Haqqə surəsi, 6-cı ayə
“Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.”
Deməli, Allah insanları qasırğa ilə hədə-qorxu gəlir. Həqiqətən də qasırğa böyük bir möcüzədir. Sürətli və dağıdıcı gücə sahib olan külək, Allah tərəfindən dünyada bir imtahan gərəyi olaraq yaradılmışdır.
Haqqə surəsi, 7-ci ayə
“Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.”
“Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin”. Qalıq (fosil) necə olur? Xarici (çölü) qalır, içi boş olur. Ayədə də, xarici (çölü) qalıb, içi yox olmuş bir qalıqdan (fosildən) bəhs edilir.
Haqqə surəsi, 8-ci ayə
“Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?”
Yəni axtarsan, araşdırsan görərsən. Allah araşdırmağa diqqət çəkir. Allah: “Belə bir şey qalacaq və görəcəksən” deyir. Amma içi boş, qabığı qalmış (yəni fosil) halını görəcəksən. Allah: “Canlı olaraq görə bilməzsən” deyir.
Qələm surəsi, 1-ci ayə
“Nun. And olsun, qələmə və sətir-sətir yazdıqlarına!”
“Nun.” Ola bilsin ki, Nun, nura işarə edir. “And olsun, qələmə və sətir-sətir yazdıqlarına.” Deməli, axırzamanda qələm və sətir-sətir yazılar, yaxşı yazan, yaxşı izah edən, yaxşı təlqin edən, yaxşı isbat edən, dünyaya hakim olacaq. Quranda buna bir işarə var.
Qələm surəsi, 2-ci ayə
“Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.”
Allah: “Sən dəli deyilsən ” deyir. Quranda, peyğəmbərlərə, mehdilərə dəli iddiası var. Küfr əhli həmişə peyğəmbərlərə, mehdilərə dəlilik damğası vurmağa çalışmışlar.
Qələm surəsi, 3-cü ayə
“Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.”
Yəni, hər gün savab qazanacaqsan. Müsəlman Allahın izni ilə hər gün savab qazanar. Bu ayə Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir.
Qələm surəsi, 4-cü ayə
“Həqiqətən də, sən böyük əxlaq sahibisən!”
Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-ə bənzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi haqqında: “Surəti (xarici görünüşü) mənə bənzəməz, cismi mənə bənzəməz, amma əxlaqı mənə bənzəyər, əxlaqı mənim əxlaqımdır” deyə buyurmuş. Peyğəmbərimiz (s.ə.v) iki xüsusiyyət ifadə etmişdir. “Cismi bənzəməz, çünki Mehdi (ə.s) Bəni İsrail görünüşündədir”deyir. Peyğəmbərimiz (s.ə.v) də Bəni İsrailə bənzəyirdi, amma Mehdi (ə.s) daha çox bənzəyər. Əbcədi 2017-ci il tarixini verir.
Qələm surəsi, 5-ci ayə
“Sən də görəcəksən, onlar da”
Nəyi görəcəklər? Dünya hakimiyyətini. Küfr əhli də görəcək, müsəlmanlar da görəcəklər inşaAllah.
Qələm surəsi, 6-cı ayə
“hansınızın dəli olduğunu.”
Kim dəlidir, kim ağıllıdır yaxında görəcəklər. Peyğəmbərə dəli deyirlər, fitnəyə düşüb dəli olmusan, ağlını itirmisən deyirdilər. Allah da : “Kimin dəli olduğunu yaxında görəcəklər” deyir. Bu ayə Peyğəmbərimiz (s.ə.v)-ə işarə etməklə bərabər Mehdi (ə.s)-a da işarə edir.
Qələm surəsi, 7-ci ayə
“Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.”
Haqq yolda olan kimdir? Mehdi (ə.s). Yoldan azan kimdir? Dəccaliyyətdir. Allah, iki ayrı qrupu vurğulayır.
Qələm surəsi, 10-cu ayə
“İtaət etmə tez-tez and içənə, alçağa,”
Allah, bunların heç birinə itaət etməməyi əmr edir. Münafiqlər tez-tez and içərlər. Dayanmadan and içərlər: “Vallah belə, billah belə” deyərək hər sözün başında and içərlər. Allah onlara: “alçaq” deyir.
Qələm surəsi, 11-ci ayə
“qeybət edənə, söz gəzdirənə,”
Məsələn, müsəlmanları pisləyərlər. Yaxşı olduğunu bildiyi halda pisləyər.
Qələm surəsi, 12-ci ayə
“xeyirə mane olana, həddi aşana, günahkara,”
“Xeyirə mane olana”. Xeyir nədir? Dünya səviyyəsində təbliğ etmək. Darvinizmə, materializmə qarşı mübarizə etmək, qarşısını almağa çalışmaq. “Həddi aşana, günahkara”. Məsələn, öz inancına görə etməməsi lazım olan şeyləri edər.
Qələm surəsi, 13-cü ayə
“Daş ürəkliyə (həyasız, mədəniyyətsizə), əsli-nəsəbi bilinməyən haramzadaya”
Allah: “Daş ürəkliyə (həyasız, mədəniyyətsizə), əsli-nəsəbi bilinməyən haramzadaya” deyir. Yəni arsız, ailə tərbiyəsi görməmiş, hər cür pisliyi edən, dalaşqan, təcavüzkar biri. Allah ayədə açıq şəkildə onların psixoloji təhlillini etmiş, inşaAllah.
Qələm surəsi, 19-cu ayə
“Onlar yuxudaykən Rəbbinin əzabı o bağı bürüdü.”
İnsanların ən çox narahat olduğu şeylərdən biri də, yatarkən fəlakətə düçar olmaqdır. Allah bu əzabla hədə-qorxu gəlir.
Nəcm surəsi, 56-cı ayə
“Bu, əvvəlki xəbərdarlıq edənlər kimi bir qorxudandır.”
Nəcm surəsi, 56-cı ayə. Görəsən 1956-cı iləmi işarə edir? “Bu da əvvəlki xəbərdarlıq edənlər kimi bir qorxudandır.” Yəni, əvvəlki mehdilərdən bir mehdidir, amma Peyğəmbərimiz (s.ə.v)-ə işarə edir. Təbii ki, mehdilərin ən böyüyü Peyğəmbərimiz (s.ə.v)-dir. Əbcədi bir dənədir, 2031-ci il tarixini verir. 56-cı ayə 1956—cı ilə işarə edir. Dünya hakimiyyətinin tarixini verir. Bizlərdən Bu kimdir deyə soruşduqlarında : “bu əvvəlki mehdilərdən bir mehdidir” deyəcəyik inşaAllah. Amma vəlilik baxımından ən böyük mehdi Peyğəmbərimiz (s.ə.v)-dir. Peyğəmbərimiz (s.ə.v) gəlib-keçmiş ən böyük rəsul və nəbidir. Ən böyük peyğəmbərdir, inşaAllah.
Əd-Duxan surəsi, 32-ci ayə
“ And olsun Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.”
Allah kimi üstün tutdu? Mehdi (ə.s) tələbələrini, İsa Məsihin tələbələrini. Əbcədi neçədir? 2011-ci il, şəddəli 2029-cu il. Allah and içir: “And olsun Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.” Yəni bütün dünyaya üstün etdik, hakim etdik. Mehdiyyətin ən canlı tarixləridir.