Header

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (24 sentyabr 2016-cı il; 17:00)

Aa4a

İNSAN AĞLI 100 MÖCÜZƏNİ EYNİ ANDA DÜŞÜNƏ BİLSƏ MƏNƏVİ CƏHƏTDƏN SANKİ SƏRXOŞ OLAR. ALLAHIN SƏNƏTİ ÇOX SARSIDICI VƏ ÇOX SEVİNDİRİCİDİR

Əlbəttə insanın beyni Allah tərəfindən müəyyən bir tutuma görə yaradılmışdır. Əgər beynimiz, bütün möcüzələr olmasa da, fərz edək yüz möcüzəni eyni vaxtda düşünə bilsə, mənəvi cəhətdən sanki sərxoş olarıq. Amma insanın ən zəif yeri unutqalıqdır deyilir. Allahın bizə verdiyi bir xüsusiyyət də, insanın çox tez unutmağıdır, yəni insanın unutqan olmasıdır. Unutmasaq, Allahın sənətləri çox sarsıdıcı və çox sevindiricidir. Məsələn, yolda gəlirəm, yol boyunca pişiklər olur, həmişə belə isti asfalta uzanıb yatırlar, çox rahatdırlar. O seçdikləri yerlər əslində ən məqsədəuyğun yeyərlərdir. Yəni günəşin ən yaxşı düşdüyü sahə, ən quru, onları narahat etməyən yerlərdir. “Orada yaşıllıqlar var, otların içinə yatsa idi, görəsən niyə yatmırlar?”-dedim. Həqiqətən otun içində yatmırlar, orada nəmlik olur, böcək filan olur, yəni quru yerləri daha çox seçirlər, çox ağıllıdırlar. Onların seçdikləri yerlər insan üçün də, əslində ən yaxşı yerlər olar. İnsanların yaşamağı üçün də, ən yaxşı yerlərdir. Onlar riskli yerləri dərhal təsbit edərlər. Məsələn, riskli bir yeməyi yeməzlər, pis bir yemək olanda yemirlər. İsti olanda da heç vaxt yaxınlaşmırlar, soyuq olanda da yaxınlaşmırlar, zəhərlidirsə dərhal hiss edər, ona da yaxın gəlməz. Əgər toksik və yaxud xarab bir yeməkdirsə yaxın durmaz. Halbuki, şüuru bağlı heyvandır.

HÜCEYRƏDƏ MÖHTƏŞƏM XÜSUSİYYƏTLƏR VAR, AMMA İNSANLARIN ÇOXU ÇOX AZ DÜŞÜNƏ BİLİR. İNSAN ƏN ÇOX BİR VƏ YA İKİ MÖVZUNU AĞILINDA SAXLAYA BİLƏR

Hüceyrədə çox möhtəşəm xüsusiyyətlər var. Amma insan hüceyrə haqqında nə qədər düşünə bilər? Yalnız bir, iki və yaxud üç mövzunu başa düşər, eyni vaxtda yaddaşında saxlaya bilər, yəni çox çətindir. Hüceyrənin bu qədər möcüzəvi olması dinsizliyə çox böyük zərbə oldu. Darvinistləri xeyli əziyyətə saldı. Hüceyrənin içi sanki ucsuz-bucaqsız bir kainatdır. Hüceyrəni su dolu bir kisə zənn edirdilər, sadə bir şey zənn edirdilər. Buna görə canlıların quruluşunu da çox sadə hesab edirdilər. Əslində, darvinizm çox sadə düşünməyə əsaslanan bir sistemdir, yəni darvinizmdə dərin düşünmək yoxdur. Amma əlbəttə adamlar darvinist olduqları üçün onlara həmişə başqoşmaq, onlardan təsirlənmək müsəlmana yaraşmaz. Çünki Allah, onu xüsusi yaradır. Bu, taleni bilməmək mənasını verir. Lakin əlbəttə Allahdan, sənətini daha çox bilməyi istəyərik. Yaddaşımızda daha çox saxlamaq istəyərik. Bir də, Allahdan heyrətlənmək istəyərik. Heyrətlənmək hissi qapalıdırsa bu çox təhlükəlidir, yəni təəcüblənmək və heyrətlənmək. Çünki bir insan, normal görürsə bunda demək ki, bir qəribəlik var.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313