MÜNAFİQ İMANSIZDIR. İMANSIZ OLDUĞU HALDA İSLAMA XİDMƏT ETMƏSİ ONA ÇOX BÖYÜK ƏZAB VERƏR

Münafiq imansız olar, lakin o imansızlığını gizləyər. Əlbəttə imansız olduğuna halda müsəlmanlığa xidmət etmək də onu çox hirsləndirər. Münafiq həmişə çıxış yolu axtarar, yəni həm müsəlmanların imkanlarından istifadə etmək istəyər, həm onlara zərər vermək istəyər, həm də bu dinsizliyi ilə necə həyat yaşaya biləcəyinin yolunu axtarar. Ona görə, bu çırpınışlar, etdiyi əxlaqsızlıqlar, pisliklər həmişə bundan qaynaqlanar. Lakin münafiq olmazsa cihad olmaz, mübarizə olmaz. Məsələn, İngilis dərin dövləti olmazsa, mehdiyyət olmaz. Həyat yeknəsəq olar. Mütləq Allah onları belə yaradır, fitnə qaynağı olaraq yaradır. Müsəlmanın cənnətdəki mövqeyi onlarla yüksəlir. Yoxsa yeknəsəq quruluş olar. İnkişaf etmək üçün buna ehtiyac var. Şeytana, nəfsə, münafiqə ehtiyac vardır. Allah ayədə: “Münafiq görünüşcə görkəmli olarlar (Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir-Munafiqun surəsi,4)”-deyir. Münafiq küfrün çox etibar etdiyi bir məxluqdur. Çünki həm müsəlman görünüşlüdür, həm də müsəlmana düşməndir. Onlar üçün çox axtarılan bir şeydir. Çünki bir insanın birbaşa kafir kimi müsəlmanların içərisində zərərli fəaliyyət göstərməyi çox çətindir. Amma münafiq kimi həm müsəlmanların içinə girir, həm orada kəşfiyyat apara bilir, həm də müsəlmanlardan ayrıldıqdan sonra müsəlmanları yaxşı tanıdığı üçün onlara hücum edərkən o təcrübəsindən istifadə edir. Əlbəttə çox qolu-qanadı qırılmış olar. Allah, münafiqi sanki aslanın əlinə düşmüş kiçik donuz kimi yaradar. Münafiqin xüsusiyyəti budur. Çarəsiz qaldığına görə də, münafiqin bütün həyatı cəhənnəm kimidir. Çox gərgindir. Heç cür iman hüzuru yaranmaz. Məsələn, dərin dövlətlərdə də heç hüzur yoxdur. Adam öldürərlər. Sui-qəsd hazırlayarlar. Məsələn, çevriliş hazırlayarlar. Çox gərilər. Məsələn, yemək yeməyə gələr birdən xəbər gələr. Deyərlər “çevriliş tezləşdirildi, dərhal qalxaq”, filan. Bu, münafiq üçün çox çətin bir həyatdır. Bir tərəfdən həbs edilər, digər tərəfdən də döyülər-söyülər. Sonunda ya intihar edərlər, ya da kimsə öldürər. Bütün həyatı rüsvaçılıqdır. Axirətdə də, sonsuz cəhənnəmdir. Həmişə əzab çəkər.

 

“MÜNAFİQ MÜSƏLMANLARIN YANINA İLK DƏFƏ GƏLƏNDƏ ÖZÜNÜN MÜNAFİQ OLDUĞUNU BİLƏRMİ? YOXSA SONRADAN BİLƏR?”

İlk dəfə gələndə onsuz da, faydalanmaq üçün gələr. Amma sonra münafiqliyi şiddətlənər. İlk dəfə gələndə birbaşa mənfəət əldə etmək üçün gələr. Necə ki, bir it yem tapdığı yerə gələr, bunlar da it kimi, bir heyvan kimi gələrlər. Yemək yemək, əylənmək, bir imkan tapa bilmək, mənfəət əldə edə bilmək üçün gəlir. Amma sonradan imanı gördükcə möminlərə qarşı kini artar. Quran oxunduqca kini artar. Allahın ayədə dediyi kimi: “Lakin (bu) onların yalnız nifrətini artırır”. (İsra surəsi, 41) Yeni bir ayənin gəlməyi onların nifrətini daha da artırdığını deyir Allah. Nəsihətlər münafiqi daha da azğınlaşdırar. Amma bir yetişmə dövrü var. Vərəm xəstəliyi kimidir. Əvvəl yavaş-yavaş inkişaf edər. Ən sonda ayrılma ilə nəticələnər. Yəni, müsəlman cəmiyyətindən ayrılar. Ardından o dövrdən sonra yenə onun ikinci dövrü olar. Heyvanların dövrü olduğu kimi, bunun da, yeni bir dövrü olar. Ondan sonra müsəlmanlara hücum etmə dövrü olar. Sonra bezginlik və bezginlikdən özünə qapanıb, öz münafiqləri ilə birlikdə sakit həyat dövrü başlayar. Amma həmişə müsəlmanlar haqqında da məlumat əldə edə bilmək üçün gözləyər. Ayədə deyildiyi kimi, müsəlmanlardan ayrılar, uzaqlarda bədəvi ərəblərin içərisində “barənizdəki xəbərləri soruşub öyrənmək istəyərlər”. (Əhzab surəsi, 20) -deyir, gözləyərlər. Yəni, müsəlmanlar əleyhində nə edə bilər? Məsələn kiçik-kiçik, öz ağlına görə hücumlar etmək istəyər. Amma münafiq ümumiyyətlə gücsüz yaradılar. Lakin dərin dövlət dəstəklədiyi münafiqlər, daha şanslı olarlar. Lakin, əlbəttə onların çökməsi daha güclü olar. Çünki dərin dövlət də, sanki onların qanını sorar. Hərtərəfli istifadə etmək istəyər. Məsələn, cinsi, əmək, güc cəhətdən istifadə edər. Hərtərəfli istifadə etmək istəyər. İstifadə etdikdən sonra, əldən düşdükdən sonra da atar. Çünki dərin dövlətdə mərhəmət olmaz. Gücə tapınar dərin dövlətlər. Məsələn, İngilis dərin dövləti güc kimdədirsə onun tərəfində olar. Məsələn adamın bir siyasi vəzifəsi olsa, onunla birlikdə olar. Amma vəzifədən atıldıqdan sonra, onu vecinə də almaz. Adam yerinə də qoymaz. O, onun üçün artıq bitmişdir. Bir daha axtarıb soruşmaz, maraqlanmaz. Yavaş-yavaş əlaqəsini kəsər. Amma əhəmiyyətli bir vəzifədədirsə təkidlə bir əlaqə qurar, əlaqədə qalar.