ƏLİ: “TÜRK COŞANDA MEHDİ (ə.s)-ın ZÜHURUNU GÖZLƏ”.
Hz. Əli (r.ə) bir şeirində belə deyir: “Türk coşanda Mehdi (ə.s)-ın zühurunu gözlə”. Niyə bunu deyir? Türkiyədən çıxacağı üçün deyir. Yoxsa niyə “Türk” desin? Əfqan var, Ərəb var, Çərkəz var, Fars var. Hər kəs var. Amma baxın “Türk coşanda Mehdi (ə.s)-ın zühurunu gözlə” -deyir. Deməli, Türkiyədə bir coşma hadisəsi olacaq. Bir canlanma olacaq.
RUH BEYİNƏ GƏLƏN ELEKTRİK AXINI İLƏ ƏLAQƏDƏ OLMAZ. BİRBAŞA ALLAH QATINDAN GƏLƏN GÖRÜNTÜ İLƏ ƏLAQƏDƏ OLAR
Sazları Allah bir nemət olaraq yaratmışdır. Sazdan çıxan səs Allahın yaratdığı səsdir. Əslində sazdan səs çıxmaz. Sazdan titrəyiş çıxar. Qulağa gələr, kar olan qulağa, o da həmin titrəyişi qəbul edər. Ruh qarşısına keçər, onu gözəl bir musiqi olaraq dinləyər. Musiqi tamamilə müstəqil yaradılır, titrəyişdən musiqi çıxmaz. Titrəyiş heç bir şey əmələ gətirməz və ruh da titrəyişdən heç təsirlənməz. Ruh musiqini birbaşa Allahdan eşidər. Allahın yaratdığı musiqini eşidər. Yəni titrəyiş ruhun əlaqədə olacağı bir şey deyil, ruhun buna heç ehtiyacı da yoxdur. Ruhun xüsusiyyəti baxımından titrəyiş onu maraqlandıran bir şey deyil. Beynə gələn görüntü ilə əlaqədar elektrik axını da ruhu maraqlandırmaz. O, elektrik axını ilə heç əlaqədə olmaz. Ruh birbaşa Allah Qatından gələn görüntü ilə əlaqədə olar. Oradakı elektrik axınını nə edəcək ki? Çox zəifdir. Çox pis bir görütü meydana gələr. Yəni beyindən, gözlərdən gələn axından bir görüntü meydana gətirsən televiziyaya əks etdirsən, yəni sözün tam mənası ilə, pis bir görüntü çıxar. Çox bulanıq, yəni obyektləri də anlaya bilməzsən. Çox bulanıq, qarışıq, dağınıq çıxar. Ruh onunla maraqlanmaz. Ruh Allah Qatından gələn dəqiq görüntüyə baxar. Elə uydurma bir görüntüyə heç ehtiyacı yoxdur.
ALLAH SEVƏNLƏRİ İLƏDİR. ALLAH ONU SEVƏNLƏRİ SEVƏR, ALLAH SEVƏNLƏRİNƏ BƏRƏKƏT VERƏR. ALLAHI SEVƏNLƏR ONU HEÇ BURAXMAMALIDIRLAR. HƏMİŞƏ ALLAHA HÜSNÜ ZƏNN ETMƏLİDİRLƏR
Dua etməyəndə Allahın acığı tutar. Onu unudanda hiddətlənər. Bir işi özümüzün görəcəyinə inansaq acığı tutar. Çünki O edir. Məsələn, fərz edək, bir mövzu var, “Buna niyə belə cavab verə bilmədim” -deyir. Qardaşım, o cavabı Allah verdirir sənə. Və yaxud dizi ağrıyar, “görəsən nə edim?” -deyir. “Çox pis vəziyyətdədir” -deyir. Dizi kim ağrıdır? Dizin ağrımağı möcüzədir, xüsusi duyğudur. Kim ağrını keçirər? Allah keçirər. Bunları heç unutmamaq lazımdır. Şirk Allahın heç bəyənmədiyi bir mövzudur. Allahın ən bəyənmədiyi şey şirkdir. Allahın acığına gələr. Allahla əlaqəni heç kəsməmək lazımdır. Şirkə düşəndə dərhal Allaha sığınıb, tövbə etmək lazımdır. Yorğunam, yuxusuzam deyib Allah buraxılmaz. Öləcəyini bilsən Allahı buraxa bilməzsən. Var gücünlə Allahı xatırlayarsan. “Yox yorğunam namaza qalxa bilmirəm” -etmək olmaz, qalxmalısan. Necə qalxa bilmirsən? Mənfəətinlə bağlı bir şey olanda havalarda uçursan. “Yorğunam, dua etməyim” -demək olmaz. Dua etməlisən, qısa da olsa, dua etməlisən. “Yorğunam, Allahı zikr etməyim” -demək olmaz. Yorğun olsan da, qısa da olsa Allahı zikr etməlisən. Səni həyatda saxlayan Allahdır. Qısa müddət belə sevginin kəsilməsi Allahın acığına gələr. Allaha olan sevgi dua ilədir, zikrlədir, ibadətlədir və şifahi sözlədir. Çünki Allah bizi sevir, biz də Allahı sevməliyik.
DİNCLİK YEMƏKDƏN VƏ YUXUDAN GƏLMƏZ. İNSAN ALLAHDAN YANA OLSA, ALLAH İSTƏSƏ ONA SƏBƏBSİZ RAHATLIQ VERƏR
Baxın, maşaAllah qardaşlarımız, “enerjinizə təəcüblənirik” -deyirlər. “Neçə saatdır canlı yayım edirsən” -deyir. MaşaAllah çox gümrahıq. Əgər özünə təlqin etsən ki, yuxum var, acam, susuzam və s. Yuxusuzsansa Allah səni iki saniyə yatırdar xəbərin belə olmaz, bununla yuxu ehtiyacın gedər. Allahdan yana olsan, səni bir saniyə yatırdar xəbərin olmaz, gözün açıqkən yatırdar, çox gümrah olarsan. Ac olarsan səni Allah bir saniyədə doyurar gizlicə. Çox rahatlayarsan xəbərin belə olmaz. Mütləq yemək ağızla yeyilməz. Allah sənin ruhuna, bədəninə o enerjini birdən yükləyər, yemək yeyəndən də çox gümrah olarsan. Hz. Əli (r.ə) Heybər Qalasının qapısını sökərkən yediyi yeməkdən güc almamışdı, Allah verdi ona o qüc-qüvvəti. O güc ani gəldi. Ani də gedər, məsələn sonra getdi. Dedilər ki, qala qapısını yenə də qaldır baxaq, yerindən belə tərpədə bilmədi. Yerə qoymuşdu, geri qayıtdı. Səhabələr: “Heyran olduq qala qapısını qaldırmağına bir daha qaldır” –dedilər. Hz. Əli (r.ə) qapını yerindən tərpədə bilmədi. Amma o an quş kimi uçurdurdu qala qapısını. Allah o anda güc vermişdi.