PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN GÖZƏL HƏYATI
Peyğəmbərimiz (s.ə.v)-in həyatının hər anında, möminlər üçün çox gözəl nümunələr var. Hz. Məhəmməd (s.ə.v)-in səhabələriylə olan söhbətləri, onlara xitabları, zarafatları, uşaqlara olan sevgi və marağı, xanımlarına qarşı ədalətli, mehriban rəftarı, həm ailəsi, həm də, bütün müsəlmanlar üçün nümunə olması, gülər üzü, sevinci, canlılığı, möminlərə olan düşkünlüyü və şəfqəti, gözəl əxlaqın və ideal insan modelinin əhəmiyyətli bir nümunəsidir. Bu hissədə, Peyğəmbərimiz (s.ə.v)-in, Allahın razı olduğu gözəl həyatından nümunələr veriləcək.
PEYĞƏMBƏRİMİZ (S.ə.V) GÜLƏRÜZLÜ İDİ və gülərüzlü olmağı tövsİyə edərdİ:
Peyğəmbərimiz (s.ə.v) üzərindəki ağır məsuliyyətə və qarşılaşdığı hər cür çətinliklərə baxmayaraq, son dərəcə Allaha təvəkkül edən, təslim olan və sakit bir insan idi. Həyatının hər anında imanın sevinci və şövqü içində idi. Bu, həm iman sevinci, həm də, gözəl əxlaqı ilə daim gülərüzlü və səmimi bir rəftarı var idi. Səhabələr, Peyğəmbərimiz (s.ə.v)-in bu halını belə izah etmişlər:
“Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın ) ayyələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki, onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər” (Cümə surəsi, 2)
Hz. Əli (r.ə): “Onun gülərüzlü olması və hər kəsə nəzakətli davranışı sanki, onu xalqa bir ata etmişdir. Hər kəs onun yanında və nəzərində bərabər idi.”
Allah Elçisi daim gülərüzlü, yumşaq xasiyyətli idi …
Allah Elçisi … xalqın ən çox gülümsəyən və ən şən olanı idi.
Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də, gülərüzlü olmalarını tövsiyə etmiş və belə demişdir:
“Siz, insanları mallarınızla razı edə bilməzsiniz, onları xoş üzlə (gülərüzlə) və gözəl xasiyyətlə razı edə bilərsiniz.”
“Allah Təala asanlıq göstərən və gülərüzlü adamı sevər”
PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN SəhabəLƏRİ İlə olan əlaqəsİ VƏ SÖHBƏTLƏRİ
Peyğəmbərimiz (s.ə.v) ətrafındakı müsəlmanlarla çox yaxından maraqlanardı. Onların hər birinin imanı, rəftarı, təmizliyi, sevinci, sağlamlıqları ilə ciddi məşğul olardı. Hər birinin əksikləri, ehtiyacları ilə maraqlanıb, təmin edərdi. Onlarla olan söhbətlərində isə, xoş rəftarı ilə (onların) könüllərini alardı. Səhabələr yanından sevinc və hüzur (rahatlıq) içində ayrılardılar.
Ən yaxınlarından biri olan Hz. Əli (r.ə), Peyğəmbərimiz (s.ə.v)-in söhbətlərindəki mühiti və səhabələriylə olan əlaqəsini belə açıqlamışdır:
“Rəsulullah insanların ən əliaçıq olanı, qəlbi ən geniş və şivəsi ən düzgün olanı, yükləndiyi işi ən yaxşı şəkildə yerinə yetirəni, ən yumşaq xasiyyətli və söhbəti ən gözəl olanı idi. Onu tanıyıb, söhbətində olanlar ona sevgi ilə yanaşardılar. Onu xarakterizə edənlər: “Ondan əvvəl də, ondan sonra da, onun kimisini görmədim” deyərdi. Nə vaxt özündən bir şey istənilsə onu mütləq verərdi.”
“(Birlikdə) oturduğu kəslərin hər biriylə maraqlanar, fərqli rəftar etdiyi (ayrıseçkilik) təəssüratı verməzdi. Ehtiyacını aradan qaldırması üçün onunla yaşayan və ya ona dəstək olan bir kimsəyə qarşı səbirli olardı. O adam getmədikcə özü onu tərk edib getməzdi.”
“Səhabələri üçün darıxar, (görə bilmədiyi zaman) soruşardı. İnsanların vəziyyətlərinin necə olduğunu, işlərinin nə yerdə olduğunu da soruşardı. Gözələ gözəl, çirkinə çirkin deyərdi”
“Daim doğru olanların tərəfində olub, haqsızlığı qəbul etməzdi. Yanına müvəqqəti olaraq girərdilər, çıxdıqlarında isə, qəlbləri rahat olaraq, hüzur taparaq çıxardılar.
Gələn xaricilərin həddindən artıq məntiqsiz davranışlarını səbirlə qarşılayardı. Əshabı bəzən buna əsəbiləşərdi, O isə, onlara təskinlik verər və deyərdi: “belə kəsləri gördüyünüzdə onu irşad edin (yəni, doğra yola yönəldin)!”
“Kimsənin sözünü kəsməz, bitirənə qədər gözləyərdi.”
“… İnsanları bir-birinə sevdirəcək, bir-birlərinə isindirəcək sözlər deyərdi. Onları ürkütməz, qaçırmazdı. Hər qövmün liderinə əhəmiyyət verərdi, hörmət edərdi …”
Nəvəsi Hz. Həsən (r.ə) isə Peyğəmbərimiz (s.ə.v) barədə bunları söyləmişdir:
“Baxışları son dərəcə mənalı idi … Mani sözlərlə (az sözlə çox məna ifadə edəcək şəkildə) çox gözəl və yığcam danışardı. Sözlərində nə çoxluq olardı, nə də əksiklik.”
“İrəli gedən kəslərlə də (başçılarla), sadə vətəndaşlarla da, bərabər şəkildə danışardı. Onlardan heç bir şeyi gizlətməzdi “
Əbu Zər (r.ə), Peyğəmbərimiz (s.ə.v)-in səhabələrinə qarşı sevgi dolu rəftarını belə izah etmişdir:
“Bir gün Peyğəmbərimiz (s.ə.v)- in yanına getdim. Oturmuşdu, qalxdı və məni qucaqladı. Bu qucaqlaması həqiqətən çox ürəkdən (səmimi) idi.”
Əbu Hüreyrə (r.ə) isə Hz. Məhəmməd (s.ə.v)-in insanlara qarşı son dərəcə incə düşüncəli və insani cəhətdən gözəl rəftarını belə təsvir etmişdir:
“Allah Rəsulunun əlini biri tutduqda o adam əlini bıraxmadıqca, Rəsulullah əlini çəkməzdi. Onunla danışan hər kəsə qarşı üzünü çevirər, danışan adam sözünü bitirmədən ondan üzünü yana çevirməzdi.”
Peyğəmbərimiz (s.ə.v) səhabələrinin narahatlıqları (səhhətləri) ilə də yaxından maraqlanardı. Arıq olanlarını kökəlmələrini, kök olanların isə pəhriz saxlamalarını, yeməklərin faydalı olanlarını seçmələrini tövsiyə edərdi. Məsələn: Bəzi xəstəliklərində, səhabələrinə bal şərbəti içmələrini tövsiyə etmişdir.
Hz. Əbu Hüreyrənin (r.ə) bildirdiyinə görə, bir gün Əbu Hüreyrə (r.ə) huşunu itirdiyində, Peyğəmbərimiz (s.ə.v), onu özü ayağa qaldırmış, evinə gətirmiş və ac olduğunu anlayaraq ona ilk olaraq süd içirtmişdir.
Məkkə, Kəbə, Kral Fəhd qapısı
“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (Tövbə surəsi, 128)
PEYĞƏMBƏRİMİZ (S.Ə.V) səhabələrlə zarafatlar EDƏR, ONLARLA BİRLİKDƏ gülərdİ
Səhabələrin bildirdiyi hadisələrdən aydın olur ki, Peyğəmbərimiz (s.ə.v) həm ailəsi həm də, səhabələri ilə tez-tez zarafatlaşar, onların etdikləri zarafatlara gülər və onlara gözəl adlar və ya ləqəblər qoyardı. Ancaq, hər mövzuda olduğu kimi zarafatlaşma mövzusunda da, Peyğəmbərimiz (s.ə.v) çox incə düşüncəli, vicdanlı və anlayışlı idi. Peyğəmbərimiz (s.ə.v)-in zarafatlar mövzusunda səhabələrinə belə tövsiyələr edirdi:
– “Mən zarafat edərəm, amma, yalnız doğru olanı söyləyərəm”
– “Bir Müsəlmanın qardaşını qorxutması halal deyil”
– “Qardaşınla münaqişə etmə, lağ edərək onunla zarafatlaşmayın”
– “Başqalarını güldürmək üçün yalan söyləyənə təəssüflər olsun.”
– “Qul, zarafat da olsa, yalan danışmağı, doğru da olsa, münaqişə etməyi tərk etmədikcə yaxşı bir mömin ola bilməz.”
– “Zarafat da olsa yalan danışmayın.”
Topqapı sarayı müqəddəs əmanətlər hissəsində olan Kəbə kilindi
PEYĞƏMBƏRİMİZ (s.ə.v)– İN SEVGİ mövzusundakı TövsİYƏLƏRİ
Peyğəmbərimiz (s.ə.v)-in xüsusilə üzərində dayandığı ən əhəmiyyətli mövzulardan biri, möminlərin bir-birlərini heç bir mənfəət güdmədən, səmimi (qəlbdən) bir sevgi ilə sevmələri və bir-birlərinə qarşı kin, hirs və qısqanclıq kimi pis hisslər bəsləməmələridir. Peyğəmbərimiz (s.ə.v) bu mövzuda möminlərə ən gözəl nümunə olmuş, onlara tez-tez bu mövzularda tövsiyələr vermişdir.
Allah bu mövzu haqqında Quranda belə buyurmuşdur:
Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!) (Şura surəsi, 23)
Peyğəmbərimiz (s.ə.v)-in sevgi, dostluq və qardaşlıq haqqındakı hədisi-şəriflərindən bəziləri isə belədir:
“Mömin özü üçün sevdiyini qardaşı üçün də arzulayar”
“Hədiyyələşin, bir-birinizi sevin. Bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi artırar”
“Ziyarətləşin, hədiyyələşin. Çünki, ziyarət sevgini möhkəmlədər, hədiyyə də, ürəkdəki pis duyğuları kənarlaşdırar”
“Bir-birinizi qısqanmayın, bir-birinizə kin bəsləməyin, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə arxa çevirməyin, bir-birinizin arxasından danışmayın. Allahın qulları, qardaş olun!”
“Sizdən əvvəlki cəmiyyətlərin dərdi sizə də keçdi: Həsəd və kin. Kin saxlamaq pis şeydi. Allaha and olsun ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə iman etmiş ola bilməzsiniz. Sizə bir-birinizi sevəcəyiniz bir şeyi xəbər verim mi? Aranızda salamı yayın.”
PEYĞƏMBƏRİMİZ (S.Ə.V)- İN Uşaqlara OLAN MARAĞI və şəfqətİ
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)-in bütün insanlığa nümunə olan şəfqəti, mərhəməti və möminlərə olan sevgisi, uşaqlara olan rəftarında da çox tez-tez görülür. Peyğəmbərimiz (s.ə.v) həm öz uşaqları və nəvələri ilə, həm də səhabələrinin uşaqları ilə çox yaxından maraqlanmış, doğulmamışdan adlarının qoyulmasına, sağlamlıqlarında elmlərinin artmasına, geyimlərindən oynadıqları oyunlara qədər onlar üçün tövsiyələr etmiş, hətta şəxsən özü yol göstərmiş, maraqlanmışdır.
Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in qızı Hz. Fatimə (r.ə)-in və hər iki nəvəsinin doğumundan əvvəl “Doğum olduqda mənə xəbər vermədən uşağa heç bir şey etməyin” deyə xəbardar etmişdir. Körpələrin doğulmasından sonra isə onların bəslənmələrində, baxımlarını və necə qorunacaqlarını şəxsən özü göstərərək izah etmişdir.
Peyğəmbərimiz (s.ə.v) ayrıca yeni doğulan körpələrə, uşaqlarına, nəvələrinə və səhabələrinin uşaqlarına həmişə dua etmişdir. Onları oxşayarkən və ya onların oyunlarını izləyərkən, onlar üçün Allahdan xeyirli və uzun bir ömür, elm, hikmət və iman istəmişdir. Məsələn, nəvələri Hz. Həsən və Hz. Hüseynə həmişə dua etmiş və bu duasının, Hz. İbrahim (ə.s)-ın Hz. İshaq (ə.s) və Hz. İsmayıl (ə.s) üçün etdiyi dua olduğunu bildirmişdir.
Səhabələrindən İbn-i Abbas (r.ə) uşaqkən Peyğəmbərimiz (s.ə.v)-in ona, “Allahım buna hikməti öyrət” deyə dua etdiyini bildirmişdir. Səhabələrindən Ənəs (r.ə)-ə isə, uşaqlıq dövründə Allaha, mal və övladını çox, ömrünü uzun etməsini və verdiklərinin Ənəs (r.ə) haqqında xeyirli və mübarək olması üçün dua etmişdir.
Peyğəmbərimiz (s.ə.v) uşaqların oyununa çox əhəmiyyət vermiş, hətta, mütəmadi (davamlı olaraq) onlarla oyun oynayaraq maraqlanmışdır. Hz. Peyğəmbər (s.ə.v) “Uşağı olan onunla uşaqlaşsın” deyərək, ana-atalara uşaqlarını şənləndirmələrini tövsiyə etmişdir. Peyğəmbərimiz (s.ə.v) uşaqların üzmə, qaçış, güləş kimi oyun və idmanlarla məşğul olmalarını da tövsiyə etmiş, hətta, nəvələrini və ətrafındakı uşaqları buna cəlb etmişdir.
Bir çox səhabə Peyğəmbərimiz (s.ə.v)-in uşaqları necə sevdiyini, onlarla necə maraqlandığını və onlarla oyunlar oynadığını bildirmişdir. Bunlardan bəziləri belədir:
Hz. Ənəs (r.ə):
“Rəsulullah əleyhissalatu vəssalam uşaqlarla zaraftalaşmaqda insanların ən qabaqcıl olanı idi.”
Əl Bəra (r.ə):
“Peyğəmbərimiz (s.ə.v)- i, Həsən çiynində olarkən gördüm.”
“Peyğəmbərimiz (s.ə.v)-in qızı Hz. Fatimə (r.ə)-ə belə deyərdi: “Oğullarımı (Həsən və Hüseyni) çağır yanıma”. “Ondan sonra o ikisini sinəsinə basar, iyləyərdi”.
Yala İbnu Mürrə (r.ə) Peyğəmbərimiz (s.ə.v)-in uşaqlara olan sevgisinə, onlarla necə zarafatlaşdığına dair bunları bildirmişdir:
“Bir qrup səhabələr, Rəsulullah (s.ə.v) ilə birlikdə dəvət edildiyi bir məclisə yeməyə getdilər. Yolda nəvəsi Hüseynə rast gəldilər, uşaqlarla oynayırdı.
“Rəsulullah (s.ə.v) uşağı görüncə irəliləyib camaatın önünə keçib onu tutmaq üçün əllərini açdı. Uşaq isə sağa sola qaçmağa başladı. Rəsulullah da onu yamsılayaraq sağa sola qaçaraq, tutana qədər arxasınca qaçdı. Yaxalayanda əllərindən birini çənəsinin altına digərini də boynuna qoyub öpdü və Hüseyn məndəndir. Mən də Hüseyndənəm. Kim Hüseyni sevsə Allah da onu sevsin. Hüseyn sıbtlardan bir sıbttır (yəni nəvələrdən bir nəvədir) buyurdu”.
Hz. Ənəs (r.ə)- in bildirdiyinə görə Rəsulullah (s.ə.v) “dünyadakı iki reyhanım” dediyi nəvələri, Həsən və Hüseyni tez-tez yanına çağırtdırıb onları qoxlayar və bağrına basardı.
İbnu Rəbiətiibnil Həris (r.ə) deyərdi ki:
“Atam məni, Abbas (r.ə), oğlu əl-Fədl (r.ə)-i Rəsulullaha göndərdi. Hüzuruna girdiyimiz zaman bizi sağlı sollu oturtdu və bizi elə möhkəm qucaqladı ki, daha qüvvətlisini görmədik”
Rəsulullah (s.ə.v) uşaqlara olan sevgisini göstərərkən tez-tez onların başlarını sığallayardı və onlara xeyir duaları edərdi. Məsələn, Yusif İbni Abdullah İbni Salam (r.ə) “Hz. Peyğəmbər (s.ə.v) məni Yusuf deyə adlandırdı, başımı oxşadı” deyirdi. Əmr İbnu Hüreys (r.ə) isə, anasının onu Hz. Peyğəmbər (s.ə.v)-in hüzuruna apardığını, Rəsulullah (s.ə.v)-in onun başını sığallayıb, bol ruziyə qovuşması üçün dua etdiyini, Abdullah İbnu Utbə (r.ə) da, beş-altı yaşlarındaykən Peyğəmbərimiz (s.ə.v)- in onun başını oxşayaraq, nəsil və bərəkəti üçün dua etdiyini xatırladığını bildirib.
Hz. Məhəmməd (s.ə.v)-in uşaqlara göstərdiyi sevgi dolu rəftarını, Əbu Hüreyrə (r.ə) bu nümunələrlə izah etmişdir:
“Meyvənin ilk çıxanı gətirildiyi zaman Rəsulullah (s.ə.v) belə deyərdi: “Allahım bizə, Mədinəmizə, meyvələrimizə qat-qat bərəkət ver” deyə dua edərdi. Sonra meyvəni orada olan ən kiçik yaşlı olana verərdi.”
“Uşağa qarşı yumşaq davranmaq Allah Rəsulunun adətlərindən biri idi. Allah Elçisi bir səfərdən qayıtdıqda uşaqlar Onu, (s.ə.v)-i qarşılayardı. Allah Elçisi də dayanar, səhabələrinə uşaqları qaldırmalarını əmr edərdi. Onlar da uşaqların bəzisini Allah Rəsulunun önünə, bəzisini tərsinə mindirər və bəzilərini də özləri mindiklərinə mindirərdilər”
“Rəsulullah (s.ə.v) Hz. Fatimə (r.ə)-in evinin həyətinə gəldi və oturdu. “Burada uşaq varmı?” deyə soruşdu. Hz. Fatimə (r.ə)-in uşağı (Rəsulullah (s.ə.v)-in nəvəsi) sürətlə qaçaraq gəldi və Rəsulullah (s.ə.v)-in boynuna sarıldı. Rəsulullah (s.ə.v) uşağı öpdü “
“Uşaqlara qarşı o qədər səmimi idi ki, bir dəfə yarışan uşaqları görmüş və onların sevincinə qoşulmaq üçün birlikdə qaçmışdı”
Cabir İbnu Səmürə (r.ə) də, eyni mövzuda bunları bildirmişdir:
“Rəsulullah (s.ə.v) ilə birlikdə ilk namazı qıldım. Sonra Rəsulullah (s.ə.v) əhlinə getdi. Onunla mən də çıxdım. Onu bir neçə uşaq qarşıladı. Onların yanaqlarını bir-bir oxşamağa başladı. Mənim yanağımı da oxşadı. Əlində bir sərinlik və xoş bir qoxu hiss etdim “
Qız uşaqlarının dünyaya gələn kimi, öldürüldükləri bir dövrdə peyğəmbər olaraq vəzifələndirilən Hz. Məhəmməd (s.ə.v) qız uşaqlarını da oğlanlardan ayırmamaq lazım olduğunu, qız uşaqlarını öldürməyin günah olduğunu bildirmiş və hamısına bərabər sevgi və maraq göstərərək cəmiyyətə də gözəl bir nümunə olmuşdur. Peyğəmbərimiz (s.ə.v)-in qız uşaqlarındakı gözəl xüsusiyyətləri vurğuladığı sözlərindən biri budur:
“Qız nə gözəl övladdır. Şəfqətli, köməksevər, sevimli (özünü sevdirən) , müqəddəs və analıq duyğuları ilə doludur”
Peyğəmbərimiz (s.ə.v) sevgisini həm sözləri ilə, həm də, davranışları ilə göstərərdi. Uşaqlara, onları sevdiyini söyləyərdi.
Peyğəmbərimiz (s.ə.v) uşaqlara olan şəfqətində heç bir fərq qoymazdı. Öz uşaqlarına və nəvələrinə göstərdiyi sevgi və mərhəmətin eynisini digər səhabə uşaqlarına da göstərərdi. Xalid İbn Səid (r.ə) Peyğəmbərimiz (s.ə.v)-i ziyarətə gəldiyində, yanında kiçik qızı da var idi. Həbəşistanda doğulduğu üçün, Peyğəmbərimiz (s.ə.v), ona ayrı bir yaxınlıq göstərərdi. Bir səfərində Peyğəmbərimiz (s.ə.v)-in əlində işləməli bir parça var idi. Hz. Xalidin qızını çağırdı və ona verib sevindirdi.
Cemrə o vaxtlar kiçik bir uşaq idi. Atası onu Peyğəmbərimiz (s.ə.v)-in hüzuruna aparar, deyərdi ki: “Ya Rəsulullah bu qızım üçün Allaha bərəkətlə dua edə bilərsənmi?” Peyğəmbərimiz Cemrəni qucağına oturtdu, əlini başına qoydu və bərəkətlə dua etdi.
Peyğəmbərimiz (s.ə.v)-in köməkçisi olan Hz. Zeyd (r.ə)-in oğlu Üsamə (r.ə) Peyğəmbərimiz (s.ə.v) ilə əlaqədar bunları izah etmişdir:
“Rəsulullah bir dizinə məni, bir dizinə də nəvəsi Həsəni oturdar, sonra ikimizi birdən bağrına basar və “Ya Rəbb bunlara rəhmət et, çünki mən bunlara qarşı mərhəmətliyəm” deyə dua edərdi.
Bəzi kəslər Peyğəmbərimiz (s.ə.v)-in uşaqlarla oyun oynamasını, onlarla maraqlanmasını anlamırdılar. Bir dəfə Axara İbn Xəbis (r.ə), Peyğəmbərimiz (s.ə.v)-in Hz. Həsəni öpərkən gördü və belə dedi:
“Mənim on uşağım var. İndiyə qədər heç birini öpməmişəm” Bunu eşidən Peyğəmbərimiz (s.ə.v) “Mərhəmət etməyənə mərhəmət olunmaz” buyurdu.
Peyğəmbərimiz (s.ə.v) mübarək övladı Hz. İbrahimi də, süd anasının evində tez-tez ziyarət edər şəfqət və mərhəmətini göstərərək başını oxşayar, bağrına basardı. Peyğəmbərimiz (s.ə.v)-in xidmətçisi Hz. Ənəs (r.ə) bununla əlaqədar bir xatirəsini belə bildirmişdir:
“Mən, ailəsinə qarşı Rəsulu Əkrəm (s.ə.v)-dən daha şəfqətli, daha mərhəmətli davranan bir kimsə həyatımda görmədim. İbrahim Mədinənin aval qismində süd anasının yanında olarkən Peyğəmbərimiz (s.ə.v) onu görməyə gedər, bizi də özü ilə aparardı … Peyğəmbərimiz (s.ə.v) içəri girər, oğlunu qucağına alıb öpər, sonra geri qayıdardı … Yenə bir gün getdiyimizdə Rəsulullah onun uşağını gətirtdi, bağrına basdı. Ona bəzi sözlər söylədi, onunla danışdı”
Həzrət-i Əli bildirir:
“Peyğəmbərimiz (s.ə.v) bizə ziyarətə gəlmişdi. O gecə bizdə qaldı. Həsən və Hüseyn də yatırdılar. Bir ara Həsən su istədi. Peyğəmbərimiz dərhal qalxdı və su qabından bir qab su götürüb uşağa verdi”
Peyğəmbərimiz (s.ə.v) ayrıca möminlərə uşaqları arasında ədalətlə davranmalarını xatırlatmış və belə demişdir:
“Allahdan qorxun. Uşaqlarınızın sizə itaətli olmalarını istədiyiniz kimi siz də, onların aralarında ədalətlə davranın.”
“Allah boya-başa çatana qədər hər barədə uşaqlar arasında ədalətli davranmağı sevər”
Peyğəmbərimiz (s.ə.v) uşaqların öyrədilmələri və gözəl əxlaq ilə tərbiyə edilmələri üzərində də dayanmış və bu mövzuda bir çox tövsiyə edərək yol göstərmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bu mövzudakı sözlərindən bəziləri belədir:
“Bir ata uşağına gözəl əxlaqdan daha üstün bir miras qoya bilməz”
“Uşağın atası üzərindəki haqqlarından biri adını və ədəbini gözəl etməsidir”
“Uşaqlarınıza ikram edin və gözəl tərbiyyə edin …”
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) hər mövzuda olduğu kimi, uşaqlarla maraqlanması, onlara göstərdiyi sevgi və şəfqət ilə möminlərə ən gözəl nümunədir. Peyğəmbərimiz (s.ə.v) “Kiçiklərimizə şəfqət etməyən … bizdən deyil” deyərək, uşaqlara göstərilən şəfqətin əhəmiyyətini ifadə etmişdir.
PEYĞƏMBƏRİMİZ (S.Ə.V)- İN HƏYAT YOLDAŞLARI MÖMİNLƏRİN ANALARIDIR:
Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşları bütün möminlərin anaları, bütün müsəlman qadınlara nümunə, təqva sahibi möminlərdir. Quranda, hədis-i şəriflərdə və Peyğəmbərimiz (s.ə.v)-in həyatı haqqındakı rəvayətlərdə Hz. Məhəmməd (s.ə.v)-in yoldaşlarının xasiyyətləri, imanları, Peyğəmbərimiz (s.ə.v)-ə necə kömək olduqları, etdikləri təbliğ və gözəl əxlaqları haqqında bir çox məlumatlar verilir.
Quranda Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşları haqqında verilən məlumatlardan biri, onların bütün möminlərin anası olmasıdır:
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır” (Əhzab Surəsi, 6)
Bir başqa ayədə isə, Allah möminlərə Peyğəmbərimiz (s.ə.v)-dən sonra onun yoldaşlarının nigahlanmalarını qadağan etmişdir. Bu ayə belədir:
“…Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların qəlblərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” (Əhzab surəsi, 53)
Quranın bəzi ayələrində isə, Peyğəmbərimiz (s.ə.v)-in xanımlarının digər qadınlar kimi olmadıqları ifadə edilmiş və onların necə bir rəftar içində olmaları lazım olduğu xəbər verilmişdir. Ayələrdə belə buyurulur:
“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən Allah Lütfkardır, (hər şeydən) Xəbərdardır” (Əhzab surəsi, 32-34)
Peyğəmbərimizin təqva sahibi yoldaşlarının ayələrdə bildirilən əxlaqları, yəni sözü bilinən, ağla və vicdana uyğun bir şəkildə söyləmələri, təmkinli rəftarları, çəkinmələri, ibadətlərdə və Peyğəmbərimiz (s.ə.v)-ə itaətkarlıqları (səmimi, təmiz, doğru) Quranı və Peyğəmbərimiz (s.ə.v)- in sünnəsini çox yaxşı bilmələri bütün mömin qadınlara nümunədir.
“Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin” (Yusuf surəsi, 3)
Allah ayələrində Peyğəmbərimiz (s.ə.v)-in xanımlarının mükafatlarının iki qat veriləcəyini belə bildirmişdir:
“Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq” (Əhzab surəsi, 30-31)
“O, öz istəyi ilə danışmır. Bu, ona yalnız Allah dərgahından edilən bir vəhydir” (Nəcm surəsi, 3-4)
“Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər” … (Fəth surəsi, 29)
“…Əgər Allah istəsəydi sizi tək bir ümmət edərdi. Lakin bu (müxtəliflik,başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir” (Maidə surəsi, 48)
Peyğəmbərimiz (s.ə.v)-in mübarək yoldaşlarından ilki, Hz. Xədicə (r.ə)-dir. Hz. Xədicə eyni zamanda ilk Müsəlmanlardandır. Peyğəmbərimiz (s.ə.v) ilk vəhyi aldığında dərhal ona söyləmişdir. Ağlı, fərasəti, bəsirəti və hikməti ilə tanınan Hz. Xədicə dərhal iman etmiş və o gündən sonra Peyğəmbərimiz (s.ə.v)-ə böyük dəstək olmuş, Quran əxlaqının yayılmasında maddi və mənəvi olaraq böyük bir səy göstərmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in Həzrəti Sudə, Həzrəti Aişə, Həzrəti Hafsa, Həzrəti Zeynəb, Həzrəti Ümmü Sələmə, Həzrəti Cuveyriyə, Həzrəti Ümmü Həbibə, Həzrəti Safiyə, Həzrəti Meymunə kimi adları çəkilən digər xanımları da fədakarlıqları, səbirləri və Peyğəmbərimiz (s.ə.v)-ə olan bağlılıqları ilə səhabələrə nümunə olmuşlar.
Peyğəmbərimiz (s.ə.v) həm xanımları, həm də uşaqları ilə çox yaxından maraqlanmış, onların imanlarını, sağlamlıqlarını, sevinclərini və elmlərini artırmalarına səbəb olmuşdur. Rəvayətlərdə Peyğəmbərimiz (s.ə.v)-in zövcələri ilə oyunlar oynadığı, qaçış yarışları etdiyi də göstərilir. Səhabələr, “Peyğəmbər (s.ə.v) xanımlarıyla ən çox zarafatlaşan adam idi” deyərək Peyğəmbərimiz (s.ə.v)-in yoldaşlarına olan marağını ifadə etmişdir.
Ayrıca Hz. Aişə (r.ə)-dən rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v) “Xanımlarına qarşı insanların ən yumşağı, ən kərimi, gülərüzlü və təbəssümlü olanı idi”
Peyğəmbərimiz (s.ə.v)-in bilinən bir başqa xüsusiyyəti isə, xanımları arasında son dərəcə ədalətli olmasıdır. Hətta rəvayətlərdə yoldaşlarının ziyarətlərini bərabər olaraq böldüyü bildirilir. Bu mövzuda Hz. Aişə (r.ə) belə deyir:
“Rəsulullah (s.ə.v) gecə bölünməsində ədalətə riayət edər və deyərdi ki:” Ey Allahım bu bölgü mənim iqtidarımda olanda etdiyim bir bölünmədir. Sənin müqtədir olub mənim müqtədir olmadığım şeydən ötəri məni pis eləmə. “
Hz. Ənəs (r.ə) izah edir:
“Rəsulullah (s.ə.v)-in yanında doqquz xanımı vardı. Xanımları ziyarət etməyi sıraya qoyurdu. Birinci xanımına ikinci ziyarəti doqquz gün sonra olurdu. Xanımları hər axşam Rəsullulah (s.ə.v)-in o gün gələcəyi otaqda gözləyərdi”
Peyğəmbərimiz (s.ə.v) bir çox sözündə də mömin qadınların nə qədər dəyərli varlıqlar olduqlarını ifadə etmişdir. Məsələn, bir sözündə “Dünya bir əmtəədir. Dünya əmtəəsinin ən xeyirlisi saleh qadındır” dediyi bildirilir.
Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də yoldaşlarına qarşı necə davranmaları lazım olduğunu izah etmişdir:
“Ən yetkin imana sahib olan mömin, xasiyyəti ən gözəl və ailəsinə qarşı ən nəzakətli, lütfkar olanıdır.”
“Ən xeyirliniz, xanımlarına ən xeyirli (ən yaxşı davranan) olanınızdır. Mən xanımlarına qarşı sizlərin ən yaxşısı olduğumu görmürsünüz?”
“Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır” (Nisa surəsi, 69)