Hörmətli Adnan Oktarın yeni şərhləri (19 Yanvar 2013; 13:00)
Nəml surəsi 15-ci ayə
“Andolsun Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”
“And olsun, Davuda və Süleymana” Mehdi (ə.s) hz. Davud (ə.s)-ın soyundandır. Davudoğlu Məsih deyə qeyd edilir və o dövrdə hz. Süleyman (ə.s) dünya dövləti qurmuş. Nur surəsi 55-ci ayədə nümunə verilən dünya hakimiyyətlərindən biridir. İkinci dünya dövlət hakimi hz. Zülqərneyn (ə.s) olmuş. Üçüncü də, yəni sonuncu Mehdi (ə.s) olacaq.
Nəml surəsi, 16-cı ayə
“Süleyman, Davuda varis oldu və dedi: “Ey insanlar! Bizə quşların danışdığı dil öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür”.
Süleyman, Davuda varis oldu. Hz. Süleyman (ə.s)-a kim varis oldu? Hz. Mehdi (ə.s). Çünki hz. Süleyman (ə.s)-dan sonrakı hakimiyyət onundur. Bu o deməkdir ki, Allah varisçiliyi, o səltənəti, o gücü onunla (hz. Mehdi (ə.s) ilə) davam etdirəcək. Bəzən bir ip kimi uzana bilər, amma bəzən də dünyanın böyüklüyü qədər böyüyə bilər. Mehdi (ə.s) dövründə o ip dünya qədər böyümüş olacaqdır, inşaAllah. Çünki islam o qədər incəldi ki, haradasa qırılma nöqtəsinə gəldi. Amma hal-hazırda bütün dünyanı bürüyəcəkdir, inşaAllah. “və dedi: “Ey insanlar, bizə quşların danışdığı dil öyrədildi.” Burada heç bir açıqlama, şərh verilmir. Bu hər şeyin dərinliyi ilə dəqiq şəkildə Axırzamanda öyrəniləcək mənasını verir. Çünki quşun dilini öyrənmək çox çətindir. Axırzamanda belə möcüzəvi hadisələr olacaq.
İkincisi; heyvanlara qarşı müdhiş bir sevgi yaranacaq, heyvan sevgisi artacaq.
Üçüncüsü; həqiqətən heyvanların öz arasında bir danışıq dili var. Bu həll ediləcək. Buna işarə edir. Deməli, Mehdi (ə.s) dövründə heyvanların öz arasındakı danışıq dili, əlaqə dili kəşf ediləcək. “bizə hər şeydən verildi.” Yəni dünyadakı bütün nemətlər: torpaq, yeməklər, vasitələr, nəqliyyatda sürət, gözəllik, estetika, demokratiya, elm ən gözəl şəkildə, ən yüksək, ən keyfiyyətli şəkildə bizə təqdim edildi.
Hz. Mehdi (ə.s) dövründə də eyni şəkildə olacaq, elm, sənət, iqtisadiyyat, estetika, təmizlik, keyfiyyət, paltarlar, arxitektura ən yüksək və ən üstün səviyyədə olacaq. O zaman ayənin tam qarşılığı olar. Ayədən, hər şeyin ən yaxşısının Allah tərəfindən təqdim edildiyini anlayırıq. “Süleyman, Davuda varis oldu və dedi ki: “Ey insanlar, bizə quşların danışdığı dil öyrədildi. Həqiqətən bu, açıq-aşkar bir üstünlükdür.” Məsələn, xurafatçılar; “Biz üstünük” deyirlər. Harada var deyə soruşduqda, “Gizli üstünük” deyir. Amma Allah ayədə: “Açıq bir üstünlük” deyir. Çünki müsəlmanlar üstündür. Açıq üstünlük nədir? Hər şeydəki üstünlükdür. Siyasətdə, sənətdə, estetikada, elmdə hər şeydəki üstünlükdür. Bu açıq üstünlük Mehdi (ə.s) dövründə olacaqdır.
Nəml surəsi 17-ci ayə
“Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.”
“Quşlardan, cinlərdən” Deməli Axırzamanda cinlərlə əlaqə qurulacaqdır, cinlər insana xidmət edəcəkdir. Cinlərin təhsili hələ tamamlanmış deyil, Allahualəm. Onlar, Allahın diləməsiylə, öyrətməsiylə getdikcə yetkinləşib, ağıllanacaqlar. Məsələn, cinlərdən soruşulacaq ki; “Hz. Süleymanın sandığı haradadır?” Cinlər yerini deyəcəkdir, biz də əlimizlə qoymuş kimi gedib tapacağıq. Soruşacağıq ki; “Filan əmanət haradadır?” Cinlər yerini deyəcəkdir və biz də Allahın diləməsiylə əlimizlə qoymuş kimi gedib tapacağıq.
Nəzərdə tutulan budur. Cinlərin əslində gizli xidməti xatırladan bir istiqamət, yəni kəşfiyyatın gizli olmasıdır. Çünki cinlərin, eyni zamanda, kəşfiyyatın da görülməyən bir sistem içərisində olması lazımdır. Diqqət yetirsəniz, hz. Süleyman (ə.s) kəşfiyyatda quşları istifadə edir. Şanapipiyin də bir cin olduğu aydın olur. Çünki imana açıq bir varlıq, imanla məsul bir varlıqdır və kəşfiyyatda da istifadə edildiyinə görə cin olduğunu anlayırıq. Orduların ən əhəmiyyətli xüsusiyyətlərindən biri, kəşfiyyat olduğunu anlayırıq. Yəni xəbərləşmə. Buradan, hz. Süleyman (ə.s)-ın dövründə olan o kəşfiyyat gücünün Mehdi (ə.s) dövründə ən yüksək dərəcəyə çıxacağını da anlamış oluruq. Və ordunun da müxtəlif hissələrdən meydana gəldiyini anlayırıq.
Məsələn; indi hava, yer, dəniz kəşfiyyatçıları var. Quşlar havada kəşfiyyatdadır, bunu anlayırıq. Digər bir kəşfiyyat, dənizdə iş görən cinlərdir. İndiki dövrdə də dənizaltılarla dənizin altında fəaliyyət edilir. Dənizaltıyla dənizin ən dib nöqtələrinə qədər enilirlər. Ayədə nə deyir; “Şeytanlar dənizin dibində fəaliyyət edib dənizin içindən bəzək əşyaları və müxtəlif vəsaitlər çıxarıb gətirirlər.” Ayədə örtülü olaraq, həm dəniz içərisində, həm havada, həm də quruda kəşfiyyat fəaliyyəti göstərəcəyinə, mükəmməl bir ordu sisteminin qurulacağına işarə edilir.
Nəml surəsi 18-ci ayə
“Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”
Qarışqanın da bir dili var. Bu hələki təsbit edilə bilməmiş. Qarışqanın çox ağıllı və qeyri – adi bir ağıla sahib olduqlarını görürük. Möhtəşəm bir xəbərləşmə sisteminə sahib olduqlarını bilirik. Amma bu da hələ tam izah edilə bilməyib. Quran, elmin bunu bu əsrdə həll edəcəyinə işarə edir. Qarışqalar arasındakı xəbərləşmə təsbit edildiyində Quranın bir möcüzəsi daha ortaya çıxmış olacaq. Buradan da, hz. Süleyman (ə.s)-ın insanlara və canlılara qarşı nə qədər şəfqətli olduğunu, əsla qan tökən olmadığını görürük. Hz. Süleyman (ə.s)-a: “qarışqanı belə əzməyən bir insan” deyilirdi. Yəni olduqca çox diqqətcil idi.
Ordusuyla daxil olanda belə qarışqanı əzməmək üçün diqqət edirdi. Heç bir insan qəsdən qarışqanı tapdalamaz, yazığı gələr. Hz. Süleyman (ə.s) da elə, çox şəfqətli idi. Məsələn, hz. Süleyman (ə.s) heç qan tökməmişdir. Güclü bir ordusu var idi, amma döyüşdən yayındırıcı yönü istifadə edirdi. Hz. Mehdi (ə.s)-ın da o cür çox güclü ordusu olacaq, qan tökməyəcək, hər kəsi müharibədən yayındıracaq. Quran örtülü bir üslubla hz. Mehdi (ə.s)-ın əsgəri gücünün istiqamətini izah etmişdir. Quran bu cürə şeyləri həmişə örtülü bir üslubla izah edir. Allah Quranda bu hikmətlərin həll ediləcəyini də ifadə edir. Quran, bu cürə örtülü, hikmətli bir izahat olduğunu, lakin bunların diqqətli bir araşdırma ilə Allah tərəfindən insanlara ilham ediləcəyini ifadə edir. Yusuf surəsində də açıq-aydın ifadə edilmişdir. Buradakı izahatlardan məqsəd, oradakı şifrələrin, sirlərin zamanı gəldikdə insanlar tərəfindən aydın olacağını və xüsusilə mehdiyyətə aid istiqamətləri aydın şəkildə görürük.
Nəml surəsi 19-cu ayə
Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”
Müsəlmanın istədiyi nədir? Axirətdə də, dünyada da saleh qullarının arasında olmaq. Hz.Süleyman (ə.s)-ın mömin xüsusiyyətini burada görürük. Yəni kef, zövq arxasınca qaçmır. Həmişə Allahın razılığını qazanmaq, səmimi və saleh müsəlmanlarla birlikdə olmaq və anaya, ataya sevgi arzusundadır. Amma həqiqi anaya ataya; yəni müsəlman olan, iman əhli olan. Onu imansızlığa təşviq edən, dindən çıxartmağa təşviq edən, yoldaşlarına, müsəlmanlara düşmən etməyə çalışan ana ataya deyil. Övladını dəlalətə, fitnəyə, fücura salan ana, ata deyil. Övladını haqqa, həqiqətə yönəldən ana-ataya.
Qələm surəsi, 1-ci ayə
“Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,”
Deməli, Axırzamanda yazı, kitab çox təsirli olacaq. Ona işarə edir. Çünki Peyğəmbərimiz (s.ə.v) zamanında Quran yazılı deyildi, əzbər idi. Yəni Peyğəmbərimiz (s.ə.v)-in dövründə yazılı bir kitab yox idi. Quran, sonradan kitab halına gətirildi. “Nun. And olsun qələmə və qələmə alınanlara!” O dövrdə ayələr dərilərin üstünə, sümük parçasının üstünə, kürək sümüklərin üstünə yazılıb mühafizə edilirdi, amma kitab halında deyildi. Mənim fikrincə “Nun” hərfi mehdiyyətə işarə edir. “Nun” hərfində belə bir işarə olduğunu düşünürəm. “Nun. And olsun qələmə və qələmə alınanlara! “. Allahın Axırzamanda kitabın və təbliğin əhəmiyyətinə diqqət çəkdiyini düşünürəm .
Qələm surəsi, 2-ci ayə
“Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən!”
Yəni Allah: “Dəli deyilsən” deyir. Allah Peyğəmbərimiz (s.ə.v)-ə xitab etmiş və ayədən, Axırzaman yönüylə hz. Mehdi (ə.s)-ı belə bir günahlandırma, belə bir böhtan atılacağını anlayırıq, inşaAllah.
Qələm surəsi 3-cü ayə
“Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.”
Yəni davamlı savab qazanacaqsan, təbliğ edəcəksən, dini yayacaqsan, ibadət edəcəksən. Həmişə xeyir yol tutduğun üçün davamlı savab qazanacaqsan. Həm Peyğəmbərimiz (s.ə.v)-ə, həm də hz. Mehdi (ə.s)-a işarə edir.
Qələm surəsi, 4-cu ayə
“Həqiqətən də, sən böyük əxlaq sahibisən!”
Bildiyimiz kimi Peyğəmbərimiz (s.ə.v)- in əxlaqı çox gözəl idi. Ən üstün əxlaqa sahib idi. Hz. Mehdi (ə.s)-in də Peyğəmbərimiz (s.ə.v)- ə bənzəyəcəyini düşündüyümüzdə, hz. Mehdi (ə.s)-a işarə etdiyini anlayırıq.
Qələm surəsi, 5-ci ayə
“Artıq tezliklə görəcəksən və onlar da görəcəklər.”
Beşinci ayə, beşdə başlayır altıda bitir. Beş və altı, yəni əlli altı. Ayələrdə də işarələr olur. Ard-arda gəldikdə meydana gələn bir rəqəm vardır. Bu baxımdan da qardaşlarımız bir çox şeyi həll edə bilərlər, inşaAllah. ”
“Artıq tezliklə görəcəksən və onlar da görəcəklər.”
Deməli, tezliklə zəfər olacaq. Peyğəmbərimiz (s.ə.v) zamanına işarə etməklə birlikdə Mehdi dövründə də tezliklə bir zəfər, müsəlmanların lehinə bir gözəllik olacağı aydın olur.
Qələm surəsi, 6-cı ayə
“Hansınızın dəli olduğunu”
Deməli, hz. Mehdi (ə.s)-ın, fitnə içində olduğu və dəli olduğu, ağlını itirdiyi, yolunu azdığı iddiasında olacaqlar.
Qələm surəsi, 7-ci ayə
“Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyandı.”
Yəni dəccalın kim olduğunu kimin Mehdi olduğunu daha yaxşı biləndir. Hidayətə çatan mehdi deməkdir. Hidayətə çatdıran, vəsilə olan da mehdidir.
Qələm surəsi, 8, 11-ci ayə
“Elə isə haqqı yalan sayanlara güzəştə getmə. Qeybət edənə, söz gəzdirənə;”
Yəni xurafatçıların dəstəsinə, darvinistlərə, materialistlərə, qeybət edənə, dedi-qodu yayana itaət etmə. “İnternetə baxdıqda, facebookda davamlı haqqı pisləyir. Yaxşı bir şey görmür, kompliment dediyi bir mövzu yoxdur. “Qeybət edənə, söz gəzdirənə;” Bir yerdən bir xəbər alır, onu yazır. Oradan xəbəri götürüb başqa yerə aparır. Ondan sənə gətirir, ondan ona aparır, elə deyilmi? İnternetdə olsun, telefonda olsun axşama qədər əli telefonda, kompüterdə, davamlı söz gətirib aparır.
Qələm surəsi, 12-ci ayə
“Xeyirə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;”
Darvinizmə qarşı mübarizəni dayandırmağa çalışırlar. Bizlər təbliğ edirik, onu da dayandırmağa çalışırlar. İslam Birliyi istəyirik, dayandırmağa çalışırlar. Hz. Mehdi (ə.s)-ın çıxışını müjdələyirik, onu dayandırmağa çalışar. İsa Məsihin gəlişini müjdələyirik, onu dayandırmağa çalışar. Bax, “Xeyirə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;” Ağızıyla, sözləriylə, yazılarıyla hücum edir. Facebooka girdiyimizdə nə qədər təcavüzkar olduqlarını görürük. Anarxistlik, terroristlik tərzində təcavüzkardırlar. Bir qismi gəlib qalıqlara (fosillərə) hücum edir, bir qismi gəlib kitab evlərinə, kitab dükanlarına hücum edir, təcavüzkarlıqlarını nümaiş edirlər. Bir qismi əsgərə, polisə hücum edir. “həddi aşana, günaha batana” Özü özbaşına Quran xaricində bir xarakter göstərir. Kimi darvinist-materialist olur, tam fərqli bir inanca girib həddini aşır, günaha batır. Bir qismi Qurana inanıram deyib Qurana əlavələr edir. Xurafatçılar guya Peyğəmbərimiz (s.ə.v)-in hədisləri deyib, uydurma hədislər çıxararaq Allahın hökmünə qarşı çıxırlar. Günaha batımış olurlar. Çünki Allahın hökmünü dəyişdirmək çox böyük bir günahdır.
Qələm surəsi, 13-cü ayə
“Daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya.”
Daş ürəkli olanlar qırıb yıxır, fırıldaqçılıq edir. Müsəlmanlara hücum edir. Müsəlmanlar Allahı xatırlayırlar deyə, fosil sərgisi qururlar deyə, kitab paylayırlar deyə hücum edirlər. “daş ürəkliyə” Çox tərs və hörmətsiz bir üslub istifadə edirlər. “bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya.” Yəni pis olan hərəkətləri dalbadal, davamlı edir. Fırıldaqçılığı ilə artıq məşhurlaşanlar. Müsəlmanlar belə insanlarla qarşılaşırlar.
Qələm surəsi, 14-cü ayə
“o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.”
Axırzamanda var-dövlət insanların bir çoxunun ən böyük hədəfi olub. Məsələn, evlənmə proqramlarına baxırıq, əsas mövzu mal və uşaqlardır. Malı və uşağı olan şişərək (quduraraq), Allahı unudur. Halbuki uşağı da öləcək, malı da batacaq. Sonunda nə malı qalar, nə uşağı qalar. Amma onun əbədi qalacağını düşünür. Ayədə də var Allah: “o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə” deyir. Bir qisim müsəlmanların da əsas hədəfləri evlənmək, oğul-uşaq sahibi olmaq, rahat yaşamaqdır.
Qələm surəsi, 15-ci ayə
“Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi.”
Hal-hazırda bu bir çox dinsiz, ateistin iddiasıdır. Quran oxunduğunda, Allahın hökmləri oxunduğunda “Bu, keçmişdəkilərin əfsanələrindəndir!” – deyirlər. Quranın müxtəlif əfsanələrin bir araya gətirilməsindən ibarət olduğunu deyirlər.
Qələm surəsi, 16-cı ayə
“Biz onun burnuna damğa vuracağıq.”
Qələm surəsi, 17-ci ayə
“Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər.”
Yəni, qəti edəcəyik deyə and içmişlər.
Qələm surəsi, 18-ci ayə
“və heç bir istisna da etməmişdilər (“inşaAllah” deməmişdilər).”
Yəni, “inşaAllah (Allah diləsə)” demədilər. Sabah səhər bunu mütləq edəcəyik və beləcə inkişaf edəcəyik, güclənəcəyik, əylənəcəyik, oğul-uşaq sahibi olacağıq. Dindarlar da: “Bunlar keçmişdəkilərin əfsanələridir!” deyirlər.
Qələm surəsi, 19-cu ayə
“Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.”
“Onlar yuxuda ikən” Yatarkən; hər hansı bir şəkildə yatmış da ola bilər. Yuxusu gəlib yata bilər, komaya girib yata bilər, huşsuz olaraq yata bilər, hər hansı bir şəkildə yatması nəzərdə tutulur. “Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.” Yəni fəlakət, bəla gəlib bağı bürüdü.
Qələm surəsi, 20-ci ayə
“Bağ yanıb zülmət gecə kimi qapqara oldu.”
Allah “zülmət gecə kimi qapqara” deyir. Yəni: “Yandırıb məhv etdim” deyir.
Qələm surəsi, 21-ci ayə
“Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:“
Qələm surəsi, 22-ci ayə
“Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
Səhər erkəndən çıxın, fəaliyyətə başlayın. Hər cür nemətə, imkana qovuşub istədiyimiz hədəflərimizə çatacağıq, dedilər.
Qələm surəsi, 23-ci ayə
“Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar”
Qələm surəsi, 24-cü ayə
“Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
İslam yoxsulları qoruyarkən vəhşi kapitalist baş yoxsullara qarşı çıxıb, nifrət edərlər. Bir çox zəngin, yoxsul görməkdən heç xoşlanmaz. Zəngin gəldiyində sevgi göstərər, maraq göstərər. Yoxsul gördüyündə sıxılarlar.Yoxsullara nifrət edərlər.
Qələm surəsi, 25-26-27-ci ayələr
Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.
Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!.
Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
Bağçanın vəziyyətini gördükdə məəttəl qaldılar. “Deyəsən, biz düz gəlməmişik!.” dedilər. Bəlanı qəbul etmirlər. Bu küfrün xüsusiyyətlərindən biridir. “Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!” deyib çaşıb qaldılar.
Qələm surəsi, 28-ci ayə
“Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” Həmin adam, “Onların ən ağıllısı (və insaflısı)”, şəklində görülər, hz.Xızır (ə.s)-dır, inşAllah. Xızır (ə.s) insanlar arasında gəzər, amma insanlar fərqinə varmazlar. “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” Yəni inşaAllah, maşaAllah deməli idiniz.
Qələm surəsi, 29-cu ayə
Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!
Amma bu qərara son anda gəlirlər.
Qələm surəsi, 30-31- ci ayələr
Onlar dönüb bir-birlərini qınamağa başladılar
və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
Qələm surəsi, 32-ci ayə
“Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”
Bir peşmançılıq olanda insanlara deyil, Allaha bağlanmaq, Allahdan istəmək lazımdır. “Əlbəttə, biz Rəbbimizə yönəlirik.”
Qələm surəsi, 51-ci ayə
(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər. “Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr.” Xurafatlar həddini aşmışdır. Qurana tab gətirmirlər. Quranı kafi görmürlər. Baxın ayədə necə deyilir, şeytandan Allaha sığınıram: “Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər.”
Darvinist-materialistlər də Qurandan, müsəlmanlardan çox da xoşlanmazlar. Hz. Mehdi (ə.s)- da Quranı müdafiə etdiyi üçün, insanların bir çoxu haradasa onu gözləri ilə yeyəcəklər. Yəni nifrət dolu baxacaqlar və “Onlar (sənin barəndə): “O divanədir!” – deyərək dəliliklə günahlandıracaqlar.
Qələm surəsi, 52-ci ayə
“Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.”
Allah Quranı bu şəkildə tərifləyir.