İçeriğe geç

Səba surəsi 26, 28-30, 34-35-ci ayələrin təfsiri

Səba surəsi 26, 28-30, 34-35-ci ayələrin təfsiri

ADNAN OKTAR: Bismillah, Səba surəsi 26, Şeytandan Allaha sığınıram. “De:”Rəbbimiz hamımızı bir yerə cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, Biləndir. “ Bu ayənin əbcədi 2010 tarixini verir. Eyni zamanda Mehdiyyətə baxan bir ayədir. Cənab Allaha burada xitab var, amma Mehdiyyətə də ikinci işari məna olaraq baxır. Baxın, “O, (həqiqi hökmünü verərək haqq ilə batilin arasını) açandır.” Cənab Allah demək ki, haqq ilə batilin arasını 2010-dan sonra daha da şiddətləndirəcək, darvinist, materialist düşüncəylə Mehdi (ə.s) camaatı arasında böyük bir uçurum olduğunu xalq görəcəkdir. Və hər şeyi haqqıyla Cənabı Allahın bildiyini görəcəklərdir. Əbcədi də 2010 tarixini verir.  Təbii ki, bu ayə hər dövrə baxır, amma Mehdiyyət dövrünə baxdığı da açıqca görülür.

 

28-ci ayə; “Biz səni bütün insanlara bir müjdə verən  və xəbərdar edən bir peyğəmbər kimi  göndərdik, ancaq insanların çoxu bilməzlər.” Mehdi (ə.s)-mı biləcəklərmi? İnsanların çoxu başlanğıcda bilməyəcəklərdir. “Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”- deyərlər.” Mehdiyyət nə vaxt hakim olacaq, İsa Məsih (ə.s) nə vaxt enəcək, İslam Birliyi nə vaxt hakim olacaqdır. “De : “Sizə vəd olunmuş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada , nə də tezləşdirə bilərsiniz. “ Həm Qiyamətə baxır, həm İslam Birliyinə, Türk-İslam Birliyinə baxır həm İsa Məsih (ə.s)-ın görünməsi, Mehdi (ə.s)-ın açıq-aşkar müəyyən olmasına da baxır ayə. O gün gələndə Mehdi (ə.s) mütləq ortaya çıxar, o gün gələndə Hz. İsa Məsih (ə.s) ortaya çıxar, o gün gələndə də Qiyamət mütləq qopar.

 

“Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə” biz hansı ölkəyə bir Mehdi (ə.s) göndərdiksə, “ onun cah-calal içində yaşayan sakinləri” ,zənginlikdən qudurmuş, yolunu azmış, eqoistləşmiş, böyüklük hissinə qapılmış və yaxud müsəlman olduğu halda holdinqçi olmuş, holdinqçi olmanın verdiyi ərköyünlüklə, eqoizmlə özünü itirmiş belə kəslər deyirlər ki, şeytandan Allaha sığınıram. “Biz sizinlə göndərilənləri inkar edirik!” Biz nə Peyğəmbər (s.ə.v)-i tanıyarıq o dövrdə, axır zamanda  deyirlər? Biz Mehdi (ə.s)-mı tanımırıq, Mehdi (ə.s) gəlməyəcək. Nədir, necə gəlməyəcək? Təxirə salmaq istəyirik və yaxud “mənəvi şəxsdir” demək istəyirik və yaxud “gəldi keçdi” demək istəyirik kimi bəhanələrlə maneə törətməyə çalışacaqlardır.

 

        ALTUĞ BERKER: “O ölkəni” İstanbula işarə etdiyini demişdiniz müəllim, ayədəki, inşaAllah. 34-cü ayə, 34-cü surə olması etibarilə.

 

        ADNAN OKTAR: Bəli, bəli. 34 İstanbulun kodu olduğu üçün, “Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə” bir Mehdi (ə.s) göndərdiksə, ” onun cah-calal içində yaşayan sakinləri ” çünki, bir qisim müsəlmanlar bir az varlananda, bir az mal mülk əldə edincə, holdinqləşincə, dindən, imandan ayrı bir xəttə gəlirlər, tam fərqli bir düşüncəyə gəlirlər. “Biz sizinlə göndərilənləri inkar edirik!” Nə Mehdi (ə.s)-mı tanıyırlar, nə İsa (ə.s)-mı qəbul edirlər, nə İslam Birliyini, nə Türk-İslam Birliyini. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. Deməli dərdləri nədir? Mallar və övladlar. Ona görə də yanaşmaq istəmirlər. Allah bizə bəla da verməyəcək, bir şey yoxdur, deyirlər. Qiyamət də yoxdur, çox uzun müddətlər sonra olacaqdır, deyirlər.

 images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz