Header

Hörmətli Adnan Oktarın yeni izahları (21 Yanvar 2013; 13:30)

Aa4a

Hörmətli Adnan Oktarın yeni şərhləri (21 Yanvar 2013; 13:30)

Maidə surəsi, 114-cü ayə

Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən”

Hz. İsa Məsih, bunu (göydən süfrə enməsini) bayrama çevirmişdir və bu eyni zamanda bilirsinizmi nədir? Özünün enəcəyinə dəlildir. “Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən.” İsa Məsihin göydən enməsi insanlara qəribə gəlir, elə deyilmi? Göydən süfrə enməsini məqbul görürlər, Cəbrayılın, mələklərin enməsini məqbul görürlər, amma İsa Məsihin enməsinə niyə qəribə baxırlar, məqbul görmürlər? Burada başqa məqamlar var. Bu, işinə yaramayanların maraqlarına uyğun deyildir. Çünki İsa Məsih dedikdə ağıllara Mehdi (ə.s), Mehdi (ə.s) dedikdə isə İslam Birliyi gəlir.

Maidə surəsi, 115-ci ayə

Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”

Allah dedi: “Mən onu (süfrəni) sizə endirəcəyəm.” Yaxşı, başqa kimi endirir? İsa Məsihi endirir. Başqa kimi endirir? Cəbrayılı endirir. “Amma bundan sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm.”

Yəni Allah: “Çox açıq bir dəlil olduğu halda vicdansızlıq edərsənizsə heç kəsə vermədiyim bir əzabı verəcəyəm.” deyir.

Maidə surəsi, 116-cı ayə

Allah: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – dediyində, İsa: “Səni tənzih edirəm (Sən pak və müqəddəssən). Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu dedimsə, əlbəttə, Sən onu bilmisən. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”

“Allah: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – dediyində” İbadət edəcəksənsə Allaha ibadət etmək lazımdır. Əks halda Allaha şərik qoşmuş olarsan. Üç ilah olduğuna inanırsansa, o üç ilahdan Allahı seç, Allaha dua et, Allahı əsas götür, elə deyilmi? “Səni tənzih edirəm (Sən pak və müqəddəssən), haqqım olmayan bir sözü demək mənə yaraşmaz.” “sübhanAllah” deyir. “Əgər bunu dedimsə, əlbəttə, Sən onu bilmisən. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!” deyir. İki dəfə vurğulayır.

quran11

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313