Hicr surəsi 1-12, 14-15-ci ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınırıq. Hicr surəsi, Rəhman Rəhim olan Allahın adıyla. Məkkədə endirilən bu surə 99 ayədən ibarətdir. “Əlif, Ləm, Ra. Bunlar Kitabın və açıq-aşkar olan Quranın ayələridir.” Necəymiş Quran? Açıq-aşkardır,  bağlı deyil. “Kafirlər mütləq müsəlman olmağı arzulayacaqlar”. Şiddətlə arzulayacaqlar. Belə könülləri həsrətlərə düşəcək. Axirətdə çox peşman olacaqlar, kaş ki, müsəlman olaydıq deyə. “Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın .  Tezliklə biləcəklər.” Bax, “yeyib-içsinlər, əylənsinlər  və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.” Baxın, diqqət yetirin, həqiqətən bu tiplər yeyər, içər, boş işlərlə məşğul olarlar  axşama qədər. Amma irəlidə biləcəklər deyir Allah.  Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).  Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər,nə də yubada bilər”. Dörd və beşinci ayələrdə keçir birləşincə nə olar?

 

ALTUĞ BERKER: 45, maşaAllah.

 

ADNAN OKTAR: Bədiüzzaman  nə deyir? “Hicri 1545-ci ilə kimi Qiyamət qopacaq” deyir, inşaAllah. “Kafirlər dedilər : “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da sən dəlisən.” Peyğəmbərlərə həmişə dəli isnadı həmişə verilmişdir. Bədiüzzamana da həmişə dəli dedilər, bilirsiniz. Bədiüzzaman bir mücahid idi. peyğəmbər deyildi, amma peyğəmbərlərə inananlara da dəli deyilirdi. Mücahidlərə də həmişə tarix boyunca dəli deyilmişdir. Əgər doğrunu danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən  mələkləri bizə  gətirmirsən ?”  deyirlər peyğəmbərimiz (s.ə.v)-ə. Gətir, başının üzərində bir bulud olsun, bu peyğəmbərdir deyə söyləsinlər, deyir o zamanın xurafatçıları, peyğəmbərimiz (s.ə.v)-in dövrünün xurafatçıları. “Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk.  O zaman kafirlərə möhlət verilməz”

Biz mələk endirsək, deyir Allah, onsuz da qaçmağa yer axtararlar.  Onları mələk endirsəm məhv edərəm, deyir. Demək ki, mələk görünmürmüş, görünmədən enir. Mehdi (ə.s)-ın başının üstündəki mələk nə edir? Görünmür. Mələklərə müjdə verir, insanlara görünməz. “Şübhəsiz, zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz onu qoruyacağıq.” Quranı kim qoruyur? Allah “Mən qoruyacağam Quranı”, deyir. “Quran dəyişməyəcək deyir Allah” və dəyişdirə bilmədilər. “And olsun” deyir Cənab Allah and içir, “səndən əvvəlki millətlərə də elçilər göndərdik”  peyğəmbərlər. “Onlara elə bir elçi gəlməzdi ki,  ona istehza etməsinlər.” Mehdi (ə.s) gələndə nə edəcəklər? Mehdiyyətə lağ edəcəklər. Bu Allahın sünnəsidir .

“Beləcə, Biz günahı (küfrü) günahkarların qəlblərinə yeridirik.” Lağı kim etdirir? Allah etdirir. Adam deyir ki, kafir-küfr lağ edir. Kim lağ etdirir? Allah lağ etdirər. Nə üçün lağ etdirər? Savab qazansınlar deyə, inşaAllah. Mehdiyyət  və peyğəmbərlərin savab qazanması üçün. “Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,”  Səmadan qapı açsaq və göy yüzünə yüksəlsək ..  Normal halda səmaya cazibə səbəbilə  çıxıla bilməz, bilirsiniz. Amma kosmos vasitələrində, raketlərdə yaxşı bir təcil qazandıranda, yüksək bir istiliyə qovuşanda atmosferi deşib keçə bilirlər. Ayə nə deyir? “Səmadan bir qapı açsaq, oradan yuxarı yüksəlsələr,” Allah açır qapını, inşaAllah. əbcədi 1996 tarixini verir. 1996-cı ildə Türksat  ilk peykini göyə göndərmişdir. Bax əbcədi 1996 tarixini verir. Türksat  ilk peykini  o tarixdə göndərmişdir.

images (5)