Taha surəsi 99-113-cü ayələrin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram . “Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən zikr vermişik.”
Yəni, Quran. “Ondan üz döndərənlər Qiyamət günü ağır günah yükü daşıyacaqlar.” Yəni, Qurandan kim üz çevirsə, şübhəsiz Qiyamət günü o, bir günah yükü daşıyacaq. “Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Bu qiyamət günü onların daşıyacağı yük nə pis bir yükdür.” Qurana əməl etməmənin hökmünü Allah açıqlayır. “ondan üz döndərənlər “ baxın, istisnasız hər kəs üçün keçərlidir. “O yükün altında əbədi olaraq qalıcıdırlar.” “Qiyamətdə əbədi olaraq cəhənnəm qarşılığı olar” deyir. “Bu Qiyamət günü onlar üçün nə pis bir yükdür” deyir cənab Allah. Qurana uyğun gəlmənin fərzi, yəni, hər kəs üçün o şəkildədir. “ O gün sur üfürüləcək və o gün günahkarları gözləri gömgöy göyərmiş halda bir yerə toplayacağıq.” Gömgöy gözləri, yəni, bənövşəyi rəngdə olar gözlərinin içi.
103-cü ayə; ” Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Dünyada cəmi on gün qaldınız!” Öz aralarında nə qədər qaldıqlarına tam qərar verə bilmirlər ayılanda . Biri deyir ki, bir gün qaldıq deyir. Biri bir günün bir vaxtı qədər deyir, bir qismi də “on gün qaldınız deyə pıçıldaşacaqlar” deyir. Komada qaldıqlarını düşünürlər, dərin bir yuxudan, necə ki, insanlar komadan ayılar , “mən neçə gündür ki, komadayam” deyir bilmirlər. Məsələn, bəzən dörd ay komada qalan adama desən “bir həftədir komadasan”, inana bilməz. Onlar da tam başa düşə bilmirlər tam olaraq nə qədər müddət qaldıqlarını. Halbuki, çox uzun müddət qalarlar, amma fərqində ola bilmirlər. On gün qaldığını düşünər o da.
Şeytandan Allaha sığınıram. “Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı : “Dünyada cəmi bir gün qaldınız!”-deyəcək.” Bax, onlar da qərar verə bilmirlər. Bax, ” onların daha üstün olanları isə daha bərbad mövqedə olanlara “Dünyada cəmi bir gün qaldınız!”– deyərlər. Aralarında bir mübahisə var ,yəni, o yuxudan qalxmanın nə qədər davam etdiyinə dair qərar verə bilmirlər.
“Səndən dağlar haqqında soruşurlar. De : ” Rəbbim onları dağıdıb havaya sovuracaq” qum kimi dağılacaq” deyir Qiyamət vaxtında.” “oranı boş düzəngaha çevirəcəkdir .” Zəlzələnin təsiriylə dağlar çökməyə başlayar, əriyər və getdikcə yayılar ərazidə və yerləri bomboş olar, məsələn Ağrı dağını deyək, olduğu yer düzənlik halına gələr, dümdüz. Oranı boş düzəngaha çevirəcəkdir.
” Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən.” Zəlzələ davamlı davam etdiyi üçün əyriliklər də gedər. Əyridirsə, əyrilik varsa ərazidə, zəlzələnin təsiriylə o da düz hala gələr. Kələ-kötürlük varsa, o da zəlzələnin təsiriylə düzəlməyə başlayar. Bu səbəbdən yer üzündə düzənlik hakimiyyəti olar zəlzələnin təsiriylə, zəlzələnin şiddətiylə.
“O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər .” Bu bir mələkdir Allahu Aləm, onları çağıran bir Mələk “Mərhəmətli olan Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.” Necə ki, Cübbəli deyir ; “Meydan oxuyacağıq istədiyimiz kimi danışarıq” kimi hörmətsizcə danışa biləcəyini düşünür. Meydan oxuyacağıq demir, amma haşa üslubu meydan oxuyan kimi oradakı söhbəti. Allah deyir ki; “ Mərhəmətli olan Allahın qarşısında səslər kəsiləcək.”
“Mən orada da müzakirə edərəm” deyir, belə avam bir üslubla müzakirə edə biləcəyini düşünür. Allah nə deyir? “Mərhəmətli olan Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.” Ərazidə yalnız pıçıltını xatırladan bir səs var bütün dünyada. İnsanların səsi kəsilir. “O gün Mərhəmətli Allahın izn verdiyi və sözündən razı olduğu kimsədən başqasının şəfaəti heç bir fayda verməyəcəkdir.” Allahın icazə verdiyi, sözündən məmnun olduğu, danışmasından razı qaldığı kimsəyə şəfaətdə vardır. “Ya Rəbbi” deyir; “bu insanlar yaxşı insanlardır” deyir. Şəfaətdə var inşaAllah. Amma Allah icazə verir, onsuz da Allahın bildiyi bir şeyi deyir.
” Allah onların gələcəyini də , keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz .” Biz ətrafımızda nə olub bitdiyini bilmirik. Bir çox varlıq var. Cinlər olur, mələklər olur, bir çox şeyi görə bilmirik. Və yaxud kiçik şeyləri olar görə bilmirik. Cənabı Allah deyir ki; “ Allah onların gələcəyini də , keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz.” Məlumat baxımından da əhatə edə bilmirlər. Yəni, necə bir şeydir, nə xüsusiyyəti vardır təfərrüatlarını da bilmir insanlar.
“Həm qavraya bilməzlər, həm də əhatə edə bilməzlər” deyir, hər istiqamətdən. Çünki sağından, solundan, qarşısından, arxasından hər yerindən Allah görür. İnsan tək cəbhədən görə bilir və müəyyən bir istiqaməti görə bilir. Məsələn, kiçik olan şeyləri görə bilmir və görünməz olan şeyləri də görə bilmir, məsələn, görünməz varlıqları görə bilmir. Cin, mələklər, işıqlar, dalğalar bir çox şeyi görə bilmir. “Onlar isə məlumat baxımından Onu qavrayıb əhatə edə bilməzlər.” Əhatə etmə gücü də yoxdur insanın. Tək cəbhəli görə bilir.
“O gün üzlər əbədi Yaşayan”, bax diri insanlar ölür, amma Allah həmişə diridir. “Yaradılanların Qəyyumu olan Allah qarşısında zəlil bir görkəm alacaq” başları aşağıdır, çox hörmətlidirlər Allaha qarşı. Elə meydan oxuyan kimi, haşa, həyasız bir üslub, haşa ,təxəyyül belə edilə bilməz. Bax; ” O gün üzlər əbədi Yaşayan , yaradılanların Qəyyumu olan Allah qarşısında zəlil bir görkəm alacaq . Günaha batanlar isə ziyana uğrayacaqlar.” Zülm daşıyanlar cəhənnəmə gedirlər.
“Mömin olub yaxşı işlər görən şəxslər isə” səmimi bir əməl etmiş olarsa , “nə haqsızlıqdan , nə də naqislikdən qorxmazlar.” “Zülm də haqqın əksik tutulması da mümkün deyil” deyir Cənab Allah. “Ola biləcək ən yaxşı şəkildə qarşılanacaqdır o” deyir inşaAllah.
“Beləliklə, Biz onu ərəbcə bir Quran olaraq endirdik və onda təhdidləri dönə-dönə açıqladıq;” yəni, “çəkinilməsi lazım olan qorxulacaq şeyləri hər cür şəkildə açıqladım” deyir Allah, yəni, “gizli saxlamadım” deyir. “Ki ,bəlkə onlar pis əməllərdən çəkinsinlər və ya ibrət alsınlar.” Düşünmənin əhəmiyyətinə Allah diqqət çəkir. Cübbəli nə deyir? “Elə çox düşünməyə ehtiyac yoxdur” deyir ,”boş verərsən” deyir. Allah nə deyir; “onlar üçün düşünmə (qabiliyyətini) meydana gətirər.” Dərin düşünməyə Allah diqqət çəkir.