Səba surəsi 26, 28-30, 34-35-ci ayələrin təfsiri
ADNAN OKTAR: Bismillah, Səba surəsi 26, Şeytandan Allaha sığınıram. “De:”Rəbbimiz hamımızı bir yerə cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, Biləndir. “ Bu ayənin əbcədi 2010 tarixini verir. Eyni zamanda Mehdiyyətə baxan bir ayədir. Cənab Allaha burada xitab var, amma Mehdiyyətə də ikinci işari məna olaraq baxır. Baxın, “O, (həqiqi hökmünü verərək haqq ilə batilin arasını) açandır.” Cənab Allah demək ki, haqq ilə batilin arasını 2010-dan sonra daha da şiddətləndirəcək, darvinist, materialist düşüncəylə Mehdi (ə.s) camaatı arasında böyük bir uçurum olduğunu xalq görəcəkdir. Və hər şeyi haqqıyla Cənabı Allahın bildiyini görəcəklərdir. Əbcədi də 2010 tarixini verir. Təbii ki, bu ayə hər dövrə baxır, amma Mehdiyyət dövrünə baxdığı da açıqca görülür.
28-ci ayə; “Biz səni bütün insanlara bir müjdə verən və xəbərdar edən bir peyğəmbər kimi göndərdik, ancaq insanların çoxu bilməzlər.” Mehdi (ə.s)-mı biləcəklərmi? İnsanların çoxu başlanğıcda bilməyəcəklərdir. “Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”- deyərlər.” Mehdiyyət nə vaxt hakim olacaq, İsa Məsih (ə.s) nə vaxt enəcək, İslam Birliyi nə vaxt hakim olacaqdır. “De : “Sizə vəd olunmuş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada , nə də tezləşdirə bilərsiniz. “ Həm Qiyamətə baxır, həm İslam Birliyinə, Türk-İslam Birliyinə baxır həm İsa Məsih (ə.s)-ın görünməsi, Mehdi (ə.s)-ın açıq-aşkar müəyyən olmasına da baxır ayə. O gün gələndə Mehdi (ə.s) mütləq ortaya çıxar, o gün gələndə Hz. İsa Məsih (ə.s) ortaya çıxar, o gün gələndə də Qiyamət mütləq qopar.
“Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə” biz hansı ölkəyə bir Mehdi (ə.s) göndərdiksə, “ onun cah-calal içində yaşayan sakinləri” ,zənginlikdən qudurmuş, yolunu azmış, eqoistləşmiş, böyüklük hissinə qapılmış və yaxud müsəlman olduğu halda holdinqçi olmuş, holdinqçi olmanın verdiyi ərköyünlüklə, eqoizmlə özünü itirmiş belə kəslər deyirlər ki, şeytandan Allaha sığınıram. “Biz sizinlə göndərilənləri inkar edirik!” Biz nə Peyğəmbər (s.ə.v)-i tanıyarıq o dövrdə, axır zamanda deyirlər? Biz Mehdi (ə.s)-mı tanımırıq, Mehdi (ə.s) gəlməyəcək. Nədir, necə gəlməyəcək? Təxirə salmaq istəyirik və yaxud “mənəvi şəxsdir” demək istəyirik və yaxud “gəldi keçdi” demək istəyirik kimi bəhanələrlə maneə törətməyə çalışacaqlardır.
ALTUĞ BERKER: “O ölkəni” İstanbula işarə etdiyini demişdiniz müəllim, ayədəki, inşaAllah. 34-cü ayə, 34-cü surə olması etibarilə.
ADNAN OKTAR: Bəli, bəli. 34 İstanbulun kodu olduğu üçün, “Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə” bir Mehdi (ə.s) göndərdiksə, ” onun cah-calal içində yaşayan sakinləri ” çünki, bir qisim müsəlmanlar bir az varlananda, bir az mal mülk əldə edincə, holdinqləşincə, dindən, imandan ayrı bir xəttə gəlirlər, tam fərqli bir düşüncəyə gəlirlər. “Biz sizinlə göndərilənləri inkar edirik!” Nə Mehdi (ə.s)-mı tanıyırlar, nə İsa (ə.s)-mı qəbul edirlər, nə İslam Birliyini, nə Türk-İslam Birliyini. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. Deməli dərdləri nədir? Mallar və övladlar. Ona görə də yanaşmaq istəmirlər. Allah bizə bəla da verməyəcək, bir şey yoxdur, deyirlər. Qiyamət də yoxdur, çox uzun müddətlər sonra olacaqdır, deyirlər.