın Kitabı utanılacaq şey, islam yöndəmsiz bir hala gəlmədikcə qiyamət qopmaz.” Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.
“İnsanlar heyvanların bir-birlərini yollarda buynuzladıqları kimi boynuzlamadıqca qiyamət qopmaz.”
Yəni təcavüzkarlıq, anarxiya, döyüş olmadıqca qiyamət qopmaz. Bəziləri avtomobillərdən enib bir-birlərinə şillə, yumruq vurub, kəllə atırlar, hədisdəki buynuzlama odur. Bax, Rəsulullah (s.ə.v) axırzamandakı insanların etdikləri döyüşün növünə qədər izah etmiş. Bu hədis məşhur hədislərdən biridir.
“Ürəklər bir-birindən nifrət etmədikcə, fikirlər ayrılmadıqca, doğma qardaşlar dində ixtilafa düşmədikcə qiyamət qopmaz..”
“Ürəklər bir-birindən nifrət etmədikcə”. Məsələn, o onu sevmir, bu bunu sevmir. Çölə çıxıb baxdığımızda bir-birini sevən insanların çox nadir olduğunu görərik. İnsanlar bir-birinin üzünə baxmır, salam vermir, hal-əhval soruşmur. Halbuki Allahın qulları nə gözəldir, hamısına salam vermək, sevgi göstərmək, söhbət etmək lazımdır. “Nifrət etmədikcə” deyir. Yəni, sən bu partiyadansan, mən bu partiyadanam, sən bu təriqətdənsən, mən bu təriqətdənəm demədikcə qiyamət qopmaz. Bir çoxu buna görə bir-birlərindən nifrət edir. “fikirlər ayrılmadıqca, qardaşlar dində ixtilafa düşmədikcə” Bax, Peyğəmbərimiz (s.ə.v) bu camaatların, məzhəblərin bir-birlərinə olan ixtilaflarını açıqlayır. Bu hədisi, Əbu əd-Deyləmi Huzeyfədən açıqlayır. Bu hadisələr qiyamət əlaməti olmaqla bərabər Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.
“Liderlərin zülm etməsi, ulduzların təsdiqlənməsi və taleyin yalanlanması qiyamət əlamətlərindəndir…”
“Ulduzların təsdiqlənməsi,” Hər yerdə ulduz falı baxılır. Ulduz falına baxanlar az qala hər televiziya kanalına çıxır. Ulduz falına maraq ilk dəfədir ki, bu qədər artdı. Qəzetlərdə, hər yerdə ulduz falı var. “Və taleyin yalanlanması” . Müəllimlər, alimlər çıxır: ” tale, alın yazısı deyə bir şey yoxdur” deyirlər. İlk dəfədir ki, televiziyalar, radiolar, ilahiyyat professorları, “tale, alın yazısı deyə bir şey yoxdur” deyirlər. Açıq şəkildə ayələr olduğu halda, həm də bir dənə, iki dənə, üç dənə deyil, Allah dediyi halda qəbul etmirlər. “Taleyin yalanlanması qiyamət əlamətlərindəndir.”
Peyğəmbərimiz (s.ə.v): “Ey Səlman! Nə vaxt ki, məliklər səyahət, zənginlər ticarət, kasıblar istirahət etmək, hafizlər nümayiş etmək üçün həccə gedərlərsə, bax o zaman quyruğu olan bir ulduz zühur edəcəkdir.”
Budur Halley quyruqlu ulduzu, Lulin quyruqlu ulduzu. Mehdi (ə.s)-ın zamanında çıxacaq olan ulduzlardır və bu, axırzamanda Mehdi (ə.s) dövründə olacaq əlamətlərdən bir dənəsidir. Hal-hazırda həccə səyahət etmək üçün gedən qardaşlarımız var. Arvadı, qızı, uşaq-muşaq doluşurlar. Səmimi gedənləri tənzih edirəm, amma belə adamların sırf gəzmək üçün həccə getdiyi həqiqətən açıq-aşkar bilinir. Orada turistlər üçün lüks otellər var. “Məliklər səyahət etmədikcə “ Məsələn, adam baş nazir və yaxud respublika başçısı, dövlət başçısı ilə birlikdə həccə nə üçün gedir?
Dəyişiklik olsun, həccə getmədik, görmədik deməsinlər deyə, səyahət etmək üçün gedərlər. “Zənginlər ticarət üçün”. Alver üçün ticarətə gedir, o vaxt da həcc etmiş olar və yaxud da ümrə həcci etmiş olar. Amma mal aparıb mal gətirir. Təbii ki, hamısı deyil, mən bunu bir qismi üçün söyləyirəm. “Kasıblar istirahət etmək” Çünki az bir pulu var. “Filan səyahət təşkilatı, şirkəti çox ucuza Ümrə səyahəti nizamlayır, gəlin baxaq” deyir, uşaq-muşaq filan da hamı birlikdə dolaşırlar. “Həm istirahət etmiş olarıq, həm görmüş olarıq, həm dəyişiklik olar.” deyirlər. İbadət qəsdiylə deyil. “Hafizlər nümayiş etmək üçün” Elmi olan alimlər, məsələn, sarıqlılar, cübbəlilər toplanırlar yüzlərlə adam bir yerdə birlikdə şəkillər çəkdirirlər.
Başdan sona qədər nümayiş. İzah edir, izah edir bitirə bilmir. Niyyətləri nümayişə söykənir. Bunun belə olduğunu bilən on minlərlə, milyonlarla insanlar vardır. Amma səmimi gedənləri tənzih edirəm. Lakin hədisdəkilərin axırzamanda eynisiylə zühur etməsi möcüzədir. Çünki əvvəllər bir insanın həccə getməsi üçün ya dəvəylə, ya atla getməsi lazım idi. Yəni həqiqətən səmimi getməsi lazım idi. Amma indi evin qarşısından avtomobilə minir, mikroavtobus aerodroma aparır, aerodromdan da avtobusla təyyarəyə aparırlar. Təyyarəyə minir, təyyarədən enir. Oradan da avtomobillə götürüb otelinə aparırlar.
Son dərəcə asandır. Artıq səyahət üçün, əylənmək üçün, fərqli yerlər görmək üçün, hədiyyəlik əşya götürmək üçün, uşaq-muşaq istirahət etmək üçün, yüksək binalardan Kəbəyə baxa bilmək üçün bir fürsət çıxmış olur. Bir az da pulu olduğu halda da, ucuza düşür. Keçmişdə çox pul tələb edirdi. Çünki çox uzun yollar getməsi lazım idi. Yerləşmə xərcləri, yol xərcləri çox tuturdu. İndi çox ucuz başa gəlir. Bu səbəbdən yalnız axırzamana aid bir mövzu olduğunu və Mehdi (ə.s) dövrünə aid olduğunu görürük. Daha əvvəl belə bir həcc imkanı yox idi. İlk dəfə bu əsrdə belə bir həcc imkanı ortaya çıxdı. Hətta son illərdə, elə deyilmi? Ümrə, həcc son dərəcə asanlaşdı. Peyğəmbərimiz (s.ə.v): “bax o zaman quyruqlu bir ulduz zühur edəcəkdir.” deyir.
Yəni bu əsrdə. İki şey bir yerdə. Texnologiya, elm baxımından, elmi vasitələr baxımından, texnoloji vasitələr baxımından, pul baxımından, mütəşəkkil fəaliyyətlər baxımından, turistik fəaliyyətlər baxımından bu əsr ilk dəfədir ki, belə uyğun oldu. Xüsusilə son otuz il çox uyğun oldu və quyruqlu ulduzlar bu dövrdə çıxdı. İki quyruqlu ulduz birdən. Peyğəmbərimiz (s.ə.v), Mehdi (ə.s) dövrünü nə qədər də dəqiq açıqlamışdır. Səmimi qəlblə həccə gedənləri tənzih edirik.
“Surətlərin meymun və yaxud donuza çevrilməsini, göydən daş və bənzərlərinin yağmasını gözləyin!”
“Surətlərin meymun və ya donuza çevrilməsi”. Yəni insanların gözəlliyinin azalması. Həqiqətən insanların gözəlliyi azalıb. Əvvəllər gözəl insanlar çox idilər. Hətta mənim uşaqlığımda insanlar olduqca çox gözəl idilər. Peyğəmbərimiz (s.ə.v): “insanların surətləri dəyişəcək, üzləri meymun və yaxud donuza çevriləcək” deyir. Yəni üzləri nursuz olar və üzlərinə baxdığımızda donuz kimi və yaxud meymun kimi ifadələri olar. Bütün dünyada belə bir fəlakət oldu. Yəni nəsillər pozuldu. Allah insanlardan gözəlliyini aldı. Bizim millətimiz imanlı olduğu üçün gözəl millətdir. Amma iman olmayan yerlərdə insanların gözəlliyi qalmadı.
“Göydən daş və bənzərlərinin yağmasını gözləyin.” Hal-hazırda bir çox yerlərdə göydən daş, bomba yağır, elə deyilmi? Suriyada, İraqda, Əfqanıstanda minlərlə ton bomba insanların başına yağır. Daş da yağır. Çünki bomba partladığı halda daşı, torpağı havaya qaldırar və minlərlə kiloluq daş və bomba səmadan insanların üstünə yağar. Çünki hər bomba partladığında yüzlərlə, minlərlə kilo daşı, torpağı, qayanı götürüb yüzlərlə metr irəliyə atır. Daş, qaya parçaları evlərə, şüşələrə, divarlara hər yerə düşər.
“Millətin lideri, o millətin ən alçağı olduğunda bu qiyamət əlamətidir”. Məsələn, Stalin, Hitler, Qəddafi, Hüsnü Mübarək ən alçaq lider idilər. Əksər hallarda, liderlərin böyük hissəsi alçaq olurlar. Təbii ki, yaxşıları da vardır.
“Məscidlərdə səslər yüksəldiyi vaxt”. İnsanlar məscidlərdə Quranı qışqıra-qışqıra oxuyur, qışqıra-qışqıra danışırlar. Hər məsciddə qarışıqlıq olur. Halbuki Allah: “Quran oxunduğunda susun və dinləyin” (Əraf surəsi,204) deyir. Məsciddə qışqıraraq danışılmaz. Pıçıltıyla da danışılmaz. Məscid söhbət ediləcək yer deyil. Quran oxunarkən səssizlik olmalıdır. Mən bunu məscidlərin bir çoxunda görürəm. Quran oxunarkən insanların yüksək səslə danışması həm qiyamət əlamətidir, həm də Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.
Tövbə surəsi, 38-ci ayə
“Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerinizdə ağırlaşıb qalırsınız? Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.”
“Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerinizdə ağırlaşıb qalırsınız?”. Bəziləri: “uşaqlar var, ticarət var, məktəb var, işim var” deyir. Allah bunu çirkin görür. “yerinizdə ağırlaşıb qalırsınız ” İnsanlar bəzən: ”üstümə ağırlıq çökdü” deyirlər. Onlara da, döyüşə çıxın deyildiyində üstlərinə ağırlıq çökdü. Allah: “Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.” deyir.
Tövbə surəsi, 39-cu ayə
“Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edəcək və yerinizə başqa bir qövm gətirib dəyişdirəcək. Siz isə Ona heç bir şeylə zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.”
“ Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edəcək”. Yəni fəlakətlər olacaq. “Və yerinizə başqa bir qövm gətirib dəyişdirəcək”, yəni siz Allah üçün xidmət etməsəniz, Allahın dinini yaymaq üçün cəhd göstərməsəniz, islamın şüarını yüksəltməsəniz, İslam Birliyi üçün cəhd göstərməsəniz. Əbcədi bir dənədir, 1979-cu il tarixini, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. “ Yerinizə başqa bir qövm gətirib dəyişdirəcək “. Hz. Mehdi (ə.s) və tələbələrinə işarə edir, inşaAllah. “Siz Ona heç bir şeylə zərər verə bilməzsiniz “. Bunda da bir dənə əbcəd çıxır, 2010-cu il tarixini verir. Bədiüzzamanın verdiyi tarix: “Şəddəli lamlar və mim iki sayılsa bundan bir əsr sonra ortalığı gülüstana çevirəcək gənclər, hz. Mehdi (ə.s) və tələbələridir” deyir, inşaAllah
Tövbə surəsi, 40-cı ayə
“Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona dinclik və təhlükəsizlik nazil etdi, sizin görmədiyiniz ordularla dəstəklədi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.”
“Əgər siz Peyğəmbərə kömək etməsəniz” İndiki dövdə də, hz. Mehdi (ə.s)-ı tək buraxmaq istəyirlər, kömək etmirlər. Peyğəmbərimiz (s.ə.v)-in dövründə də ona kömək etmək istəmirdilər, tək buraxmaq istəyirdilər. “Sən və Rəbbin gedin, ikiniz döyüşün” deyirlər, ayədə var. “Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir” Əbcədi 2017-ci il tarixini verir. ” Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi:
” Bax, burada da mağara keçir. “Qəm yemə, Allah bizimlədir!” Deməli, müsəlmanlar çox çətin dövrlərdən keçəcəklər. Hüznə qapılmayacaqlar. ” Bundan sonra Allah ona dinclik və təhlükəsizlik nazil etdi “. Hz. Mehdi (ə.s) dövründə dinclik və təhlükəsizlik duyğusu Tabutu Səkinənin mövcudluğu ilə olacaq, inşaAllah. “və sizin görmədiyiniz ordularla dəstəklədi”. Yəni mələklərlə dəstəklənilmiş. Hz. Mehdi (ə.s) da mələklərlə; Cəbrayıl, Mikayıl və üç min mələklə dəstəkləniləcək. “ kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır.” Quran ucadır, Allahın hökmü ucadır, güclü olandır. Əbcədi 1998-ci il tarixini verir. Yəni, hz. Mehdi (ə.s)-ın fəaliyyət illərini verir. Əbcədlərin və rəqəmlərin çoxu axırzamana aid olur. 9918, 3721 deyil, həmişə açar tarixləri verir, maşaAllah.
Tövbə surəsi, 46-cı ayə
“Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!” – deyildi.”
Onlar da oturmalarına sevinirlər. Halbuki bu böyük bir bəladır. “Nə gözəl otururuq hamı birlikdəyik” deyirlər. Mübarizə edənləri də yalnış yoldaymışlar kimi görürlər.
Tövbə surəsi, 47-ci ayə
“Əgər onlar sizinlə birlikdə döyüşə çıxsaydılar, sizə pislik və zərərdən başqa bir şey etməz və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara xəbər daşıyanlar vardır. Allah zalımları tanıyır.”
“Sizinlə birlikdə çıxsadılar, sizə pislik və zərərdən başqa bir şey etməz və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər “. Yəni Allah: “pislik, əxlaqsızlıq edərlər, sizi sıxarlar, çətinliyə salarlar. Ayrı olmaları, sizlə birgə olmamaları, sizə zərər verməmələri daha yaxşıdır. Sizinlə birlikdə olsalar, fayda vermək yerinə sizə zərər verərlər. Uzaq olmaları daha yaxşıdır” deyir. “İçinizdə onlara xəbər daşıyanlar vardır. Allah, zalımları tanıyır”.
Fəth surəsi, 1-2-3-cü ayələr
“Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!. Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə üstün və şərəfli bir zəfərlə kömək edəcək!”
“Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! ”. Təxminən 1913-1915-ci il tarixini, Çanaqqala zəfərinin tarixini verir, maşaAllah. Oyunlar o dövrdə (1913) başladı. 1915-də də Çanaqqala döyüşü oldu. Çanaqqalada aslanlarımızın, igidlərimizin qanı selə döndü.“ Allah sənə üstün və şərəfli bir zəfərlə kömək edəcək!”. Bu, dünya hakimiyyətidir. “Kömək edəcək.” Bir dənə tarix verir; 1979-ci il tarixini verir. Bu möcüzələri nə üçün saxlayırlar? Axırzaman hədislərini, əbcədlərini gizlədirlər. 60-cı il deyil, 73-cü ildə deyil, 1979-cu il tarixini verir. Dünya hakimiyyətinə, Mehdi (ə.s)-ın çıxış tarixinə işarə edən bir ayədir.
Fəth surəsi, 10-cu ayə
“Sənə beyət edənlər Allaha beyət etmiş olarlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər.”
“Şübhəsiz sənə beyət edənlər,” Yəni bağlananlar. Bizlər də Mehdi (ə.s)-a beyət etməliyik. Peyğəmbərimiz (s.ə.v)-in dövründə Rəsulullah (s.ə.v)-ə beyət edilirdi, dövrümüzdə də, Mehdi (ə.s)-a beyət edilməlidir. “Allaha beyət etmiş olarlar”. Bir dənə tarixi var, o da 2025-ci il. Bu möcüzədir. Axırzamanla əlaqədar, hakimiyyətlə əlaqədar bütün ayələr tək tarix ətrafında toplanır, maşaAllah.
Casiyə surəsi, 32-ci ayə
Sizə: “Allahın vədi haqdır və o saata heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “Biz o saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz bundan əmin deyilik!” – deyirdiniz”.
“Həqiqətən Allahın vədi haqqdır,” Allah bir şeyi vəd etdisə mütləq edər. Əbcədi 2031-ci il tarixini verir.
Casiyə surəsi, 20-ci ayə
“Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə bir hidayət və mərhəmətdir.”
Mehdi (ə.s) da islamı dünyaya Quranla hakim edər, inşaAllah.
Əd-Duxan surəsi, 1-2-3-4-5-ci ayələr
“Ha, Mim! Açıq-aydın Kitaba and olsun ki, şübhəsiz ki, Biz onu mübarək bir gecədə (qədr gecəsində) endirdik (nazil etdik). Şübhəsiz ki, Biz xəbərdar edənlərik! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur. Dərgahımızdan bir əmr ilə! Həqiqətən, (peyğəmbərləri) Biz göndərənlərik”
“Ha, Mim! Açıq-aydın Kitaba and olsun;” Yəni açıq olan, tez başa düşülən, aydın olan Qurana and olsun. “Şübhəsiz ki, Biz onu mübarək bir gecədə endirdik, şübhəsiz ki, Biz xəbərdar edənlərik.” Yəni Allah Quranı qədr gecəsində endirdi. Yaxşı, ikinci işarəsi nədir? Kimi endirir? İsa Məsihi, inşaAllah. “Hər bir hikmətli iş o gecə hökm (ayırd) olunur. Dərgahımızdan bir əmr ilə! Həqiqətən, Biz (peyğəmbərlər) göndərənlərik ”. Ayənin davamına baxdıqda məna aydınlıq qazanır. Allah: “Mən təlimat verirəm, əmr edirəm” deyir. Allah İsa Məsihi əmriylə göndərər, inşaAllah.
Əd-Duxan surəsi, 10-11-12-13-14-cü ayələr
“Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər: ) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!” Onlar hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəldi, Onlar isə ondan üz çevirib belə dedilər: “(Bu başqası tərəfindən) öyrədilmiş bir divanədir!”
Peyğəmbərimiz (s.ə.v)-ə də bunu (divanə) demişlər, Mehdi (ə.s)-a də bunu deyəcəklər. “CIA agentidir, massonların adamıdır, nə bilim sionistlərin adamıdır, öyrədilmiş və istiqamətləndirilmiş biridir” deyəcəklər və dəli olduğunu iddia edəcəklər.
Əd-Duxan surəsi, 15-16-cı ayələr
“ Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız! Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
Allah, qiyamətə işarə edir.
Duxan: İqtisadi böhran üçün də istifadə edilən bir sözdür. Tüstü və ya qıtlıq, iqtisadi böhran, aclıq yaxud döyüş, şiddət, çətinlik bu mənada istifadə edilir. Anarxiya, terror, aclıq və iqtisadi böhranın hamısına mütəvəccih bir söz ‘duxan’ sözüdür. Axırzamanda hal-hazırda yaşanır. Həm iqtisadi böhran var, həm iztirablar var, həm döyüşlər var, həm şiddət var, həm terror var. Dünya inanılmaz bir böhrana düşdü, bütün dünyanı əhatə etmiş vəziyyətdədir.
Duxan surəsi, 59-cu ayə
“Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.“
“ Sən gözlə! “Allah Peyğəmbərimiz (s.ə.v)-ə söyləyir. “Şübhəsiz ki, onlar da gözləyirlər.” Allah, yurdun sonunun möminlərin olacağını açıq şəkildə söyləyir, inşaAllah.
Zuxruf surəsi, 29-cu ayə
“Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Quran) və (həqiqəti, şəriət hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim! “
Əbcədi 2015-ci il tarixini verir. Peyğəmbərimiz (s.ə.v)-ə işarə etməklə bərabər, açıq-aşkar Mehdi (ə.s)-a da işarə edir.
Zuxruf surəsi, 30-cu ayə
“Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!” – dedilər. “
“Onlara haqq gəldikdə isə: “Bu, sehrdir”, sehrbaz deyirdilər. Peyğəmbərimiz (s.ə.v)-i sehrbazlıqla günahlandırırdılar. “biz onu inkar edirik!- dedilər”, Yəni: . “küfr içindəyik, rədd edirik, inkar edirik, inkarçılarıq” deyirdilər. Əbcədi 1990-cı il tarixini verir. Deməli, 1990-cı ildə mehdiyyətə şiddətli bir hücum olacaq. Yəni dəli olduğunu, sehrbaz olduğunu iddia edəcəklər. Bu tarixdə, mətbuatda, radiolarda, televiziyalarda belə bir şey ola bilər.
Şura surəsi, 39-cu ayə
“Haqlarına təcavüz edildiyi zaman, birlik olub intiqam alarlar.“
“Və haqlarına təcavüz edildiyi zaman”, yəni bir müsəlmana hücum edildiyində, əleyhinə fəaliyyət edildiyində, məsələn, Araqanda, Misirdə hər yerdə, birlik olub İslam Birliyi meydana gətirib etiraz edənlərdir. Allah bunu müsəlmanlara fərz etmişdir. Allah: “Dünyada nə qədər müsəlman varsa birlik halına gəlib, əgər bir müsəlmana hücum varsa, birlikdə etiraz etməniz lazımdır.” deyir. Allah : “Bunu etməlisiniz.”deyir. Bunu edirlərmi? Yox.