Hörmətli Adnan Oktarın yeni açıqlamaları (22 Noyabr 2012; 22:00)
Rəsulullah (s.ə.v) belə buyurdu: “Ümmətimdə, Mehdi (ə.s) ilə mübarizə etmək üçün 30-a yaxın dəccal zühur etmədikcə qiyamət qopmaz“. İçlərində qadınların da olduğu dəccallar vardır. “Axrıncısı çəp olan 30 yalançı dəccal çıxmadıqca qiyamət qopmaz”. Mehdi (ə.s) dövründə ən son çıxan dəccal, ən böyüyü olar. “30 və ya 30-dan çox yalançı dəccal çıxacaqdır. Əlamətləri nədir? deyildiyində, əlamətləri sizə üzərində olmadığınız bir yol göstərəcəkldirlər”. Yəni xurafatçılıq yolunu, Quranın xaricində olan yollar, xurafatlar göstərəcəklər. “Yolunuzu dəyişdirməyə çalışacaqlar”. Yəni sizi Qurandan uzaqlaşdırmağa çalışacaqlar. Quranın xaricində uydurma inanclara (xurafatlara) çəkməyə çalışacaqlardır. Peyğəmbərimiz (s.ə.v) : “Onları gördüyünüz zaman oradan uzaqlaşın”. deyir.
Peyğəmbərimiz (s.ə.v) buyurur: “Allah İstanbulu çox sevdiyi dostlarının əliylə fəth etdirəcəkdir.” “Çox sevdiyi”, yəni Mehdi (ə.s) və tələbələrinin hörməti xatirinə, İstanbul mənəvi olaraq fəth olunacaq. Hər yer imanla coşacaq. “Onlardan xəstəliyi və kədəri aradan qaldıracaqlar.” Deməli, Mehdi (ə.s) dövründə xəstəliklər çoxalacaq və Mehdi (ə.s) tələbələri, müsəlmanlar sıx olaraq xəstəlik və kədərlə imtahan olunacaqlar. Mehdi (ə.s) dövründə bir bəla və imtahan olaraq asma və bir çox xəstəlik artar.”və kədər”, insanlar, axırzamanda terror hadisələrinin, iqtisadi böhranın, həyat bahalılığının artmasına görə kədərlənirlər. “Xəstəliyi və kədəri aradan qaldıracaqlar”. Allah : “Mehdi (ə.s) çıxdıqdan sonra xəstəlik azalacaq, xəstəlik və kədər yer üzündən qalxar.” deyir.
Peyğəmbərimiz (s.ə.v) buyurur ki: “Konustantinopolun (İstanbulun) yeddi dənə səddi vardır. Hamısı Mehdi (ə.s) tərəfindən fəth olunacaq”. Bu hədislər, Mehdi (ə.s) tərəfindən elmi cəhətdən nə qədər güclü, nə qədər qüvvətli bir hücum ediləcəyini göstərir.
“Mehdi səhər namazında dəstəmaz almaq üçün dəniz yanındakı bayrağı taxacaqdır. Su ondan uzaqlaşacaq və insanlar açılan yoldan keçəcək”.
“Su ondan uzaqlaşacaq.” Deməli, dənizi dolduracaqlar. Hal-hazırda bir çox boğazda dəniz doldurulub. Hətta bir çox insan buna qarşı çıxdı. “Və açılan yoldan keçəcək”, deməli, mübarək (Mehdi (ə.s)) o yollarda gəlib-gedir. Rəsulullah (s.ə.v)-in bildirdiyi təfərrüatlara bir baxın, maşaAllah.
“İstanbulda qalanın divarları sarsılacaq”. Deməli, elmi hücumları güclü olacaq. “Sonra bir daha təkbir gətirəcəklər ”. Bu dəfə sarsıntı bir az da çox şiddətli olacaqdır. Mehdi (ə.s)-ın, getdikcə artan bir elmi fəaliyyət içində olduğunu anlayırıq. Deməli, ilk başlarda fəaliyyəti o qədər də güclü olmayacaq. Zaman keçdikcə artan bir elmi hücum və iş içində olduğunu başa düşürük. “Üçüncü təkbiri gətirdiklərində“, mehdiyyət üç mərhələlidir. “On iki bürc yerlə bir olacaq”. Yəni on iki qala. Yusif surəsində də buna diqqət çəkilmişdir. On bir ulduz və Günəş, yəni on iki. On iki sayı, mehdiyyətdə çox əhəmiyyətlidir.
“Məscidlər tikəcəklər “, yəni Mehdi dövründə məscidlərin sayı çoxalacaq. Məscid, Kəhf surəsi, 21-ci ayədə də ifadə edilir; “üstlərinə bir məscid tikəcəyik” deyirlər. Deməli, Mehdi (ə.s)-ın olduğu bir məkanda böyük və mənalı bir məscid tikiləcəkdir. Şamlıcada tikilən məscidə işarə edir, inşaAllah. “Deyərkən, bir səs eşidiləcək”. Yəni xəbərlər yayılacaq. “Sizdən sonra dəccal gəlib Şamda uşaqlarınızın başına bəla olacaq “. Şamda, yəni Suriyada qırğın başlayacaq. Xurafatçılar görməməzlikdən gəlirlər. İstədiyiniz qədər gizləyin, axır-əvvəl eşidiləcəkdir. “…uşaqlarınızın başına bəla olacaq “. İndi Suriya hökuməti müsəlmanların başına bəla olub. “Sonra Roma üzərinə gedəcəklər “.
Tövbə surəsi, 32-ci ayə
“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.”
2002-ci il tarixini verir. İsa Məsihin gəldiyini düşündüyümüz tarixdir. “ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər.” Mehdiyyəti, İsa Məsihin gəlişini televiziyalardan, radiolardan dayandırmağa çalışırlar. Bir çoxları üçün İslam Birliyini dayandırmaq, mehdiyyəti dayandırmaq əsas mövzu halına gəlib. Allahın nurunu söndürmək istəmələri bu deməkdir. “Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.” Təbii ki, kafirin istəməməsi ayrıdır, müsəlmanın istəməməsi ayrıdır. Kafir demək, yəni küfr içində olan, Qurana zidd mənadadır, inşaAllah.
Ali-İmran surəsi, 186-cı ayə
“Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.”
Şərik qoşanlar kimlərdir? Xurafatçılardır. Allah: “Onlardan çirkin sözlər eşidəcəksiniz” deyir. Allah Quranda 1400-il bundan əvvəl, Kitab verilənlərin və müşriklərin, radiolardan, televiziyalardan söhbətlərilə, yazılarıyla, iti dilləriylə Quran müsəlmanlarını, yəni həqiqi müsəlmanları təhqir etməyə çalışacaqlarını, onlara sataşmağa çalışacaqlarını, murdar ağızlarıyla çirkinlik etməyə cəhd edəcəklərini, axırzamanda ətrafı belə çirkləndirməyə cəhd göstərənlərin çirkin hərəkətlər edəcəklərini bildirmiş.