İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (27 sentyabr 2016-cı il, 17:00)

BƏZİ İNSANLARDA DƏRİN İMAN OLMAZ. ANCAQ QƏTİ İMAN İLƏ O ADAM STABİL HALA GƏLƏR VƏ ANCAQ O ZAMAN ALLAH QORXUSUNA SAHİB OLAR, TƏVƏKKÜLLÜ OLAR

İnsan Allaha düşünmə qabiliyyətini artırması üçün dua etməlidir. Allahın dəlillərini görmə gücünü artırmaq və layiqincə təqdir etmək lazımdır. Dünyada ən böyük nemət güclü imandır. Səmimi, aydın iman. Aydın, kəskin. Tam olmayan iman dünyada həmişə köhnə ənənə kimi yaşanmışdır. Natamam imanın olmasının mənşəyi çox qədimdir, ta hz. Adəm (ə.s) dövründən başlayır. Yəni, insanların beynində çox vaxt qəti qərar olmur. O qəti imanı Allahdan istəmək lazımdır, dəqiq, kəskin imanı. Onda, şəxs tam normal, stabil, tutarlı olar. Çox sağlam olar. Təvəkkülü tam olar, güclü Allah qorxusuna sahib olar.

Uşaqlıqdan etibarən insanları Allahdan uzaqlaşdırırlar. Ailələrdə ancaq “Pomidor aldınmı, bibər gəldimi, atanız saat neçədə gələcək?” kimi sözlər danışılır. Allahdan heç bir kəlimə də bəhs olunmur. “Uşaq məktəbdən qayıtdımı? Oğlum, dərslərini yerinə yetirdinmi?” kimi söhbətlər edilir. Halbuki bütün sistem Allaha əsasən qurulmalıdır. Bütün diqqət Allaha yönəldilməlidir. Allahdan başqa hər şeyə diqqət verilir. Çox qədim tarixlərdən bəri belədir. İnsanların şüur altı bu cür doldurulub, yəni bu cür məlumatlar təhkim edilib. Buna qarşı müqavimət göstərmək lazımdır. Səmimi möminlər bu, şüuraltına yeridilən düşüncəyə qarşı müqavimət göstərməlidirlər, bunu qəbul etməməlidirlər. Heç normal görməsinlər. Allahdan başqa heç bir şeydən bəhs edilməməlidir. Allahla sıx əlaqədə olmalıdırlar.

 

ÜÇ YÜZLƏR KOMİTƏSİ HAQQINDA

Üç Yüzlər Komitəsi dəccaliyyətin meydana gəldiyi Üç Yüzlər Komitəsidir. Mehdiyyətdə də üç yüz adamdır. Dəccalın qrupu da üç yüz adamdır, çox maraqlıdır. Bu Üç Yüzlər Məclisi 1727-ci ildə İngilis dərin dövləti tərəfindən qurulur. Diqqət edin 1727=1-7-2-7. Bu gün, “Chatham House” kimi təşkilatlara istiqamət verən əsl təşkilat budur. Yəni “Chatham House” bunlara tabedir. İngilis bir hasidik (ortodoks) musəvi olan jurnalist Yakop Dohas dünyanı üç yüz insanın idarə etdiyini, hətta bunların Vilson kimi Amerikan başçılarını da seçdiklərini ifadə edir. Əlbəttə, yəni hər yerdə başçıları onlar seçirlər. Alman dövlət adamı Volter Ratenau belə deyir: “Bir-birini tanıyan yalnız üç yüz adam, Avropanı idarə edir. Bu adamlar, xələflərini öz ətraflarından seçirlər”. Yəni özündən sonra kim gələcəksə onu özü seçir, “üç yüz”-lərdən birini. “Mənim yerimə bu olsun” -deyir. “Bu adamların təsdiq etmədikləri hər dövləti məhv etmək üçün vasitələri var” -deyir. Məsələn, Türkiyəni gözü tutdusa rahatlıqla əzəcək gücə sahibdir. Bu açıqlamaları səbəbi ilə Yakop Duhas və Volter Ratenau müəmmalı sui-qəsdlərlə öldürüldülər. “Üç Yüzlər Məclisi” haqqında məlumat verdikləri üçün ikisini də, öldürmüşlər. Bu da İngilis dərin dövlətinin özünü nümayiş etdirməsidir. Çünki bu açıqlamanı mətbuatda dərc etmişlər, bu açıqlamadan dərhal sonra bunların hər ikisini də, öldürmüşlər.

BƏDİÜZZAMAN İNGİLİS DƏRİN DÖVLƏTİNİ ÇOX YAXŞI TANIMIŞ VƏ NƏ QƏDƏR TƏXRİBATÇI BİR QURULUŞ OLDUĞUNU ƏTRAFLI İZAH ETMİŞDİR

İngilislər İstanbulu işğal etdikdə Bədiüzzaman çox hirslənir. O, şəxsən İstanbula gəlib xalqı İngilis dövlətinə qarşı xəbərdar etmək üçün “Hutuvatı Sitte” adlı əsərini hazırlayır. Ərəb və Türkcə çox sayda çap etdirir. Görürsüzmü səyini, səmimiyyətini. Bədiüzzaman bütün İstanbula paylayır. Başında sarıq üstündə əmmaməyə baxın, şövqə baxın, şirinliyə baxın. Deccaliyətə qarşı mübarizə aparır. Bu əsərdən sonra İngilislərə qarşı Kuva-yi Milliye (Milli güc) şüuru ilk dəfə inkişaf etməyə başlayır. Yəni Kuva-yi Milliye hərəkatı başlayır. İngilis Baş komandanı Bədiüzzamanı öldürtdürmək üçün əmr verir. Səid Nursinin şəkli verilir, adı verilir. Hər yerə paylanılır, İngilis əsgərlərinə. “Gördüyünüz yerdə vur” əmri çıxır. İngilis əsgərləri bütün İstanbulda Bədiüzzamanı axtarırlar, hər yerdə Qalata da, başqa yerlərdə də, küçəbəküçə axtarırlar. Amma Allahın rəhməti ilə himayəsi ilə, qoruduğu üçün tapa bilmirlər. Halbuki tanınan bir insan idi. Sarığı, cübbəsi də var idi. Çox yaxşı gizlənir, gecələr çıxırdı, tapa bilmirdilər və “Hutuvat-ı Sitte”-ni paylatdırır. Görürsünüz yaşlı halı ilə, kasıb vəziyyətdə bunu edir. Həm Ərəbcə həm Türkcə şəxsən özü hazırlayır. İngilis dərin dövlətinə qarşı xalqı xəbərdar edir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz