İnsanların böyük bir qismi hz. Mehdi (ə.s.) və tələbələrindən uzaq duracaqlar
Bir hədisdə, insanların böyük hissəsinin hz. Mehdi (ə.s.)-ın tələbələrinin imanlarının tələbi kimi təqdir edə bilməyəcəklərinə belə diqqət çəkilmişdir.
ONLAR ALLAH YOLUNDA MÜBARİZƏ EDƏRLƏR VƏ BÖYÜKLƏNƏNLƏR ONLARI KİÇİK GÖRƏR. ONLARIN QİYMƏTİ DÜNYADA BİLİNMƏZ LAKİN AXİRƏTDƏ YAXŞI TANINARLAR. (Muntakab el Ezhar, s. 474)
Hz. Mehdi (ə.s.) camaatı bir çox böhtana, sıxıntı və çətinliyə məruz qalacaq. Bu səbəblə mənfəətlərinin zərər görməsi qorxusuyla insanların əksəriyyəti hz. Mehdi (ə.s.) və camaatına yaxınlaşmayacaqlar.
Buyurdu ki: “Onları yer üzünün kənarlarında axtar. ONLARIN HƏYATLARI SADƏDİR, EVLƏRİ KÜRƏKLƏRİNDƏDİR, ƏGƏR HAZIR OLSALAR TANINMAZLAR, ƏGƏR İTSƏLƏR AXTARILMAZLAR, XƏSTƏ OLSALAR KİMSƏ ONLARIN ZİYARƏTİNƏ GƏLMƏZ, ƏGƏR EVLƏNMƏK İSTƏSƏLƏR KİMSƏ ONLARLA EVLƏNMƏZ. ƏGƏR ÖLSƏLƏR CƏNAZƏLƏRİNƏ KİMSƏ QATILMAZ. ONLAR MALLARINI ARALARINDA BƏRABƏR OLARAQ BÖLÜŞƏRLƏR VƏ BİR-BİRLƏRİNİ QƏBİRLƏRİNDƏ ZİYARƏT EDƏRLƏR, AYRI ŞƏHƏRLƏRDƏ OLSALAR DA İSTƏKLƏRİ HƏMİŞƏ EYNİDİR.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 238)
ADNAN OKTAR: Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət. “Onları yer üzünün kənarlarında axtar. Onların həyatları sadədir, evləri kürəklərindədir.” Bu gün orada, sabahısı gün başqa bir yerdədirlər, sabit dayanmırlar, dünyanın hər yerinə gedirlər. O öz yoldaşının evinə gedir, o onun yoldaşının evinə gedir. “Əgər hazır olsalar tanınmazlar.” Kim bunlar, deyirlər, haşa, tanımır adam, bilməz. “Əgər itsə də axtarılmazlar.” Dəyər verilmədikləri üçün axtarılmırlar, axtarışa ehtiyac yoxdur, onsuz da daha yaxşıdır, deyirlər. “Xəstə olsalar kimsə onlara baş çəkməz.” Həmsöhbət də olmaz insanlar onlarla. “Əgər evlənmək istəyərlərsə kimsə onlara gəlməz.”
Aman havalandınmı qardaşım, başını bəlayamı soxacaqsan, olarmı, onlarla evlənilərmi heç? Əsla, yanarsan uzaq dur, deyirlər. Kim söyləyir evlənməyəcəklərini, Peyğəmbərimiz söyləyir. Mehdi (ə.s.)-ın tələbələrini təhlükəli gördükləri üçün evlənməyə yanaşmayacaqlar. Çünki mənfəətləri ilə zidd düşəcəklər, fikirləri eqoist, dünyəvi mənfəətləri ilə zidd düşəcəkdir. Gələcək düşüncəsiylə yaxınlaşmayacaqlar. “Əgər evlənmək istəsələr kimsə onlara gəlməz. Əgər ölsələr, cənazələrinə kimsə qatılmaz.” Aman qardaşım cənazədə tanınarıq birdən, əsla adımız onlarla çıxmasın, kənarda dayanaq, aman, deyirlər, elədir. “Onlar mallarını aralarında bərabər olaraq paylaşarlar.”
Evi var, adam satır. Avtomobili var, adam satır yaxud varsa avtomobil hamısı birlikdə istifadə edək, deyərlər. Evi var, istifadə edin Allah yolunda, fisəbilillah (sırf Allah üçün), mənim deyil deyir avtomobil, Allahındır, Allah üçün verirəm avtomobilmi, istifadə edin. Ev? Ev də Allahın evidir, alın istədiyiniz kimi istifadə edin, mal ehtirası yoxdur. Ki, Axırzamanda dəccaliyyətin ən qızışdıracağı şey mal və dünya ehtirasıdır. Mehdi (ə.s.) tələbələrində bu yoxdur. “Və bir-birlərini qəbirlərində ziyarət edərlər.” Demək ki, aralarında vəfat edənlər olacaq, qəbirlərini ziyarət edəcəklər. “Ayrı şəhərlərdə olsalar belə istəkləri həmişə eynidir.” Sanki heç ayrı deyillərmiş kimi, məsələn, kimi Bağdadda olur, kimi başqa yerdə olur, ayrı imiş kimi deyillər .