Header

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (8 dekabr 2016; 10:00)

Aa4a

DÜNYAYA BAĞLANMAQ ÜÇÜN HEÇ BİR SƏBƏB YOXDUR. ANCAQ MÜNAFİQLƏR DÜNYAYA DƏLİ KİMİ BAĞLIDIRLAR. MÜNAFİQİN DÜNYAYA BAĞLILIĞI KÜFRDƏN DAHA ÇOXDUR

Allah bizi dünyaya bağlanmayaq deyə mükəmməl bir təhsillə öyrədir. Amma buna baxmayaraq, baxıram, dünyaya ağlasığmaz, dəli kimi bağlanan insanlar var. Dünyaya ən azğın şəkildə bağlı olanlar münafiqlərdir. Münafiqlər dünyaya dərin ehtirasla və mübtəla halında manyak kimi bağlanarlar. Küfr ikinci dərəcədən bağlanır. Üçüncü dərəcə də müsəlmanlarda olur. Ən şiddətli münafiqlərdədir. Onlar həmişə dünyanı idarə edən, dünyanın ən böyüyü, dünyanın ən ağıllısı olmaq istəyirlər. Baxın, özünü yazıq, ağıl xəstəliyi şəklində göstərər. Hər münafiq dünyanı idarə etdiyini hesab edər, diqqət yetirin. Özünü dünyanın ən super beyni hesab edər. Hər münafiqin xüsusiyyəti budur. Quranı rədd edən, on doqquzu rədd edən o münafiq də eyni ağılda idi. Samiri də eyni ağılda idi. Axırzamanın münafiqləri də eyni ağıldadırlar. Hər biri inanılmaz ağıllı olduqları qənaətində olarlar. İndi İngilis dərin dövlətinə yaltaqlıq edən bəzi siyasətçilər var. Baxın onlara, hər biri ayrı-ayrı dünyanın guya ən ağıllı adamıdır. İngilis dərin dövlətinə yaltaqlıq edən siyasətçilərə baxın, hər biri tək başına dünyanı idarə edəcək qədər ağıllı olduğuna inanar. Yaxınları da o xüsusiyyətlərini bilərlər.

MÜNAFİQ AĞILSIZCA O QƏDƏR ÖZÜNDƏN ƏMİNDİR Kİ, BÜTÜN ALÇAQLIĞINA, MURDARLIĞINA VƏ AXİRƏTƏ İNANMAMASINA BAXMAYARAQ, CƏNNƏTƏ GEDƏCƏYİNİ İDDİA EDƏR

Münafiqin ağlasığmaz dərəcədə özünə inamı vardır. Bu, çox təəccüblüdür və çox aydın əlamətdir, yəni ağıl xəstəliklərində əlamətlərin olması kimi. Həkim onu görəndə dərhal dəli olduğunu, xəstə olduğunu anlayar. Münafiqin də ən kəskin əlamətlərindən biri özündən şişirdilmiş şəkildə əmin olmasıdır. Çox əmindir. Hər şeyi çox gözəl bildiyinə inanar və dünyanı idarə etdiyini hesab edər. Çox ağıllı olduğu qənaətindədir. Məsələn, şeytandan Allaha sığınıram, Fussilət surəsi, 50-də: “Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır”. “Onsuz da haqqımdır, deyər” -deyir. “… və mən o Saatın gələcəyini güman etmirəm”. Bax, çoxbilmişliyi görürsənmi? “… və mən o Saatın gələcəyini güman etmirəm”. Çünki sonsuza qədər davam edəcəyinə inanar. Münafiqlər Qiyaməti heç istəməzlər. “Rəbbimə qaytarılsam belə,” bax, inanmadığı üçün fərz edək kimi söyləyir. “Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Yəni “mütləq cənnətə gedərəm” -deyər. Özündən çox əmindir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313