Hörmətli Adnan Oktarın yeni açıqlamaları (17 Noyabr 2012; 15:00)
UŞAĞA ÇOX DƏYƏR VERMƏK, ÇOX HÖRMƏT ETMƏK LAZIMDIR. UŞAQ ADAM YERİNƏ QOYULMADIĞINDA XƏSTƏ KİMİ OLAR. HÖRMƏT EDİLƏN, DƏYƏR VERİLƏN UŞAQ ÇOX YAXŞI OLAR. XEYLİ AĞILLI OLAR. UŞAQDIR DEYƏ AĞILI YERİNDƏ DEYİL RƏFTARI EDİLSƏ, UŞAQ ONU HİSS EDƏR. ƏKSİNƏ AĞLI YERİNDƏ OLDUĞUNU, MƏQBUL BİR İNSAN OLDUĞUNU, HƏTTA MÜŞAVİRƏ EDİLƏCƏK, DANIŞILACAQ BİR İNSAN OLDUĞUNU GÖSTƏRMƏK LAZIMDIR.
Tövbə surəsi, 88-ci ayə
“Lakin Allahın elçisi və onunla birlikdə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır.”
Rəsul, yəni o dövrün mehdisi olan Peyğəmbər (s.ə.v) və onunla birlikdə olan möminlər, mallarıyla və canlarıyla cihad edirdilər.İnsanların bir çoxu mal-dövlətə çox qiymət verərlər. Ona görə də Allah, malın Onun yolunda xərclənməsini dəyərləndirir. “Məhz onlar uğur qazananlardır ”. Xeyir, bərəkət, gözəllik onlarındır və qurtuluşa çatanlar da onlardır. Yəni dünya hakimiyyəti onlarındır.
Tövbə surəsi, 98-ci ayə
“Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcəkdir. Allah Eşidəndir, Biləndir.”
“Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır”. Bir az pul verər. Məsələn, beş-on qəpik pul verər, sonra peşman olub iztirab çəkər, sanki əti qopmuş kimi iztirab çəkər. “Və sizə bir bədbəxtlik üz verməsini gözləyir”. Yəni sizin həbs olunmanızı, döyülüb-söyülmənizi, təhqir edilmənizi, ayrılmanızı, əzab-iztirab kimi fəlakətlərin sizi əhatə etməsini gözləyirlər. Allah da: “Bədbəxtlik onların öz başlarına gələcəkdir” deyir.
Maidə surəsi, 52-ci ayə
“Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq”, – deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər (fəth) və ya dərgahından bir əmr gətirəcək və onlar ürəklərində gizlətdiklərindən peşman olacaqlar.”
” Allah (möminlərə) bir zəfər (fəth) və ya dərgahından bir əmr gətirəcək “. Yəni dünya hakimiyyəti, bir fərəc, bir qurtuluş vəsiləsi, bir Mehdi, bir imam gətirəcək. Əbcədi 1996-cı il tarixini verir.
Maidə surəsi, 56-cı ayə
“Kim Allahı, Onun elçisini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.”
“şübhəsiz ki, qələbə çalanlar ” 56-cı ayədir və 1956-cı ilə işarə edir. “şübhəsiz ki, qələbə çalanlar da məhz Allahın firqəsidir ”. 2055-ci ilə işarə edir. Dünya hakimiyyətinin ən cazibədar illəridir.
“ şübhəsiz ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.” Xatırladığıma görə “hizbullah” (Allahın hizbi) kəliməsi təkcə bu ayədə keçir. Bax, Allah: “şübhəsiz ki, qələbə çalanlar” deyir. Yəni Allah tərəfdarları qalib gələcəklər. Allah tərəfdarı kimlərdir? Allaha şərik qoşmayan, səmimi, Mehdi (ə.s)-ı sevən müsəlmanlardır. Allah: “Mütləq qalib gələcəksiniz” deyir. Kimə qalib gələcəklər? Bütün dünyaya. 2055-ci il tarixinə işarə edir. Təbii ki, bu qalibiyyət sevgi qalibiyyətidir. Asıb-kəsmə, doğrama deyildir.