Seyid Məhəmməd Qədri Hazin Həzrətlərinin şeirlərindəki sirlərdən;
“Yüz minlərlə fəğan və əfqan” Əfqanıstandakı iztiraba diqqət çəkir. “Hanı o müqəddəs nişan” Bu da Mehdi (ə.s)-a işarə edir. “Hanı vəkilə şahə Adnan, hanı şahım Hüda, hanı o yüksək məqam, hanı şahım Hüda” O mehdilik, Adnan, Peyğəmbərimiz (s.ə.v)-in soyadı olduğu üçün burada belə keçir, inşaAllah. “Hanı Məhəmməd bağının gülü Peyğəmbərimiz (s.ə.v)-in nişanı,” Mehdi (ə.s)-a işarədir. Məhəmməd bağının gülü Mehdi (ə.s)-dır. “Hanı o mücərrəd nur” Haradadır, hələdə Mehdi (ə.s)-ı gözləyirik, deyir. “Hanı aslan bürcünün ulduzu” Ulduz kimi parlayan. “Hanı şahım Xuda. İsa Yəhyamız. Zülkifi Musamız, necə də xoşbəxtik ki, belə bir şahımız var. Yusif timsalı Əli” deyir. Yəni hz. Əli (r.ə) soyuna da diqqət çəkilir. Yusif timsalı, yəni Yusif kimi gözəldir.
“Hər zaman məzlumları himayə emək lazımdır. Sən yaraları müalicə et, mədət ya şahı Adnani” deyir. Peyğəmbərimiz (s.ə.v)-in soyadına işarədir, inşaAllah. Bilirsiniz ki, Mehdi (ə.s)-ın vəzifəsi bunlardır; kasıbları, zəif insanları himayədarlığa götürüb, qoruyub mühafizə edəcək. “Sən yaraları müalicə et “, yəni anarxiyanı, terroru, çətinlikləri “Ya şahı Adnani.” deyir. “Məzlumlara sənsən dərman, həm də mən miskin istəkliyə sənsən dərman, kasıblara rəhm edən, mədət ya şahı Adnani” deyir. “Çox günahkar əsirəm, çox xətalı səfiləm, sən sultansan, burhansan” Mehdi (ə.s) burhan, yəni dəlildir. “Mədət ya şahı Adnani” deyir. “Mədət ey nurlu şah, ey imanı qoruyan. Mən xətası olana da mərhəmət et mədət ya şahı Adnani” deyir.
Yəhudi alimlərinin ən böyüklərindən İbni Meymun, 12-ci əsrdə Yəmənə yazdığı məktubda: “Mehdi (ə.s)-ın zühuru necə olacaqdır? Və harada zühur edəcəkdir?” Maimonides şərh edir: “Yeşeyada onun çıxacağı dövrdən danışır. O, bir filizdir.” Çox kiçikdir, hələ müəyyən deyil, yeni cücərmiş bir qönçədir. “Quru torpaqdan çıxan bir kök kimidir. Lakin onun zühuru əsnasında reallaşacaq bənzərsiz hadisələr yer üzündəki bütün kralların onun şanı qarşısında qorxuya düşməsinə səbəb olacaqdır.” Yəni bütün dövlət idarəçiləri, dövlətlər onun şöhrətindən qorxuya qapılacaqlar. Amma . Mehdi (ə.s)-ı başa düşəcəklər. Hələ insanlar anlamadan, dünya dərin dövləti anlayar. “Hətta əslində onunla mübarizəyə gücləri olmadığını etiraf edəcəklər.” Yəni: “Biz bununla mübahisə edə bilmərik, fikrən bunu məğlub edə bilmərik. Fikirlə bunun qarşısına çıxa bilmərik.” deyərlər. Bu 12-ci əsrdə yazılmışdır. İndi 21-ci əsrdir.
“Onun varlığını görməməzlikdən gələcəklər.” Yəni məhəl qoymayacaqlar. Çıxdı amma haradadır ? Xəbərimiz yoxdur deyə iddia edən adamlar çıxar. Biz əvvəllər də belə eşitmişdik. Bunlar xurafatdır. İsrailiyyətdir. “Beləcə onun reallaşdırdığı möcüzələr qarşısında məğlub olacaqlardır.” Yəni o qədər mükəmməl bir elmi hücum edər ki, digərlərinin iddiaları məğlub olacaq, deyir. Tövratda: “Məğlub olacaqlar” deyə keçir. “Və əllərilə öz ağızlarını bağlayacaqlar” Yəni artıq susacaqlar. “Özləri susacaq, artıq nəşrə, nəşriyyata son qoyacaqlar.” deyir. Kralların onu necə dinlədiklərini Yeşeya bu sözlərlə izah edir: Tövratdan.
“Bir çox xalq onu gördükdə məəttəl qalacaq, çaşacaqlar.” Yəni: “Aman Allah bu necə insandır?” deyərlər. “Onun qarşısında kralların ağızları bağlanacaqdır” Danışa bilməyəcəklər, susacaqlar, mübahisə edə bilməyəcəklər. “Çünki özlərinə izahını bilmədiklərinin şahidi olacaqlar.” Yəni özlərinə izah edilməmiş, darvinizmin həqiqətləri, materializmin etibarsızlığının şahidi olacaqlar. “Onlara izah edilməyənləri görəcəklər.” deyir. “Eşitmədiklərini də anlayacaqlar. Daha əvvəl eşitmədikləri mövzuları eşidib, bilib, başa düşəcəklər.” deyir. Çünki dünyada darvinizm əleyhinə bir məlumat yoxdur. Bunu yalnız Mehdi (ə.s) edəcəkdir, deyir. Yeşeya hissəsi Tövratın, 52-də 15-də keçir, maşaAllah.
İndi Tövratdan yenə dəlillər verirəm; (Zohardan):
“Bir Cümə günü ulduz görüləcək.” Cüməyə də diqqət çəkilir. “Yetmiş günün sonunda, yeddinci gündə toplanacaq, üzəri bağlı olacaqdır və görünməyəcəkdir,” Bax, “üzəri bağlı”, yəni Mehdi (ə.s)-in üstündə pərdələr var və görülməyəcək. İnsanlar gördüyü halda anlaya bilməzlər. “İlk gündə Romada (İstanbulda) görüləcəkdir.” 4000 illik qaynaqdır. “Və o gündə Romanın üç yüksək divarı çökəcəkdir.” Üç qalası, yəni darvinizm, materializm, ateizm çökəcəkdir. Burada fikir sistemlərini nəzərdə tutur. “Və orada olan böyük saray yıxılacaqdır. Daha sonra o ulduz yayılacaqdır.” Təbii ki bu, şifrəli izahatdır. “Ulduz yayılacaqdır.” yəni mehdiyyətin gücü yayılacaqdır. Bütün dünyanın görə biləcəyi şəkildə böyüyəcəkdir.
Yəni artıq hər kəs mehdiyyəti hiss edəcək. “O tarixdə dünyanın dörd bir tərəfində böyük və çətin döyüşlər olacaq.” Hal-hazırda terror, anarxiya davam edir. “Və aralarında imanlı insan olmayacaqdır.” Çünki darvinist-materialist sistem dünyanı təslimiyyəti altına alacaqdır. Bütün bunlar 4000 il bundan əvvəl bildirilib. “Və orada olan böyük saray yıxılacaq.” Bədiüzzaman da deyir: “9 taifənin 9 cəbhəsinə göndərmiş yarım əsr sonra onları darmadağın edəcəkdir.” Yarım əsr sonra da 2000 –ci il tarixini verir. “İndi əlamətləri görünür” deyir. “30-40 il sonra fəcri qazaraq da olsa, sadiq çıxacaq.” deyir. “Yarım əsr sonra da onları darmadağın edəcək.” Quranda da ulduz: “Qaranlığı deşən bir ulduz” (Tariq surəsi, 3) deyə keçir. Peyğəmbərimiz (s.ə.v) də Mehdi (ə.s)-ı ulduza bənzətmiş. “Yetmiş günün sonunda, yeddinci gündə toplanacaq” Burada yeddi iki dəfə təkrarlanır. Mehdi (ə.s)-da da 7 hakim rəqəmdir
(Yeşeya 41:25) Bax, Allah Tövratda Mehdi (ə.s) üçün nə deyir:
“Şimaldan birini hərəkətə keçirdim.” Qüdsə görə şimal haradır? İstanbul tərəflər. “Gün doğandan bəri mənə yalvaran biri, səhər namazlarında mənə yalvaran biri gəlir. Onu Qüdsə müjdəçi göndərdim.” Yəni Qüdsə də müjdəsi gedəcək, deyir. Hal-hazırda müjdəsi Qüdsə getdi.
(Mişna Midosda, Qüds Talmudu, Megilah 1:11) “Şimalda olan Kral Moşiyah (yəni Mehdi (ə.s)) çıxacaq və cənubdakı [Hz. Süleyman (ə.s)-ın məscidini tikəcək.” Qüdsə müjdəçi gəlməsinin mənası da budur və orada hz. Süleyman (ə.s)-ın məscidini tikdirəcək, inşaAllah.
(Kohelet Rabbah 1:9) “Musa Misirdə Fironun evində necə yetişdirildisə, Məsih də Romada (İstanbulda) yerləşəcəkdir (olacaqdır).” Hər ikisinin də ortaya çıxması və sonra gizlənməsi çox vacibdir.
Yəni üzə çıxacaq, amma gizlənməsi də olacaqdır. “Musa necə Misirdə Fironun evində yetişdirildisə,” yəni islama zidd fikirlərin içində böyüdüldüsə, Məsih Mehdi də öz inancına zidd fikirlərin içində böyüyəcəkdir. Yəni İstanbulda darvinist-materialist bir sistemin içində böyüyəcəkdir. Sonunda da onları elmlə, mədəniyyətlə əzəcək, inşaAllah. Bunlar 4000 il bundan əvvəl deyilib.
Musa Misirdə qardaşlarına özünü bildirdikdən və onlara qurtuluşun yaxın olduğunu xəbər verdikdən sonra, necə ki, çətinlikdən dolayı bir müddət gizlənməyə məcbur edildisə, Mehdi (ə.s) da ilk çıxdığında özünü hiss etdirəcək, lakin gizlənəcək. Bəlkə də həbs ediləcəkdir, yaxud məcburiyyət qarşısında qalıb gizlənəcəkdir. Məsih Mehdi də ilk çıxdığında özünü bildirməsinin ardından çətinlikdən dolayı gizlənməyə məcbur ediləcəkdir. Bax, istəyərək gizlənməyəcəyini deyir. Yəni həbs ediləcəkdir. Bir insan məcbur edilərək necə gizlənər? Ancaq həbs edilərək. [Ədədlər Rabbah, hissə. II; Melodiyaların Melodiyası Rabbah, (2:9); Pesikta Rabbathi, Hissə. 36] Baxın, bunlar 4000 illik qaynaqlardır.
Xaham Hiyya və Xaham Simeon haqqında belə deyilir: “Səhər erkən saatlarda İrbid vadisində gedərkən üfüqdə şəfəqi (Günəşin çıxmasını) seyr etdilər. Bu zaman Xaham Hiyya dedi: İsrailin Mehdi (ə.s) yoluyla qurtuluşu də belə olacaqdır: əvvəlcə çox az tanınacaqdır.” Bədiüzzamanın dediyi kimi; “Fəcri yararaq. Mehdi (ə.s)-ın çıxışı Günəşin ilk doğuşu kimidir. 4000 illik qaynaqda nə deyir? Günəşin ilk doğuşu kimidir, deyir. İlk çıxdığından sonra daha parlaq Günəş kimi işıldayacaq və daha sonra bütün ehtişamı ilə şəfəq kimi sökəcəkdir.” Yəni zühur edəcəkdir. [Midraş Şir ha-Şirim Rabah, VI, 10]
GÖRDÜYÜM KİMİ DÜNYA SİYASƏTİNƏ TƏSİR EDƏN BİR GÜC VARDIR. MƏSƏLƏN; ƏSLİNDƏ OBAMA İQTİDARA GƏLƏ BİLMƏZDİ. İSLAMA SON DƏRƏCƏ HÖRMƏTLİ, BAĞLI BİRİDİR. İNDİ İSLAMA HÖRMƏTLƏ YANAŞIR. YƏNİ LİDERLƏRDƏ NƏSƏ BİR DƏYİŞİKLİK OLDU. HƏR YERDƏ İSLAMA BİR HÖRMƏT VƏ QATI DİNÇİLİYƏ QARŞI BİR REAKSİYA VAR. HƏTTA NETANYAHUN, İSRAİL HÖKUMƏTİNİN BELƏ İSLAMI SEVƏN, İSLAM BİRLİYİNƏ UYĞUN BİR RƏFTARI,TƏRZİ VARDIR. BÜTÜN BUNLARA TƏSİR EDƏN BİR QRUP, BİR BİRLİK VARDIR. BU BİRLİK HƏMİN İSA MƏSİH (Ə.S)-IN BİRLİYİDİR. Misal çəkək, Netenyahu şiddətlə qarşı gəlməsini düşünən insandır. Məsələn, bütün müsəlmanları harada görsə əzən, əziyyət verən adamdır. Məsələn, Obama müsəlmanlardan ötrü var gücüylə əlləşir. Bir qəribəlik, bir möcüzə vardır.