Hörmətli Adnan Oktarın yeni şərhləri (29 Noyabr 2012; 21:00)
Fatir surəsi, 42-ci ayə
“Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan və xəbərdar edici (elçi) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Ama onlara belə bir qorxudan və xəbərdar edici gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.”
“Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan və xəbərdar edici (elçi)” yəni Mehdi “gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar.” Yəni: “Çox yaxşı insanlar olacağıq, birlik, bərabərlik içində olacağıq, Allah, din uğrunda böyük mübarizə aparacağıq, təki Allah qatından elçi göndərsin” dedilər. “Ama onlara belə bir qorxudan, xəbərdar edici gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.” Eqoist olduqlarına görə qürurlarına sığışdırmadılar. “bu, onların ancaq nifrətini artırdı.”
Fatir surəsi, 43-cü ayə
“Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərinin başında çatlayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.”
Yəni, hiylə ancaq öz sahibinin başında çatlayar. “Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.” Yəni Allah: “Əvvəllər etdiklərimin eynisini sizin də başınıza gətirərəm. Bu mənim sünnətimdir. Madam ki, bir lider, qorxuducu, xəbərdar edici istəyirsiniz, bunu göndərdiyimdə böyüklük göstərməyəcəksiniz,” deyir. Peyğəmbərimiz (s.ə.v)-ə: “Əbul-Qasımın yetiminəmi tabe olacağıq?” demişdilər. “İki böyük şəhərin böyüklərindən biri olmalı deyildimi?” dedilər. Mehdi (ə.s) da zühur etdiyində ona; “Mehdi artıq 300 il əvvəl gəlib, yaşamış, vəfat etmişdir, yaxud 300 il sonra gələcək, yox qəbul etmirik, şəxsi mənəvidir, yox qarabasmadır, hər evə girər.” deyərlər. Bəzi insanlar, min bir müxtəlif bəhanə ilə mehdiyyətin bütün əlamətlərini rədd edən bir rəftar göstərirlər. Amma bəzi qoç igidlər də vardır ki, mehdiyyəti eşqlə, şövqlə, sevinclə qarşılayırlar.
Yasin surəsi, 78-ci ayə
Öz yaradılışını unudaraq Bizə bir məsəl çəkdi, O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
“Öz yaradılışını unudaraq” İnsan öz yaradılışını; molekul quruluşunu, vakuolları, mitoxondriləri hər şeyini araşdırmalıdır. Öz yaradılışını araşdırmayaraq cahilcəsinə, araşdırmadan: “Çürümüş sümüklərimizi yenidən kim dirildə bilər, bizə yenidən kim can verə bilər?” deyirlər.
Yasin surəsi, 79-cu ayə
“De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər yaratdığını bilər.”
“De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.” Bir dəfə yaradan Allah, yenidən bir dəfə də yaratmağa qadirdir. İlk dəfə yaratdığı əllə tutub, gözlə görürsən. Beş duyğu ilə hiss edirsən. Sən bunu hökmündə necə olmayacaqmış kimi qəbul edirsən? Məsələn, tutaq ki, hər hansı bir bölmədə (aləmdə) yaşayırsan və Allah desə ki: “Mən səni yaradacağam, dünyaya endirəcəyəm. Səni, anadan, atadan vəsilə edib yaradacağam.” “Bu necə olacaq?” deyərək inanmayacaqsan. Bax, indi oldu. Olan şeyin nəyini soruşursan? ” O, hər yaratdığını bilər.” Allah: “Mən, bir tək onu deyil, hər yaratdığımı bilərəm.” deyir.
Yasin surəsi, 81-ci ayə
“Göyləri və yeri yaradan, onların bir bənzərini yaratmağa qadir deyilmi?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.”
“Göyləri və yeri yaradan, onların bir bənzərini yaratmağa qadir deyilmi?” Bəzi insanlar: “yenidənmi yaradılacağıq” deyir. Məsələn, təsbeh düzəldilən yerə getsək və: “Bu təsbehdən bir dənə də düzəldə bilərsinizmi?” desəm, bu nə qədər məntiqlidirsə, o da o qədər məntiqli olar. Çünki bir dəfə oldusa, yenə olar.
Yasin surəsi, 82-ci ayə
Bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da olar.
Yəni təkamülə, ona-buna ehtiyac olmaz. Yalnız Allahın “ol” deməsi ilə, diləməsi ilə olar.