ALLAH QURANDA MÜSƏLMANLARIN ÇƏTİN VAXTLARINDA DUA EDƏRƏK VƏLİ İSTƏDİKLƏRİNİ BİLDİRMİŞDİR. MƏNƏVİ LİDER İSTƏMƏK QURANIN ƏMRİDİR

Nisa surəsi 75-ci ayə, şeytandan Allaha sığınaram: “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart,” -Xalq zalımdır. Məsələn Suriya kimi qan tökürlər. “Bu ölkədən çıxart”deyir. Müsəlman xilas olmaq istəyir, hicrət etmək istəyir. “Bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı (qurtarıcı) göndər!” Sən nə deyirsən? “Belə birinə ehtiyac yoxdur” -deyirsən. Allah da: “gərək var” -deyir. Bax nə deyir? “Bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı (qurtarıcı) göndər!” “Sahibi zaman, bir insan göndər, qabaqcıl bir insan” -deyir. “… bizə Öz tərəfindən bir yardımçı (qurtarıcı) göndər!” -bir insan istəyirlər, qabaqcıl lider istəyirlər. “… -deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75) Yəni “niyə səy göstərmirsiniz, cəhd göstərmirsiniz” deyir.

Məsələn, Zülqərneyn peyğəmbər deyil. Allah Kəhf surəsi 83-cü ayədə, belə buyurur, şeytandan Allaha sığınıram: “Həqiqətən, Biz ona (Zülqərneynə) yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. (Kəhf surəsi, 84)” -yəni başçı, lider. Bəs lazım deyildi? Deməli lazımdır.

Məsələn, Bəqərə surəsi, 246-cı ayədə belə deyilir: “Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: …” Peyğəmbərə deyir bunu. “Bizə bir hökmdar (məlik) göndər ki, Allah yolunda vuruşaq!” Məlik. Deməli, müsəlmanlar, məlik istəyirlər, diqqət edin, Peyğəmbər olmağına baxmayaraq bir məlik, öndər (başçı) istəyirlər. Çünki Peyğəmbər dini təbliğ edir, amma komandan ayrıdır, elə deyil? Peyğəmbər peyğəmbərliyi izah edir, amma komandan vəzifəsi verirsə bu ayrıdır. Məsələn, Xalid ibn Vəlid, hz. Ömər (r.ə), Peyğəmbərimiz (s.ə.v)-in həmişə komandanları olublar. Yəni öndər. Sən deyirsən ki, “öndər olmaz”. 12 İmam öndər idi, yəni necə imam olmur? Məsələn, Talut, Quranda peyğəmbər deyil, amma öndər, komandandır, onun vəsiləsiylə möminlər zəfər çalır.

 

“İNSAN SEVDİYİ İLƏ NECƏ YAXINLAŞAR? EHTİRAS ÜÇÜN FİZİKİ YAXINLIQ LAZIMLIDIR?”

İlk növbədə ehtiras üçün qarşındakı şəxs Allahın varlığında əriməlidir, Allahı özü də daxil olmaqla hər şeydən çox sevməlidir. Həmişə Allahdan yana olmalıdır. Hər an Allahı düşünməli, Allahdan qorxmalı, Allahı ən yüksək sevgi ilə sevməlidir və Allahın hər dediyinə ciddi yanaşmalıdır. Hər əmrini yerinə yetirməlidir. Eqoist olmamalıdır, yalnız özünü düşünməməlidir. Quranın hökmlərinə ciddi yanaşmalıdır. Özündən keçməlidir (fədakar olmalıdır). Özü üçün deyil, sevdikləri üçün yaşamalıdır. Mərd olmalıdır. Dərin düşünən insan olmalıdır. Təmiz, tahir, dürüst, vicdanlı, mərhəmətli olmalıdır. Qoruyucu ruha sahib olmalıdır. Allah elə insanlara, möcüzə olaraq dərin eşq ruhu verər. O heç kimin bilmədiyi, insanın qəlbinə verilən bir duyğudur. Baxın, açıq-aşkar möcüzədir. Yalnız bu insanlara məxsus olmaqla böyük bir güc, ehtiras gücü Allah tərəfindən onun qəlbinə verilər. Qarşıdakı insan bunu başa düşə bilməz, yəni oradakı ehtirası başa düşə bilməz. Ehtirası bilən agah olar. Yəni avam, adi bir insan, bu xüsusiyyətləri olmayan bir insan, bunu başa düşə bilməz. O normal, adi insan, onunla danışar. Bir qəribəlik olduğunu anlayar, bir qeyri-adilik olduğunu başa düşər amma o dərinliyi hiss etməz. Xoşuna gələr, bəyənər, təsvir edə bilməyəcəyi bir şey olduğunu anlayar. Amma onunla ünsiyyətə keçməyi üçün, eyni xüsusiyyətlərə malik olmalıdır.

Qismən də olsa bu xüsusiyyətlər olmalıdır. Yoxsa agah ola bilməz. Əks halda, adi, sevginin təqlidi olan sevgi anlayışı ortaya çıxar. Məhz adamın puluna, evinə fikir verər, əli-ayağı düzgündürmü, onu xəstəxanaya apara biləcək vəziyyətdədirmi, iflic olsa ona baxa bilərmi, yemək pulunu gətirəcək vəziyyətdədirmi, evin kirayəsini ödəyə biləcək vəziyyətdədirmi ya yox, onun istəklərni təmin edən şeylər bunlardır. O insan üçün ehtiras və sevginin mənşəyi bunlardır. Onun yalnız özünün mülkünə çevrilməsini istəyər, öz malı olmasını istəyər. O da, qadını alanda, ancaq yemək bişirə bilərmi, paltar yuya bilərmi, ütü ütüləyə bilərmi, onu nə qədər razı edə bilər, onu əyləndirə bilərmi, qıcıqlandıran rəftarlarına qarşı səbirli ola bilərmi və s. məhz əlinin altında ola bilən bir varlıq ola biləcəyini əsas götürər. Amma atası filan zəngindirsə lap əla. Avtomobili varsa o qızın daha da faydalı olduğunu, hələ evi varsa daha yaxşı olacağını düşünər. Ona görə, ailələr qızlarına ümumiyyətlə ev və ya avtomobil alarlar çünki ki, ev və avtomobil, əlavə ev və avtomobili gətirər. Evi, avtomobili olan bir qız, evi avtomobili olmayan bir adamla evlənməyəcəyinə görə. Məsələn, necə qumarda adam malını, o da ona qarşılıq malını qoyur, sonra zər atırlar, orada da, kimə keçsə məhz o, qazanclı olar. Məsələn qadın malın mülkün onun adına keçməyini istədiyi kimi kişi də malın mülkün öz adına keçməyini istəyər. Onların ehtiras anlayışı budur. Bu bir heyvanda da mövcud olan xüsusiyyətdir. Heyvan da sığınmaq üçün yer axtarar, yem axtarar elə deyilmi? Yəni, onlar da instinkt olaraq edər. Möminin sevgi anlayışı ilə küfrün sevgi anlayışı, yaxud adi insanların sevgi anlayışı eyni olmur. Yəni dünyagörüşləri çox müxtəlif olur. Ona görə, məsələn bir qızla biri qarşılaşanda qız dərhal o, oğlanın nə qədər pulu var, ona sadiq olarmı, ömür boyu ona baxarmı, xəstəxanaya apararmı, anasına, atasına baxarmı, anasına, atasına pul verərmi ya yox, bunlara fikir verər? Oğlan da, mənim paltarımı yuyarmı, atasının filan paltarını yuyarmı, atasını, anasını xəstəxanaya aparıb onlara baxarmı ya yox, yəni belə texniki cəhətləri qiymətləndirirlər. Əlbəttə bu çox əzab verici şeydir. Yəni əslində saf sevgiyə, igidliyə, dürüstlüyə bağlı olmalıdır.