MÜNAFİQ ÇOX AXMAQDIR, AMMA ÖZÜNÜ ÇOX AĞILLI ZƏNN EDƏR, ÖZ AXMAQLIĞINI BAŞA DÜŞMƏYƏCƏK DƏRƏCƏDƏ AĞILSIZDIR
Münafiq özünü ayıq zənn edər. Məsələn, bax, bir çox axmaq münafiqlə qarşılaşırıq, görürsünüz, eşidirsiniz, amma münafiq çox ağıllı olduğu qənaətindədir. Normalda bir insan ağılsızlığını anlamalıdır, elə deyilmi? Bütün cəmiyyət anormallığını anlayır, amma münafiq anlaya bilmir, bu möcüzədir, Allahın hikmətidir, məsələn zəka cəhətdən münafiqlər çox iti bir zəkaya malikdirlər, çox danışqan, hazırcavab olarlar, səlis danışarlar, danışmaqda arsız, murdar olduqları üçün öhdəsindən gəlmək olmaz. Hazırcavablıqları, səlis danışıqları şeytanın təlqini ilə olar, ona görə mömin çox ağıllı, diqqətli bir refleksə sahib olmalıdır, çünki münafiqin dərrakəsində onun vəziyyətində, onun ölçüsündə danışıq olmaz. Bəziləri ağılsızlıq edirlər, münafiqlə eyni həyəcanı, eyni üslubu paylaşırlar və onunla eyni tərzdə qarşılıqlı danışıq üslubuna girirlər, o olmaz. O, müsəlmanın edəcəyi bir şey deyil.
Məsələn, sadə bir yemək münafiqin qəbul edəcəyi bir şey deyil, çox diqqət çəkər. Münafiq çox acgözdür, amma onu müxtəlif bəhanələrlə məqbul hala gətirməyə çalışar. Bax, münafiqlər deyirlər: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et”. Bax “O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasını istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” (Bəqərə surəsi, 61) İndi paxla, xiyar, sarımsaq, mərcimək və soğan, Allahın onlara verdiyi bildirçin və manna. Allah “o xeyirlidir” -deyir. Çünki hər yöndən faydalı və təsir edicidir, qüvvət toplamaları üçün o çox yaxşıdır. Amma onların istədiyi paxla, acur, sarımsaq, mərcimək və soğandır, bunun üçün adamlar Misirə geri qayıdırlar. Bax, acgözlüklərini görürsənmi? Acgözün hərəkətlərinə bax, əvvəl narahatçılıq çıxarır, əvvəl acgözlük edir, acgözlüyü üçün müsəlmanlara hz. Musa (ə.s)-ı çətin vəziyyətə salacaq hərəkətlər etdirir. Ta Misirə geri qayıdır, bax, nə üçün, bilirsənmi? Sarımsaq, xiyar, mərcimək və soğan üçün.
Köləliyi də buraxmışkən yenidən qəbul edir, alçaldılmağı qəbul edir, yüzlərlə kilometr yol, oradan geri qayıtmağı qəbul edir, haqq davasını buraxmağı, müsəlmanları buraxmağı, imamını buraxmağı qəbul edir, acgözlüyü üçün, o xırdaçılığı üçün, o axmaq xırdaçılığı üçün də Misirə geri qayıdır. Hz. Musa (ə.s) çətin vəziyyətdə qalır, adamlar axmaqdırlar, dayan desən həmişə “sarımsaq, soğan” deyəcəklər. Ona görə “onda get” -deyir. “Get, orada ye” -deyir. Həll tapa bilmir. Münafiq zəli kimi yapışar.
MÜNAFİQLƏRİN ƏN BÖYÜK ƏXLAQSIZLIQLARINDAN BİRİ DƏ, HAŞA, ALLAHI GÜNAHLANDIRARAQ DANIŞMALARIDIR
Münafiqlər müsəlmanları günahlandırarlar, lakin ən bərbad cəhətlərindən biri və ən yüksək əxlaqsızlıqları Allahı günahlandırmalarıdır. İbrahim surəsi 21-də deyirlər, yəni Allah deyir, onların dediklərini izah edəcəyəm. Şeytandan Allaha sığınıram. “Axirət günü hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər”. İndi bax bir səriştəli münafiq var, bir də səriştəsiz var, bu səriştəsizlər əzilmiş vəziyyətdə olanlardır, bir də səriştəli olanlar var, bunlar isə, təkəbbür göstərənlər, dünyanı idarə etmək iddiasında olanlardır. Dünya lideri olduğunu iddia edərlər, qadın olsun, kişi olsun hər biri özünü Allah kimi görər, bunlar manyakdırlar. Küfrün liderlik mövqeyinə sahib olmağa çalışarlar, onun yerinə keçməyə çalışarlar. Ümumiyyətlə də, bunu evliliklə etməyə çalışarlar, məsələn, Fironun yanına yaxınlaşmağa çalışır, Nəmrudun yanına yaxınlaşmağa çalışır, bəzən də möminin yanına yaxınlaşmağa çalışır, məsələn, qadın hz. Yusif (ə.s)-a yaxınlaşmağa çalışır, əsl məqsədi Yusif (ə.s) vasitəsi ilə dövlətə hakim olmaqdır. Məsələn, qadın Nuh (ə.s)-a yaxınlaşır, qövmün idarəçiliyini ələ keçirmək üçün edir. Lut (ə.s)-a yaxınlaşır, qadın münafiqdir, həm müsəlmanlara hakim olmaq istəyir, həm müsəlmanların başına bəla olmaq istəyir, həm də Lut (ə.s)-ı təsirsiz hala gətirməyə çalışır. Müttəkəbbirlərə deyirlər: “Biz sizə tabe idik”. Münafiq, səriştəli münafiqlər olaraq “sizlərə tabe idik” -deyirlər. “İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi”, bax münafiqin, səriştəli münafiqlərin danışığını görürsənmi? “Əgər Allah bizə doğru yolu göstərsəydi,” Allahın Kitabı enmiş, Peyğəmbəri gəlmiş izah etmişlər bax onu yox hökmündə görür. “Əgər Allah bizə doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbr etsək də bizim üçün eynidir,” bu səfər də zərər çəkmiş üslubundan istifadə edirlər. “Bizim üçün qurtuluş yeri yoxdur” -deyirlər.
İbrahim surəsi, 22 “İş bitdikdə şeytan deyəcək ki: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi”. Bax, deməli münafiq doğrunu bilirmiş, yəni vicdansızlığın, əxlaqsızlığın nə olduğunu bilir və doğru yolu da bilir. “Allah, sizə gerçək vəd vermişdi, mən də sizə vəd vermişdim” -deyir. “Lakin vədimə xilaf çıxdım” -deyir. Münafiqlərin məşhur xüsusiyyətidir, münafiq qudurmuş kimi yalan danışar, dəlidir, ayaqüstü yalan danışar, oturar yalan danışar, mütləq yalan danışar, dəlidir. “Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi,” ümumiyyətlə, münafiqin gücü olmaz. “Yalnız sizi dəvət etdim,” münafiq də elədir, həmişə ortaya fitnə və qarışıqlıq salacaq fikirləri atar. “Siz də dəvətimi qəbul etdiniz,” müsəlman münafiqə razılıq verməməlidir. Münafiqə həmişə qarşı çıxılmalıdır, münafiq qeyri-stabildir. “Buna görə də məni yox, özünüzü qınayın”. Münafiqin özünü müdafiə üsulu vardır, özündə günah görməz insanlarda görər, başqalarında günah görər. “Nə mən sizin köməyinizə çata bilərəm”. Bax, ən son mərhələdə manyaklığını ortaya qoyur. “Nə də siz mənim köməyimə çata bilərsiniz”. Bu dəfə də ağıl verməyə başlayır, sanki müsəlmanlar bilmirmiş kimi və yaxud oradakı insanlar bilmirmiş kimi. “Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Bax, deməli, doğrusunu bilirmiş. Özünü Allah kimi göstərir, amma “aciz olduğumu onsuz da bilirdim” -deyir. “Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır”. Zalım olduğunu da bilir, amma bax, burada diqqət yetirsəniz bir liderlik var, bu dərin dövlət məntiqində bir şeytani lider olur, o onları sürüyür. Məsələn, bax, şeytan da burada lider mövqeyindədir, bu adamları sürüyüb batilə aparmışdır, lakin sonradan da danışaraq vəziyyətini yüngülləşdirməyə çalışır, onu etmədim, bunu etmədim, bu olmadı, o olmadı deyə özünü qurtarmağa çalışır. Orada səriştəli münafiqin xüsusiyyəti lider münafiqlikdir, yəni kütləyə nəzarət edir. Məsələn, İngilis dərin dövləti hazırda lider münafiqliyi, lider şeytanlığı təmsil edir, kütləni bütövlükdə sürüyür.
Məsələn, Samiri də səriştəli münafiqdir, böyük kütləni idarə edir. “Biz müasir insanlarıq, çox ziyalı insanıq, Misir mədəniyyətini bilirik, dünya mədəniyyətini bilirik, fəlsəfəni bilirik, onların dinlərini bilirik, tökmə sənətini bilirik, daş yonma sənətini bilirik, hər şeyi bilirik, simyanın sirlərini bilirik, deməli, mən sizin liderinizəm” -deyir. “Sizi ziyalı və keyfiyyətli hala gətirəcəyəm. Musanın olduğu cəmiyyətdə bircə növ yemək yeyirik, ibadətlər olur, qapalı həyat yaşayırıq” deyir. “Amma mən sizi” “qızıldan bir buzovla mükafatlandıracağam, əvvəlki kimi eynilə Misir küçələrində olduğu kimi yenidən qızıl buzova iman gətirəcəyik, yenidən o əyləncəli günlər geri qayıdacaq” -deyir. “Musa (ə.s) səhv etdi” -deyir. “Öz dinini unutdu” -deyir. “Əslində o da bu dində idi” -deyir. Həqiqətən, hz. Musa (ə.s) uşaqkən o dinin içində, yəni o sistem içində böyüyür. Sonra Allah hidayət verir, məlumatlandırılır, yoxsa uşaqkən bilmir. Fironun sarayında, onsuz da böyüdüyü yer Mason məbədi idi, Mason məbədinin içində böyüyür.
Samirinin xüsusiyyəti müsəlmanları çox yorması və məşğul etməsidir. Məsələn, əvvəlcə bir qismini oğurluğa təşviq edir, bir qisiminə “evinizdəki qızılları götürün” -deyir. Bir qisimi gedib işləyib qızıl alır. Öz münafiqləri ilə bir quldur dəstəsi qurur, orada onsuz qızıl oğurluğu edir, amma orada müsəlmanların öz halal qazandıqları qızılları da, onları da götürün deyir. Adamların halal ehtiyaclarına əhəmiyyət vermir, lakin qızıl götürmələrini istəyir. Halbuki, səhrada qızıl heç bir işlərinə yaramaz, səhrada istifadə edəcəkləri bir şey deyil. O yüklü qızıllarla onları gətirir, onlara ocaq qurdurur, bax, müsəlmanları necə məşğul edir? Tökmə etdirir, tökmə bilirsiniz çox çətindir, bu dəfə onun detalları tək-tək edilir, çəkiclə qızıl düzəldilir, formaya salınır, yüzlərlə müsəlman bu sahədə çalışır. Adamların sərvətləri də heç olur, vaxtları da heç olur, nəhayət, qızıldan buzov heykəli düzəldir, münafiq hər gün onlara iş çıxardır. Sonra da onları dinindən döndərir, əxlaqsızlığa çəkir, eqoistliyə çəkir, Allahı unutdurur. Bu dəfə də liderə, hz. Musa (ə.s)-a ilişir, “o da bütpərəstdir” -deyir. “O da buzova iman gətirirdi, amma unutdu” -deyir. Unutqanlıqla ittiham edir, yəni “əqli yöndən də zəifdir”, “yaddaşı pozulub” -deyir. Sonra orada öz düşüncəsinə görə biabırçı, guya müasir bir sistem qurur, qədim Misiri xatırladan bir sistem, oraları guya nizama salır, öz aləmində guya bir şey edir, öz murdar mənfəətini meydana gətirir. Onlara da: “Bax, siz hər gün man yeyirsiniz, bildirçin yeyirsiniz, belə olmaz” -deyir. “Nə etməlisiniz?” “Əvvəlki zamana qayıdaq” -deyir. “Sarımsaq yeyək, soğan yeyək, xiyar yeyək, paxla yeyək, bir şey edək” yəni “həyatı dəyişdirək” -deyir. Adamların ağlı gedir, bu dəfə bu mövzularda hz. Musa (ə.s)-a təzyiq göstərirlər, bax, münafiqin acgözlüyünü görürsənmi? Bax, mövzuya bax, onlar canının dərdindədirlər, İslamı yaymağa çılışırlar, o nəyin dalınca qaçır, acgözlüyünün dərdindədir.
“Musa düzəltdikləri buzovu götürüb yandırdı, toz halına gələnə qədər əzdi” -deyir. Çox mənalıdır. “Sonra suya səpərək İsraillilərə içirdir”. Əmələ gələn manı da İsraillilərə içirdir. Ondan sonra ağla sığmaz qüvvət tapırlar. “Etdiyiniz günahı o buzova bənzər tökmə bütü götürüb yandırdım”. Münafiq nə məqsədlə edir, peyğəmbər necə xeyirə çevirir, görürsənmi? Münafiqin etdiyi bir pisliyi peyğəmbərlər həmişə xeyirə çevirərlər, onun etdiyi zülmü həmişə xeyirə çevirərlər. Münafiq bir oyun oynayar, o möminlərə xeyir olaraq qayıdar. Məsələn, münafiq möminləri zəngin edər. Bu, münafiqin təsiridir. Münafiq müsəlmanları güclü edər, ayıq olmalarına səbəb olar, bir çox nemətə qovuşmalarına səbəb olar. Onun məqsədi murdarlıq, alçaqlıq, namərdlik etməkdir peyğəmbərlər və imamlar da onu tam əksinə çevirərlər.
MÜNAFİQ OV İTİ KİMİDİR. MÜNAFİQİN İZİNƏ DÜŞƏRƏK KÜFRÜN VƏ MÜNAFİQLİK SİSTEMİNİN BÜTÜN STRUKTURU MÜƏYYƏN EDİLƏ BİLƏR
Münafiq ov iti kimidir. Məsələn, normal halda müsəlman ovu tapa bilməz, amma münafiq gedib tapar. Onun, yəni münafiqin izinə düşərək bütün küfrü, bütün dəlaləti, münafiqləri tutmaq mümkün olar. Müsəlman münafiqin ardınca getsə, onun izlərini izləsə, girib çıxdığı yerlərə baxsa, bütün münafiq təşkilatını Allahın diləməsi ilə elmlə, mədəniyyətlə məğlub edə bilər. Yəni münafiqi çox yaxşı izləmək lazımdır. Münafiqin hər danışığında bəd niyyət vardır, hər danışığına çox diqqət yetirilməlidir. Ən yaxşı zənn etdiyin zamanda ən alçaq hərəkəti edə bilər. Ən dostanə zənn etdiyin vaxtda məsələn, ən sevgi dolu, ən yaxın zənn etdiyin anda ən namərdcə hərəkət edə bilər. Yəni münafiqin hücum anları o anlardır. Çox diqqət yetirmək lazımdır. Müsəlmanın diqqətli olduğu bir dövrdə münafiq hücum etməz. Ən dostanə, ən yaxşı olduğunu zənn etdiyi dövrdə hücum edər, yəni ən yaxşı təsir etdiyini zənn etdiyi anda. Casus filmlərində vardır; məsələn, qadın kişinin yanına gəlir, kişiyə çox yaxşı davranır, ona içki təqdim edir və qucaqlayırmış kimi edir, birdən onu bıçaqla öldürür və ya silahla öldürür. Münafiqlərdə sistem budur. Ən yaxşı davrandığını zənn etdiyin an ən alçaqca hərəkəti edəcəyi andır. Buna çox diqqət yetirmək lazımdır. Münafiqə sevgi göstərildikdə, o müsəlmanlara sevgi göstərdikdə dərhal sonra bir əxlaqsızlıq, murdarlıq edəcək deməkdir. O, onun gözlədiyi bir andır, o onu onsuz da əvvəldən düşünər, planlayar və ona görə hərəkət edər.
Məsələn, münafiqlər; Nəhl surəsi 35-də deyirlər ki, şeytandan Allaha sığınıram “Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz …” (Nəhl surəsi, 35) Bizi “O bu cür yaratdı” -deyirlər. Biz münafiq olacaq insan deyildik, Allah bizi münafiq etdi deyir. Yəni hər yerdə əxlaqsızlıq, murdarlıq etmək münafiqin xüsusiyyətidir. Allaha da böhtan atar. Əlbəttə, Allah yaradır, amma sən istəyirsən. Məsələn, yenə Zuxruf surəsi, 20-də “Dedilər ki: “Onlar dedilər: “Əgər Mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik” –deyirlər. Axirətdə də bunu söyləyirlər. Sonsuza qədər bu cür alçaqlıq içindədirlər.
Münafiq bir şeyi ağlına qoydusa onu mütləq etməlidir. Bu, ağıl xəstəliyi dərəcəsindədir. Bir şey istədiyi zaman onu əldə edənə qədər ağlasığmaz oyunlar, intriqalar edər. Ağlasığmaz hekayələr danışar. Məsələn, Samiri ağlına qoymuşdu ki, qızıldan büt düzəltsin. İnanılmaz rüsvaylıqlar edir. Aylar əvvəldən hazırlıq gördü. Müsəlmanların bir qismini oğurluğa təhrik etdi. Bir qisminə qızıl aldırtdırdı. Adamlar ehtiyacları olmadan mallarını, mülklərini satdılar, qızıl aldılar. Onlara söyləmədi, “Biz qızılı sonra əridib, istifadə edəcəyik” və s. dedi. Halbuki, məqsədi yalnız büt düzəltmək idi. Adamların başını bəlaya soxdu. Adamlar min bir kasıblıq içərisində, yanlarına heç bir şey götürmədən getdilər. Üst baş tökülür, acınacaqlı vəziyyətdədirlər, amma ciblərində də qızıllar var. “Bu qızılları getdiyimiz yerlərdə istifadə edəcəyik” -dedi. Sonra da: “Bu dağ ətəyidir, düzənlikdir. Burada qızıldan istifadə etmək üçün heç nə yoxdur. Mən ən yaxşısı sizə heykəl düzəldim” -dedi. Şeytana bax, bunu əvvəldən qurub. Münafiq nə danışacağını bilər. Və ağlına qoydusa, mütləq ki, o əxlaqsızlığı həzrəti Musa (ə.s)-a baxmayaraq edəcək. Həzrəti Musa (ə.s) da əslində humanist davranır. Məsələn, normalda şəriətə görə, Tövrat şəriətinə görə və Quran şəriətinə görə bu, fitnəçidir, hökmü ağırdır. Çünki Allah fitnə qətldən betərdir deyir. Ən böyük fitnəni etmiş olur. Amma buna baxmayaraq, həzrəti Musa (ə.s) yalnız ona sürgün cəzası verir, “Mənə kimsə toxunmasın deyəcəksən, tək yaşayacaqsan” -deyir.
MÜNAFİQ ŞƏRƏFSİZ OLDUĞU ÜÇÜN YALAN DANIŞMAQDAN UTANMAZ, İNSANIN GÖZÜNÜN İÇİNƏ BAXA-BAXA, DİRİ-DİRİ YALAN DANIŞAR
Münafiqdə güclü aldatma bacarığı vardır, oğru, fırıldaqçı, saxtakar hiyləgərliyi vardır. Dəli kimi yalan danışar və münafiq yalan danışarkən utanmaz. Şərəfsiz olduğu üçün utanmaz. İnsanın gözünün içinə baxa-baxa, diri-diri baxaraq yalan danışar. Məsələn, adam Qurana baxıb üz-gözünü turşudur, qaşqabağını tökür, bir şeylər edir, oyun qurur. Halbuki, Quranın haqq olduğunu anlayıb. Çünki bənzəri olmayan bir kitabdır, Quranın üstünlüyü dərhal aydın olur. Ahəngindən, üslubundan dərhal möhtəşəm bir kitab olduğu aydın olur. Anladığı halda anlamazlıqdan gəlib ətrafındakılara: “Bu insanın yazdığı bir kitabdır” -deyir. Bir də onlara qarşı yaltaqlıq etmək istəyir. Çünki onlar: “Quranın etibarsız olduğunu bizə oxuyub izah et” -deyirlər. Halbuki oxuyub: “Siz belə deyirsiniz, amma Quran belə deyil. Bunun haqq kitab olduğu açıqdır” deməli ikən alçaqlıq edir, onlara yaltaqlıq etmək üçün tam onların istədiyi kimi deyir.
Münafiq yalanı şeytanın təlqini ilə, şeytanın təsiri ilə söylədiyi üçün şeytani bir transa keçər. Onun üçün üzündə ən kiçik bir tərpənmə olmaz. Diqqət yetirin, münafiq olduğundan şübhələndiyiniz adama, üz-gözündə o yalanı söyləməkdən qaynaqlanan hər hansı bir gərginlik, həyəcan, narahatlıq ifadəsi olmaz. Sifəti sabitdir. Çox sakitdir. Qıcıqlandırıcı bir sakitliklə yalan danışar. Münafiqin bu xüsusiyyətinə heyrətlənərsiniz. O həyasızlığının, şərəfsizliyinin, arsızlığının səbəbi tamamilə şeytanın nəzarəti altında olmasıdır. Ona görə belə bir nümayiş edər. Normal insan yalan danışarkən çox sarsılar, edə bilməz. Amma münafiqin üzündə bu şərəfsizlik nümayişini edərkən ən kiçik bir sarsıntı olmaz. Deyirlər “üzünə beton çaxılmış” xalq arasında deyərlər, elə deyilmi, “üzündə eşşək oynamış” və s. deyərlər. Bu atalar sözüdür, münafiq xüsusiyyəti olaraq bilinər. Son zamanlarda, Osmanlı dövründən bu yana; “üzündə tənəkə çaxılmış” deyərlər. Amma Orta şərqdə daha geridə “üzündə eşşək oynamış” deyərlər. Üzündə ağlasığmaz bir arsız ifadə və çox sakit, qaranlıq bir sifət ifadəsi olar. Qaranlıq deməyək, yəni xaraktersiz. Münafiqin axıcı yalan danışma xüsusiyyəti vardır. Oradan da anlaya bilərsiniz. Yalan ağzından su kimi axar.
Münafiq müsəlmanlar arasında təkəbbürlənər. Amma küfrə qarşı da çox alçaq və yaltaqdır. Küfr onun yaltaq olduğunu dərhal anlayar. Oğru tərəfdaşlığı vardır. Özünü ucaltmaq istəyir, amma onlar onun bəsit olduğunu dərhal anlayarlar. Ona görə münafiq küfrün yanına çox getmək istəməz. Quranda da görürsünüz; tərəddüd edir, tam qərar verə bilmir. Mənfəətləri ilə zidd düşdüyü üçün müsəlmanların yanına da gəlmək istəmir, amma küfrün yanına da getmir. Çünki küfrün də seçmə qabiliyyəti vardır. Onun alçaq olduğunu onlar da anlayarlar. Onun üçün münafiq iki dərədə bir arada qalar. Qotur it kimi, quduz it kimi oradan-ora qaçar.