Ənfal surəsi, 71-ci ayənin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.
“Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah möminlərə onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah Biləndir, Müdrikdir.“ Bax,” Əgər əsirlər sənə xəyanət etmək istəsələr, ” , Axır zamanda münafiqlər, Mehdi (ə.s)-a xəyanət edəcəklər. Ona da işarə var. “ onlar bundan əvvəl Allaha xəyanət etmişdilər.” Nə etmişdilər? Dini dəyişdirmişdilər, əlavələr etmişdilər, xurafatçılığı inkişaf etdirdilər, atalarının dininə tabe oldular. Qurana uymadılar, sünnəyə, səhabə əxlaqına uymadılar. “Allaha xəyanət etmişdilər” nədir? İttihadi İslamı istəmədilər, Mehdi (ə.s)-ın gəlişini istəmədilər, İsa Məsihin enişini istəmədilər. “ Allah möminlərə onların öhdəsindən gəlməyə imkan vermişdi.“
Allah Mehdi (ə.s)- a, onları təxribata uğradacaq imkan verəcək. Hədislərdə bu açıqca keçir onsuz da. “ Allah Biləndir, Müdrikdir.“ Biz də hz. Mehdi (ə.s) qabaqcıllarıyıq. Təbii ki, onun bizdə də təcəlliləri olar. Yəni günəşdən bir işıq gəldiyində bir insana, işıq əks olur insanda. Təbii ki, bizdə də Mehdi (ə.s) oxşarlıqları olacaq. Mehdiyyətin əksi olacaq. Çünki Mehdiyyətin kölgəsi altındayıq inşaAllah. İslam əxlaqı hakim olduğunda, baxın açıqca deyim. Başı açıq xanımlar da olacaq, başı bağlı, çarşablı xanımlar da olacaq. Yəhudilər də, Musəvilər də rahat yaşayacaq. Hər kəs rahat yaşayacaq. Elə təzyiq, çaqqallıq, asmaq, kəsmək, döymək, söymək yox. Bundan sonra elə alçaqlığa, Cənabı Allah icazə etməyəcək, bunu görəcəklər inşaAllah. Hər kəsə hörmət ediləcək. Başı açığa da hörmət ediləcək, başı qapalıya, bağlıya da. Çarşablıya da hörmət ediləcək, saqqallıya da. Saqqalsıza da, cübbəlisinə də, cübbəsizinə də hörmət ediləcək. İttihadi İslam bu şəkildə olacaq inşaAllah. Tam bir demokratiya, tam bir azadlıq, tam bir sevgi, tam bir coşğu, tam bir bayram havası olacaq inşaAllah.