İNCİLDƏ HZ. DAVUD (Ə.S)-IN SOYUNDAN GƏLƏCƏK OLAN XİLASKAR HZ. MEHDİ (Ə.S)-DIR. (İncil Luka 1. Hissə, 69-71)
“Qədim dövrlərdən bəri müqəddəs peyğəmbərlərin bildirdiyi kimi, Davudun soyundan bizim üçün güclü bir xilaskar çıxardı; Bizi düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtarardı.”
“Qədim dövrlərdən bəri”, Yəni nə vaxt? Hz. İbrahim, hz. İshaq, hz. Yaqub, hz. İsmayıl dövründən bəri. Mehdi (ə.s)-a işarə edir. “Müqəddəs peyğəmbərlərin bildirdiyi kimi, Davudun soyundan bizim üçün güclü bir xilaskar çıxardı.” yəni Mehdi (ə.s). İndi baxın, İncildə bu xilaskarın xüsusiyyəti keçir. “Bizi düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtarardı.” İndi xristianlar deyirlər ki, bu, İsa Məsihə işarə edir. Hz.İsa Məsihi dövründə şəhid etmək istədilər və tələbələrini tək-tək asdılar. Xilas olan çox nadir oldu. Hz. Yəhyanı, hz. Zəkəriyyanı hamısını şəhid etdilər. Peyğəmbərləri belə şəhid etdilər. O dövrdə şiddətli qırğın var idi. Amma burada nə deyir; “Bizi düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısından” istisnasız hamısının “əlindən qurtardı.” Maddi mənada bir qurtuluş. Bunu kim edər? Mehdi (ə.s) edər. Buna görə də burada Davud soyundan gələcək olan Mehdi (ə.s)-dır. Onsuz da hz. Davudun soyundan olduğunu, Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən, Tövratın şərhlərindən də aydın olur.
QATI DİNÇİLİK ZEHNİYYƏTƏ SAHİB İNSANLAR
ŞEYTANİ DƏLİLLƏRLƏ DİNDƏN UZAQLAŞARLAR
Bəqərə surəsi, 67-ci ayə
Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər” (Musa): “Cahillərdən olmaqdan Allaha sığınaram” dedi.
Bu ayənin qısa olaraq izah etmək istədiyi, qatı dinçi olan insanların hər şeyin dərinliyinə gedərək (xırdaçılığa girərək) qatı dinçilik ruhuna büründükləridir. Bu ayədə, xurafaçının (münafiqlərin) təfərrüata nə qədər çox girmək istədiklərini və təfərrüata girdikcə də islamdan nə qədər uzaqlaşdıqlarını, şeytana uyaraq dini çətinləşdirib içindən çıxılmaz hala gətirərək şeytana necə xidmət etdikləri izah edilir. Yəni o dövrdə yəhudilərin bir qismi xurafatçılar idi.
TİBBDƏ, HEYVAN TOXUMASI İSTİFADƏSİNƏ İŞARƏ EDƏN QURAN MÖCÜZƏSİ
Bəqərə surəsi, 72-73-ci ayələr
“Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır! Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.”
İndi də dananın ürəyindən bir hissə, ürək qapaqcığı ölüyə qoyularaq ölü dirildilir. Burda da nə deyilir? “(Kəsilmiş inəyin) bir parçasını ona (ölüyə) vurun!” deyir. İndiki dövrdə də ürəyi dayanan adama inəydən ürək qapaqcığı götürülüb ölən adama qoyulur və adam dirilir. Quran bu möcüzəyə diqqət çəkmişdir.