“Naim İbn Hammad Xalid İbn Səid təxric etdi və dedi ki; “Süfyan, dəccal vurduğu adamı öldürəcək. Üç tərəfdən çıxar”. Yəni dəccal insanlara havadan, qurudan, dənizdən insanlara hücum edər, qan tökər.
İbni Abbas (r.ə)-dan rəvayət edilmişdir. Peyğəmbər (s.ə.v) Vida həccini yerinə yetirdikdən sonra Kəbənin qapısının halqasını tutaraq belə buyurdu : “Ey insanlar! Sizə qiyamət əlamətlərini bildirimmi?” Səlman ayağa qalxaraq: “Anam, atam sənə fəda olsun ey Allahın elçisi, bildir” dedi. “Namazın tərki, nəfsə tabe olunması, varlılara hörmət edilməsi qiyamət əlamətlərindəndir.” “Ey Allahın elçisi bunların hamısı olacaqmı?” “Bəli, Məhəmmədin Canı yeddi qüdrətində olan Allaha and içirəm ki, ey Səlman, o zaman zəkat, altından qalxıla bilməyəcəkmiş kimi bir borc, tamamilə kasıblara məxsus olan hərbi gəlirlər talan olacaq, yalançı adam doğru, doğru adam da yalançı hesab ediləcək. Xain təhlükəsiz sayılacaq, təhlükəsiz adam da xain sayılacaqdır…”
Bax, Peyğəmbərimiz (s.ə.v) deyir ki: “Peyğəmbər (s.ə.v) Vida həccini yerinə yetirdikdən sonra Kəbənin qapısının halqasını tutaraq oradakı ümmətə deyir ki: “Ey insanlar! Sizə qiyamət əlamətlərini bildirimmi?” Səhabələrin az qala nəfəsləri kəsilə. Səlman ayağa qalxaraq: “Anam, atam sənə fəda olsun ey Allahın elçisi, Allah rizası üçün bildir” deyir. Peyğəmbərimiz (s.ə.v): “Namazın tərki, nəfsə tabe olunması (uymaq), zənginlərə zənginliyindən ötəri hörmət edilməsi qiyamət əlamətlərindəndir.” deyir. Səhabələr: “Ey Allahın elçisi bu da olacaqmı?” deyirlər, çox gözəl əxlaqlı olduqları üçün çaşırlar. “Bəli, Məhəmmədin Canı yeddi qüdrətində olan Allaha and içirəm ki, ey Səlman o zaman zəkat, altından qalxılmayacaqmış kimi bir borc”, yəni zəkat verməyi çox çətin bir iş kimi görəcəklər. “tamamilə kasıblara məxsus olan hərbi gəlirlər talan ediləcək, yalançı adam doğru hesab ediləcək” . Yəni kasıblara gələn mallar kasıblara deyil, başqa insanlara paylanacaq.
Yusif surəsi, 34-cü ayə
“Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir”.
“Rəbbi, duasını qəbul etdi” 2031-ci il tarixini verir. Dünya hakimiyyətinə işarə edir, inşaAllah.
Yusif surəsi, 43-cü ayə
Hökmdar dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.
Hökmdar: “Buradakı yeddilər niyə təkrarlanır, bunun hikməti nədir?” deyir. Yeddilər təkrar edilir. Hicri 1400 yeddinin neçə qatıdır? İki qatıdır və yeddinin iki qatı da 14 (yəni hicri1400) edir, yəni dünya hakimiyyətinin başladığı illərdir, inşaAllah.
Yusif surəsi, 49-cu ayə
“Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”.
Yağış bol olacaqdır. Hal-hazırda dünya bol yağışlı bir dövrə girdi. Əvvəllər qıtlıq idi.
Yusif surəsi, 48-ci ayə
“Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız ”.
” Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq” İqtisadi böhran 2007-ci ildə başladı. Quran ona da işarə edir.” Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız”. Yəni malınız azalacaq, bir qisminiz pulunuzu saxlayacaqsınız, mühafizə edəcəksiniz. Pulu xərcləməyib yığanda iqtisadi böhran daha da güclənir. Hz. Yusif (ə.s) Misir hökumətinə iqtisadi böhran olacağını əvvəlcədən bildirir.
Yusif surəsi, 67-ci ayə
Yaqub (ə.s) dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.
“Yaqub (ə.s) dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm.” Tövratda da eyni şəkildə keçir. Tövratın orijinalında, “Səcdə edərək girin” deyir, Qurandakının eynisidir. Yunanca tərcümədə isə “səcdə” sözünü ləğv etmişlər. Baxa bilərsiniz, istəyən baxa bilər.
Yusif surəsi, 76-cı ayə
“(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!.”
“(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı”. Allah da hz. Mehdi (ə.s)-a da, belə bir tədbir öyrətmiş. Heç kim Allahın planını poza bilməz. Onsuz da Yusif surəsində izah edilən hz. Mehdi (ə.s)-dır. Hz. Mehdi (ə.s)-a, axırzamana işarə vardır.
Yusif surəsi, 70-ci ayə
“(Yusif) onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir su qabı qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
“(Yusif) onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir su qabı qoydu.” Su qabı, dolça dövrünə işarə edir, inşaAllah.
Yusif surəsi, 96-cı ayə
Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”
“Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı ”. Deməli, hz. Mehdi (ə.s) da, İsrail millətini qurtaracaq, inşaAllah. Onların da gözünə o köynəyi sürtəcək, inşaAllah. Bütün islam aləmini qurtaracaq, inşaAllah.
Yusif surəsi, 105-ci ayə
“Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər.”
İndi də elə edirlər. Darvinistlər, materialistlər Allahın dəlillərinə arxalarını dönürlər, görməməzlikdən gəlirlər.
Fatir surəsi, 24-cü ayə
“Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.”
“Biz səni, haqq ilə bir müjdə verici və bir xəbərdar edən olaraq göndərdik”. 1983-cü ilə, hz. Mehdi (ə.s)-ın fəaliyyətinin ilk illərinə işarə edir. “ Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın “. O da, 2026-cı ilə işarə edir, maşaAllah.