Səba surəsi, 12-14-cü ayələrin təfsiri
ADNAN OKTAR: “Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, Süleymana itaət etməyib əmrimizdən çıxırdısa, onu Cəhənnəm oduna düçar edirdik. “ “Süleymana” Allah hz. Süleymandan da bəhs edir. “Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi ” təbii bunda da xüsusi bir işarə var. Bu mis mədəninin çox geniş ölçüdə istifadə edilməsi, axır zamanda, bizim təxmin etmədiyimiz bir texnologiyaya da işarə edildiyi ola bilər.
Yəni, mis keçmiş tarixdə də, Zülqərneyn (ə.s) zamanında da istifadə edilmişdir, Hz. Süleyman (ə.s) zamanında da istifadə edilmişdir. Süleyman (ə.s) və Zülqərneyn (ə.s) hər ikisi də dünya hakimidir. Dünyaya hakim olublar, amma hər ikisinin də bir mis hadisəsi var, yəni, geniş şəkildə bir mis istifadə etmə hadisəsi vardır. İndi ərimiş mislə, cinlərin bir əlaqəsi vardır. Yəni, bunu görəcəyik, buna baxacağıq. Çünki, Zülqərneyn (ə.s)-da da eyni hadisə var, Zülqərneyn (ə.s). O da “gətirin misi” deyir, “üzərinə qətran töküm” deyir. Qətranın bir mənası da, misdir bilirsiniz. Burada da eyni şəkildə mis var. Mislə əldə edilən, geniş sahədə istifadə edilən, cinlərə təsir edəcək bir sistemdən sanki bəhs edilir kimi.
Çünki, firon zamanında da, bilirsiniz, geniş bir şəkildə cinlərdən adamlar istifadə edirdilər. Firon da idarə altına almışdı cinləri, kafir cinləri. O kafir cinləri özünə xidmət etdirirdi. Sonra Hz. Süleyman (ə.s) təsiri altına aldı, cinləri. Bütün cin şeytanları təsiri altına alıb dənizdən onlara inci çıxartdırırdı, mərcan çıxartdırırdı, cinlərə. Və xalq buna son dərəcə adət etmişdi, çox normal qarşılayırdı cinləri. Sonradan insanlar cinlərdən uzaq qalınca, cin onları ürküdəcək bir varlıq kimi olmağa başladı. Yəni, bu an narahatdırlar. Halbuki, Qədim Misirdə xalq vərdiş edib cinlərə. Az qala bir çox işini etdirirlər, bir çox insana dəqiq görünüş olaraq görünür, insanlar arasında gəzişirlər. Amma adət ediblər, amma adət etməsə, insanlarda bir ürküntü meydana gətirər. Adət etsələr, bu ürküntü qalxar.
“ Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır.” Cinlərə nə qədər adət edibmiş insanlar o dövrdə. “Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi.” Əsasını yeməkdə olan bir ağac qurdu. Bax, məsələn daha əvvəl əsa ilana çevrilir, Hz. Musa (ə.s) da, burada da yenə ilanı xatırladan bir qurd bu səfərdə əsanın içindən gəmirir, əsanı. Daha əvvəl əsa tamamilə ilana çevrilərkən, burada da əsanın içində qurd var.
Əsanın içini gəmirib, əsanı gücsüz hala gətirir. Amma Quranda əsaya israrla diqqət çəkilir. Həm hz. Süleyman (ə.s)-da, həm hz. Musa (ə.s)-da, həm də Mehdi (ə.s)-da. Hz.Mehdi (ə.s)-da əsayla bir əlaqə var. Yəni, Quran səbəbsiz yerə bir mövzu üzərində dayanmaz. Əsayla əlaqədar bir möcüzə görəcək insanlar. Bir şey var əsada. Çünki, Süleyman (ə.s)-ın əsasında da bir möcüzə var, Hz. Musa (ə.s)-ın əsasında da bir möcüzə var. Mehdi (ə.s)-ın əsasında da bir möcüzə var. Bir şey görəcəklər bununla əlaqədar. Buna işarə edilir, inşaAllah. “ Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.” Cənab Allah “boş yerə cin çağırıb qeybdən xəbər almağa cəhd göstərməyin” deyir Allah. Əgər elə bir xüsusiyyətləri olsaydı,
Hz. Süleyman (ə.s)-ın vəfatını bilərdilər, bilmədilər, faciəvi şəkildə qorxaraq çalışdılar. Bilmirdilər. Qeybi anlaya bilmirdilər. Allah “qeybi bilməzlər” deyir “cinlər”. Onun üçün bəzi kəslər çağırır cinləri, “qeybdə nə olacaq?” O da onlara yalan danışar. O da ona inanırlar. Cinlər bilməz qeybi. Amma xidmət edərlər. Yəni, cisim halına gəlib xidmət edə bilərlər. Amma, təbii ki, bu insanları çox qorxudacağı üçün, insanlar vərdiş etmədiyi üçün, hazır olmadıqları üçün, Allah bu an göstərmir. Amma hz. Süleyman (ə.s) zamanında adamlar, mənim gördüyüm daş daşıyırlar cinlər. Heykəllər, hovuz böyüklüyündə çanaqlar, yerindən sökülməyən qazanlar düzəldirlər.
Yəni, böyük parçaları çox-çox böyük nəhəng qaya parçalarının daşınmasında vəzifə götürürlər, cinlər. İndi Qədim Misirdəki o böyük piramidaların istehsalındakı qayaların, qaya parçalarının yüzlərlə kilometr kənarlardan gətirildiyi bilinir. Amma normalda bunu hər hansı bir dozer və ya qreyderlərlə çəkməyə çalışsalar, gətirə bilməzlər. Heç zədələnmədən, çox düz olaraq adamlar götürüb gətiriblər. Başqa yerdə kəsilib gətirilmiş daşlardır. Nə adamların kəsənlər haqqında məlumatı var, nə də o daşı oraya necə gətirdiklərini hələ bilmirlər. Və daşlar da, o üçbucaq qüllələrin təpəsinə necə çıxardıqlarına dair bir qənaətləri yoxdur bu an. Yəni, normal bir vincin (xüsusi təkərli cihazın) qaldıracağı kimi bir şey deyil, o daşlar
Bu ankı texnologiyayla ediləcək bir istiqaməti yoxdur. İnşaatlara filan yük daşındığı kimi, belə incə vinçlər var, görürsünüz. Daşıdıqları ağırlıqlar müəyyən bir dərəcədə, elə yüngül şeylər daşıya bilirlər. Amma buradakı daşlar çox ağır daşlardır və çox nəhəng böyüklükdəki daşlardır. Bunların oraya daşınmasını və o piramidaların üzərinə çıxarılmasını elm təsbit edə bilmədi, bilmirlər bu an. Budur, Quranda da buna açıqlıq gətirir Allah. Yəni, hansı üsullarla edildiyinə açıqlıq gətirir. Amma təbii o dövrdə, onu insanlar normal qarşılayırdılar. Bu normal qarşılamanın necə olduğu da ayrı bir mövzudur. Yəni, məqbul görürdülər. Məsələn, hz. Süleyman (ə.s)-ın sarayında, yəni, bu ağlama divarının alt qisimində blok daşlar var.
Çox böyük blok daşlar. Başqa yerlərdən götürüb gətirilib. Blok daşın ucu-bucağı yoxdur. Ucu-bucağı yoxdur, çox böyükdür. Kim gətirib? Necə gətirilib? Bilinmir. Amma Quran buna açıqlıq gətirir. Yəni, onların da bunu hansı üsulla gətirdiyini, necə bir üsulla gətirdiyini biz bilmirik. Amma Misir qədim əl yazmaları yaxşı araşdırılsa, texniki istiqamətdən çox əhatəli araşdırılsa, bir az məlumat ala bilərik. Amma o qabartmalarda adamlar davamlı cin şəkilləri istifadə edirlər. Yəni, cinlərlə əlaqəyə dair, orada cinlərlə əlaqə quran rahiblərin təsvirləri var. Onlarla etdikləri alverlər, onlarla əlaqəli keçən həyata dair bir çox şəkillər var. O şəkillərin çox yaxşı analiz edilməsi lazımdır, düşünülməsi lazımdır. O zaman bir məlumat almaq imkanımız vardır.
Elə görünür. Məsələn, piramidaların içinin işıqlandırılması. Bir elektrik sistemi qurublar, amma yəni, o qədər böyük bir lampanı işıqlandıracaq elektrik üçün, yəni, o elektrik istehsalındakı istifadə etdikləri vasitə çox məqbul görünmür. Yəni, o kiçiklikdəki bir vasitənin o böyük nəhəng bir lampanı işıqlandırması və tam mənasıyla işıqlandırır deməkdir. Mükəmməl işıqlandırır və orada mükəmməl bir dizayn və dekorasiya ediblər. Bunlar daha hələ bilinmir. Yəni, bu texnologiyanı onlara kimlərin öyrətdiyini, bu elektrik əldə etmənin üsulunu kimlərin öyrətdiyi bilinmir. Amma Qurana görə açıq, yəni, cinlərin xüsusi bir məlumat verdiyi, elektrikin əldə edilməsində onların insanlara yol göstərdiyi aydın olur və o nəhəng daşların daşınmasının da onlar tərəfindən reallaşdırıldığı aydın olur.
Bunun araşdırılması üçün təbii ki, bir vaxt ayrılması lazımdır. Diqqətli bir iş lazımdır. Bir boş vaxtımız olsa, bunu da edə bilərik. Məşğul olduğumuz üçün çox baxa bilmirəm. Amma xüsusilə, Misir yazılarına aid tökmələr və fotoşəkil çəkər, sənədlər bir araya gətirilsə, bir xeyli bir şey çıxar , inşaAllah. “Qalalar, heykəllər” həmişə daşla əlaqədardır bunlar. “Hovuz böyüklüyündə çanaqlar” bu da yenə “yerindən sökülməyən qazanlar” bu da ağır bir metal, dəmir qazanlar, böyük. “Yerindən sökülməyən qazanlar düzəldərdilər. Ey Davud ailəsi, şükr edərək çalışın.” Yəni hər hansı bir iş deyil. Allaha şükr edərək yəni davamlı şükr edərək, Allaha həmd edərək çalışın. “Qullarımdan şükr edənlər azdır” deyir Allah. Yəni, insanlar Allaha həmd etmirlər. Halbuki, Allahın verdiyi hər nemətə həmd etmək lazımdır.