Hörmətli Adnan Oktarın yeni şərhləri (21 Yanvar 2013; 13:30)
Maidə surəsi, 114-cü ayə
Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən”
Hz. İsa Məsih, bunu (göydən süfrə enməsini) bayrama çevirmişdir və bu eyni zamanda bilirsinizmi nədir? Özünün enəcəyinə dəlildir. “Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən.” İsa Məsihin göydən enməsi insanlara qəribə gəlir, elə deyilmi? Göydən süfrə enməsini məqbul görürlər, Cəbrayılın, mələklərin enməsini məqbul görürlər, amma İsa Məsihin enməsinə niyə qəribə baxırlar, məqbul görmürlər? Burada başqa məqamlar var. Bu, işinə yaramayanların maraqlarına uyğun deyildir. Çünki İsa Məsih dedikdə ağıllara Mehdi (ə.s), Mehdi (ə.s) dedikdə isə İslam Birliyi gəlir.
Maidə surəsi, 115-ci ayə
Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”
Allah dedi: “Mən onu (süfrəni) sizə endirəcəyəm.” Yaxşı, başqa kimi endirir? İsa Məsihi endirir. Başqa kimi endirir? Cəbrayılı endirir. “Amma bundan sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm.”
Yəni Allah: “Çox açıq bir dəlil olduğu halda vicdansızlıq edərsənizsə heç kəsə vermədiyim bir əzabı verəcəyəm.” deyir.
Maidə surəsi, 116-cı ayə
Allah: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – dediyində, İsa: “Səni tənzih edirəm (Sən pak və müqəddəssən). Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu dedimsə, əlbəttə, Sən onu bilmisən. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”
“Allah: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – dediyində” İbadət edəcəksənsə Allaha ibadət etmək lazımdır. Əks halda Allaha şərik qoşmuş olarsan. Üç ilah olduğuna inanırsansa, o üç ilahdan Allahı seç, Allaha dua et, Allahı əsas götür, elə deyilmi? “Səni tənzih edirəm (Sən pak və müqəddəssən), haqqım olmayan bir sözü demək mənə yaraşmaz.” “sübhanAllah” deyir. “Əgər bunu dedimsə, əlbəttə, Sən onu bilmisən. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!” deyir. İki dəfə vurğulayır.