Furqan surəsi, 56-cı ayə
“Biz səni yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.”
“Biz səni yalnız müjdə verici” Müjdə vermək, insanları cənnətlə müjdələmək, Allahın varlığıyla müjdələmək müsəlmanın xüsusiyyətidir. Allahın varlığı ən böyük müjdədir. Adam yox olacağını zənn edərkən əbədi, sonsuz yaşayacağını anlayır. Bu necədə böyük bir sevincdir! Hər şey Allah tərəfindən hazırlanmış bir sistemdir. Təbii ki, imtahan gərəyi üçün bəzi şeylərin, ağılı, imanı zəif olan insanları o istiqamətə çəkməsi lazımdır. Belə olmasa, o zaman imtahan olmaz. Onlar hadisənin yalnız dar qisminə baxırlar. (DNT) 2 % texniki məlumatla əlaqədar qisim, 98 % də ruh məlumatıyla əlaqədar texniki məlumatdır.
Yoxsa əzələ, göz, beyin əmri necə alar, işləyər, beyindəki sinirlər haralara getdiyində hansı fəaliyyətləri göstərəcək, rəngi gördüyündə, qoxunu aldığında, məlumatı götürdüyündə necə qiymətləndirəcək, necə güləcək, necə oynayacaq, necə qaçacaq? İnsanda bu məlumatların hamısı ayrıca kodludur. Onu araşdırdıqlarında 98 % olduğunu görəcəklər. Onlar yalnız bir qisminə baxırlar. Məsələn, insan beyninin də çox az bir qismi işləyir. Digər qisim işləmir. Amma insan qabiliyyətini, ruhi güclərini inkişaf etdirdiyində müdhiş möcüzələrə məzhər olmağa başlayır. Digər insanların görə bilmədiyi hadisələri görməyə başlayır, eşidə bilmədiklərini eşitməyə başlayır, fərq edə bilmədiklərini fərq etməyə başlayır, bilmədikləri ölçüləri görməyə başlayır. Elm adamları, 98 % qisim, 2 %-lik qisimi kodlaşdırdığını deyirlər.
Amma Allah oraya ayrıca olaraq ruhun xüsusiyyətlərini də, yəni elektrik nizamını, elektrik mexanizmini kodlaşdırmışdır. Çünki beyinin bir elektronik hissələri vardır, bütün bədənin elektronik hissələri vardır. Elektronik təchizatın necə olacağı məlumatının kodlaşdırılması lazımdır. Bunlar sırf mexaniki qismini təsbit etmişlər. Ruh mexanizminin, elektronik mexanizminin sistemini bilmirlər. 2 % ana qismi kodlaşdıran məlumatların 98 % olduğunu təsbit etmişlər. Daha fərq edəcəkləri çox istiqamət vardır.
Furqan surəsi, 77-ci ayə
De: “Sizin duanız olmasa, Rəbbim sizə dəyər verərdimi? Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”
De ki: “Sizin duanız olmasa Rəbbim sizə dəyər verərdimi? Furqan surəsi, 77-ci ayə, təkrarlanan yeddilər var. “Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır! ” İnsan gərək vicdansız ola ki, haqqı yalanlaya. Mənfi, fövqəladə bir xüsusiyyətə sahib ola ki, Allahın varlığını, Quranı inkar edə. Düz, səmimi vicdana, gücə sahib olan insanın Quranı inkar etməsi mümkün deyil. Yəni insanın qüdrəti, vicdani gücü çatmaz. Nə Allahı, nə də Quranı rədd edə bilər. Amma Quranı bilməyən, xəbəri olmayan bir insan üçün bir şey deyə bilmərik. Çünki bilmir. Amma ağıllı bir insanın Quranı tədqiq edib, araşdıraraq bütün möcüzələri, elmi görərək Quranı, Allahın varlığını rədd etməsi qeyri-mümkündür.
Rəd surəsi, 4-cü ayə
“Yer üzündə bir-birinə yaxın qonşu qitələr vardır; üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.”
“Yer üzündə bir-birinə yaxın qonşu qitələr vardır; üzüm bağları,” Allah, ən birinci üzümü deyir. Həqiqətəndə üzüm çox gözəl meyvədir. Mən bağ olan bir yer gördüyümdə dərhal üzüm əkdirirəm. “əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik.” Həqiqətən heç bir meyvənin, tərəvəzin dadı bir-birinə oxşamır. Meyvələr bir-birindən ləzizdirlər.
Hamısı eyni torpaqdan əmələ gəlir, palçıqda yetişir, amma fərqli-fərqli daddadırlar. Məsələn, qovun, qarpız, çiyələk hamısının ayrı-ayrı dadları vardır. Portağallar, narlar, üzümlər, əriklər, albalılar, bir-birindən gözəl dada malikdirlər, maşaAllah. “ Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.” Yəni Allah: “Verdiyim nemətləri düşünün, mənə şükr edin.” deyir. Təsadüfən olmadıqları məlumdur. Hamısı bir-birindən ləzzətli, hamısının ayrı qoxusu, ayrı ləzzəti var.
“Dəccalın adamları, onu (Mehdini) dəccalın yanında olmağını istəməyəcəklər. Lakin Mehdi (ə.s) israr edincə dəccaldan icazə almaq istəyəcəklər.” Deməli, dəccal rəsmi vəzifədə olan adam kimi görünür. “Dəccal: “Buraxın gəlsin” dedikdən sonra, Mehdi (ə.s)-a onun yanına getməsi üçün icazə verəcək. Mehdi (ə.s) onu gördükdə, Allahın elçisi onu (dəccalı) təsvir etdiyi şəkildə olduğu üçün onu tanıyacaq və belə səslənəcək: “Ey insanlar! Budur Rəsulullah (s.ə.v)-in izah etdiyi dəccal. Bunun üzərinə dəccal, Mehdi (ə.s)-a müxtəlif işgəncələr verəcək.”
Yəni həbsə, dəlixanaya atdıracaq, təhqir etdirəcək, böhtan atdıracaq, xurafatçıları, mətbuatı, televiziyanı, qəzetləri, interneti onun əleyhinə çıxardacaq, yəni Mehdi (ə.s)-dan xilas olmaq üçün var gücüylə cəhd göstərəcək. “Lakin Mehdi (ə.s) imanında israr edəcək.” Yəni fikrindən, düşüncəsindən, qərarlılığından əl çəkməyəcək. Təbliğinə, işlərinə, səyinə davam edəcək, dəccal onu yolundan dayandıra bilməyəcək. “Dəccal nə edirsə etsin Mehdi (ə.s) imanında ən kiçik bir fədakarlıq da etməyəcəkdir”. Hər dəfə, indi dəccal olduğunu daha yaxşı bildim deyəcəkdir. Rəsulullah (s.ə.v) belə buyurdu:
“ Budur bu kəs dərəcə baxımından mənə ən yaxın olandır”. Burada qeyri-adi bir ifadə var; “dərəcə baxımından” , çünki peyğəmbərlər var. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s)-ı peyğəmbərlərdən daha üstün tutur . “şəhadət baxımından Allah nəzdində ən yüksək dərəcəni alan adamdır”. Ölümü də şəhadət olar, çünki Mehdi (ə.s) Allah yolunda təbliğə gedərkən öləcəyi üçün şəhid olmuş olar. Peyğəmbərimiz (s.ə.v): “Gəlmiş keçmiş şəhidlərin içərisində ən yüksək dərəcəni alan kəs odur”. deyir. Bunu Peyğəmbərimiz (s.ə.v) deyir. Harada yazılıb? Qiyamət Əlamətləri, Muhəmməd İbn Rəsul Əl Hüseyn Əl Bərzənçi. Onun əsərinin 227-ci səhifəsində yazılıb.
“Dəccalı yalanlamaq üçün Xızır (ə.s)-ın ömrü uzadılacaqdır”. Xızır (ə.s), Mehdi (ə.s) dövrünə qədər yaşayar. Xızırın ömrü, Mehdi (ə.s)-ın zühuru ilə birlikdə yenidən uzadılar.
Peyğəmbərimiz (s.ə.v): “Ümmətimdən bir camaat, davamlı olaraq Allahın əmri üzərinə müxaliflərinə qarşı çox güclü dərəcədə mübarizə apararaq davam edəcəkdirlər. Müxalifləri özlərinə heç bir zaman zərər verə bilməyəcəkdir. Bu hal qiyamətə qədər belə davam edəcəkdir.” deyir. (Mehdi tələbələri qiyamətə qədər təbliğlərinə davam edərlər, maşaAllah.) “Sonra Allah bir külək göndərəcək, qoxusu müşk qoxusu, toxunuşu ipək kimi olacaqdır”. Peyğəmbərimiz (s.ə.v) burada müsəlmanlara ölümün gəliş şəklini izah edir.
Möminlər ölərkən burnuna müşk ətiri gələr. Əzrail (ə.s) gəldiyi üçün inanılmaz gözəl bir ətir yayılar. Sonra “Toxunuşu ipək kimi bir külək” deyir. Yüngül bir külək kimi, əsinti kimi canı alınar. Kafirin ölüm halı isə çox çətindir, çox iztirab çəkər. Ürəyində zərrə qədər iman daşıyan hər kəsi, toxunuşu ipək kimi, bir külək kimi alıb aparacaqdır. Qiyamətdən əvvəl bütün müsəlmanların canı alınar. Geridə insanların ən pisləri qalacaq və qiyamət onların üzərinə qopacaqdır.
‘’Quran gəldiyi yerə dönənə qədər qiyamət qopmaz. Quran, ərşin ətrafında arı uğultusu kimi bir uğultu çıxaracaq”. Vəhy, arı uğultusu kimi olur. “ Allah Qurandan: “nə olub” deyə soruşduğunda, Quran: “ Səndən gəldim Ya Rəbbi, sənə döndüm, oxunuram, lakin tətbiq olunmuram. Elə bu anda Quran rəf ediləcəkdir.” Quran da ağıllıdır, şüurludur.