Tövbə surəsi, 48-ci ayə
“Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir olub üstünlük təmin etdi.”
“Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış ” Bir qisim insanlar həmişə fitnə, rüsvayçılıq axtararlar. Yəni sevgini, barışı, qardaşlığı axtarmaz, amma fitnə olduğu halda öndə gedər. Döyüş, iki adamın arasını vurmaq, əxlaqsızlıq etmək, oyun oynamaq, tələ qurmaqdır. Bu cürə tiplər vardır. “və sənin əleyhinə hiylələr qurmuşdular.” Yəni tələ kimi oyunlar qurmuşlar. Peyğəmbər (s.ə.v)- ə də bu cür oyun oynanmış, hiylələr qurulmuş, Mehdi (ə.s)-a da bu cür oyunlar, hiylələr qurulacaq. “Nəhayət, onlar istəmədikləri halda” yəni Mehdi (ə.s)-ın çıxmasını, İsa Məsihin enməsini istəmədikləri halda “haqq gəldi” Mehdi (ə.s), İsa Məsih gəldi. “və Allahın əmri zahir olub ” Allahın əmri nədir? Dünya hakimiyyəti, İslam Birliyi. Əbcədi 2025-ci il tarixini verir. Dünya hakimiyyətinin hakim olduğu ildir, inşaAllah. Bax, “Allahın əmri zahir olub ” yəni görünər hala gəlib “üstünlük təmin etdi” hakim oldu, digər gücləri təsirsiz hala gətirdi. Bütünlüklə, Mehdi (ə.s)-ı izah edən bir ayədir. Eyni zamanda, Peyğəmbərimiz (s.ə.v)- ə də işarə edir.
Tövbə surəsi, 50-ci ayə
“Sənə yaxşılıq toxunsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” – deyər və sevinə-sevinə çıxıb gedərlər.”
“Sənə yaxşılıq toxunsa, bu onları kədərləndirər.” Məsələn, sevinc, yaxşılıq, gözəllik, hər cür nemət, gözəl insanlar, gözəl avtomobillər, gözəl evlər, gənclik, sağlamlıq səhhət hamısı sənə nəsib olsa onlar kədərlənərlər. “Sənə bir müsibət üz versə” Məsələn, küfrün bir hücumu, oyunu, bir tələsi qurulsa, “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” deyərlər, yəni uzaq durmuşduq, yaxınlaşmamışdıq deyərlər “və sevinə-sevinə çıxıb gedərlər.” Halbuki, dönüb getdiyi yer cəhənnəmdir, xəbəri yoxdur.
Tövbə surəsi, 51-ci ayə
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”
“De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz.” Yəni taleyimizdə nədirsə, o da olar. Hər nə olursa olsun, sevinclə, fəxrlə cavab verərik. Çünki hamısı Allahdan gəlir. “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!” Məsələn, biz burada danışırıq, söhbəti edirik. Niyə? Çünki taleyimizdə olanı edirik. Amma Allah, biz özümüz istəyərək edirik kimi göstərir. Halbuki mən, doğulmadan bu danışığı etmişəm və bitib. Fatih Sultan Mehmet dövründə, hz. Musa (ə.s) dənizi yardığı zaman, hz. Adəm (ə.s)-ın palçığı yoğrularkən mən bunları danışmışam. Yəni hər şey çoxdan bir anda olub bitmiş.
Tövbə surəsi, 52-ci ayə
De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik.”
Məsələn, Allah zəlzələ ilə, döyüşlərlə əzab verər, elə deyilmi? “Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik.” Dünyada hər cür zalıma bir yara toxunar, axirətdə daha da şiddətlisi toxunar, inşaAllah.
Tövbə surəsi, 65-ci ayə
Onlardan nə üçün istehza etdiklərini soruşsan, : “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)” – deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Onun elçisinə istehzamı edirsiniz?
Allah, din ilə lağ edilməsi mövzusunda, yəni imani mövzularla lağ edilməsi mövzusunda: “De: Allaha, Onun ayələrinə və Onun elçisinə istehzamı edirsiniz?” Bu böyük bir bəladır, bunun əylənməli bir tərəfi yoxdur. Ayənin hökmü budur; haramdır. Allahdan qorxan bunu etməz. Ölüm anında bu lətifəni danışa bilərsənmi? İzah edə bilməzsən. Ölərkən izah edə bilmədiyini, diriykən niyə izah edirsən?
Nəbə surəsi, 1-ci ayə
”Onlar nə barədə bir-birindən soruşurlar?”
Axır zamanda nəyi soruşurlar? Mehdi (ə.s) çıxacaqmı? İsa Məsih (ə.s) enəcəkmi? Qiyamət nə vaxt qopacaq? Dabbətül Ərz çıxdımı? Duhan (duman) zühuru oldumu?
Nəbə surəsi, 2-ci ayə
“O böyük xəbər barəsindəmi?”
O böyük xəbər nədir? Qiyamətdir. Başqa nə olacaq? Hz. Mehdi (ə.s)-ın çıxışı, İsa Məsihin enməsi.
Nəbə surəsi, 3-ci ayə
“Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.”
“Mehdi (ə.s) çıxmayacaq, üç yüz il əvvəl çıxdı və yaxud üç yüz il sonra çıxacaq, şəxsi mənəvi olaraq çıxacaq, qarabasma olaraq çıxacaq.” deyirlər. Eyni zamanda, qiyamət haqqında da ixtilafdadırlar. Yəni: “ Hələ qiyamətə illər, əsrlər var.” deyirlər.
Nəbə surəsi, 4-5-ci ayələr
“Xeyr, onlar tezliklə mütləq biləcəklər! Bir daha xeyr, onlar tezliklə mütləq biləcəklər!”
Biz də, mehdiyyətin, hz. İsanın zühuruna ən çox on il olduğunu deyirik.
Nəbə surəsi, 18-ci ayə
“Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.”
Nəbə surəsi, 19-cu ayə
“O gün göyün qapıları açılacaqdır.”
Buludlar aradan qalxacaq. Allah: ” göyün qapıları açılacaqdır.” deyir.
Nəbə surəsi, 20-ci ayə
“Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.”
Bu çox mənalıdır. Dağlar ərimiş, toz halına düşəcək.
Nəbə surəsi, 21-22-ci ayələr
“Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir.”
Cəhənnəm, Allahın varlığını bildiyi halda səmimiyətsizcə inkar edənlərin son dönüş yeridir.
Nəbə surəsi, 23-cü ayə
“Onlar orada sonsuz müddət qalacaqlar.”
Yəni Cəhənnəmdə əbədi qalacaqlar.
Naziat surəsi, 1-ci ayə
“And olsun, kafirlərin canını zorla alanlara!”
Kafirlərin canı çox şiddətli, ağrı-acıyla çıxar.
Naziat surəsi, 2-ci ayə
“And olsun möminlərin canını rahatlıqla alanlara!”
Möminlərin canı külək yeli kimi çox asan çıxar.
Naziat surəsi, 3-cü ayə
“And olsun sürətlə üzənlərə!”
İnsanın canı alındıqdan sonra üzərək gedər. Bu da ayrı bir şeydir. Yəni suda üzən kimi gedərlər, maşaAllah.
Naziat surəsi, 6-cı ayə
“O gün sarsılan sarsılacaq.”
Yəni göy daşının (böyük bir meteoritin) dünyaya dəyəcəyi gün.
Naziat surəsi, 7-ci ayə
“Onun ardınca bir sarsıntı da olacaq!”
Olduqca böyük bir meteorit dünyaya iki dəfə çırpılacaq. Əvvəlcə dünyaya dəyəcək, sonra cazibə qüvvəsiylə ikinci dəfə dünyaya dəyəcək və dünyanı deşib keçəcək. Yəni fırlanma edəcək, dönüb bir daha vuracaqdır. Bu vuruşundan sonra dünya tərs istiqamətdə dönməyə başlayacaq.
Naziat surəsi, 8-9-cu ayə
“O gün ürəklər qorxub titrəyəcək. Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.”
Yəni, gözlərində böyük bir qorxu hakim olacaq.
Naziat Surəsi, 13-14-cü ayələr
“Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nərədir)! Bir də baxarsan ki, onlar, yerin üstündədirlər.”
Yerin altındaykən özlərini birdən-birə yerin üstündə görərlər. Özünün harada olduğunu anlamayıb çaş-baş qalaraq heyrətlə qışqırar. Məzardaykən, özünü bir anda yerin üstündə görər. “Bir də baxarsan ki, onlar, yerin üstündədirlər.” Canları alındıqdan sonra “üzərək gedərlər.”
Naziat surəsi, 17-ci ayə
“Fironun yanına get! O, həddini çox aşmışdır.”
Allah: “Dəccala get, o azdı” deyir.
Naziat surəsi, 18-21-ci ayələr
“ Və de: “(Günahlardan) təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan? Musa ona ən böyük möcüzəni göstərdi. Lakin (Firon Musanı) təkzib edib (ona) asi oldu.”
Firon murdar, zalım olduğu üçün, Allah hz.Musa (ə.s)-a onun yanına getməsini əmr etdi. “ Və de: (Günahlardan) təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?.” Hal- hazırda insanlar mehdiyyətin möcüzələrini görürlər, lakin yalanlayırlar, eynilə Firon qövmünün zamanındakı kimi. Dövrümüzdə çox böyük möcüzələr baş verir. Peyğəmbərimiz (s.ə.v) də bir-birinin ardınca möcüzələr göstərirdi, amma insanların bir çoxu Firon qövmü kimi yalanlayırdılar.
Naziat surəsi, 22-ci ayə
“Sonra da üz döndərib fitnə-fəsad törətməyə başladı.”
Dövrümüzdə də, Mehdi (ə.s) çıxmayacaq, İsa Məsih (ə.s) enməyəcək deyə qarşı istiqamətdə səy göstərərək və möcüzələri örtbasdır edərək var gücləriylə cəhd göstərirlər.
Naziat surəsi, 23-24-cü ayə
“O, camaatını toplayıb onlara yüksək səslə müraciət edərək: “Sizin ən uca rəbbiniz mənəm! dedi”.
Dövrümüzdə də, Firon kimi tiplər öz köməkçi güclərini yığıb qrup halında var gücləriylə cəhd göstərirlər. Mən bunu görürəm, eşidirəm.