Header

Möminlərin Elmi Hazırlıqlar Görməsinin Önəmi

Aa4a

İman sahibi, təqvalı mömin dünyada baş verən haqsızlıq və zülm qarşısında səssiz qalmaz, əksinə, bu problemlərə düzgün həll yolları tapmağa çalışar. Hər hansı bir məlumatsızlığı vardırsa, onu düzəldər, ciddi səy göstərər və bu mövzuda özünü təkmilləşdirər. Belə bir vəziyyətdə edilməsi lazım olan şey, bir tərəfdən böyük şövq, qətiyyət və imanla Quranda bildirilən həqiqətləri canla-başla yaşayıb tətbiq etmək, digər tərəfdən də Allah inancına zidd olan ideologiyaların zərərlərini və şər mənbələrini, bu ideologiyaların irəli sürdüklərini, əsassız tərəflərini çox yaxşı öyrənməkdir.

Bədiüzzaman Səid Nursi islamda elm və ağlın əhəmiyyətini belə izah edir:

İslamın mənşəyi (mənbəyi) elmdir, əsası da ağıldır. Buna görə də, islamın həqiqətini qəbul etmək, uydurma və yanlış fikirləri rədd etmək şərəfdəndir. (İşaratü-l İcaz, Bədiüzzaman Səid Nursi, səh.198)

Quranda bir çox elm sahəsinə diqqət çəkən ayələr və bütün həyatımızı əhatə edən əsas məlumatlar vardır. Bu elm sahələrindəki tərəqqidən xəbərdar olmaq Quran möcüzələrinin görülməsinə vəsilə olar. Ağıl və elm sahibi olan müsəlman Uca Allahın yaratdığı mükəmməl nizamı bütün incəlikləri ilə öyrənər, gördüyü mükəmməlliyi diqqətlə araşdırar, özünü və kainatda var olan hər şeyi yaradan Allaha daha dərin imanla bağlanar. Necə ki, Uca Rəbbimiz Fatir surəsinin 28-ci ayəsində “… Allahdan bəndələri arasında yalnız alimlər (layiqincə) qorxarlar …” kəlamı ilə elm və fikir sahibi olmağın vacibliyini bildirmişdir.

Böyük islam alimi Əbdülqadir Gilani əsərlərində qətiyyət və cəhdin əhəmiyyətini belə izah etmişdir:

“Gənc qardaşım! Sənə səbir və himmətinə (səmimi səyinə) görə verilər. Hər haqq bir vəzifənin qarşılığıdır. Elə isə tənbəllik etmə… (Həm dünya, həm də axirət üçün çalış, himməti əldən buraxma…) Unutma ki, tənbəllik, səy göstərməmək, himmətsizlik və keylik əbədi məhrumiyyətə və sonsuz peşmanlığa yol açar. Əməl və işini planlaşdır, proqrama uyğun hərəkət et, iş və əməlinlə ən uyğun comərdliyi göstər… Çünki Uca Allah sizə həm dünyada, həm də axirətdə comərd olmuşdur.”

“Dünyada yaxşılıq əkən, axirətdə qibtə ediləcək məhsullar biçər. Pislik, tənbəllik əkən peşmanlıq biçər… (Bəli, elə deyilmi? Necə deyərlər, külək əkəni tufan biçər. Bu dünya ancaq yaxşı və pis toxumların səpildiyi torpaqdan başqa bir şey deyil. Sən onu yaxşılıq üçün hazırlanmış bir tarla əkməyə çalış…”

“Əgər ölüm sənə gələndə oyansan, bu oyanışın heç bir faydası olmaz. (Ölmədən əvvəl ölməyi bilmək və ona lazımı şəkildə hazırlanmaq lazımdır.)” (Gönül İncileri İkazlar, Əbdülqadir Gilani, səh. 37)

İnsanlara gözəl əxlaqı izah etmək və bir-birinə zidd düşüncələrə qarşı intellektual zəmində mübarizə aparmaq üçün görüləcək bütün hazırlıqlar möminlərin həyatı boyu şövqlə həyata keçirəcəyi fəaliyyətlərdir. Hər bir mömin Quran ayələri ilə bu mövzuda səmimi səy göstərməkdə məsuliyyət daşıdığını unutmadan özünü tərbiyə etməlidir. Allahın izni ilə bu səmimi səyin həm dünyada, həm də axirətdə gözəl mükafatla qarşılığı veriləcək.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313