Hörmətli Adnan Oktarın yeni şərhləri (31 Yanvar 2013; 22:00)
Nə döyüş üçün dəmir, nə də sinə üçün zireh tapılacaqdır. Mis işə yaramayacaqdır. Dəmir istifadə edilməyəcəkdir və gülləyə də ehtiyac olmayacaqdır. (Enoch, səh. 140, hissə 48, 8)
“O dövrdə nə döyüş üçün dəmir, nə də sinə üçün zireh tapılacaqdır”, yəni insanlar özlərini qorumağa ehtiyac görməyəcəklər, silah sənayesində də dəmir istifadə edilməyəcəkdir, çünki silahlar hazırlanmayacaq.
“Gülləyə ehtiyac olmayacaqdır.” Çox maraqlıdır, baxın, gülləyə ehtiyac olmayacaq.
“…Dünyanın sütunu özəyindən sarsıldı və o səs dünyanın həmin anda sərhədlərindən eşidildi.” (Enoch, səh. 150, hissə 57, 2)
“Dünyanın sütunu özəyindən sarsıldı və o səs həmin anda dünyanın sərhədlərindən eşidildi.” Yəni zəlzələlər olacaq; “dünyanın sütunu sarsıldı” , sarsıntı olacaq. “Və o səs” yəni zəlzələ, “dünyanın sərhədlərindən eyni anda eşidildi.”, yəni hər yerdə zəlzələ xəbərləri eşidiləcəkdir.
Lakin vaxt gələndə, ruhların Rəbbinin doğruluğunun mühakiməsinə iman edənlər bu mühakiməni inkar edib, Onun adını hörmətsizcə ananlar üçün hazırladığı güc, cəza və hökm olacaqdır. O gün, seçilmişlər üçün bir əhd günü və günahkarlar üçün bir sorğu günü olaraq hazırlandı. (Enoch, səh. 156, hissə 57, 6)
Bu həm qiyaməti, həm də dünyada Mehdi əleyhdarlarının hüquqla təsirsiz hala gətiriləcəyini ifadə edir.
“Beləliklə Rəbb; krallara, şahzadələrə, soylulara və dünyada iqamət sahibi olanlara əmr etdi: “Əgər Seçilmiş olanı idrak edə bilsəniz, gözlərinizi açın və borularınızı yüksəldin.” (Enoch, səh. 166, hissə 57, 1)
“Beləliklə, Rəbb, krallara, şahzadələrə, soylulara, dünyada iqamət sahiblərinə əmr etdi”, yəni dünya idarəçilərinə əmr etdi. ” Əgər seçilmiş olanı” , yəni Mehdini “idrak edə bilsəniz, gözlərinizi açın”, yəni fərqinə vara bilsəniz, gözlərinizi açın.
“Onlardan bir qismi digər bir qisminə baxacaqdır. Heyrətə düşəcəklər və üzləri əyiləcəkdir. Bir qadının oğlunu, (onun) şan – şərəfinin taxtında oturarkən gördüklərində çətinlik onları bürüyəcəkdir. (Enoch, səh. 166, hissə 57, 5)
“Onlardan bir qismi, digər bir qisminə baxacaqdır, heyrətə düşəcəklər və üzləri əyiləcəkdir. Bir qadının oğlunu şan – şərəfinin taxtında oturarkən gördüklərində”, Mehdinin atası yoxdur, anası var, ona işarə edir. Baxın “Bir qadının oğlunu şan – şərəfinin taxtında oturarkən”, yəni islamın taxtında oturarkən, müsəlmanların mənəvi lideri olarkən “çətinlik onları bürüyəcəkdir”, yəni əleyhdarları böhrana düşəcəkdirlər.
“Onlardan bir qismi, digər bir qisminə baxacaq, heyrətə düşəcəklər və üzləri əyiləcəkdir”, yəni sifətləri formasını dəyişəcəkdir.
“Sonra krallar, şahzadələr və bütün dünyaya sahib olanlar, Onu (o gizli olanı) bütün hər şeyin hakimi olaraq müqəddəs hesab edəcəkdirlər” (Enoch, səh. 168, hissə 57, 6-7)
“Sonra krallar, şahzadələr bütün dünyaya sahib olanlar Onu (o gizli olanı) bütün hər şeyin hakimi olaraq müqəddəs hesab edəcəkdirlər”, yəni sonra hamısı gizli olan Mehdini müqəddəs hesab edəcəklər. Yəni onun mənəvi liderliyini qəbul edəcəklər. “Çünki başlanğıcdan bəri insan oğlu gizli şəkildə yaşayırdı”, Yəni Mehdi başlanğıcdan bəri gizli idi. “Əli olan, onu öz qüdrətində saxlamışdı və seçilmiş olanlara açıqlamışdı”, yəni Mehdini yalnız seçmə tələbələrinə göstərmişdi. Bədiüzzaman da deyir; “mükarrəb və seçmələr onu imanın nuruyla tanıyarlar” (Məktubat, səh. 60). Eynisi 2000 illik kitabda var. Allahın Mehdiyə tələ quranları mühakimə edəcəyi, Mehdiyə zülm edənlərə bəla verib, onları təsirsiz hala gətirəcəyi deyilir.
Həmin dövrdə dünyaya sahib olanlar Onun qəzəbindən mələklər tərəfindən cəzalandırılacaqlar. Qısa bir müddət istirahət edib və hüzurunda günahlarını etiraf edib əyilənləri ruhların Rəbbinə ibadət etsinlər deyə harda olursa olsun tutulub gətiriləcəkdir. (Enoch, səh. 170, hissə 63, 1)
“Həmin dövrdə dünyaya sahib olanlar Onun qəzəbindən mələklər tərəfindən cəzalandırılacaqlar. O, gizli hər şeyi aydınlaşdıracaqdır. Sənin qüdrətin nəsildən -nəsilədir və sənin şan – şərəfin əbədidir. Sənin sirlərin dərindir və saysızdır. Sənin doğruluğuna şübhə edilməz. (Enoch, səh. 170, hissə 63, 3)
“O”, yəni Mehdi, “gizli hər şeyi aydınlaşdıracaq. Sənin qüdrətin nəsildən- nəsilədir”, Mehdinin nəsli Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. “Və Sənin şan və şərəfin əbədidir. Sənin sirlərin dərindir və saysızdır və sənin doğruluğuna şübhə edilməz.”
Bunun ardından, ruhların Rəbbi ilə yaşayan insan oğlunun adı, yer üzünün sakinləri tərəfindən ucaldıldı. (Enoch, səh. 194, hissə 70, 1)
“Bunun ardından ruhların Rəbbi ilə yaşayan insan oğlunun adı”, yəni Mehdinin adı, “yer üzünün sakinlərin tərəfindən ucaldıldı.” Yəni hər kəs Mehdidən bəhs edəcək, hədislərdə də eyni şəkildədir:
“Mehdi zühur edər, HƏR KƏS YALNIZ ONDAN (Hz. Mehdi (ə.s)-dan) DANIŞAR, onun (Hz. Mehdi (ə.s)-ın) sevgisini ehtiva edib və ONDAN (Hz. Mehdi (ə.s)-dan) BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR.” (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh. 33)
“Bir münadinin səmadan “Haqq, hz. Məhəmməd (s.ə.v) əhlindədir” şəklində səslənməsindən sonra, hz. Mehdi (ə.s)-ın sevgisi insanların ürəklərinə yerləşəcək və ONDAN ((Hz. Mehdi (ə.s)- dan) BAŞQA BİR ŞEYDƏN BƏHS EDİLMƏYƏCƏKDİR.” (əl-Qavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, səh. 20)
“Göylərə yüksələrkən ruhum izlədi. Geyimləri və xalatları ağ və simaları kristal qədər aydın müqəddəs mələklərin oğullarını alovlu atəşi tapdalayarkən gördüm.” (Enoch, səh. 194, hissə 71, 1)
“göylərə yüksələrkən Ruhum izlədi, geyimləri və xalatları ağ”, yenə Mehdiyə diqqət çəkilir. “Simaları kristal qədər aydın”, yəni üzləri tərtəmiz, nurludur. Mehdinin və tələbələrinin üzünü ifadə edir.
“Sonra Seraphim, Cherubim və Ophanin onu qucaqladılar. Bunlar, heç yatmadan, onun şan – şərəf taxtını qoruyanlardır.” (Enoch, səh. 196, hissə 71, 7) Peyğəmbərimiz (s.ə.v) hədisində: “Mikayıl və Cəbrayıl Mehdini qoruyacaqlar.” deyir.
“… Onun (Hz. Mehdi (ə.s)-ın) köməkçiləri Yəmən və Şam əhlindən olacaqlar. Önlərində Cəbrayıl, arxalarında Mikayıl olacaq…” (əl-Qavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, səh. 47)
“CƏBRAYIL, ONUN (HZ. MEHDİ (Ə.S)-IN) QARŞISINDA OLACAQ, MİKAYIL SAĞINDA VƏ İSRAFİL İSƏ SOLUNDAN GƏLƏCƏK. Və qorxu bir aylıq yoldan onun qarşısından, arxasından, sağından və solundan irəliləyəcək. (Allaha) yaxın mələklər də onun xəttində olacaqdırlar…” (Şeyx Muhəmməd b. İbrahimi Numani, Qaybəti Numani səh. 274)
“Allah onu (Hz. Mehdi (ə.s)-ı) 3 min mələklə dəstəkləyəcək.” (Əl Qavlu-l Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, Əhməd İbni Həcəri Məkki, səh.41)
Baxın, “bunlar heç yatmadan onu qucaqladılar” deyir. Bilirsiniz ki, mələklər heç yatmazlar. “Yatmadan, onun şan və şərəfinin taxtını qoruyanlardır”, yəni davamlı Mehdini qoruyacaqlar. Çox gözəl izah edilib, çox mənalıdır.
“Enoch və İdris” peyğəmbərin kitabı kimi tanınır. Enoch 1 və Enoch 2 şəklindədir. Enoch 1 kitabının orijinal dili, Həbəşistandakı Əksim kralının rəsmi dili olan “geez” dilidir. Bu dil Sami hərflərinin qaydalarına görə fərqliləşdirilməsi şəklində idi. İlk dəfə İngilis kəşfiyyatçısı Ceyms Bruce tərəfindən Həbəş monastırında kəşf edilmiş, sonra bu iki yazıçı tərəfindən fərqli dövrlərdə tərcümələri edilmişdir. Təbii ki, bu tam bir dəlil deyil, amma 2000 illik bir əsərdə Mehdidən bu qədər təfərrüatlı bəhs etməsi də çox heyrət verici və çaşdırıcıdır…