Taha surəsi 1-7-ci ayələrin təfsiri
ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınırıq. Taha surəsi, Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. “Ta, Ha. Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik,” Quran bizə həyatı qaraldan, sevincimizi alan, bizi çətinə salan, gözəl nemətlərdən bizi saxlayan bir kitab deyildir. Çətinlik çəkdirən bir kitab deyildir. Əksinə, bizi rahatlaşdıran, fəraha çatdıran bir kitabdır. “İçi titrəyərək qorxanlara ancaq nəsihətlə xatırlatma (olsun deyə endirdik).” Demək ki, Allahdan qorxanlar üçün bir kitabdır. Allahdan qorxmayanların başa düşəcəyi bir kitab deyildir. ” Yeri və yüksək göyləri yaradan Allah tərəfindən nazil olmuşdur.”
Allah, yeri və yüksək göyləri, hər şeyi Özünün yaratdığını, Onun tərəfindən endirildiyini söyləyir Cənab Allah. “Mərhəmətli Allah Ərşə ucaldı.” Allah hər yeri əhatə etmişdir. “Göylərdə, yerdə, bu ikisinin arasında və nəmli torpağın altında olanların hamısı Onundur.” Başqa sözlə, bir adam “bu mal mənimdir” deyə bilməz. Bir insan malın gözətçisi ola bilər. “Bütün mal-mülk hamısı Mənə aiddir” deyir Allah. “Sözü aşkar etsən də, (gizləsən də birdir). Çünki şübhəsiz O, gizlini də, gizlinin gizlisini də bilməkdədir.” Məsələn adam bir şeyi gizləyir, Allah deyir ki: “Sözü aşkar etsən də, (gizləsən də birdir). Çünki, şübhəsiz, O, gizlini də, gizlinin gizlisini də bilir.” Ağlında tutduğun gizli məlumatı da Mən bilərəm deyir Cənab Allah, şüuraltını da bilərəm Mən sənin, ən gizli məlumatını da bilərəm, hamısını da bilərəm Mən, deyir.